Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-535/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər:(prokurorluq hesablanması) işçisinin əmək pensiyasının GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), yenidən Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi İddiaçı, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlə t Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2194/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə müraciət etmiş, sonuncu müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçıya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2116/2013 saylı xx xxxxxx 2013-cü il tarixli qərarı üzrə 2009-cu ilin noyabr ayından pensiyasının yenidən hesablanması qərara alındığından onun pensiyası düzgün ödənilir. Həmin cavabla razılaşmayan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyasının əlavə artımlarla birlikdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, həmin Qanunun qüvvəyə mindiyi xx xxxxxx 2006cı il tarixdən başlayaraq, 2009-cu ilin noyabr ayına kimi hesablanması və əmələ gələn məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xah iş etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun əmək pensiyasının prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və həmin tarixdən 2009-cu ilin noyabr ayınadək ödənilməmiş fərqin ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nun Bakı şəhəri Yasamal rayon şöbəsinə həvalə edilməsi b arədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, o, 2000-ci ilin mart ayından Azərbaycan Respublikasının prokurorluq orqanlarından yaşa görə pensiyaya çıxmaqla əmək pensiyası alır. xx xxxx 2001-ci il tarixdə qəbul edilmiş «Prokurorluq orqanlarında qulluqkeçmə» haqqında Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsində prokurorluq işçiləri məzuniyyətə çıxarkən hər il onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı, Qanunun 20.9-cu maddəsində prokurorluq işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və Qanunun 21.4-cü maddəsində isə prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən pul təminatı, pul müavinəti və maddi yardım nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının x xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş Qanununun 9.4, 20.1, 20.1.5 və 29.3-cü maddələrinin tələbinə görə, prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyalarına əlavələr hesablanması nəzərdə tutulur. Həmin Qanunun 20.8 və 20.8.3-cü maddələrinin tələbinə görə, prokurorluq orqanlarında on ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə prokuror işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, on ildən yuxarı olduqda prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26 və 26.1-ci maddələrinin tələbinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı Kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. «Əmək pensiyaları haqqında» Qanunun 29.3-cü maddəsinə görə, bu Qanunun 20.1.1 - 20.1.17-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyalarının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Yuxarıda göstərilən hallara görə, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatını, müalicə üçün hər il iki aylıq əmək haqqı məbləğində pul müavinəti və hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardımı nəzərə alaraq ona verilən pensiya məbləğinin yenidən hesablanaraq ödənilməsini xx xxxxx 2013-cü il tarixli ərizə ilə DSMF-nin Yasamal rayon şöbəsindən x ahiş etsə də, ərizəsinə əsaslı səbəb göstərilmədən ona rədd cavabı verilmişdir. Ona görə də xx xxx 2013-cü il tarixdə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmə iddia ərizəsinə xx xxxxxx 2013-cü il tarixdə baxaraq iddianı əsaslı sayaraq 2inz(81)-2116/2013 saylı qərarı ilə təmin etmişdir. O, iddia ərizəsində pensiyasının əmək haqqına edilən iki aylıq təminat, iki aylıq müavinət və iki aylıq əmək haqqından az olmayaraq ildə bir dəfə maddi yardımı nəzərə alaraq pensiya məbləğinin yenidən hesablanaraq 2009-cu ilin noyabr ayından başlayaraq artırılmasını xahiş etdiyindən məhkəmə də həmin tarixdən etibarən pensiyasını yenidən hesablanaraq ödənilməsi barədə qərar vermişdir. DSMF-nin Yasamal rayon şöbəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə razılaş araq pensiya məbləğini iddia ərizəsində göstərildiyi kimi 2009-cu ilin noyabr ayından başlayaraq əmək haqlarına edilən əlavə artımlar nəzərə alınmaqla yenidən hesablayıb ödəməyə başlamışdır. Lakin sonralar ona məlum olmuşdur ki, prokurorluq işçilərinin əmək pensiyaları “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələrində göstərilən əlavə artımlar nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx xxxxxx 2006-cı il tarixdən etibarən yenidən hesablanaraq ödənilməlidir. Bütün bu əsasları nəzərə alaraq pensiya məbləğinin əlavə artımlar nəzərə alınmaqla pensiyanın hüquqi təminatının yarandığı xx xxxxxx 2006-cı il tarixdən 2009-cu ilin noyabr ayına kimi yenidən hesablanaraq əmələ g ələn məbləğ fərqinin ona ödənilməsi məqsədi ilə DSMF-nin Yasamal rayon şöbəsinə xx xxxx 2019-cu il tarixdə ərizə ilə müraciət etsə də, müsbət cavab almamışdır. Cavabdeh həmin məktubda göstərmişdir ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində göstərilən əlavələr 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2inz(81)-2116/2013 saylı qərarına əsasən 2009-cu ilin noyabr ayından etibarən düzgün hesablanaraq artımlar ödənilmişdir. Cavabdehin bu imtinası qanunsuzdur. Belə ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində göstərilən hər il məzuniyyətə çıxarkən prokurorluq