Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-534/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı ca vabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1559/2020 nömrəli, 07 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-ci il təvəllüdlüdür.
2. İddiaçı 01.09.1979-cu ildən 31.12.1982-ci ilə qədər Bakı Dənizçilik Məktəbində təhsil almış və həmin təhsil dövrü həqiqi hərbi xidmət dövrü kimi götürülmüşdür. O, 25.08.1977-ci ildən 15.06.1978-ci ilə qədər tara fabrikində fəhlə, 02.09.1978-ci ildən 25.08.1979-cu ilə qədər sovxozda fəh lə, 31.01.1983-cü ildən 01.05.2011-ci il tarixə qədər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, kapitanın 3-cü, 2-ci, baş köməkçisi və kapitan vəzifələrində işləmişdir
3. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Dəniz Nəqliyyat Donanmasının AM03/02-195 №-li, 25.02.2019-cu il tarixli arayışında iddiaçının güzəştli əmək pensiyasına çıxması üçün 28 il 3 ay stajının olduğu, həmçinin işlədiyi peşələrin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «b» yarımbəndinə əlavə edilən peşələrə uyğun gəldiyi qeyd edilmişdir.
4. İddiaçı 04.06.2019-cu il t arixli ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh ********** saylı, 10 iyul 2019-cu il tarixli məktubla iddiaçıya pensiya təyin etməkdən imtina edərək bildirmişdir ki, onun 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajı olmadığından pensiya təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.09.1979-cu ildən 31.12.1982-ci ilə qədər Bakı Dənizçilik Məktəbində təhsil aldığı illərin ümumi iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni 02.11.2017-ci il tarixdən ona pensiya təyin edilməsi barədə qarar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 01 yanvar 2006-cı ilədək 25 ildən çox ümumi iş stajı var və bu stajın 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarında XXİ «Nəqliyyat» bölməsinin 21.2b bəndində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hesab edir ki, cavabdehin ona pensiya təyin etməkdən imtinası əsassızdır
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz ın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3658/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakim T.Ə.Əsədova) iddia tələbi təmin edilərək, iddiaçıya 01.09.1979-cu ildən 31.12.1982-ci ilə qədər Bakı Dənizçilik Məktəbində təhsil aldığı illər ümumi iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni 02.11.2017-ci il tarixdən pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 01.01.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 28 il 13 gün ümumi iş stajı və 22 il 11 ay güzəştli iş stajı vardır. Bundan başqa, iddiaçının işlədiyi matros, kapitanın 3-cü, 2-ci, ba ş köməkçisi və kapitan vəzifələri «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 N-li qərarında 21 saylı bölmənin 21.2-ci bəndinin «b» yarımbəndində qeyd edilmişdir. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 02.11.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-112/2020 nömrəli iş üzrə 15 yanvar 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3658/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansi yası məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1144/2020 nömrəli iş üzrə 24 iyun 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.Ə.Şəfiyev, hakimlər: Z.M.Quliyev və R.S.Nəbizadə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-112/2020 nömrəli iş üzrə 15 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasının dispozisiya şərtləri əsasında təhlil edib əsaslandırmamışdır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Bakı Ap elyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1559/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3658/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şi kayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tələbini əsaslandırmaq üçün məhkəməyə əmək kitabçası və Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi QSC tərəfindən verilmiş arayışı təqdim etmişdir. Arayışda qeyd edilir ki, iddiaçı “matros”, “kapitanın 3-cü, 2-ci, baş köməkçisi” və “kapitan” vəzifələrində çalışmışdır. Halbuki, iddiaçının əmək kitabçası yararsız vəziyyətdə olduğundan kitabçadan bunu müəyyənləşdirmək demək olar mümkünsüzdür. Əmək kitabçasının olduqca keyfiyyətsiz surəti təqdim edildiyi üçün orada əks olunan məlumatlar demək olar ki, oxunmur. Bu sənədə əsasən işin halları ilə bağlı hər hansı halı dəqiqləşdirmək mümkünsüzdür. Bu o deməkdir ki, əmək kitabçasının surəti iş üzrə mötəbər sübut hesab oluna bilməz. Bun dan əlavə, əmək kitabçasında qeyd olunan məlumatların əksəriyyəti xarici dildə tərtib edilmişdir ki, onların da rəsmi şəkildə təsdiq olunmuş tərcüməsi təqdim edilməlidir.
21. Eyni zamanda iddiaçınin işlədiyi, arayışda qeyd edilən peşələr nə Azərbaycan Respublikası Nazilər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, nə də 21.06.1993-cı il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2-ci Siyahılarında yoxdur.
22. Bundan əlavə, iddiaçı xx.xx.1960-cı il doğumlu olduğuna görə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən onun güzəştli şərtlərlə pensiya hüququ yalnız 60 yaşını tamaml adığı vaxtdan yarana bilər. Yəni, əgər iddiaçının güzəştli şərtlərlə pensiya əldə etmək üçün xüsusi sığorta stajı olsaydı belə, ona hal-hazırda yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilə bilməzdi, çünki 60 yaşını tamamlamayıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, ümumi şərtlərlə yaşa görə pensiya yaşı isə 63-dür (01.07.2017-ci ildən 2021-ci ilədək hər il 6 ay artırılmaqla). İddiaçı həmin yaşı tamamladıqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
24. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
25. Məhk əmə kollegiyasının iclasında iddiaçı iştirak etmiş, lakin o, vəkillə təmsil olunmamışdır. Odur ki, işə iddiaçının çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 27 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra haki miyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 28. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.Axırıncı iş yerind ən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 29. “İşçilərin əmək kitabçası nın forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» Bə nd 4.1.3 Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensi ya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilmə li və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstə rilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
37. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
38. Cavabdeh kassasiya şikayətində bir neçə məsələni mübahisələndirir ki, məhkəmə kollegiyası onların hər birinə ayrı ayrılıqda münasibət bildirməyi məqsədəmüvafiq hesab edir.
39. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, iddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün o, qeyd edilən yaş həddinə çatmalı, 01.01.2006-cı il tarixədək ən azı 25 il ümumi iş stajı olmalı və bu müddətin ən azı 12 il 6 ayını 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, y əni göstərilən tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajı mövcud malik olmalıdır.
40. Cavabdeh bildirir ki, iddiaçının işlədiyi peşələr nə Azərbaycan Respublikası Nazilər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, nə də 21.06.1993-cı il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2-ci Siyahılarda nəzərdə tutulmayıb.
41. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda göstərilmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda göstərilmiş işlərdə çalışması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin Siyahının 21-ci bölməsinin 21.2 bəndinin «b» yarımbəndində matros, kapitanın 3-cü, 2-ci, baş köməkçisi və kapitan vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr kimi nəzərdə tutulmuşdur.
43. Qeyd olunmalıdır ki, birinci dəfə işə apelyasiya instansiyası məhkəməsində baxılarkən də məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı eyni mövqedə olmuş, həmçinin işə kassasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır.
44. İddiaçının 60 yaşdan pensiya hüququnun yaranması ilə bağlı dəlilinə gəlincə, məhkəmə kollegiyası bildirir ki, iddiaçı 2006-cı il yanvarın 1-dək tələb olunan (ən azı 25 il ümumi və 12il 6 ay xüsusi) iş stajını topladığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən, ona 57 yaşdan pensiya təyin edilməlidir.
45. Kassasiya ş ikayətinin sonuncu dəlili isə əmək kitabçasının görünüşü və xarici dildə tərtib edilməsi ilə bağlıdır. Cavabdeh şikayətində qeyd edir ki, iddiaçı əmək kitabçasının olduqca keyfiyyətsiz surətini təqdim etmiş, eləcə də kitabçadakı məlumatlar Azərbaycan dilinə tərcümə edilməmişdir.
46. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətinin bu dəlili də iş materialları ilə təkzib olunur. Belə ki, cavabdeh bu halı ilk dəfə, işə birinci dəfə apelyasiya instansiyası məhkəməsinə baxılarkən mübahisələndirmiş, iddiaçı isə 10 dekabr 2020-ci il tarixli ərizə ilə əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və Azərbaycan dilinə tərcümə edilmiş surətini məhkəməyə təqdim etmişdir. (iş vər 41-44)
47. Beləliklə, iddiaçı təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun güzəştli iş stajına dair arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, onun 57 yaşdan (02.11.2017-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaran mışdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, mübahisə edilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1559/2020 saylı iş üzrə 07 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.