Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-534/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı “X2 LLC” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: çıxarışın ləğvi (iş № 2-1(102)-534/2022) Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “X2 LLC” MMC-nin (bundan sonra mətndə -iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (b undan sonra mətndə-cavabdeh) (üçüncü şəxs: “İlham Co” firması) (bundan sonra mətndə - üçüncü şəxs) qarşı “çıxarışın ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1720/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı ilə “İlham Co” firması arasında məhkəmə mübahisəsi mövcud olmuşdur, həmin məhkəmə mübahisəsinin gedişi zamanı qeyd edilən tərəflər barışıq sazişi imzalamışlar və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərardadı ilə həmin barışıq sazişi təsdiqlənmiş və müvafiq icra vərəqi verilmişdir. Qeyd edilən icra vərəqinə əsasən iddiaçı “X2 LLC” MMCnin “İlham Co” firmasına olan borcu 210000 manat müəyyən edilmiş və borclu tərəfindən borcun 30 %-nin 1-ci ayda, 60%-nin növbəti 3 ay müddətində və qalan 10 %-nin isə növbəti ayda ödənilməli olması göstərilmişdir. ”X2 LLC” MMC tərəfindən icra vərəqi könüllü icra edilmədiyindən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” 04.05.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcə ri qəsəbəsi, məhəllə 505768, ev, mən.1-in “İlham Co” firmasının adına keçirilməklə rəsmiləşdirilməsinin, dövlət reyestrində müvafiq qeydlər aparmaqla çıxarışın verilməsinin AR ƏMDK yanında DƏDRXnin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı MMC 04.04.2018-ci il tarixdə şikayət ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə 04.05.2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etsə də müraciəti təmin edilməmiş, həmin qərardaddan verilən şikayətə baxılan zaman apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərardadının icrası ilə bağlı həyata keçirilmiş bütün məcburi icra tədbirləri qanunun tələblərinə uyğun olmuşdur. Hazırda iddiaçı “X2 LLC” MMC cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 10, mən.1-in üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində “İlham Co” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışların ləğv olunmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı “X2 LLC” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi 9a saylı evin 44 saylı mənzili, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi 2 saylı evin 100 saylı mənzili, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi 15 a saylı evin 20 saylı mənzilinin mülkiyyət hüquqlarının dövlət reyestrində “İlham Co” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışların ləğv olunmasını xahiş etmişdir.
3. İddiaçı eyni zamanda cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 nömrəl i evin, 1 nömrəli mənzili üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində “İlham Co” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışın ləğv olunması barədə iddia ərizəsi məhkəməyə müraciət etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-29/2021 nömrəli, 05 yanvar 2021-ci il tarixli qərardadı ilə eyni tərəflər arasında eyni mübahisə predmetləri olan yuxarıda qeyd olunan iddia ərizələri üzrə müstəqil işlər bir icraata birləşdirilməsi qərara alınmışdır.
5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, 9a nömrəli evin, 44 nömrəli mənzili, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhü küçəsi, 2 nömrəli evin 100 nömrəli mənzili, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, 15a nömrəli evin 20 nömrəli mənzili və Bakı şəhəri, Binəqədi rayonu və Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 nömrəli evin, 1 nömrəli mənzili mülkiyyət hüququ ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin törəmə müəssisəsi olan İddiaçı MMC-yə ("xxxx" MMC) məxsusudur. Lakin həmin daşınmaz əmlaklara dair mülkiyyət hüquqları qanunsuz və əsassız olaraq cavabdeh “İlham Co” firmasının adına dövlət qeydiyyatına alınmış və buna dair çıxarışlar verilmişdir. Belə ki, "xxxx" MMC-nin mülkiyyətində olmuş yuxarıda qeyd edilən daşınmaz əmlakların “İlham Co” firmasının adına qeydiyyatdan keçib-keçməməsinə dair onlar tərəfindən 16.06.2017-ci il tarixdə, 7/197 nömrəli sorğu ilə cavabdehə müraciət edilmişdir. Həmin sorğuya cavab olaraq cavabdeh tərəfindən 23.06.2017-ci il tarixli, məktubla bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixli, icra vərəqəsinə və qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, 9a nömrəli evin, 44 nömrəli mənzil, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhü küçəsi, 2 nömrəli evin, 100 nömrəli mənzili, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, 15a nömrəli evin 20 nömrəli mənzili, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 nömrəli evin 1 nömrəli mənzili “İlham Co” firmasının adına keçirilmişdir və onun mülkiyyətindədir. İstinad olunan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərarı ilə iddiaçı “İlham Co” firmasının