işçilərinə ildə bir dəfə o lmaqla iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1, 20.1.5 və 20.1.5-1-ci maddələrinə görə, bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə və qanunvericilikdə müəyyən edilmiş, yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyalarına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi xx xxxxxx 2006-cı il tarixdən tez olmamaqla ömür lük təyin edildiyindən, pensiyanın yenidən hesablanması xx xxxxxx 2006-cı il tarixindən aparılmalıdır. Buna baxmayaraq, iddia ərizəsində qeyd etdiyi kimi onun məlumatsızlığı üzündən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verdiyi xx xxx 2013-cü il tarixli iddia ərizəsində “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4cü maddələrində göstərilən artımların nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Qanunun 20.1, 20.5. 20.8, 20.8.3, 26.1 və 29.3-cü maddələrində göstərilən qaydalara uyğun olaraq əmək pensiyanın yenidən hesablanmasının əvvəlinin düzgün olmayaraq 2009-cu ilin noyabr ayından aparılmasını göstərdiyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi də iddia tələbinin təmin edilməsi barədə 2inz(81)-2116/2013 saylı xx xxxxxx 2013-cü il tarixli qərarında pe nsiyanın artımları nəzərə alınaraq yenidən hesablanmasının əvvəlinin 2009-cu ilin noyabr ayından başlayaraq ödənilməli olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2217/2019 saylı, xx xxxx 2019cu il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia təmin edilmiş, iddiaçının əmək pensiyasının prokuroruq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəf ə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və həmin tarixdən 2009-cu ilin noyabr ayınadək ödənilməmiş fərqin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, apelyasiya instansiyası məhkəməsinin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun B akı şəhəri Yasamal rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2194/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-2217/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və apelyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını xa hiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarında obyektiv həqiqəti ifadə edən hüquqi və faktiki əsaslar nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qərar qəbul edilmişdir. Belə ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun xx xxxx 2001-ci il tarixdə qəbul edilib, xx xxxx 2001-ci ildə dərc olunub. İddiaçı isə artıq həmin Qanun qəbul edilməmişdən əvvəl pensiya hüququ yarandığından pensiya alırdı. Göründüyü kimi, iddiaçının adı çəkilən Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri alması obyektiv baxımdan mümkünsüz idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdehin vəkili kassasiya şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Lakin, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən, prokurorluq işçilərinin sosial müdafiəsi prokurorluq işçilərinin maddi və sosia l müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə "Prokurorluq orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. 20.9-cu maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşın dan, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. 21.2-ci maddəsinə əsasən prokurorluq işçisinin vəzifə maaşı onun tutduğu təsnifat vəzifəyə uyğun olaraq müəyyən edilir. 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. «Əmək pensiyaları haqqında» Qanunun 20.1, 20.1.5 və 20.1.5-1-ci maddələrinə əsasən, bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.8-ci maddəsinə görə, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əm ək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Həmin Qanunun 29.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. «Prok urorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göstərilən müddəaları nəzərə almaqla məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, həmin əlavələrin hesablanması əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla aparılmalıdır. “Əmək haqqı” anlayışı isə prokurorluq işçilərinə münasibətdə “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.-ci maddəsində aşağıdakı kimi müəyyən edilmişdir: prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Ona görə də, iddiaçının pensiya məbləğinə qulluq stajına görə əlavə hesablanarkən prokurorluq işçilərinin aldığı əmək haqqına daxil olan bütün növ ödənişlərin nəzərə alınması qanunla müəyyən edilmişdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələrin yenidən hesablanması qaydası bilavasitə “Əmək pensiyaları haqqında” Qanunda təsbit olunmuşdur və bu norma aylıq əmək haqqı sonradan artırıldıqda, əmək pensiyasına əlavələrin yenidən hesablanmasını şəxsin bu artımları əvvəllər alması ilə şərtləndirmir. Bu qaydada pensiyanın yenidən hesablanması üçün artımların hazırda prokurorluq işçil ərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqının məbləğinə daxil olması kifayətdir ki, cavabdeh də bu halı mübahisə etmir. İddiaçının tələb etdiyi əlavələrin onun tərəfindən alınmadığına dair dəlillə bağlı olaraq isə qeyd olunmalıdır ki, həmin əlavələr qanunun göstərişinə görə verilməli olan ödənişlər olmuşdur və hətta iddiaçıya işləyərkən həmin ödənişlər veriməmişsə belə, o, hazırda həmin əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Şərh olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2194/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-535/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-535/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver