Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-532/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyata alınmadan imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.04.2025 hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “fərdi evə qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 2984/2024 saylı qərarından iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı işi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Nüsrətov Şirvan İsmayıl oğlunun ünvan 1 ünvana qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.
2. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Nüsrətov Şirvan İsmayıl oğlu, X5 və İddiaçı qarşı yaşayış evinə köçürülmə və cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi üzrə iddia qismən təmin edilmiş, iddiaçı X1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qərara alınmış, iddia tələbinin qala n hissədə təmin edilməməsi qərara alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1125/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, cavabdeh Nüsrətov Şirvan İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, iddiaçı X1 ünvan 3 ünvanda yerləşən fərdi evə köçürülməsi qət edilmiş, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2196/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə mülki iş üzrə cavabdeh Nüsrə tov Şirvan İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11225/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı X1 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı ünvan 4 ünvanı üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2289/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 nömrəli, xx.xx.202 2-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçının ünvan 4 ünvanı üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)202/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə, üçüncü şəxs Nüsrətov Şirvan İsmayıl oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2289/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Nüsrətov Şirvan İsmayıl oğlunun notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən, o, qeydiyyatda olduğu ünvan 1 ünvanına İddiaçı qeydiyyata alınmasına etiraz etmir.
9. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş: “Yaşayış yeri üzrə qeydiyyat haq qında” Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında X2, Nüsrətov Şirvan İsmayıl oğlu və İddiaçı qeydiyyatdadırlar.
10. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun ünvan 1 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
12. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, iddiaçının ünvan 8 fərdi evə daimi pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə i ddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 8 ünvanda bir ildən artıqdır ki, yaşayır. Yaşadığı ünvan iki mərtəbədən ibarət olmaqla atası Nüsrətov Şirvan İsmayıl oğluna məxsusdur. İddiaçı ailəli olsa da, faktiki olaraq atasının yanında yaşayır. İddiaçının iki qardaşı vətənin müdafiəsi uğrunda şəhid olmuşdur. Hal-hazırda o atasına qulluq edir. İddiaçının atası məhkəmə qərarı əsasında həmin ünvana qeydiyyata alınmışdır. İddiaçı atasının razılıq ərizəsini və məhkəmə qərarını Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə təqdim edərək, onun faktiki yaşayış yeri üzrə ünvan 8 fərdi evə pasport qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan isə özünün xx.xx.2021-ci il tarixli imtina məktubu ilə iddiaçının tələbinin icrasından imtina etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-9938/2021 saylı işi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı ilə, iddia tələbinin təmin edilməsi, cavabdehin imtinasının əsassız hesab edilməsi və İddiaçı ünvan 8 fərdi evə qeydiyyata alınmas vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 15. 01.09.2023-cü il tarixdə X2 məhkəməyə vəsatət təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9938/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı onun maraqlarına toxunduğu üçün üçüncü şəxs qismində cəlb edilərək, inzibati işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17086/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə, iş üzrə qəbul ed ilmiş xx.xx.2021-ci il tarixli, 2-1(112)-9938/2021 saylı qərarının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və X1 iş üzrə məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-129/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxs (şəxslər), üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər.
19. Məhkəmə hesab edir ki, mübahisəli ünvanda (ünvan 10aşayış evi özbaşına inşa edilmiş və hüquqi baxımdan özbaşına tikili hesab edilir. Həmin tikilinin yerləşdiyi torp aq sahəsinə və fərdi yaşayış evinə dair də hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası tərəfindən baxılan 2(102)-2196/2022 saylı mülki mübahisə üzrə X1 ünvan 3 ünvanda yerləşən fərdi evə köçürülməsi qərara alınmışdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyası tərəfindən baxılan xx.xx.2023-cü il tarixli, 2-1(102)-202/2023 saylı inzibati mübahisə üzrə X1 ünvan 11 ünvanı üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
22. Göründüyü kimi hazırki mübahisə üzrə məhkəmə mübahisələri olmuş və məhkəmələr tərəfindən baxılan zaman belə qənaətə gəlinmişdir ki, hazırki inzibati iş üzrə üçüncü şəxs X2 mübahisəli fərdi yaşayış evini mərhum əri Seyran Nüsrətovla birlikdə 2020-ci ilin noyabr ayında əldə etməklə bir müddət həmin evdə yaşamış, əri 2021-ci ilin yanvar ayında öldükdən sonra da həmin evdə yaşamasına maneələr yaradıldığından və ora buraxılmadığından həmin fərdi yaşayış evini tərk etməli olmuşdur.
23. İddiaçı ünvan 8 fərdi evə daimi pasport qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyildir.
24. İddiaçı qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-2984/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-129/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
27. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
28. Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə kassasiya şikayəti təmin edilməlidir.
29. Belə ki, iddiaçı qeyd etmişdir ki, onun atasının xüsusi qayğıya ehtiyacı vardır. Atası 2021-ci il tarixindən ünvan 8 yaşayış sahəsinə qeydiyyata düşüb yaşamağa başladıqdan sonra iddiaçı ona qulluq etmək məqsədi ilə və ailəli olmağına baxmayaraq ailəsində problemlər mövcud olduğundan qeyd edilən tarixindən atası ilə birgə mübahisəli yaşayış sahəsində yaşayır.
30. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
31. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Lakin idd iaçının sözügedən fərdi yaşayış evində faktiki olaraq yaşadığı nəzərə alınmamışdır və iddia ərizəsi təmin edilməmişdir.
32. Həmçinin məhkəmə xx.xx.2024-cü il tarixli 2-1(112)-129/2024 nömrəli Qərarında iddiaçının həmin fərdi yaşayış evinə köçürülməyinə dair heç bir hüquqi əsasın olmadığını və həmin evin özbaşına tikili olduğunu qeyd etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-9938/2021 saylı Qərarı ilə iddiaçının fərdi yaşayış evinə qeydiyyata alınmamasına dair qərar qəbul edilərkən də həmin ev özbaşına tikili idi. Görünən odur ki, o vaxtdan bu vaxta qədər evin hüquqi statusu dəyişdirilməmişdir.
33. Eyni zamanda məhkəmə gedişatında iddiaçının və ya üçüncü şəxsin həqiqətəndə sözügedən fərdi evdə yaşayıb-yaşamamağı, üçüncü tərəfə iddiaçının qeydiyyata alınmasının hansı vaxta məlum olmağı araşdırılmamışdır. Qərardan görünür ki, qərar formal xarakter daşımaqla yanaşı iddiaçının iddia ərizəsinin hansı əsaslar ilə rədd edildiyi ətraflı əks edilməmişdir.
34. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Şəxs yaşadığı yerdə qeydiyyata alınmalıdır ki, iddiaçı da ünvan 8 yaşayış sahəsində yaşamaqdadır. Həmçinin məhkəmə gedişatında iddiaçı tərəfindən həqiqətən də faktiki olaraq mübahisəli yaşayış sahəsində yaşadığı ilə b ağlı sənədlərin təqdim edilməsinin mümkünlüyü bildirilsə də Bakı Apellyasiya məhkəməsi işi hər tərəfli araşdırmamış qərar qəbul etmişdir. b) Üçüncü şəxsin kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
35. Üçüncü şəxs tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilmişdir. Etirazda qeyd edilir ki, apellyasiya məhkəməsinin qərarı tamamilə qanuni və əsaslıdır və iddiaçının kassaiya şikayəti rədd edilməlidir.
36. İddiaçının kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, “iddiaçının atasının qayğıya ehtiyacı vardır. Atası 2021-ci ildə həmin ünvana qeydiyyata düşüb yaşamağa başladıqdan sonra o da ona qulluq etmək məqsədi ilə və ailəli olmağına baxmayaraq ailəsində problemlər mövcud olduğundan qeyd edilən tarixdən atası ilə birgə mübahisəli yaşayış sahəsində yaşayır.”
37. Amma iddiaçı öz id dia ərizəsində göstərir ki, “ünvan 8 ünvanda bir ildən artıqdır ki, yaşayır.” Həmin iddia ərizəsi xx.xx.2021-ci il tarixində yazılmış və həmin tarixdə də məhkəməyə daxil olaraq qeydiyyata alınmışdır. İddia ərizəsindən belə çıxır ki, İddiaçı xx.xx.2020-ci ildən bu evdə yaşayırmış ki, hələ Bağırova Mahirə həyat yoldaşı ilə bu evi evin əvvəlki sahibindən almamışdı.
38. İşdə olan sübutlardan və məhkəmə qərarlarından da göründüyü kimi ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini Bağırova Mahirənin həyat yoldaşı Seyran Nüsrətov xx.xx.2020-ci il tarixdə alğı-satqı yolu ilə əldə etmişdir, (ev sənədsiz olduğu üçün tərəflər öz aralarında yazılı alğı-satqı müqaviləsi imzalamışlar). xx.xx.2020-ci il tarixdə X3 ünvan 4 ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmin vaxtdan da, üçüncü şəxs həyat yoldaşı ilə birlikdə həmin evdə yaşamağa başlamışdır.
39. Yəni bir insan hansı ünvanda nə vaxtdan yaşadığını mütləq ki, bilir. İddiaçı isə göstərir ki, (hələ bu evi həyat yoldaşım almamışdan 3 ay əvvəldən) 2020-ci ilin avqust ayından bu evdə yaşayırmış. Bağırova Mahirə və ərinin evi almamışdan 3 ay qabaq iddiaçının bu evdə yaşaması son dərəcə absurddur. Bu isə o deməkdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar tamamilə uydurmadır, heç biri həqiqəti əks etdirmir və apellyasiya şikayətində göstərilən tarixlə iddia ərizəsində qeyd edilən tarixlərdəki ziddiyət bir daha onu göstərir ki, iddiaçı bu evdə heç vaxt yaşamamışdır və dedikləri uydurmadan başqa bir şey deyildir.
40. Kassasıya şikayətində göstərilən dəlilin heç bir əsası yoxdur. İşdə olan sübutlardan göründüyü kimi, İddiaçı b u evdə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. X.Şuşinski küçəsi, 3Q saylı fərdi evdə bir gün belə yaşamamışdır. İddiaçı özü də dediyi kimi ailəlidir. İddiaçının həyat yoldaşı 3-cü şəxsin qardaşı X4r. Kəmalənin Əvəzlə ailə münasibətləri cox yaxşıdır. O, bir gün də olsun ailəsindən ayrı yaşamamışdır. Onların ünvan 12 ünvanında yerləşən və özlərinə məxsus olan fərdi yaşayış evləri vardır. Onlar həmişə orda yaşamışlar. TƏTBİQ EDİLƏN HÜQUQ 41. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə
5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətənd aşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyə t hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi...
42. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbl əri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
47. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
48. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi pasport qeyd iyyatına alınmanın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
49. İddiaçı öz tələbinin əsası kimi ünvan 8 ünvanda bir ildən artıq yaşamasına, atasına qulluq etməsinə, atasının məhkəmə qərarı əsasında həmin ünvana qeydiyyata alınmasına, atasının onun qeydiyyata düşməsi barə də razılığına istinad etmişdir.
50. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsinin tələbinə görə: «Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.
51. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 52. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinə müvafiq olaraq, şəxsin yaşadığı ev, mənzil və i.a. “yaşayış yeri” kimi, aşağıdakılar başa düşülür: 1) mülkiyyətçi kimi; 2) icarə və ya kirayə müqaviləsi üzrə; 3) yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla.
53. İşin faktiki hallarından isə göründüyü kimi, iddiaçı tərəfindən, həmin evə dair məhkəməyə qanunda sadalanan sənədlərdən (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) hər hansı birini təqdim etməmişdir. Çünki, yaşadığı ev özbaşına tikilidir, həmin evin nə yerləşdiyi torpaq sahəsinə dair nə də evin özünün tikinti qaydalarına uyğun inşa edilməsinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyildir.
54. Bir sözlə hazırkı işdə iddiaçı onun qeydiyyata alınmaq üçün tələb olunan mülkiyyət hüququnun dövlə t qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, yaxud orderə, icarə və ya kirayə müqaviləsinə malik deyil.
55. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2984/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.