cavabdeh İddiaçı ("xxxx" MMC) MMC və İİ cavabdeh X6 arasında bağlanmış 29.05.2009-cu il tarixli Barışıq sazişi qəbul edilərək təsdiq edilmişdir.Həmin barışıq sazişinə əsasən tərəflər arasında "xxxx" MMC-nin “İlham Co” firmasına borcunun ƏDV daxil olmaqla 210000 manat məbləğində müəyyən edilməsi, həmin borc ƏDV daxil olmaqla 210000 manat məbləğinin "xxxx" MMC-nin hal-hazırki, təsisçilərdən başqa şəxslərə satılması barədə bağlanmış alqı-satqı müqaviləsinin icrasından sonra, 30%-ni 1ci ayda, 60%-nin – növbəti 3 ay müddətində və qalan 10%-nin isə növbəti ayda ödənilməsi, "xxxx" MMC ilə mövcud olmuş və hazırda məhkəmə qaydasında tələb edilən imzalanmış nəqliyyat ekspedisiya xidmətinin göstərilməsi barədə müqaviləni təzələməklə, gələcəkdə də onunla dostcasına əməkdaşlıq edilməsi, "xxxx" MMC-nin “İlham Co” firmas ına və İİ cavabdeh X7 qarşı “Bağlanmış müqavilənin etibarsız hesab edilməsi və vurulmuş ziyanın tutulması haqqında” qarşılıqlı iddia tələbindən imtinanın qəbul edilməsi, X6 üzərinə "xxxx" MMC-nin halhazırda, nə də bundan sonra olacaq təsisçilərinə Barışıq razılaşmasının predmetinə və ya digər hallar üzrə mövcud olmuş mübahisələr haqqında iddia tələblərini qaldırmayacağı və "xxxx" MMC ilə bağlı informasiyalaradan istifadə etməyəcəyi və onları yaymayacağı barədə öhdəlik qoyulması razılaşdırılmışdır. Həmçinin 23.04.2015-ci il tarixdə 2 inz(81)58/2009 nömrəli, 05.08.2009-cu il tarixli eyni məzmunlu icra vərəqəsi verilmişdir. Həmin qərarın və icra vərəqəsinin məzmunundan göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin istinad etdiyi qərarda qeyd edilən daşınmaz əmlaklara dair mülkiyyə t hüquqlarının “İlham Co” firmasının adına dövlət qeydiyyatına alınması nəzərdə tutulmamışdır. Cavabdehin bu hərəkətləri nəticəsində "xxxx" MMC-nin qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Qeyd edilən dövlət qeydiyyatının və çıxarışların ləğv edilməsinə dair cavabdehə muraciət edilsə də bundan imtina edilmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 04.05.2017ci il tarixli qərarı əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi 2 saylı evin 100 saylı mənzil “İlham Co” firmasının adına reyestrdə qeydə alınmış və həmin əmlak 17.06.2017-ci il tarixli alqı- satqı müqaviləsi əsasında X3 adına qeydə alınmışdır. Bundan əlavə, Bakı şəhəri, Binəqədi rayonu və Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 nömrəli evin, 1 nömrəli mənzil “İlham Co” firmasının adına reyestrdə qeydə alınmışdır.
7. İddiaçı icraatın gedişində ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 04.05.2017-ci il tarixli qərarını mübahisələndirmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim R.Kərimli), 2-1(82)-177/2018 saylı 27 fevral 2018-ci il tarixli qərardadı ilə işin icraatı Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 04.05.2017-ci il tarixli qərarını mübahisələndirilməsi tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmış, Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(112)- 1143/2020 saylı iş) 16 noyabr 2020-ci il tarixli qərardadı ilə dayandırılmış icraat təzələnmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(112)- 28/2021 saylı iş) 16 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə “İlham Co” firması arasında məhkəmə mübahisəsi mövcud olmuşdur, həmin məhkəmə mübahisəsinin gedişi zamanı qeyd edilən tərəflər barışıq sazişi imzalamışlar və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərardadı ilə həmin barışıq sazişi təsdiqlənmiş və müvafiq icra vərəqi verilmişdir. Qeyd edilən icra vərəqinə əsasən iddiaçı “X2 LLC” MMCnin “İlham Co” firmasına olan borcu 210000 manat müəyyən edilmiş və borclu tərəfindən borcun 30 %-nin 1-ci ayda, 60%-nin növbəti 3 ay müddətində və qalan 10 %-nin isə növbəti ayda ödənilməli olması göstərilmişdir. ”X2 LLC” MMC tərəfindən icra vərəqi könüllü icra edilmədiyindən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” 04.05.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 505768, ev, mən.1-in “İlham Co” firmasının adına keçirilməklə rəsmiləşdirilməsinin, dövlət reyestrində müvafiq qeydlər aparmaqla çıxarışın verilməsinin AR ƏMDK yanında DƏDRXnin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı MMC 04.04.2018-ci il tarixdə şikayət ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə 04.05.2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etsə də müraciəti təmin edilməmiş, həmin qərardaddan verilən şikayətə baxılan zaman apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərardadının icrası ilə bağlı həyata keçirilmiş bütün məcburi icra tədbirləri qanunun tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Əmlak M əsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının ləğv edilməsini tələb etdiyi əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını icra məmurunun qərarı əsasında aparmışdır və icra məmurunun bu hərəkətinə münasibətdə artıq apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi mövcuddur. Belə olan halda iddiaçının iddiası əsaslı deyildir.
10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşmayan Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X8 -məruzəçi, X13 və X4, 2-1(103)1720/2021 saylı iş) 25 noyabr 2021-ci il tarixli qərardadı ilə iddaçının apellyasiya şi kayətini qismən təmin etmiş, birinci instansiya məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərarını ləğv etmiş, iddiaçının iddiasını mümkün saymamışdır.
12. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən çıxarış daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə olduğundan, həmin çıxarış inzibati akt hesab olunmadığından və tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yarandığından müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. İddiaçının ləğv edilməsini tələb etdiyi çıxarışın mübahisələndirilmə əsasını mülki hüquq münasibətləri təşkil edir. Belə olan halda, iddiaçının həmin tələbi hüquqi təbiəti baxımdan mülki-hüquqi tələbdir.
13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv olunmasını, işin təkarar baxılma sı üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
14. İddia tələbinin əsasını cavabdehin üçüncü şəxsin adına iddiaçının mülkiyyətində olan daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunsuz hərəkətləri təşkil edir. İşin hallarından göründüyü kimi, qeydiyyatlar mülkihüquqi əqdlər (alqı -satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmamış, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi olmuşlar. Bu baxımdan, qeydiyyatların mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarılarına əsasən bu mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Proses sual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırı laraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyri-mümkün hesab etməkdə haqlıdır. Məhkəmə qərara almışdır ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edi lməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respubl ikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyul un 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamla r və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyət i orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yan varın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009- cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
17. İnzibati Prosessual Məcəllə: İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına v ə ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); (-). Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndir mə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır;
18. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. (-).
19. Azərba ycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1.Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4.Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1.İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağ ı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2.İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
20. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı müb ahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Məhkəmə qərara almışdır ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətinin ərazi idarələri tərəfındən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış "Daşınmaz əmlakm dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafıq olaraq daşınmaz əmlaka hüquqlann təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasmda baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
21. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yox dur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
22. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
24. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə əsasən mübahisələndirilən çıxarış daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə olduğundan, həmin çıxarış inzibati akt hesab olunmadığından və tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yarandığından müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. İddiaçının ləğv edilməsini tələb etdiyi çıxarışın mübahisələndirilmə əsasını mülki hüquq münasibətləri təşkil edir. Belə olan halda, iddiaçının həmin tələbi hüquqi təbiəti baxımdan mülki-hüquqi tələbdir.
25. Halbuki hazıki iddia ərizəsinin məzmunundan görünür ki, iddia təbbinin əsasını iddiaçının mülkiyyətində olmuş daşınmaz əmlaklar barədə mülkiyyət hüququna dair qeydiyyatın qanunsuz olaraq "İlhar Co" fırmasının adına aparılması və buna dair çıxarışların verilməsi hərəkətbri təşkil edir. Belə ki, işin hallarından göründüyü kimi, qeydiyyatlar mülki-hüquqi əqdlər (alqı -satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmamış, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərin in icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi olmuşlar. Bu baxımdan, məhkəmə qeydiyyatların mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli idi.
26. Hazırki qərarın 17, 18, 19 və 20-ci bəndlərində qeyd edilən prosessual hüquq normalarının tələbi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin hüquqi mövqeyi baxımından hazırki mübahisə inzibati prosessual qaydasında inzibati məhkəmədə baxılmalıdır.
27. Göstərilənlərə əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)- 1720/2021 saylı iş 25 noyabr 2021 tarixli qərardadı ləğv edilməli iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsi iş üzrə ətraflı araşdırma aparmalı, qeydiyyat zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verməli və buna müvafiq olaraq qanuni və əsasli qərar qəbul etməlidir.
29. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)- 1720/2021 saylı iş 25 noyabr 2021 tarixli nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.