Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-535/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qaçqın statusunun verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1806/2020 sa ylı, x xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “Qaçqın statusunun verilməsi haqqında” xx.xx.2019-cu il tarixli vəsatətlə cavabdehə müraciət etmiş və müraciətini onunla əsaslandırmışdır ki, Qəzni vilayəti, Qarabağ ulusvaliliyi, Qolyaqol kəndində anadan olmuşdur. O, birinci dəfə səyahət məqsədilə Özbəkistana getdiyini, təxminən 20 gün Daşkənddə qaldığını, sonra da Əfqanıstana qayıtdığını, ikinci dəfə isə Kabildə istehsal etdiyi mallar üçün bazar tapmaq məqsədilə Mohammad Heydar adlı şəriki ilə birlikdə Özbəkistana getdiyini, təxminən bir həftə Daşkənddə qaldığını, 3-cü dəfə isə Azərbaycana gəlmək məqsədilə Daşkəndə gəldiyini, orada 4 gün qaldıqdan sonra Azərbaycana gəldiyini, Azərbaycanda BMT QAK-ın fəaliyyət göstərdiyini, Azərbaycanın qaçqın qəbul etdiyini, həm də Azərbaycanda asanlıqla iş tapmağın mümkünlüyü barədə hələ Əfqanıstanda olanda ona dediklərini, məqsədinin Azərbaycana gəlmək olduğunu, İranda iş barədə vəziyyətin yaxşı olmadığını, bu səbəbdən atasının yanına getmədiyini, ölkəsini tərk etmə səbəbinin təhdid olunduğu, mollalar, ağsaqqallar tərəfindən həyatı üçün təhlükə olduğunu bildirmişdir. Əlavə olaraq, 1398-ci ilin couza ayının axırlarında (2019-cu il, iyun ayının 15-20-si) Ciğətuya getdiyini, Ramazan bayramından təxminən 10 gün sonra, həmin gündə də məsciddə həmin hadisənin baş verdiyini, məsciddə yuxuya gedəndən sonra pəncərə qabağına qoyduğu yanılı şamın aşdığını, şamın yanında olan bir neçə Quran kitabını n az da olsa yandığını, buna görə də onları edam etmək istədiklərini, sonra da, onları İsmət adlı borclularının qaçırtdığını, burada qaçqın kimi qəbul edilməsini xahiş etdiyini, işləməyə imkan yaradılmasını, burada sex açmaq istədiyini, idman malları istehsal etmək istədiyini qeyd etmişdir.
2. Cavabdehin xx.xx.2019-cu il tarixli İQ-290/1 saylı qərarı ilə Əfqanıstan İslam Respublikasının vətəndaşı olan iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı mollalar, ağsaqqallar tərəfindən təhdid olunduğunu bildirsə də, əldə olunmuş nəticələr təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçının qaçqın statusunun verilməsi haqqında vəsatəti tə min edilməmişdir.
3. Cavabdehin xx.xx.2020-ci il tarixli 58 saylı qərarı ilə qaçqın statusu verilməsindən imtina edilməsinə dair cavabdehin xx.xx.2019-cu il tarixli İQ-290/1 saylı qərarından iddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı xx xxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin İQ-290/1 nömrəli xx xxxxxx 2019-cu il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi, cavabdehin üzərinə iddiaçının xx xxxxxxxx 2019-cu il tarixli vəsatətini təmin edə rək iddiaçıya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Əfqanıstan vətəndaşı və Qəzni vilayəti sakinidir. Etnik mənsubiyyətinə görə hazaradır. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. Ərizəçi şəriki ilə birlikdə borc almaq məqsədilə getdiyi şəhərdə məsciddə gecələməli olub və bu zaman ehtiyatsızlıqdan şamın aşması nəticəsində məsciddə Quran kitabı zədələnib. Səhərisi isə məscidin mollası və digərləri onların qəsdən dini kitaba zərər vurduqları iddiası ilə onları tutublar. Ərizəçi və şərikinin borclusu borcun bağışlanması müqabilində onları gizlicə məsciddən çıxartmış, lakin məscidin axundu və digərləri ərizəçiləri dini küfür adı altında axtardıqlar ı və təqib etmək istədikləri üçün ərizəçi ölkəni tərk etməli olub. Ərizəçi x xxxxxxxx 2019-cu ildə Azərbaycana gəlmişdir. xx xxxxxxxx 2019-cu ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət etmiş, cavabdeh onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və iddiaçıyla müsahibə aparmışdır. O, bildirib ki, onun dini inancı olmadığına görə təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. Cavabdehin qərarını onunla əsaslandırılmışdır ki, ərizəçinin iddiaları əsaslı deyildir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-3918/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamı ş, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X1 və X4, 2-1(103)-1806/2020 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
10. İddiaçı xx xxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
11. İrqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükə altinda olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir (BMT QAK, Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçi, 51-ci bəndi).
12. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, iddiaçının izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim etmədikləri halda onun izahatlarını mötəbərlik prezumpsiy asına uyğun qiymətləndirməyiblər. Bununla da “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilmə və araşdırılma aparılmayıb.
13. Cavabdeh iddiaçı ilə müsahibənin aparılmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməyib. Bununla da “İnzibati icraat haqqında” Qanunun 10 və 26-cı maddələrinin pozuntusuna yol verib.
14. Cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərar da əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib.
15. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 1, 4.3, 5.1 İnzibati Prosessual Məcəllənin 12, 13, 14-cü maddələrinə ist inad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 19. “Qaçqınların və mə cburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun: Maddə
1. Qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə
12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qa çqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə
13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.
20. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 21(102)-1013/2018 saylı xx xxxx 2018-ci il, 2-1(102)-1898/2018 saylı xx xxxxxxx 2018-ci il və 2-1(102)-1994/2018 saylı x xxxxxx 2018-ci il, 2-1(102)-366/2021 saylı xx xxxxxx 2021ci il tarixli qərarlarında “Qaçqınların və məcburi köçkünlərin (ölkə da xilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən imtina barədə cavabdehin hərəkətləri qanuni hesab edilmişdir.
21. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığı nı yoxlayır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilm əməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul o luna bilən hesab edilir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
26. Yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından kollegiya qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun v erilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi?
27. Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı o, ölkəsini tərk etməsini şəriki ilə birlikdə borc almaq məqsə dilə getdiyi şəhərdə məsciddə gecələyən zaman ehtiyatsızlıqdan şamın aşması nəticəsində məsciddə olan Quranın zədələnməsi, məscidin axundunun və digərlərinin onu dini küfür adı altında axtardıqları və təqib etməsi ilə əsaslandırmışdır.
28. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır.
29. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqibl ərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir.
30. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır.
31. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər.
32. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilm əkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Bu mənada, kasasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir.
33. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz.
34. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.
35. Bəhs olunanlara əsasən kasasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur.
36. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
37. Kasasiya şikayəti təmin edilmədən, apelyas iya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1806/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.