Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-532/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hesablanmış vergi borcunun silinməsi (iş № 2-1(102)-532/2022) Hakimlər: Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 2-1(103)-2559/2021 saylı, 1 noyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin 20 sentyabr 2018-ci il tarixli qərarına əsasən iddiaçıda səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi 7 avqust 2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Aktın nəticəsində 30 sentyabr 2020-ci il tarixli **********140346 nömrəli məsuliyyətə cəlb olunma barədə qərar qəbul edilmişdir. Vergi orqanı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 avqust 2020-ci il tarixli **********140346 nömrəli qərar qəbul etmişdir. Qərarla iddiaç ıya 788.543,32 manat mənfəət vergisi, 1.954.855,63 manat ƏDV və 10 manat ödəmə mənbəyində tutulan vergi hesablanmış, 1.371.157,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 5 oktyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 7 avqust 2020-ci il tarixli **********165052 nömrəli səyyar vergi yoxlaması aktının və 30 sentyabr 2020-ci il tarixli **********140346 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən yoxlama aparılan dövrdə (yanvar 2017- iyul 2018) istehsal və satış həcminin müəyyən edilmə si məqsədi ilə 3 dəfə mütəxəssisekspertiza rəyinin alınması ilə bağlı qərar çıxarılmış və ekspert dəvət olunmuşdur. İlk 2 ekspertiza şirkəti (Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyi və "X5 və Hüquq şirkəti" MMC) tərəfindən yoxlama dövründəki köhnə avadanlıqların elektrik sərfiyyatı normaya uyğun olaraq qeyd edildiyi halda, 3-cü dəvət olunmuş ekspertiza şirkəti "xxxx" MMC-nin ekspert və mütəxəssisləri reallıqdan kənar rəy hazırlayaraq vergi orqanına təqdim etmişlər. Belə ki, 3-cü ekspertiza şirkəti tərəfindən ekspertiza dövründə (1 ay müddətində – 7 iyul 2020-ci il tarixdən 7 avqust 2020-ci il tarixədək) cəmi 2 dəfə ümumilikdə 4 – 5 saat zavod ərazisində səthi baxış keçirilmişdir. Həmin səthi baxışın nəticəsində reallıqdan kənar rəy hazırlanmışdır. 2018-ci ilin dekabr ayından 2019-cu ilin fevral ayınadək idxal olunmuş avadanlıqların 2019-cu ilin mart ayında quraşdırılaraq istifadəyə verildiyini təsdiq edən gömrük bəyannamələri, akt və Fövqəladə Hallar Nazirliyindən alınmış çıxarış mövcuddur. Dövlət qurumlarının yeni avadanlığın istifadəsi ilə bağlı rəsmi sənədləri olduğu halda vergi orqanı 2017 – 2018-ci illər üzrə mövcud olmayan 2019-cu ildə istifadəyə verilmiş avandanlıqların göstəricilərini əsas götürmüşdür. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməli olduğu halda səyyar vergi yoxlaması aktı hazırlanan zaman bu maddənin tələbləri nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 38-ci maddəsinin tələblərinə görə səyyar vergi yoxlamasının maksi mum 9 ay müddətinə aparılmasına icazə verildiyi halda 22 aydır ki, zavodda vergi yoxlaması davam edir. Yoxlama aparılan dövrdə bir neçə dəfə səyyar vergi yoxlamasının yekunlaşması ilə bağlı akt (18 dekabr 2019-cu il, 17 fevral 2020-ci il və 12 may 2020-ci il tarixlərdə) tərtib edilərək zavoda təqdim edilməsinə baxmayaraq, heç biri ilə bağlı qərar çıxarılmamışdır. Tərtib olunmuş son aktda mənfəət rentabelliyi AR Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən 20 % olaraq nəzərə alınmasına baxmayaraq, reallıqda həmin rentabellik 4-6% təşkil etməkdədir. Ekspertiza rəyi ilə vergi orqanının səyyar vergi yoxlaması aktının eyni vaxtda (7 avqust 2020-ci il tarixdə) hazır olması, hətta eyni gündə aktın rəyin alınmasından daha əvvəl hazırlanmış olması bu aktın kobud prosedur pozuntuları ilə tərtib e dilməsini bir daha sübut edir. Səyyar vergi yoxlaması aktının 2.1-ci bəndindəki həm əlavə dəyər vergisi, həm də mənfəət vergisi ilə bağlı bütün hesablamalarda sadəcə "xxxx" MMC-nin rəyinə istinad edilmişdir. Səyyar vergi yoxlaması aktında dövriyyələr 2017-ci il üçün aylar üzrə göstərilməli olduğu halda, vergi orqanı tərəfindən aylar üzrə göstərilmədən bütün kənarlaşmanı 2017-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə aparmışdır. Halbuki, "xxxx" MMC-nin verdiyi mütəxəssis-ekspertiza rəyində dövriyyələr 2017-ci il üçün aylar üzrə göstərilmişdir. Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən 3 il müddət ötmüş dövr üzrə əlavə vergi hesablana bilməz. Bu o deməkdir ki, 2017-ci ilin yanvar – sentyabr aylarında kənarlaşmalara görə 3 il müddət bitdiyi üçün ƏDV üzrə heç bir hesablama aparıla bilməz və maliyyə sanksiyası tətbiq edilə bilməz. Vergi orqanının digər qanunazidd hərəkətlərindən biri də yoxlamanın keçirilməsi zamanı təyin edilmiş yoxlayıcıların dəyişdirilməsi barədə məlumatın Ədliyyə Nazirliyindən verilmiş çıxarışda öz əksini tapmamasıdır.
4. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, müəssisə tərəfindən ilkin mühasibat sənədləri qismən yoxlamaya təqdim edilmiş və yoxlama zamanı nəzərə alınmışdır. Lakin müəssisə tərəfindən istehsal edilmiş mal çeşidləri üzrə kalkulyasiyalar, eyni zamanda yoxlamanın əhatə etdiyi dövrdə istehsal prosesində istifadə edilən avadanlıqlar və qurğulann (sonradan yeniləri ilə əvəz edilən) sənədləri yoxlamaya təqdim edilməmişdir. Bu səbəbdən də malların istehsalına çəkilən xərcləri müəyyən etmək mümkün olmamışdır. Müəssisədə real sat ış həcmini müəyyənləşdirmək məqsədi ilə “Ekspertizanın təyin edilməsi haqqında” 2 iyul 2020-ci il tarixli qərara əsasən yoxlamaya "xxxx" MMC-nin eksperti cəlb edilmişdir. Müəssisə tərəfindən aparılmış satışın müəyyən hissəsi nağd qaydada müxtəlif fiziki şəxslərə satıldığı və məhsul çeşidlərinə görə kalkulyasiyalar yoxlamaya təqdim edilmədiyi üçün gəliri tam müəyyənləşdirmək mümkün olmamışdır. İstehsal həcmini müəyyənləşdirmək məqsədi ilə "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən 25 iyun 2020-ci il tarixli “Mütəxəssis təyin edilməsi haqqında” və 2 iyul 2020-ci il tarixli “Ekspert dəvət edilməsi haqqında” qərarlar açılmışdır. Təqdim edilmiş mütəxəssis və ekspert rəylərinin göstəricilərinə əsasən müəssisənin pəstah satışından 439.900,42 manat, list satışından 531.832,46 manat və icarə xidmət indən 1.900,15 manat gəliri, eyni zamanda yoxlamanın əvvəlinə olan hazır məhsul qalıqları, o cümlədən novlu polad üzrə 1.639,23 ton 9836.447,89 manat dəyərində, boru profili üzrə 1.079,38 ton 905.320,14 manat dəyərində, 1 yanvar 2018-ci il tarixə hazır məhsul qalıqları, o cümlədən novlu polad üzrə 107,27 ton 70.546,43 manat dəyərində, novlu şveller üzrə 555,22 ton 368.851,08 manat dəyərində, boru profil üzrə 2.597,28 ton 3.031.238,15 manat dəyərində, armatur üzrə 426,53 ton 313.012,38 manat dəyərində və yoxlamanın əhatə etdiyi dövrün sonuna, yəni 1 avqust 2018-ci il tarixə hazır məhsul qalıqları, o cümlədən novlu polad üzrə 145,09 ton 100.196,23 manat dəyərində, novlu şveller üzrə 210,12 ton 172.375,40 manat dəyərində, boru profil üzrə 2.644,84 ton 3.201.237,72 manat dəyərində, armatur üzr ə 717,61 ton 577.994,04 manat dəyərində gəirləri nəzərərə alınaraq, 2017-ci il üzrə vergiyə cəlb edilən gəlrin 31.939.147,01 manat, 2018-ci ilin yeddi ayı ərzində isə 25.317.899.57 manat təşkil etdiyi müəyyən edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)- 2010 /2021 saylı iş) 24 may 2021-ci il tarixli qərardadı ilə iddia tələbi “aktın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.
6. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)- 2010 /2021 saylı iş) 24 may 2021-ci il tarixli qərarı ilə cavabdehin“vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********140346 nömrəli 30 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəy yən edilmiş müddətlərdə aparmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Hazırkı işin hallarından görünür ki, inzibati orqan “müddətin dayandırılması”, “müddətin uzadılması” və “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” barədə qərarlar qəbul edərək 2018-ci ilin sentyabr ayında başlanmış yoxlamanı 2020-ci ilin avqust ayının 7-də, yəni 1 il 10 ay sonra başa çatdırmışdır. Mövcud qanunvericilik («Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə») normaları müvafiq icra hakimiyyəti orqanı kimi AR Ədliyyə Nazirliyi tərəfindən aparılan “Sahibkarlı q sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması barədə qərarların daxil edilməsini mütləq sayır. İnzibati icraatda tətbiq edilən bu tədbirin mahiyyətinə görə eyni zərurət, vergi orqanı tərəfindən “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərar qəbul edildikdə də yaranır. Belə ki, sözügedən qərarın qəbulu özlüyündə səyyar vergi yoxlaması müddətinin artırılmasını da ehtiva edir. Lakin cavabdehin iddiaya qarşı yazılı etirazından da bəlli olur ki, qurum “müddətin dayandırılması” və “müddətin uzadılması” barədə qərarlar qəbul edərkən reyestri aparan orqana müvafiq qaydada məlumat versə də, “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” barədə qərarlarla bağlı məlumatın sözügedən reyestrə daxil olunm asını təmin etməmişdir. Belə hal, həmin reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Bununla da müəyyən edilir ki, vergi orqanı qərar qəbul edərkən «İnzibati icraat haqqında» AR Qanunun 48-ci maddəsinin, AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələblərini pozmuşdur. Qeyd olunanlarla yanaşı inzibati orqan yoxlamanın gedişində “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərarlarda (2 qərar) onların qəbulunu zəruri edən halları nə müvafiq aktda və məsuliyyətə cəlb etmə haqqında 30 sentyabr 2020-ci il tarixli qərarda, nə də məhkəmə icraatında təqdim olunan sənədlərdə (etiraz və s.) açıqlamamışdır. Bunda n əlavə vergi orqanı tərəfindən yoxlama zamanı digər iki qurumdan alınmış rəylərin mötəbər qiymətləndirilmədiyi və üçüncü təşkilatdan "xxxx" MMC-dən mütəxəssis və ekspert dəvət olunduğu, eləcə də sonuncunun rəyinin daha mötəbər qiymətləndirildiyi əsaslandırılmamışdır; - İş üzrə tədqiq edilmiş ekspert rəyində də həmçinin göstərilmişdir ki, müəssisədə istehsal prosesi aparılan metallurji avadanlıqlarda istehsal həcminin “yalnız elektrik enerjisi sərfiyyatı əsas götürülməklə” müəyyənləşdirilməsi, onların texniki göstəricilərinə əsasən istehsal və qeyri-istehsal sahələri üzrə elektrik enerjisi sərfiyyatının ayrı-ayrılıqda həcmlərinin dəqiqləşdirilməsi mümkün olmamışdır. İstehsal sahələri olan müəssisənin idarəetmə orqanı və digər köməkçi sahələr (anbar və s.), yəni qeyri-istehsal sahəsi üzrə i şin təşkili ilə bağlı elektrik enerjisi sərfiyyatının olması təkzibolunmazdır, istehsal və qeyri istehsal sahələri üzrə sərfiyyatın ayrılmasının mümkünsüzüyü də bu sərfiyyatla istehsal həcminin dəqiq müəyyən olunmasını istisna edir; - Ekspert rəyində həmçinin müəssisədə istehsal zamanı xammalın tərkibinin bircins olmamasının elektrik enerjisi sərfiyyatını və texnoloji prosesin müddətini ciddi şəkildə artırması da qeyd olunmuşdur ki, bu hal da yoxlama zamanı alınmış rəy üzrə müəssisədə istehsal həcminin müəyyən olunmuş həcminin reallığı əks etdirmədiyini təsdiqləyir; - Yoxlama dövrü 2017 – 2018-ci illəri əhatə etsə də, dövriyyə müəyyən edilərkən yoxlanılan dövrdə istehsal prosesindəki yeni – 2018-ci ilin fevral ayından və 2019-cu ilin mart ayından istismara verilmiş avadanlıqların göstərici lərinin əsas götürülməsi, cavabdeh orqanın 30 sentyabr 2020-ci il tarixli qərarının qəbulu (qərarda qeyd olunan vergilərin və maliyyə sanksiyalarının hər birinə münasibətdə) üzrə əsas götürülmüş "xxxx" MMC-nin ekspert və mütəxəssis rəylərinin mötəbərliyini nəinki şübhə altına alır, hətta inkar edir; - Vergi orqanı tərəfindən aparılan səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilməmiş, Məcəllənin 67.1.15-ci maddəsinə göstərilən əlaqəli məlumat (vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar) kimi əldə edilmiş rəylər və digər hesablanma sənədləri isə, mötəbər qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, MEM-in ekspet rəyinində on un sübut kimi mötəbərliyini şübhə altına alan xüsusatlar hazırkı məhkəmə icraatında müəyyən edilmir və bu səbəbdən də sübutetmə yükü daşıyan cavabdehin mübahisələndirilən 30 avqust 2020-ci il tarixli qərarının qəbulu üzrə dəlilləri əsaslı sayıla bilməz
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər: X4-məruzəçi, X1 və X2, 2-1(103)- 2559/2021 saylı iş) 1 noyabr 2021-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin 24 may 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməs ini, iddianın təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Apellyasiya məhkəməsinin iş üzrə yeganə mötəbər sübut hesab etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 fevral 2021-ci il 10/3750-9/5437 saylı ekspert rəyi aşağıdakı konkret hallara əsasən qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş birinci sualın birinci hissəsi üzrə ümumiyyətlə cavab verilməmiş və cavab verilməməsinin səbəbləri də izah edilməmişdir.
12. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qərardadın dördüncü sualının ikinci hissəsi üzrə tədqiqat aparan ekspert Elməddin Aslanlı qeyd etmişdir ki, respublikada yerləşən bazarlarda, internet saytlarında və el əcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə aparılmış tədqiqat nəticəsində müəyyən edilir ki, növlü poladın, boru-profilin, şvellerin, növlü şvellərin və armaturun bir tonunun orta bazar qiyməti 2017-ci il üçün müvafiq olaraq 700AZN, 1100 AZN, 800 AZN, 690 AZN, 770 AZN, 2018-ci il üçün isə 850 AZN, 1200 AZN, 900 AZN, 790 AZN, 870 AZN olmuşdur. Ekspertin gəldiyi nəticə ilə razılaşmayaraq bildiririk ki, qeyd olunan hissə üzrə ekspert rəyi kifayət qədər aydın deyil, istifadə olunan məlumatların mənbəyini dəqiq göstərməmişdir.
13. Ekspert rəyinin 4-cü sualı üç hissədən ibarət olduğu halda, rəydə hissələr qarışdırılmış, ikinci hissə üzrə cavab birinci hissə üzrə qiymətləndirilmişdir. Daha sonra istehsal həcmi üzrə, yəni birinci hissə üzrə rəy verilmişdir. Ekspert rəyi hüquqi müəyyənl ik prinsipinə cavab verməmişdir.
14. Dördüncü sualın birinci hissəsi, yəni istehsalat sahələrində istehsal həcminin müəyyən edilməsi üzrə sual məhkəmə- mühasibat ekspertizasının aparıcı eksperti Zaur Məmmədov tərəfindən aparılan tədqiqat prosesinin təsviri bölməsində cavablandırılmışdır ki, bu hal da qanunvericiliyə birbaşa zidd olmaqla yolverilməzdir. Belə ki, istehsal həcminin müəyyən edilməsi öncəliklə məhkəmə-mühasibat ekspertizasının predmeti deyildir. Digər tərəfdən həmin sual məhkəmə- əmtəəşünasıq ekspertizası üzrə suallar bölməsində yer almışdır ki, bu da hesab edirik ki, yolverilməzdir. Çünki istehsal həcminin müəyyən edilməsi yalnız məhkəmə- mühəndis texniki ekspertizasının predmetidir.
15. Dördüncü sualın üçüncü hissəsi, yəni dövriyyənin müəyyən edilməsi üzrə suala məhkəmə-mühas ibat ekspertizasının aparıcı eksperti Zaur Məmmədov cavab vermişdir ki, bu hal da anlaşılan deyildir. Belə ki, dövriyyənin müəyyənləşdirilməsi üzrə tədqiqat məhkəmə-mühasibat ekspertizasının predmetidir və bu tədqiqat yalnız iş üzrə məhkəmə tərəfindən məhkəmə-mühasibat ekspertizası təyin edildikdə aparıla bilər. Halbuki, iş üzrə məhkəmə tərəfindən kompleks məhkəmə-mühəndis texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir ki, bu da müzakirəsiz məhkəmə-mühasibat ekspertizasının aparılmasını istisna edir.
16. Apellyasiya məhkəməsi qərarda dəlil olaraq ifadə edir ki, ekspert rəyində həmçinin müəssisədə istehsal zamanı xammalın tərkibinin bircins olmamasının elektrik enerjisi sərfiyyatını və texnoloji prosesin müddətini ciddi şəkildə artırması da qeyd olunmuşdur ki, bu hal da yoxlama za manı alınmış rəy üzrə müəssisədə istehsal həcminin müəyyən olunmuş həcminin reallığı əks etdirmədiyini təsdiqləyir. Qeyd olunan dəlillə bağlı bildiririk ki, yoxlama zamanı dəvət edilmiş "xxxx" MMC-nin mütəxəssisi istehsal sahələrində xammalın tərkibinin texnoloji prosesin müddətinə və elektrik enerjisinin sərfiyyatına təsirini tam araşdırmış və bu barədə rəydə ətraflı məlumatlar vermişdir.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 25 fevrai 2021-ci il 10/3750- 9/5437 saylı ekspert rəyini əsas götürərək qeyd etmişdir ki, vergi yoxlaması zamanı istehsal prosesi aparılan metallurji avadanlıqlarda istehsal həcminin müəyyən edilməsi üçün yalnız elektrik enerjisinin sərfiyyatını əsas götürməklə müəyyənləşdirilməsi mümkün deyildir: Eyn i zamanda yoxlama dövründə istismarda olmuş avadanlıqların əksər hissəsinin sökülüb çıxarıldığı, istehsal prosesində kustar üsullar tətbiq olunan fiziki və texniki cəhətdən köhnəlmiş avadanlıqlar olduğundan və iş rejimi barədə məlumatlar olmadığından həmin avadanlıqların texniki göstəricilərinə əsasən sex və sahələr üzrə elektrik enerjisi sərfiyyatının müəyyən edilməsi mümkün deyildir.
17. İstehsal sahələri olan müəssisənin idarəetmə orqanı və digər köməkçi sahələr (anbar və s.), yəni qeyri-istehsal sahəsi üzrə işin təşkili ilə bağlı elektrik enerjisi sərfiyyatının olması təkzib olunmazdır, istehsal və qeyri-istehsal sahələri üzrə sərfiyyatın ayrılmasının mümkünsüzlüyü də bu sərfiyyatla istehsal həcminin dəqiq müəyyən olunmasını istisna edir.
18. Yuxarıda qeyd olunan dəlilə münasibətdə bil diririk ki, əvvəla, elektrik enerjisi sərfiyyatı əsas götürülməklə istehsal həcminin müəyyən edilməsinin mümkün olmaması barədə fikir illərlə formalaşmış məhkəmə təcrübəsinə ziddir.
19. Eyni zamanda bildiririk ki, iddiaçının istehsal həcminin müəyyən edilməsi zamanı yalnız elektrik enerjisi sərfiyyatı əsas götürülməmiş, bununla yanaşı qaz sərfiyyatı da nəzərə alınmış və bu göstəricilər də iddiaçının dövriyyəsinin daha artıq olmasına dəlalət etmişdir.
20. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2559/2021 saylı iş üzrə 01.11.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayət inə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
22. Vergi Məcəlləsi: (-). Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaq əli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatla r; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məluma tlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat m əlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orq anına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir ə ldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) ver gisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.
23. İnzibati Prosessual Məcəllə (İPM): (-). Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri gös tərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindəki dəlillərlə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi İddiaçı cavabdehə qarşı 7 avqust 2020-ci il tarixli **********165052 nömrəli səyyar vergi yoxlaması aktının və 30 sentyabr 2020-ci il tarixli **********140346 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
26. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Vergi orqanının qərarı ilə hazırkı iddiaçı "Bakı İnşaat Sənaye” ASC-nin 2017-2018-ci illəri (2018-ci ilin iyul ayınadək) əhatə edən dövr üzrə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq metaldan tikinti konstruksiyalarının və məmulatlarının istehsalı ilə məşğul olmuşdur. Yoxlamanın nəticələri üzrə 17 fevral 2 020-ci il, 12 may 2020-ci il tarixli və 7 avqust 2020-ci il tarixli aktlarla rəsmiləşdirilmiş və sonuncu akt əsasında vergi orqanı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 avqust 2020-ci il tarixli **********140346 nömrəli qərar qəbul etmişdir. Qərarla iddiaçıya 788.543,32 manat mənfəət vergisi, 1.954.855,63 manat ƏDV və 10 manat ödəmə mənbəyində tutulan vergi hesablanmış, 1.371.157,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir
27. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh 30 sentyabr 2020-ci il tarixli həmin qərarın qəbulunu onunla əsaslandırmışdır ki, yoxlama zamanı müəssisədə real satış həcmini müəyyənləşdirmək məqsədilə ekspert və mütəxəssis rəyləri alınmışdır. "MBA LTD” MMC- dən alınmış rəylər əsasında müəssisənin istehsal üzrə əlavə dövriyyəsi müəyyən edilmiş və dövriyyəyə uyğun əlavə vergi məbləğləri - mənfəət vergisi, ƏDV və ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar) hesablanmışdır. Əlavə dövriyyənin hesablanması zamanı rəydə müəssisənin istehsalat sahəsində olan avadanlıqlarının yalnız elektrik enerjisi sərfiyyatındakı göstəricilərinə istinad olunmuşdur.
28. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan səyyar vergi yoxlaması zamanı təqdim edilmiş mütəxəssis və ekspert rəylərindən görünür ki, "Bakı İnşaat Sənaye” ASC-nin istehsal həcmi 2017-ci il üzrə 33.097.082,17 manat təşkil etmişdir. Müəssisənin mühasibat sənədlərinə əsasən isə qeyd edilən hazır məhsul qalıqları, digər gəlirlər, mütəxəssis və ekspert rəylərinin gö stəriciləri nəzərə alınmaqla 2017-ci il üzrə ümumi gəlirin 31.939.147,01 manat olduğu müəyyən edilmişdir. ƏDV vergisi üzrə müəssisənin vergi orqanına təqdim etdiyi bəyənnamələr üzrə 2017-ci il üzrə ümumi dövriyyə 25.984.488,67 manat, 2018-ci ilin 7 ayı ərzində isə 20.418.329,41 manat təşkil etmişdir. Ümumillikdə, 2.743.408,95 manat vergilərin azaldılması müəyyən edilmişdir.
