Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-532/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İd arəsinə qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-168/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* №li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi ev 134 ünvanında, istifadədə olan 0.01423 ha torpaq sahəsində yerləşən 237,8 kv. metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 474 nömrəli reyestr kitabının 44473 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına Bakı şəhəri Nərimanov rayonu, X2 küçəsi, ev 134 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixdə 04/1590 inventar nömrəli (reyestr nömrəsi **********41-10302) texniki pasport tərtib olunmuşdur.
3. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin təyinatın dəyişdirərək qeyri-yaşayış sahəsinə keçirilməsinin istismarına icazə verilməsinə dair AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Bakı şəhər Memarlıq və Ş əhərsalma Baş İdarəsinə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq idarə tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu məqsədlə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etməsi tövsiyyə olunmuşdur.
4. İddiaçı RİH-ə müraciət edərək, Y.V.Çəmənzəminli küçəsi 134 nömrəli fərdi yaşayış evinin yaşayış sahəsinin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir
5. Bakı şəhəri, Nərimanov rayonu, Y.Çəmənzəminli 134 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin layihəsi "xxxx" MMC tərəfindən tərtib olunmuşdur.
6. Bakı şəhər Nərimanov rayon İc ra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mənzil məişət məsələləri üzrə İdarələrarası Komissiyasının xx.xx.2020-ci il tarixli, 11 №-li Qəbul aktının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mənzil-məişət məsələləri üzrə İdarələrarası Komissiya aşağıdakı heyətdə: Komissiyanın sədri: Nərimanov RİH başçısının müavini İlqar Mirzəyev, komissiyanın üzvləri: RİH başçısı Aparatının rayon təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Gülməmmədov, RİH başçısı Hüquq şöbəsinin məsləhətçisi Ülviyyə Əlizadə və Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Azər Rzayev komissiyaya daxil olmuş sənədlər əsasında məsələyə baxmışdır. Müəyyən edilmişdir ki, Y.V.Çəmənzəminli küçəsi 134 nömrəli fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, ******* nömrəli çıxarışa əsasən vətəndaş İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan baxış zamanı aşkar edilmişdir ki, sözügedən mənzilin mövcud vəziyyətdə təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq faktiki ümumi sahəsi 249,0 kv. metr təşkil edir. Bakı şəhər Nərimanov RİH nəzdində fəaliyyət göstərən Mənzil məişət məsələləri üzrə İdarələrarası Komissiya yuxarıdakıları nəzərə alaraq qərara almışdır: Komissiya vətəndaşın xahişini, təqdim edilmiş sənədləri və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrini nəzərə alaraq, vətəndaş İddiaçı məxsus Y.V.Çəmənzəminli küçəsi 134 nömrəli fərdi yaşayış evinin ümumi sahəsi 249,0 kv. metr ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab ed ir. Akt komissiyanın sədri İlqar Mirzəyev, komissiyanın üzvləri Azər Gülməmmədov, Ülviyyə Əlizadə və Azər Rzayev tərəfindən imzalanmışdır.
7. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının Sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, vətəndaş İddiaçı ərizə ilə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək, şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan, Y.V.Çəmənzəminli küçəsi 134 saylı fərdi yaşayış evinin təyinatının dəyişdirilməsinə icazə verilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən və yerində baxış zamanı müəyyən edilmişdir ki, Y.V.Çəmənzəminli küçəsi 134 saylı ünvanda yerləşən, ümumi sahəsi 237,8 kv. metr fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, ******* №-li çıxarışa əsasən vətəndaş İddiaçı xüsusi mülkiyyətindədir və uzun müdd ət öncə evdə aparılmış yenidənqurma işləri nəticəsində küçə tərəfindən giriş qapısı olan 249,0 kv. metr qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Yuxarıda qeyd olunanları, təqdim olunmuş sənədləri və sözügedən fərdi yaşayış evindən qeyri-yaşayış sahəsi kimi istifadə üçün bütün texniki, sanitariya və yanğından mühafizə normalarına uyğun şəraitin mövcud olduğunu nəzərə alaraq qərara almışdır: Y.V.Çəmənzəminli küçəsi 134 saylı ünvanda yerləşən, sahəsi 249,0 kv. metr olan fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilsin, Göstərilən fərdi yaşayış evindən qeyri-yaşayış sahəsi kimi istifadə zamanı mövcud qanunvericiliyin tələblərinə müvafiq norma, qaydalara riayət olunması vətəndaş İddiaçı tapşırılsın, Y.V.Çəmənzəminli küçəsi 134 saylı ünvanda yerləşə n fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində qeyri-yaşayış sahəsi kimi müvafiq qaydada rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyinə verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi İddiaçı tövsiyyə olunsun; Sərəncamın surətləri aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbələrinə həvalə edilsin.
8. Bundan sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi ev 134 ünvanda yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********01 №li xx.xx.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, fərdi yaşayı ş evinin yaşayış fondundan qeyri yaşayış fonduna keçirilməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün-tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Həmçinin təqdim ediləcək sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov ray onu, X2 küçəsi, ev 134 ünvanında yerləşən, sahəsi 249 kv. metr olan fərdi yaşayış evinin yaşayış fondundan qeyri-yaşayış fonduna keçirilərək mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 134 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 143 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 134 ünvanda yerləşən, sahəsi 249 kv. metr olan fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə veril mişdir. Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mənzil- məişət məsələləri üzrə İdarələrarası Komissiyasının 11 saylı, xx.xx.2020-ci il tarixli Qəbul aktına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 134 ünvanda yerləşən fərdi yaşayış evinin, ümumi sahəsi 249 kv. metr ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədə uyğun hesab edilmişdir. Həmin qeyri-yaşayış sahəsinin Eskiz Layihəsi tərtib olunaraq, Nərimanov rayon İcra Hakimiyyətinə məlumatlandırılma icraatı qaydasında məlumatlandırılmışdır. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 134 ünvanda yerləşən, sahəsi 249 kv. metr olan fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi onun, yəni X1 mülkiy yət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müraciətdən imtina etmişdir. Hesab edir ki, Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır.
11. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı müvafiq yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması ilə bağlı idarəyə müraciəti xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, sözügedən yaşayış evinin yaşayış fondundan qeyri-yaşayış fonduna keçirilməsinə dair vahid formaya uyğun istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi) İdarəyə təqdim edilməmiş, eskiz layihə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmamışdır. Eskiz layihəyə layihəçinin layihələndirmə fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən xüsusi razılıq (lisenziya) əlavə edilməmişdir. Bundan əlavə İdarəsinin mütəxəssisləri tərəfindən aparılan yerli baxış zamanı layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilmişdir.
12. Həmçinin təqdim ediləcək sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid f orması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalıdır.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4848/2021 nömrəli, 27 may 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 134 ünvanında yerləşən 249 kv. metrdən ibarət daşınmaz əmlakın qeyriyaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş A zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
15. Belə ki, Y.V.Çəmənzəminli küçəsi 134 saylı ünvanda yerləşən, sahəsi 249,0 kv. metr olan fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının mülkiyyətində olan mübahisəli ərazinin təyinatının dəyişdirilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılıq verilmişdir. İddiaçının müraciətindən imtina olunarkən yalnız formal mülahizələrə istinad olunmuşdur.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsin i xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 134 ünvanında yerləşən, sahəsi 237,8 kv.m olan fərdi yaşayış evinin yaşayış fondundan qeyri-yaşayış fonduna keçirilərək mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən tədbiq olunan maddi hüquq normaları ilə razılaşmış, bununla yanaşı İnzibati Kollegiyasının 21(103)-168/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cə milova və A.P.Oruczadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 134 ünvanında yerləşən 237,8 kv.m metrdən ibarət daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyri yaşayış sahəsinin faktiki sahəsinin (yaşayış sahəsinin faktiki vəziyyəti ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qeyri-yaşayış sahəsinin eski z layihəsinin arasında uyğunsuzluqla bağlı) müəyyən etmək məqsədilə ünvan 6 ünvanına cavabdehin mütəxəssislərinin iştirakı ilə 04 oktyabr 2022-ci il tarixdə yerli baxış keçirmişdir. Yerli baxış zamanı mütəxəssislər tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 134 ünvanında yerləşən fərdi yaşayış evinin ölçüsü xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda qeyd edilən göstəriciyə (237,8 kv.m) uyğundur.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Ç əmənzəminli küçəsi 134 ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 237,8 kv.m olmaqla {yerləşdiyi 0,01423 ha torpaq sahəsi üzərində mülkiyyət növü ~ dövlət, hüququn növü - istifadə) xx.xx.2019-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilmə şərtləri və qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulsa da, həmin sahənin qeydiyyata alınma əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmamışdır. Həmçinin, Fövqəladə Hallar Nazirliyi yanında X3 Xidməti tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə münasibət bildirilməlidir.
22. Göründüyü kimi yuxarıda qeyd olunan hallar və qanunv ericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.
23. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2, 7, 8.0.10.1, 11.1-ci, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidməti haqqında Əsasnamə”nin 7.2, 8.15 və İPM-in 90-96-cı maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. 1 hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzəri ndə mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə
5. Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyün ə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Maddə 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15 Hüquqların döv lət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyə tinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
27. Mənzil Məcəlləsi: Maddə 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 28. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanı: Bənd 1.2. Həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. 29. “İnzibati icraat haqqında” Qanun: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
30. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin tə min edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmi şdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. X4 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Bununla belə, məhkəmə kollegiyası kassasiya dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
38. İlk öncə qeyd edilməlidir ki, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi ev 134 ünvanında, istifadədə olan 0.01423 ha torpaq sahəsin də yerləşən 237,8 kv. metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 474 nömrəli reyestr kitabının 44473 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçının tələbi həmin fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlıdır.
39. Göstərilən tələblə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır.
40. Cavabdeh özünün imtina məktubunda Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanunun 8.0.10.1 və 15-ci maddələrinə əsaslanaraq hüquqların dövlət qeydiyyatından imtina etmişdir.
41. Göstərilən imtina əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmetini təşkil edən mübahisəli ev artıq göstərilən mərhələlərdən keçərək fərdi ev kimi həmin orqan tərəfindən qeydiyyata 14 mart 2019-cu il tarixdə alınmışdır. Həmin evin qeyri-yaşayış sahəsi kimi təyinatının dəyişməsi ilə bağlı hazırkı qərarın “27-28” bəndlərində qeyd olunan maddi hüquq normalarına uyğun olaraq icazələr alınmışdır.
42. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qə rarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarda 25-30 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
44. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏR ARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-168/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.