Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-532/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun əsassız olaraq qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzilinə dair xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)407/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarından üçüncü şəxs Məmmədyarova Yeganə Daşdəmir qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Göyçay rayon XDS tərəfindən və Zərdab rayon XDS tərəfindən verilmiş icazə sənədlərinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yaşayış sahəsi 46.5 kv.m olan 3 otaqlı X6 məxsus mənzil ünvan 2 ünvanda yaşayış sahəsi 58.34 olan 4 otaqlı Məmmədyarova Yeganə Daşdəmir qızının mənzili ilə dəyişdirilmiş və dəyişmə orderi verilmişdir.
2. Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət kv.m mənzilinin kirayəçisi X9 həmin mənzilə qeydiyyata düşməklə orada yaşamışdır. Sonradan Zərdab rayon məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən X3 həmin mənzildə 28 il istifadə etməməsi əsası ilə onun istifadə hüquqları itirilmiş hesab edilmişdir. Hal-hazırda Zərdab şəhəri, Azərbaycan küçəsi 19 nömrəli evin 9 nömrəli mənzilində uzun illərdir ki, Məmmədova Dilşad Mis ir qızı ailə üzvləri ilə birlikdə yaşayır.
3. X4 order əsasında Zərdab şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 ünvanında yerləşən 9 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsində xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışla qeydiyyata aldırmışdır.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Məmmədyarova Yeganə Daşdəmir qızına məxsus Zərdab şəhəri, Heydər Əliyev proepekti-19 ünvanında yerləşən 9 nömrəli mənzilə verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir.
5. Cavabdeh 17 avqust 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmiş dir ki, Məmmədyarova Yeganə Daşdəmir qızının Zərdab şəhəri, Heydər Əliyev prospekti 19 ünvanında yerləşən 9 nömrəli mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilərək çıxarış və daşınmaz əmlakın texniki pasportu verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi), 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzilinə dair xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia ərizəsinin əsaslarına görə, Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət, 58,34 kv.m mənzili Zərdab rayon XDS İK-nin 28 fevral 1990-cı il tarixli qərarı ilə 104 saylı order əsasında Məmmədyarova Yeganə Daşdəmir qızına 5 nəfər ailə üzvləri ilə birlikdə yaşaması üçün verilmişdir. Həmin mənzil Zərdab şəhər Mənzil İstismar Sahəsinin balansında olmaqla dövlət mülkiyyətində olmuşdur. Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət 58,34 kv.m mənzilin kir ayəçisi Məmmədyarova Yeganə Daşdəmir qızının rəsmi müraciəti əsasında Zərdab rayon XDS İK-nin 10 may 1990-cı il tarixli 1 saylı dəyişmə orderi əsasında kirayəçi X3 Göyçay şəhəri, Kommunist küçəsi, 105 saylı evin, 20 saylı mənzilini dəyişdirmişdir. Həmin mənzili özəlləşdirmiş, bir müddətdən sonra başqa bir şəxsə sataraq, Göyçay rayonunun kəndinə köçmüşdür. Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət 58,34 kv.m mənzilinin kirayəçisi X9 həmin mənzilə qeydiyyata düşməklə orada yaşamışdır. 20 may 1990-cı ildə tanışları olan Məmmədova Dilşad Misir qızını ailə üzvləri ilə birlikdə mənzilə köçürmüşdür. Lakin mənzilin kirayəçisi qismində X9 olmuşdur. Məmmədyarova Yeganə Daşdəmir qızı ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxmışdır. Göyçay şəhəri, Kommunist kü çəsi, 105 saylı evin, 20 saylı mənzilini qanuni əsaslar ilə əldə etmiş, həmin mənzili özəlləşdirib satmışdır. Zərdab şəhər Mənzil İstismar Sahəsinin keçmiş rəhbərliyi ilə əlaqəyə girərək Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi), 19 saylı evin 9 saylı 4 otaqdan ibarət 58,34 kv.m mənzilində qeydiyyatda olan X9 məhkəmədə iddia qaldıraraq mənzilin ondan sonrakı kirayəçisi olmuş şəxsin mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair 03 sentyabr 2018-ci il tarixli qətnamənin çıxarılmasına nail olmuş, bundan sonra həmin qətnamə qanuni qüvvəsini almadan qanunsuz sübutlar ilə cavabdeh Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsinə müraciət etmiş, mənzil kirayə müqaviləsi olmadığı, mənzildə faktiki yaşamadığı halda xx.xx.2018-ci il tarixdə mülkiyyət hüqu qlarının qeydiyyatına dair çıxarış almış, mənzildə 1990-cı ildən faktiki yaşayan 3-cü şəxsin hüquqlarını pozmuş, mənzilin əsassız mülkiyyətçisinə çevrilmişdir. Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi), 19 saylı evin 9 mənzili saxta sənədlər əsasında özəlləşdirilmiş, xx.xx.2013-cü il tarixdə hüquqi qeydiyyatdan keçməklə RX seriyalı, ******* saylı mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış verilmişdir.
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərardadı ilə Məmmədyarova Yeganə Daşdəmir qızı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
10. Şəki İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərardadı ilə Məmmədova Dilşad Misir qızı, X10, X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişlər.
11. Üçüncü şəxs Yeganə Məmmədyarova iddia tələbinə etiraz göndərərək qeyd etmişdir ki, iddia ərizəsinin məzmununda iddiaçı kimi Zərdab şəhər Mənzil İstismar Sahəsi göstərilsə də, Vəkil1 elektron kabineti vasitəsi ilə yüklədiyi və imzaladığı elektron ərizə fiziki şəxs İddiaçı adından verilmişdir. Halbuki İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bundan başqa Zərdab şəhər Mənzil İstismar Sahəsinin nizamnaməsi də iddia ərizəsinə əlavə edilməmişdir. Belə olduğu halda Zərdab şəhər Mənzil İstismar Sahəsinin məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun olub-olmamasını müəyyən etmək qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinin tələblərinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. İddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsinin rəisi İddiaçı iddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması ilə bağlıdır. İddia ərizəsinin məzmunundan və ərizəyə əlavə edilmiş cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin iddiaçı Zərdab Mənzil İstismar Sahəsinə ünvanladığı 17 avqust 2022-ci il tarixli **** ******53 saylı məktubundan görünür ki, iddiaçı inzibati orqana Y.Məmmədyarovaya məxsus ünvan 7 ünvanında yerləşən mənzilə verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Buna baxmayaraq inzibati orqanın imtinasından sonra iddiaçı məhkəməyə çıxarışın ləğv edilməsi deyil, etibarsız sayılması tələbi ilə müraciət etmişdir. Y.Məmmədyarova hesab edir ki, iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnun olub-olmaması, çıxarışın etibarsız sayılması barədə inzibati orqana müraciət edib-etməməsi yoxlanılmalıdır. Üçüncü şəxs Y.Məmmədyarova etirazında qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını, iddia mümkün sayıldığı halda isə təmin edilməməsini xahiş etmişdir.
12. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzilinə dair xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. Şəki İnzibati Məhkəməsinin məhkəmə iclasının protokol qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
14. Şəki İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2-1(116)-274/2023 saylı qərarı ilə (hakim X8) iddia tələbi təmin edilməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası qismində üçüncü şəxs Y.Məmmədyarova tərəfindən mübahisəli mənzilin Dəmirçiyan (Abdullayeva) Roza Ağası qızı ilə dəyişdirmə orderinə əsasən dəyişdirildikdən sonra yenidən əsassız olaraq üçüncü şəxsin adına rəsmiləşdirildiyinə istinad etsə də, məhkəmə araşdırması ilə sözügedən dəyişdirmə orderinin əsli və iddiaçının tələbinin əsaslılığını təsdiq edən sübutlar aşkar olunmamışdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, üçüncü şəxs Y.Məmmədyarovanın mübahisəli mənzillə dəyişdirmə orderi əsasında əldə etmiş olduğu iddia edilən Göyçay rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən mənzili o bağışlama müqaviləsi əsasında əldə etmiş, bu barədə onun adına X2 Bürosu tərəfindən xx.xx.1992-ci il tarixli 6173 nömrəli Qeydiyyat vəsiqəsi tərtib edilmişdir. xx.xx.1990-cı il tarixdə isə dəyişdirmə orderinin tərtib edilməsinə əsas olduğu iddia olunan Zərdab rayon XDS İcraiyyə komitəsinin iclası olmamışdır. Y.Məmmədyarova və ailə üzvlərinə yaşayış sahəsinin verilməsi barədə Zərdab rayon XDS İK-nın fevral 1990-cı il tarixli 16 nömrəli qərarı qüvvədədir və arxiv nüsxəsi mövcuddur. Həmçinin həmin qərar əsasında verilmiş xx.xx.1990-cı il tarixli 104 nömrəli orderin ləğv edilməsi barədə hər hansı qərar mövcud deyildir.
16. İddiaçı və üçüncü şəxs Məmmədova Dilşad Misir qızı apelyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
17. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-407/2023 nömrəli iş üzrə 27 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X15 (məruzəçi), X5 və X11) apelyasiya şikayətləri təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2-1(116)-274/2023 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasını n İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzili üzərində xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarına dair qeydiyyatın və çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmuşdur.
18. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nət icələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, X12 ona məxsus olan Göyçay şəhəri M.Ə.Rəsulzadə (Kommunist) küçəsi 129 nömrəli evin 20 nömrəli mənzilini Məmmədyarova Yeganə Daşdəmir qızına məxsus olan Zərdab şəhəri Azərbaycan küçəsi 6-cı məhəllədə 19 nömrəli binada yerləşən 9 nömrəli mənzili ilə dəyişdiyindən Məmmədyarova Yeganə Daşdəmir qızına Zərdab rayon XDS İK tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 104 nömrəli order öz hüquqi qüvvəsini itirdiyindən inzibati orqan tərəfindən həmin order əsasında mülkiyyət hüquqlarının qeydiyyata alınması və xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın verilməsi qanunsuz olmuşdur.
19. Üçüncü şəxs Məmmədyarova Yeganə Daşdəmir qızı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. Əvvəllər qüvvədə olmuş Mənzil Məcəlləsinin 60, 68-ci maddələrinə istinad edilərək qeyd edilir ki, məhkəmə qərar qəbul edərkən Zərdab şəhəri, H.Əliyev prospekt (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli mənzilin dəyişdirilməsi haqqında qərarın və orderin nə Zərdab şəhər Mənzil İstismar Sahəsində, nə də Zərdab rayon Dövlət Arxivində aşkar olunmamasının göstərilməsi, Zərdab rayon XDS tərəfindən mübahisəli mənzilin dəyişdirilməsi haqqında qərarın verilməməsi dəyişmə orderinin mövcud olmaması, erməni millətindən olan Dəmirçiyan (Abdullayeva) Roza Ağası qızının mübahisəli mənzildə bir gün də belə yaşamaması mənzil kirayə müqaviləsi bağlamaması, mənzildə qeydiyyatda olmaması barədə hallarını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Üçüncü şəxs Məmmədova Dilşad Misir qızı kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan oby ektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyya tı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyy atına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində n əzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqlar ın dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;... 24. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi Maddə
44. Yerli xalq deputatları Sovetlərinin mənzil fonduna məxsus evlərdə yaşayış sahəsi verilməsi qaydası Yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələlə ri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. Maddə
45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməs i haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə
48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Maddə
60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya o nun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə
68. Yaşayış sahəsinin dəyişdirilməsi Yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir.... Yaşayış sahəsinin dəyişdirilməsi haqqında saziş yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri tərəfindən verilən orderlərin alındığı vaxtdan qüvvəyə minir. Order verilməsindən imtina haqqında altı ay müddətində məhkəməyə şikayət etmək olar.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə si: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şi kayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı ins tansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək bildirir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelly asiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Hazırkı işdə iddiaçının hüquqi marağı Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzili üzərində üçüncü şəxs X1 adına xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarına dair qeydiyyatın və çıxarışın ləğv edilməsindən ibarət olmuşdur.
33. İddiaçının mübahisə açdığı mənzil Zərdab rayon XDS İK tərəfindən 15 mart 1990-cı ildə verilmiş orderə əsasən üçüncü şəxs Məmmədyarova Yeganə Daşdəmir qızına və ailə üzvlərinə məxsus olmuşdur. 34.Göyçay rayon XDS İK tərəfindən 1972-ci ildə verilmiş sərəncama əsasən Göyçay şəhəri M.Ə.Rəsulzadə (Kommunist) küçəsi 129 nömrəli e vin 20 nömrəli mənzili X6 məxsus olmuşdur. 35. 1990-cı ildə Məmmədyarova Yeganə Daşdəmir qızı orderlə ona və ailə üzvlərinə verilmiş Zərdab şəhəri Azərbaycan küçəsi 6-cı məhəllədə 19 nömrəli binada yerləşən 9 nömrəli mənzili X6 məxsus olan Göyçay şəhəri M.Ə.Rəsulzadə (Kommunist) küçəsi 129 nömrəli evin 20 nömrəli mənzil ilə dəyişdirmiş, hər iki rayon XDS İK-nin sədrinin məktubu ilə mənzillərin dəyişdirilməsinə razılıq verilmişdir. Bundan sonra Göyçay rayon XDS İK 24 aprel 1990-cı ildə Y.D.Məmmədyarovanın adına Göyçay şəhərində olan mənzilə dair dəyişdirmə orderi tərtib və təsdiq etmişdir.
36. Zərdab rayon XDS İK tərəfindən 15 mart 1990-cı ildə verilmiş orderə əsasən Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzilin ə dair cavabdeh tərəfindən Y.D.Məmmədyarovanın adına xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarına dair çıxarış verilmişdir.
37. Yuxarıda qeyd edilən hüquq normalarına görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair order daşınmaz əmlak üzrə hüququn qeydə alınması üçün əsas olmuşdur.
38. Lakin mübahisə olunan mənzilə cavabdeh tərəfindən hüquq 2018-ci ildə Y.D.Məmmədyarovanın adına qeydə alınarkən artıq Zərdab rayon XDS İK tərəfindən 15 mart 1990-cı ildə verilmiş order hüquqi qüvvəyə malik olmamışdır. Vurğulandığı kimi, Y.D.Məmmədyarova orderlə Zərdab şəhərində ona məxsus evi Göyçay şəhərində olan mənzillə dəyişdirmiş və Göyçay şəhərindəki mə nzilə diar dəyişdirmə orderi almışdır.
39. Üçüncü şəxs Y.D.Məmmədyarovaya dəyişdirmə orderi verildikdən sonra Zərdab rayon XDS İK tərəfindən 15 mart 1990-cı ildə verilmiş orderin hüquqi qüvvəsi olmadığından cavabdeh hüquqi qüvvəsi olmayan orderə əsasən qanunsuz olaraq mənzilə üçüncü şəxsin mülkiyyət hüququnu qeydə almışdır. Odur ki, hüququn qeydiyyatını və çıxarışı ləğv etməklə apelyasiya məhkəməsi haqlı olmuşdur.
40. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan lazımi qaydada araşdırma aparmadan iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir.
41. Kassasiya şikayətində mübahisələndirilən xüsusatlardan biri də hazırki iddia ilə bağlı iddiaçının subyektiv hüququnun mövcud olmaması ilə bağlıdır. Şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, hüquq münasibətlərinin mövcud olduğu zaman qüvvədə olan Mənzil Məcəlləsinin 19-cu maddəsi mənzil istismar təşkilatlarının fəaliyyətini tənzimləyir. Həmin maddənin tələbinə əsasən dövlət və ictimai mənzil fondunun istismarı üçün təsərrüfat hesabı əsasında fəaliyyət göstərən mənzilistismar təşkilatları yaradılır. Mənzil-istismar təşkilatları mənzil fond unun qorunmasını və ondan lazımınca istifadə olunmasını, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsini təmin edir, habelə yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlama qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına nəzarət edirlər.
42. Mənzil-istismar təşkilatları mənzil fondunun qorunmasını həyata keçirməkdə müstəsna səlahiyyətə malikdirlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisəyə birinci instansiya və apelyasiya instansiyası məhkəməsində baxılarkən Y.D.Məmmədyarova iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı mübahisə açmamışdır.
43. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
44. Beləliklə, ka ssasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 45.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-407/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.