29. Bununla yanaşı apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 25 fevral 2021-ci il tarixli 10/3750-9/5437 saylı ekspert rəyinə əsasən, ASC-yə baxış zamanı aşkar olunmuş faktiki vəziyyət və istehsalat prosessinin xüsusiyyətləri nəzərə alınmaqla, "Bakı İnşaat Sənaye” ASC-də 2017-ci ilin yanvar ayından 2018-ci ili n iyul ayınadək ola dövr üçün aparılan vergi yoxlaması zamanı istehsal prossesi aparılan metallurji avadanlıqlarda istehsal həcminin müəyyən edilməsi üçün yalnız elektrik enerjisinin sərfiyyatını əsas götürməklə müəyyənləşdirilməsi mümkün deyildir. Eyni zamanda yoxlama dövründə istismarda olmuş avadanlıqların əksər hissəsinin sökülübçıxarıldığı, istehsal prossesində kustar üsullar (əl əməyi) tətbiq olunan fiziki və texnoloji cəhətdən köhnəlmiş avadanlıqlar olduğundan və iş rejimi barədə məlumatlar olmadığından, həmin avadanlıqların texniki göstəricilərinə əsasən sex və sahələr üzrə elektrik enerjisi sərfiyyatının müəyyən edilməsi mümkün deyildir. Həmçinin metal əritmə sahələrində xammalın tərkibinin bircinsli olmaması texnoloji prosesin uzanmasına, təkrar emala və əlavə itkilərə gətirib çı xartmaqla, enerji sərfiyyatının və texnoloji prosesin müddətini ciddi şəkildə (2 dəfəyədək) artırır.
30. Həmçinin ekspert rəyində iddiaçının ayrı-ayrı istehsal sahələrində avadanlıq və qurğuların istismar vəziyyətinin istehsal həcminə və enerji sərfiyyatına təsirinin olubolmamasına dair suala cavab olaraq bildirilmişdir ki, yoxlama dövrünü əhatə edən illərdə tətbiq olunmuş avadanlıqlarda texnoloji proses əl ilə və kustar üsulla aparıldığından, proses uzunmüddətli olmaqla, daha çox elektriik enerjisi sərf edilir. Bu halda istehsal həcmi az və enerji tutumlu alınır. Prokat sahəsində olan avadanlıqlarda istehsal prosesi 90-cı illərin texnologiyası əsasında aparıldığından və proses əl əməyi ilə başa gəldiyindən, məhsuldarlıq aşağı, 1 tona düşən enerji sərfiyyatı daha yüksək olmuşdur. Yoxlama d övründə boru profil sahəsində istehsal olunan hazır məhsulun 1 tonuna düşən elektrik enerjisi sərfiyyatı daha çox (30 faiz) olmuşdur. Sonradan bu xətlərin elektrik idarəetmə sistemi Türkiyədən idxal olunan daha müasir və daha az elektrik enerjisi sərf edən avadanlıqlarla təchiz olunmuşdur.
31. Bundan başqa ekspertiza tərəfindən müəyyən olunmuşdur ki, 2017-ci ilin yanvar ayından 2017-ci ilin iyul ayınadək dövrü əhatə edən vergi yoxlamasında bütün göstəricilər hazırkı istehsal prosesini, yəni 2019-2020-ci illəri əhatə edən göstəricilərdir. Lakin iş materiallarında olan məlumatlara və baxış zamanı müəyyən edilmiş faktiki hallara əsasən 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayınadək müəssisənin ərazisində köhnə istehsalat avadanlıqları olmuşdur və həmin avadanlıqların fərqli xüsusatlar ı rəyin tədqiqat hissəsində göstərilmişdir. İş materiallarına əlavə edilmiş aktlara və digər sənədlərə əsasən fasiləsiz pəstah tökmə xətti 18 fevral 2018-ci tarixdə universal yayma xətti isə 18 mart 2019-cu il tarixdə istismara verilmişdir. Növlü poladın, boru-profilin, şvellerin, novlu şvellerin və armaturun orta bazar qiyməti 2017-ci il üçün müvafiq olaraq, 700 manat, 1.100 manat, 800 manat, 690 manat, 2018-ci il üçün isə müvafiq olaraq 850 manat, 1.200 manat, 900 manat, 790 manat, 870 manat olmuşdur. Qeyd olunan malların hesabat sənədlərində göstərilmiş qiymətlərinin 2017 və 2018-ci illər üçün mövcud olmuş orta bazar qiymətinə uyğun olduğu müəyyən edilir. "xxxx" ASC-nin 1 yanvar 2017-ci il tarixdən 1 avqust 2018-ci il tarixədək olan dövrdə aparılmış satışı və istehsal sahələrində istehs al olunmuş məhsulun həcmini əks etdirən sənəd və məlumatlar məhkəmə tərəfindən mötəbər və əsaslı hesab edildiyi təqdirdə "xxxx" ASC-nin həmin dövr üzrə dövriyyəsi 45.408.746,5 manat təşkil edir.
32. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, vergi orqanının "xxxx" ASC barəsində məsuliyyət qərarı çıxarılması üçün əsas götürdüyü "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən vergi orqanına göndərilmiş 14 avqust 2020ci il tarixli MB 13/872 saylı məktubunda "xxxx" ASC-də faktiki istehsal həcminin müəyyən edilməsi məqsədilə ölçmələr aparılarkən texniki avadanlıqların, texniki pasportların, elektrik sərfiyyatı və texniki göstəriciləri ilə bağlı sənədlər yoxlama dövründə təqdim edilmədiyi üçün onlar tərəfindən hesablanmış elektrik sərfiyyatı ilə bağlı faktiki rəqəmlərlə so nradan təqdim olunmuş sənədlər arasında ziddiyyət və uyğunsuzluq mövcud olması bildirilmişdir. Başqa sözlə yoxlama dövrü üzrə aparılan hesablamaların həmin dövrdən sonrakı vatda, yəni 2018-ci ilin mart və 2019-cu ilin fevral ayında quraşdırılmış texniki avadanlıqların göstəricilərinə uyğun olaraq aparılması faktı həmin rəyi vermiş ekspert tərəfindən də təsdiq olunmuşdur. Yəni ASC-də istismarda olan texniki avadanlıqların elektrik sərfiyyatı üzrə yoxlama aparılması üçün təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməmiş, ASC-də yoxlama dövründən sonra quraşdırılmış və istismara verilmiş avadanlıqların enerji sərfiyyatını əsas götürməklə kənarlaşma hesablamışdır.
33. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaət gəlmişdir ki, yoxlama dövrü üzrə istifadə olunmayan, sonradan quraşdırılmış yeni texniki avadanlıqların istehsal gücünə uyğun aparılmış və hesablanmış "xxxx" MMC-nin rəyini mötəbər sübut kimi qəbul edə bilməz.
34. Həmçinin apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində onun sübut kimi mötəbərliyini şübhə altına alan xüsusatlar hazırkı məhkəmə icraatında müəyyən edilməmişdir və bu səbəbdən də sübutetmə yükü daşıyan cavabdehin mübahisələndirilən 30 avqust 2020-ci il tarixli qərarının qəbulu üzrə dəlilləri əsaslı sayıla bilməz.
35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətində iddiaçının istehsal həcminin müəyyən edilməsini elektrik enerjisi sərfiyyatı əsasında aparıldığını belə ifadələrlə etiraf etmişdir: “iddiaçının istehsal həcminin müəyyən edilməsi zamanı yalnız elektrik enerjisi sərfiyyatı əsas götürülməmiş, bununla yanaşı qaz sərfiyyatı nəzərə alınmışdır.
36. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz, belə ki, hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır.
37. Digər tərəfdən qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirləri istifadə olunan elektrik sərfiyyatına görə hesablan ması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır.
38. Eyni zamanda və bu xüsusi olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir.
39. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.
40. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunverici liyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməsi iddiaçının yuxarıda göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.
41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin 1 noyabr 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-i n 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1.11.2021-ci il tarixli, 21(103)-2559/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.