Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-533/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Tərtər rayon Bəyimsarov Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; düzgün olmayan iddia tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Tərtər rayon Bəyimsarov Bələdiyyəsinə (üçüncü şəxs X5) qarşı “Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən torpaq sahəsindən X3 maşınlara texniki xidmət məqsədilə 0,03 ha torpaq sahəsinin verilməsində ifadə olunan münasibətinin mövcud olmamasının müə yyən edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)-714/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlak Döylət Reyestrindən (DƏDRX-dən) xx.xx.2008 tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax şəhəri Bakı prospekti 27 ünvanında mülkiyyətində olan 0.60 ha torpaq sahəsində yerləşən 203.61 kv.m ümumi, 170.64 kv.m əsas, 32.97 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır.
2. Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2020 tarixli 40-41 reyestr nömrəli daşınma z əmlakın alqı-satqı müqaviləsinə əsasən, Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (əmlak kompleksini) yerləşdiyi 0.60 ha torpaq sahəsi ilə birlikdə İddiaçı satın almışdır.
3. Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanında yerləşən 0.60 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 203.7 kv.m qeyri-yaşayış sahəsi (əmlak kompleksi) tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
4. Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə üçüncü şəxs X2 mülkiyyətinə 0,03 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında JN0693 KOD61100028 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. İŞ ÜZRƏ QƏB UL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Tərtər rayon Bəyimsarov Bələdiyyəsinə (üçüncü şəxs X5) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər rayon Bəyimsarov bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 10 saylı qərarı ilə hazırda Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən torpaq sahəsindən X3 maşınlara texniki xidmət məqsədilə 0,03 ha torpaq sahəsinin verilməsində ifadə olunan münasibətinin mövcud olmamasının müəyyən edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırmışdır ki, əmlak kompleksinin satın alandan sonra tikililərdə əsaslı təmir-tikinti işləri aparıb istifadəsinə başlayandan təqribən bir ilə yaxın müddətdən sonra üçüncü şəxs Emin Hüseynov peyda olaraq zorakılı q yolları ilə qeyriyaşayış sahəsinin fəaliyyətinə maneçiliklər törətməyə başlayıb pul tələb etməyə başlamışdır. Bundan sonra məlum olmuşdur ki, belə bir problem var. Alqı-satqının ləğv olunub pulun qaytarılmasını tələb edəndə məlum oldu ki, obyekti satan Delfin MMC-nin banka böyük məbləğdə borcu olduğuna görə obyekti satmış və onlardan alınan pullar da banka kredit borcuna ödənilmişdir. Bu səbəbdən də onların obyektinin müqabilində ödədiyi pulların qaytarılması mümkün deyildir. Bundan sonra məlum olub ki, "xxxx" MMC-nin Gəncə İnzibati Məhkəməsində DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı üçüncü şəxsin adına aparılan 0.3 ha torpaq sahəsinə dair qeydiyyatın ləğvinə dair iddiası icraatdadır. Bundan sonra onun müraciəti əsasında iddiaçı qismində işə cəlb olunaraq "xxxx" MMC-ni əvəzləşdi rilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022 tarixli 2- 1(114)-7/2022 saylı Qərardadından göründüyü kimi üçüncü şəxsə 0.03 ha torpaq sahəsinin ayrılmasına dair Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin xx.xx.2004 tarixli 10 saylı qərarı qüvvədə olduğuna görə həmin qərar əsasında 3-cü şəxsin adına aparılan qeydiyyatın ləğvinə dair iddia tələbinə baxılması mümkün sayılmamışdır. Həmin qərarın mübahisələndirilməsi üçün həmin bələdiyəyə müraciət edilsə də imtina edib təqdim etmədilər. Aparılan araşdırma nəticəsində müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin Tərtər rayonunun Bəyimsarov bələdiyyəsinə heç bir adiyyəti olmamışdır. Ərazi Yevlax rayonunun ərazisi olmuşdur. Ərazi yulğun meşəliyi, yulğun ağacları da Qırmızı kitaba düşdüyünə görə ərazi əkin üçün yararsız hes ab edilib, qoruq zonasına salınmışdır. SSRİ illərində Tərtər rayonu Bəyimsarov kəndinin təsərrüfatına aid heyvanların qış vaxtlarında otarılmaları üçün sahə məhdud olduğuna görə qış vaxtlarında Tərtər rayonu Bəyimsarov kəndinin təsərrüfatına aid heyvanlarının Yevlax rayonuna aid həmin ərazidə otarılmasına icazə verilmişdir. Ərazi qoruq zonası olduğuna əkilib-becərilməmiş, bu səbəbdən kolxoz və sovxoza aidiyyəti olmamışdır. Qeyd olunan səbəblərə görə də islahatdan kənarda qalmışdır. İslahatdan kənarda qaldığına görə də Tərtər rayonu Bəyimsarov Bələdiyyəsi vəziyyətdən sui-istifadə edib ərazinin torpaqlarına sərəncam vermişdir. Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin mübahisəli xx.xx.2004 tarixli 10 saylı qərarı əsasında verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0693 saylı dövlət aktının 4- cü səhifəsində yerləşən ərazinin plan cizgisindən görünür ki, mübahisəli qərar veriləndə ərazidə tək bir obyekt- "xxxx" ASC “X1 Şəbəkəsi” MMC-nin X4 yerləşmişdir. Həmin şəbəkə hələ SSRİ illərindən mövcud olmuşdur və şəbəkə üçün ayrılmış həmin torpaq sahəsi Yevlax rayon XDS İK-sinin qərarı ilə ayrılmışdır. Bu da həmin ərazinin Yevlax rayonunun ərazisi olmasını sübut edən faktordur. Hətta ərazi Tərtər rayonunun ərazisi olmuş olsaydı belə yenə də ərazi istər meşə fondu torpaqları, istər qış otlaqları torpaqları, istər təbiəti mühafizə, təbii-qoruq torpaqları, istərsə də üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları olsun dəxili yoxdur bütün hallarda ərazi torpaqları dövlət torpaqları kateqoriasına aid torpaqlar olduğuna görə cavabdeh bələdiyyə həmin torp aq sahəsinə nə sərəncam verə bilərdi, nə də sata bilərdi. Belə ki, “Torpaq islahatı haqqında” AR Qanununun 6-cı maddəsinin 3-cü hissəninə əsasən yay və qış otlaqlarının, mal qara düşərgələrinin və köç yollarının torpaqları; 4-cü hissəsinə əsasən meşə fondu torpaqları; 7-ci hissəsinə əsasən təbiətin mühafizə, təbii-qoruq, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları dövlət mülkiyyətidə saxlanılan torpaqlardır. Hər kəsə məlum bir məsələdir ki, həmin ərazi SSRİ illərindən halhazıradək əkilib becərilməyən meşə fonduna aid torpaqlardır. Həmin dövlət aktının 4-cü səhifəsində yerləşən ərazinin cizgi planında görünür ki, cizgi planı qərar verən bələdiyyəyə və DTK-nin Tərtər şöbəsi tərəfindən hazırlanmış və təsdiq olunmuşdur. Ancaq AR Prezidentinin xx. xx.1997 tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 6-cı bəndinə əsasən bütövlükdə dövlət aktını Yerquruluşu Layihə İnstitutu hazırlayır; qeydiyyatdan keçirdib Dövlət Yerquruluşu Layihə İnstitutunun möhürü və rəhbərinin imzası ilə təsdiqlənib mülkiyətçisinə verilməsi üçün AR Dövlər Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunur. Mübahisəli qərara əsasən 3-cü şəxsə verilmiş JN0693 saylı dövlət aktının nə qeydiyyat nömrəsi, nə də tarixi (qeydiyyatı) yoxdur. Dövlət aktının qaiməsindən görünür ki, Yerquruluşu Layihə İnstitutunun möhürü ilə təsdiqlənməyib, rəhbərin də adı soyadı yazılmayıb. Başqa dövlət aktlarındakı imzalarla müqayisədən də görünür ki, dövlət aktındakı imza həmin ərəfədə Yerquruluşu Layihə İnistitutunun rəhbəri olmuş F.Cəfərovun imzası deyildir. Dövlət aktının 3-cü səhifəsində yerləşən torpaq sahəsinin plan cizgisində qonşu sərhədlərin koordinatları da yoxdur.
7. Gəncə İnzibati Məhkəməsinin (hakim: Z.A.Quliyev) 2-1(114)-2023/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Tərtər rayon Bəyimsarov bələdiyyəsinə qarşı Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən torpaq sahəsindən X3 maşınlara texniki xidmət məqsədilə 0,03 ha torpaq sahəsinin verilməsində ifadə olunan münasibətinin mövcud olmamasının müəyyən edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əsas məqsədi, niyyəti üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyata əsas olmuş cav abdehin xx.xx.2004-cü il tarixli 10 nömrəli qərarının ləğvidir. Bununla bağlı isə ən təsirli və effektiv iddia həmin qərar məhkəmə qaydasında mübahisələndirilməsi ilə bağlı iddiadır. İddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli sərəncamda İPM-in 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək hüquqi marağına uyğun dəqiqləşdirilmiş, xx.xx.2004-cü il tarixli 10 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddia qaldırılması və buraxılmış müddətin bərpasına dair ərizə təqdim etməsi, yəni qeyd olunan nöqsanların aradan qaldırılması təklif edilmişdir. Məhkəmənin sərəncamı xx.xx.2023-cü il tarixdə iddiaçıya təqdim edilsə də, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır.
9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yen i qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.İsgəndərova və A.V.Bayramov) 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)-714/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(114)-2023/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlillə ri
13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1.Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2.İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şər tlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4.Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2.İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3.Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cava b verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5.İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6.İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
16. Azərbaycan Respubl ikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. İnzibati Prosessual Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 a y, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəm ə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktı nın qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
22. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Hazırkı iş üzrə iddiaçının əsas məqsədi, niyyəti üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyes trindəki qeydiyyata əsas olmuş cavabdehin xx.xx.2004-cü il tarixli 10 nömrəli qərarının ləğvinə nail olmaqdan ibarətdir.
24. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
25. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın prosessual qanunvericiliklə nəzərdə tutulmuş ümumi mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddianın mümkün sayılması üçün iddiaçının da iddia qaldırmaq səlahiyyətinə malik olması zəruridir.
26. Nəzərə almaq lazımdır ki, müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. S ubsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın.
27. Kassasiya şikayətinin qeyd olunan dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli sərəncamında İPM-in 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək hüquqi marağına uyğun dəqiqləşdirilmiş, “xx.xx.2004-cü il tarixli 10 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddia qaldırılması və buraxılmış müddətin bərpasına dair ərizə təqdim etməsi, yəni qeyd olunan nöqsanların aradan qaldırılması təklif edilmişdir. H azırkı vəziyyətdə isə iddiaçının bu prosedur qaydaya riayət etməsi təsdiq olunmur.
28. Qeyd olunmalıdır ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmə tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
29. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfind ən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)-714/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.