Məhkəmə qərarları › İş №2-1(102)-534/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-534/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-534/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlə t Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2239/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1981-ci il tarixdə əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisə və peşələrdə işləmiş və hal-hazıradək işləyir. 2. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 15 saylı güzəştli arayışında göstərilmişdir ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş İddiaçı (iddiaçı) həqiqətən əmək kitabçasına, "xxxx" ASC-nin arxivin də olan əmrlərə və əmək haqqı hesablanması cədvəllərinə əsasən xx.xx.1989-cu il tarixdən (Əmr №117, xx.xx.1989-cu il) xx.xx.1995-ci il (Əmr №3/k, xx.xx.1995-ci il) tarixinədək “Azərenerjitikinti” trestinin “Elektrikquraşdırma” idarəsinin Gəncə sahəsində tikinti quraşdırma işləri üzrə zərərli sahədə tikinti ustası vəzifəsində işləmişdir. xx.xx.1995-ci il tarixindən (Əmr №3/k, xx.xx.1995-ci il) köçürmə yolu ilə "xxxx" Dövlət Şirkətinin “Elektrikquraşdırma” idarəsinin Gəncə sahəsinə iş icraçısı vəzifəsinə keçirilmişdir və xx.xx.1998-ci il (Əmr №29/k, xx.xx.1998-ci il) tarixinədək həmin idarədə iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.1998-ci il tarixdən (Əmr №29/k, xx.xx.1998-ci il) köçürmə yolu ilə "xxxx" ASC-nin “Elektrikquraşdırma" idarəsinə iş icraçısı vəzifəsinə keçirilmişdir. xx.xx.199 8-ci il tarixdən (Əmr №29/k, xx.xx.1998-ci il) "xxxx" ASC-nin “Elektrikquraşdırma” idarəsindən köçürmə yolu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Şamxor SES” tikinti sahəsinə iş icraçısı keçirilmişdir. İddiaçı zərərli sahələrdə tikinti quraşdırma işləri üzrə tikinti ustası, iş icraçısı peşələrində işlədiyi dövr üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 29. ’’Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” b) mütəxəssislər bölməsinin-tikinti, quraşdırma üzrə ustalar və iş icraçıları bəndinə əsasən güzəştli şərtlərlə imtiyazlı təqaüd almaq hüququna malikdir. Arayış təqaüdün hesablanması üçün Gəncə şəhər Kəpəz rayonu Dövlət Sosial Müdafiə Fon duna təqdim etmək üçün verilmişdir. Arayışda heç bir istifadə edilməmiş məzuniyyət, ezamiyyət, kompensasiya, indeksasiya nəzərə alınmamışdır və əmək haqqı cədvəlinə əsasən yazılmışdır. SSRİ Energetika Nazirliyinin xx.xx.1991-ci il tarixli 60 nömrəli əmrinin “A” bəndinin bölməsinə əsasən “Azərenerjitikinti” tresti “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 may 1993-cii il tarixli 619 saylı sərəncamına əsasən "Azərenerjitikinti" İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) və “Enerjiquraşdırma”nın bazası əsasında "xxxx" Dövlət Şirkəti (DŞ) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 1998-ci il tarixli 851 saylı sərəncamına əsasən "xxxx" Dövlət Şirkəti bazası əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti (A SC) yaradılmışdır. "xxxx" ASC “Azərenerjitikinti” trestinin “Elektrikquraşdırma” idarəsinin Gəncə sahəsinin və "xxxx" Dövlət Şirkətinin “Elektrikquraşdırma” Gəncə sahəsinin hüquqi varisidir. 3. "xxxx" ASC Sumqayıt “Alüminium” İstehsalat Sahəsinin (Gəncə «Gil-Torpaq» İstehsalat Sahəsi) xx.xx.2014-cü il tarixli 01- 507 saylı arxiv arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.1981-ci ildə Nəzarət ölçü cihazları sexi - Kimyəvi və köməkçi sexlər sahəsində 3-cü dərəcəli NÖC elektro-çilingər (əsas: xx.xx.1981-ci il tarixli 796 saylı əmr), xx.xx.1982-ci ildə Nəzarət ölçü cihazları sexi - Kimyəvi və köməkçi sexlər sahəsində 4-cü dərəcəli NÖC elektro-çilingər (əsas: xx.xx.1982-ci il tarixli 209 saylı əmr), xx.xx.1987-ci ildə Nəzarət ölçü cihazları sexi - Kimyəvi və köməkçi sexlər sahəsində 5-ci dər əcəli NÖC elektro-çilingər işinə qəbul edilmişdir (əsas: xx.xx.1984-cü il tarixli 226 saylı əmr). xx.xx.1989-cu il tarixində Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Əmr № 309, xx.xx.1989-cu il. Əsas: işçinin şəxsi ərizəsi. 4. "xxxx" ASC Sumqayıt “Alüminium” İstehsalat Sahəsinin xx.xx.2021-ci il tarixli 03 saylı arxiv arayışında göstərilmişdir ki, iddiaçı həqiqətən "xxxx" ASC-nin Gəncə “Giltorpaq” İstehsalat Sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) aşağıdakı peşələrdə (vəzifə) işləmişdir. xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilədək (peşənin adı, bölmə və kodu) Siyahı nömrə 2, bölmə X, yarımbölmə 10a Kimya istehsalatı 2110A000a. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrin in və neft kimya sənayesi sahələrinin fəhlələri və mütəxəssisləri. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında pensiya siyahısı üzrə güzəştli şərtlərə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir və İddiaçı peşəsi 2 saylı pensiya Siyahısında mövcuddur.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

6. Cavabdeh 31 avqust 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 13 oktyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə mür aciət edərək, cavabdehin onun barəsində qəbul edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina ilə bağlı 31 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarının ləğv edilib “Gəncə Gil-Torpaq” İstehsalat sahəsində nəzarət ölçü cihazları elektro-çilingər vəzifəsində xx.xx.1981-xx.xx.1989-cu illər üçün iş stajını güzəştli iş stajına hesablayıb, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

8. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

9. Daha sonra iddiaçı iddia təl əbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

10. İddiaçı iddia ərizəsini bu qərarın 1-6-cı bəndlərində qeyd olunan məlumatlara istinad etməklə, əmək fəaliyyəti ilə məşğul olduğu müddətlərin, təqdim etdiyi sənədlərə əsasən sübuta yetirildiyi ilə əsaslandırmış və cavabdehin imtinasını əsassız hesab etdiyini bildirmişdir. Cavabdehin etirazları:

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “ Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə istinad edilərək göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa gör ə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində “Gəncə Gil-torpaq” İstehsalat sahəsində işlədiyi elektro-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Kimya İstehsalatı bölməsində (8) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş staj ı 12 il 6 aydan az (9 il 3 gün (xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin (P.İddiaçı) 28 fevral 2022-ci il tarixli, 2-1(112)2978/2022 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şə rtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/ A.V.Tanrı verdiyev və İ.S.Şirinov) 27 oktyabr 2022-ci il tarixli, 21(103)-2239/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının "Azərenerjitikintiquraşdırma” ASC-də tikinti ustası və iş icraçısı kimi işlədiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının 2 "2290000 XXVİİ. Bina, qurğu və digər obyektlərin i nşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “2290000b—23419” kodunda "yeni tikinti və quraşdırma işlərinin ustaları” "2290000b—24441” kodunda iş icraçıları güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur ki, həmin peşə üzrə də iddiaçının 15 il 4 ay 26 gün güzəştli stajı vardır. Göründüyü kimi, cavabdehin imtina məktubunda, iddia ərizəsinə etirazında və apellyasiya şikayətində xx.xx.1981-xx.xx.1989cu illərdə iddiaçının işlədiyi "Gəncə Gil- Torpaq” İstehsalat sahəsində ölçü cihazları elektroçilingər işini güzəştli staj kimi qəbul edilməsə belə, onun xx.xx.1989- xx.xx.2004-cü illərdə tikinti ustası və iş icraçısı kimi işlədiyi vəzifələr güzəştli pensiya hüquq verən vəzifələr sırasına daxildir və bu halın cavabdeh tərəfindən mübahisələndirildiyi müəyyən olunmur. Hərçənd ki, iddiaçının "Azərbaycan Alüminiumu” ASC-də Sumqayıt "Alüminium” X1 «GilTorpaq» İstehsalat Sahəsində 7 il 6 ay 29 gün elektro-çilingər kimi işlədiyi fəhlə peşəsi də 2 nömrəli Siyahının “X.Kimya istehsalatı” bölməsində nəzərdə tutulmuşdur:"kod 2110A010

1. Asfalt, pek materialları, asfaltpek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və sair sənaye sahələri üçün köməkçi maddələr; giltorpaq” və Kod 2110A030—17531 - 2 N°-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 N-li və 2 N-li Siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının və (2110A030) ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər”. Beləliklə də, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş 12 il 6 aydan da artıq güzəştli pensiya hüququ verən peşə və vəzifədə işlədiyi təsdiq olunur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli stajının 12 il 6 aydan az olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. İddiaçının 2006-cı ilə qədər 25 il ümumi iş stajına gəldikdə isə onun işə əlavə olunmuş ******* saylı hərbi biletinə əsasən xx.xx.1979-xx.xx.1981 -ci illər üzrə 2 il 1 ay 11 gün hərbi xidmət dövrü qeyd olunan iş stajına əlavə edildikdə, 26 il sığorta stajı toplanır. Beləliklə də, "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi baxımından, iddiaçının 2006-cı ilə qədər qüvvədə olmuş "V ətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b” bəndinə müvafiq olaraq 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti iddiaya dair verilmiş etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçını n mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin İcrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tut duğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaş ına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır..... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayara q əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 22. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq ol unmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 23. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) i ddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. B) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəy işdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərin dən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsa sən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.

34. Azərbaycan Respublikası nın Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

35. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstəri lməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

36. İddiaçıya güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir.

37. Yuxarıda istinad edilən iddiaçının güzəştli iş stajı barədə arayışlardan müəyyən edilir ki, iddiaçının "xxxx" ASC-də tikinti ustası və iş icraçısı kimi işlədiyi peşə üzrə 15 il 4 ay 26 gün güzəştli stajı vardır. Belə ki, onun xx.xx.1989-xx.xx.2004-cü illərdə tikinti ustası və iş icraçısı kimi işlədiyi vəzifələ r güzəştli pensiya hüquq verən vəzifələr sırasına daxildir və bu halın cavabdeh tərəfindən mübahisələndirildiyi müəyyən olunmur. İddiaçının "xxxx" ASC-də Sumqayıt “Alüminium” X1 “Gil-Torpaq” İstehsalat Sahəsində 7 il 6 ay 29 gün elektro-çilingər kimi işlədiyi fəhlə peşəsi də 2 nömrəli Siyahının "X.Kimya istehsalatı” bölməsində nəzərdə tutulmuşdur.

38. Beləliklə də, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş 12 il 6 aydan da artıq güzəştli pensiya hüququ verən peşə və vəzifədə işlədiyi təsdiq olunur.

39. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” təsdiq edilmişdir. Siyahının 2 “2290000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “2290000b—23419” kodunda "yeni tikinti və quraşdırma işlərinin ustaları” "2290000b— 24441” kodunda iş icraçıları, “kod 2110A010

1. Asfalt, pek materialları, asfaltpek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və sair sənaye sahələri üçün köməkçi maddələr; giltorpaq” və Kod 2110A030—17531 - 2 N°-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 N-li və 2 N-li Siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının və (2110A030) ventilyasiyanın ki mya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər” güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur.

40. İddiaçının 2006-cı ilə qədər 25 il ümumi iş stajına gəldikdə isə onun işə əlavə olunmuş ******* saylı hərbi biletinə əsasən, xx.xx.1979 - xx.xx.1981 -ci illər üzrə 2 il 1 ay 11 gün hərbi xidmət dövrü qeyd olunan iş stajına əlavə edildikdə, 26 il sığorta stajı toplanır. Beləliklə də "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi baxımından, iddiaçının 2006-cı ilə qədər qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin "b” bəndinə müvafiq olaraq 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur.

41. Beləliklə, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından mü əyyən edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.

42. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

44. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 21(103)-2239/2022 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar