Məhkəmə qərarları › İş №2-1(102)-533/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-533/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-533/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sökülmüş qaraja görə kompensasiya ödənilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi X6, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “vurulmuş ziya nın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1813/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 426 №li xx xxxxxx 1994-cü il tarixli sərəncamı ilə Ə.Naxçıvani küçəsi 24 №li binanın 78-ci mənzilində yaşayan iddiaçıya şəxsi avtomobilini saxlamaq üçün təsdiq edilib əlavə cizgi əsasında 6,0 x 3,0 metr ölçüdə qaraj yerinin ayrılması qərara alınmış və iddiaçıya Binəqədi rayon Kommunal Təsərrüfat İdarəsi ilə müqavilə bağlamaq tapşırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyya t İdarəsi tərəfindən Binəqədi rayon İcra hakimiyyəti başçısının 426 №li xx xxxxxx 1994-cü il tarixli sərəncamına əsasən iddiaçının adına Ə.Naxçıvani küçəsi 24 №li evin yaxınlığında xx.xx.2001-ci il tarixdə 937 inventar nömrəli Texniki pasport tərtib olunmuşdur. Texniki pasportda qeyd olunan məlumatlara əsasən qaraj sahibinin ev ünvanı Ə.ünvan 1 metr, tikildiyi il 1994, bünövrəsi beton, divarları dəmir, dam örtüyü dəmir, tikintinin hündürlüyü 2,20 metr, həcmi 39,6 kub metrdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət etmiş, onun müraciətinə cavab olaraq, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubla sonuncuya bildirilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyətinə ünva nladığı ərizə baxılması və görülmüş işin nəticəsi barədə məlumat verilməsi məqsədilə aidiyyəti üzrə rayon MənzilKommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. MKTB-nin əməkdaşları tərəfindən Ə.Naxçivani küçəsi 24 ünvanında aparılan araşdırma zamanı məlum olmuşdur ki, binanın həyəti aparılan abadlıq işləri zamanı sakinlərin qarajları abadlaşdırılan sahəyə düşdüyü üçün, 2019-cu ilin yay aylarında podratçı təşkilat tərəfindən vətəndaşlara verilmişdir. Qarajlar götürülən zaman sakinlərə məhəllədaxili quraşdırılmış dəmir qarajların müvəqqəti xarakterli olduğu izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatının texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə tərtib olunmuş “Qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid” texniki pasporta əsasən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №-li binanın yaxınlığında yerləşmiş dəmir qarajın əvəzi olaraq hər kv. metr üçün 1.500 (bir min beş yüz) manat olmaqla hesablanaraq, vurulmuş ziyanın Binəqədi rayon İcra hakimiyyətindən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 426 saylı Sərəncamı ilə fərdi avtomobilini saxlamaq üçün qaraj tikmək məqsədilə onun s ahibliyinə və istifadəsinə ümumi sahəsi 18 kv. metr ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ayrıldıqda və yerində ölçülüb ona verildikdən sonra standart ölçüdə dəmir qaraj həmin sahədə quraşdırılmış və şəxsi mülkiyyəti kimi istifadə etməyə başlamışdır. xx.xx.2001-ci il tarixdə həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını müəyyən edən texniki pasport verilmişdir. Qaraj Binəqədi rayon İcra hakimiyyəti tərəfindən abadlıq işlərinin görülməsi məqsədilə sökülmüş, abadlıq adı altında yaşıllıq sahəsi salınmışdır. Binəqədi rayon İcra hakimiyyətinin işçilərinin qanunsuz hərəkətləri nəticəsində ümumi sahəsi 18 kv. metrdən ibarət qarajına sahiblik, istifadə və mülkiyyət hüquqlarından məhrum olmuşdur.

5. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respu blikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə tərtib olunmuş 937 inventar nömrəli Texniki pasporta əsasən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №-li binanın qarşısında yerləşən (yerləşmiş) dəmir konstruksiyalı qarajın (iş materiallarında olan qarajın fotoşəkilləri nəzərə alınmaqla) real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti H.Məmmədovun məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli 4754 №-li məlumatında göstərilmişdir ki, qərardadda ekspertiza qarşısında ik i sual qoyularaq, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə tərtib olunmuş 937 inventar nömrəli Texniki pasporta əsasən iddiaçının istifadəsində olan (olmuş) və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №-li binanın qarşısında yerləşən (yerləşmiş) dəmir konstruksiyalı qarajın (iş materiallarında olan qarajın fotoşəkilləri nəzərə alınmaqla) real bazar dəyərinin nə qədər təşkil etdiyini müəyyən etmək tələb olunmuşdur. Tikililərin, mənzillərin, torpaq sahələrinin, fərdi yaşayış evlərinin, bağ evlərinin, qeyri yaşayış sahələrinin və binalarının və s. ümumilikdə daşınmaz əmlakların bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi mühəndis-texniki ekspertizası sahəsi üzrə xüsusi bili k tələb etmədiyindən və qərardaddakı sual əmlak birjalarından və ya müxtəlif internet saytlarından konkret məlumatın əldə olunmasına aid olduğundan, Mərkəzdə bu suallar üzrə ekspertiza tədqiqatı aparılmır. 7. “X2” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə tərtib olunmuş 937 inventar nömrəli Texniki pasporta əsasən iddiaçının istifadəsində olan (olmuş) və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №li binanın qarşısında yerləşən (yerləşmiş) dəmir konstruksiyalı qarajın real bazar dəyəri 5.000 manat müəyyən edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-585/2020 saylı iş) x xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №-li binanın yaxınlığında yerləşmiş dəmir qarajın sökülməsi nəticəsində vurulmuş maddi ziyana görə 5.000 (beş min) manatın iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasa da, onun həmin əmlak üzərində istifadə hüququnun mövcud olması mülkiyyətə bərabər tutulur. İddiaçının istifadəsində olan qaraj cavabdehin hər hansı inzibati aktı, sərəncamı və ya yazılı xəbərdarlığı olmadan, qabaqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən dağıdılmışdır.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X15-məruzəçi, X5 və X7, 2-1(103)-1813/2020 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya qaraj yerinin ayrılması barədə qərarın qəbul edildiyi zaman qüvvədə olmuş - 1991-ci ildə qəbul edilən Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən, bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir.

13. Cavabdeh x xxxxxx 2021-ci il tarixdə qərarın surətini almış, xx xxxxxx 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

14. İddiaçı məhkəmədə tələb irəli sürməzdən əvvəl Rayon İcra Hakimiyyətinə eyni məzmunlu ərizə ilə müraciət etmiş, həmin müraciət aidiyyəti üzrə Binəqədi rayonu MKTB-ə göndərilmişdir. Binəqədi rayonu MKTB-nin iddiaçıya ünvanladığı cavab məktubunda əməkdaşları tərəfindən Ə.Naxçivani küçəsi 24 ünvanında aparılan araşdırma zamanı binanın həyətində “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə aparılan abadlıq işləri zamanı sakinlərin qarajları abadlaşdırılan sahəyə düşdüyü üçün, 2019-cu ilin yay aylarında podratçı təşkilat tərəfindən vətəndaşlara verilən qarajlar götürüldüyü zaman sakinlərə məhəllədaxili quraşdırılmış dəmir qarajların müvəqqəti xarakterli olduğu İzah edildiyi bildirilmişdir.

15. İddiaçı mübahisəli qarajdan faktiki olaraq istifadə etsə də, mülkiyyət hüququ olmamışdır. Məhkəmə nəzərə almalı idi ki, iş materiallarından da göründüyü kimi mübahisələndirilən qarajın müvəqqəti olaraq quraşdırılmasına icazə verilmişdir. Belə ki, mövcud qanunvericilikdə qarajlar müvəqqəti xarakter daşıdığından onlara dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmır. Qarajlara dair Daşınmaz Əmlakın Dövlət Re yestri tərəfindən texniki pasport tərtib olunur ki, bu da qarajlara dair mülkiyyət hüquqlarının olmasını sübut edən sənəd hesab olunmur.

16. İddiaçının subyektiv hüququnun olmamasına baxmayaraq mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də, məhkəməyə bunu təsbit edən hər hansı sənəd təqdim etməmişdir.

17. İddiaçı tərəfindən sözügedən qarajın onun xüsusi mülkiyyətində olması iş materialları ilə sübut olunmur, onun tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçıya məxsus qarajın cavabdeh tərəfindən söküldüyü heç bir sübutla təsdiq edilə bilinmədiyi halda işə baxan məhkəmə instansiyalarının qərarı ilə 5000 manat kompensasiya ödənilməsi vəzifəsini cavabdehə həvalə edilmişdir.

18. İş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olunmuş inzibati orqan tərəfindən iddiaçıya məxsus qarajların sökülməsi ilə əlaqədar hər hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. Əgər belə bir sərəncam və yaxud göstəriş varsa, onda bu halın sübut edilməsi yükü iddiaçının üzərinə düşməlidir.

19. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.2, 139.1-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

22. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və üçüncü şəx s məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 23. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bil ər.

24. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (-); 158.1.2. əmlakdan istifadə hüququ; (-). 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tə rəfindən pozulmaqdan müdafiə edilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanu nsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 25. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyəti ndən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir. Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 say lı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9A52, 1982). Yenə həmin qərarda göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalаrsa”, ədalətli tarazlıq pozulmuş olur. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etdi ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı. Kompensasiya nın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etdi ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X9rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraq la da, “mülkiyyət hüquqları” hesab edilə bilər. İstər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi m araq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X9rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir.

28. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

29. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məh kəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, onun tərəfindən iddiaçının hüquqlarına müdaxilə olmamış, tələb etdiyi qaraj tikilisi iddiaçının mülkiyyətində olmamışdır.

33. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

34. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 saylı binada qeydiyyatdadır.

35. Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1994-cü il tarixli sərəncamı ilə Ə.Naxçıvani küçəsi 24 №li binanın 78-ci mənzilində yaşayan iddiaçıya şəxsi avtomobilini saxlamaq üçün təsdiq edilib əlavə cizgi əsasında 6,0 x 3,0 metr ölçüdə qaraj yerinin ayrılması qərara alınmış və iddiaçıya Binəqədi rayon Kommunal Təsərrüfat İdarəsi ilə müqavilə bağlamaq tapşı rılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1994-cü il tarixli sərəncamına əsasən iddiaçının adına Ə.Naxçıvani küçəsi 24 №li evin yaxınlığında xx.xx.2001-ci il tarixdə 937 inventar nömrəli Texniki pasport tərtib olunmuşdur. Texniki pasportda qeyd olunan məlumatlara əsasən qaraj sahibinin ev ünvanı Ə.ünvan 1m, tikildiyi il 1994, bünövrəsi beton, divarları dəmir, dam örtüyü dəmir, tikintinin hündürlüyü 2,20 metr, həcmi 39,6 kub metrdir.

36. Göründüyü kimi, sahəsi 18 kv.m qarajın iddiaçıya məxsus olması rayon icra hakimiyyətinin xx xxxxxx 1994-cü il tarixli sərəncamı, səlahiyyətli dövlət orqanında qeydə alınmış və həmin orqan tərəfindən tərtib edilmiş texniki pasportla təsdiq e dilmiş, iddiaçı uzun müddət həmin qarajdan fasiləsiz və mübahisəsiz olaraq istifadə etmişdir.

37. Mülki qanunvericiliyin tələbinə görə əmlakdan istifadə hüququ əmlak hüququ sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir.

38. Mübahisə olunan qaraj iddiaçının qanuni istifadəsində olmuşdur və qarajın iddiaçının mülkiyyətində olmaması barədə şikayətin dəlili əsaslı sayıla bilməz.

39. İddiaçının cavabdehə ünvanlandığı müraciətə cavab olaraq rayon mənzilkommunal təsərrüfatı birliyi məktubunda bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, binanın həyəti...aparılan abadlıq işləri zamanı sakinlərin qarajları abadlaşdırılan sahəyə düşdüyü üçün 2019-cu ilin yay aylarında podratçı təşkilat tərəfindən vətəndaşlara verilmişdir. Qarajlar götürülən zaman sakinlərə məhəllədaxili quraşdırılmış dəmir qarajların müvəqqəti xarakterli olduğu izah edilmişdir.

40. Göstərilən məktub təsdiq edir ki, aparılan abadlaşdırma ilə bağlı iddiaçıya məxsus qaraj cavabdehin göstərisi ilə götürülmüşdür.

41. Məhkəmə tərəfindən aparılan ekspertiza nəticəsində qarajın cəmi dəyəri 5.000 manat müəyyən edilmişdir.

42. Apelyasiya məhkəməsi milli qanunvericiliklə yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanaraq haqlı olaraq hesab etmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər və qaraj iddiaçının mülkiyyətində olduğundan, iddiaçının mülkiyyətinə müdaxilə ilə bağlı adekvat kompensa siyanın təyin edilməsi zəruridir.

43. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

44. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1813/2020 saylı x xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar