Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-535/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: 190 manat birdəfəlik ödəmənin verilməsi (iş № 2-1(102)-535/2022) Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra mətndə - cavabdeh) qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2709/2021 saylı, 6 dekabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1987-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu, Cəhri kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İki dəfə rəsmi nikahda olmuş və sonuncu dəfə 2018-ci il 19 sentyabrda boşanmışdır.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı (bundan sonra Nazirlər Kabinetinin Qərarı) ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilmiş və qeydiyyat tarixindən asılı olaraq 2020-ci il 1 aprel tarixinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə ödənilmişdir.
3. İddiaçı e-sosial.az saytında 190 manat məbləğində birdəfəlik ödəmənin alınması ilə bağlı elektron qaydada müraciət etmiş, lakin "Məşğulluq” altsistemində “ərinin” adına aktiv əmək müqaviləsinin aşkarlandığı üçün 30.04.2020-ci il tarixində telefon nömrəsinə SMS-lə imtina barədə cavab gəlmişdir.
4. İddiaçı birdəfəlik ödəmənin alınması ilə bağlı müraciət edən zaman evli olmadığından (belə ki, iddiaçı iki dəfə ailəli olmuş və boşanmışdır - X4 05.05.2010-cu ildə, X1 1 9.09.2018-ci ildə məhkəmə qərarı ilə rəsmi qaydada boşanmışdır. İki övladını təkbaşına böyüdür) və ailə tərkibinə görə imtina verildiyini öyrəndikdən sonra “mygov.az saytı”na daxil olaraq ailə tərkibinin düzəldilməsi ilə bağlı müraciət etmişdir. Ailə tərkibi ilə bağlı məlumatlardakı səhvliklərin düzəldilməsi ilə bağlı müvafiq müraciətləri müsbət nəticələnmişdir. Bundan sonra iddiaçı 190 manat məbləğində birdəfəlik ödəmənin ondan asılı olmayan səbəblərə görə ala bilmədiyinə istinadla cavabdehə 12.01.2021-ci ildə poçt vasitəsi ilə müraciət etmişdir. Sonuncu tərəfindən müraciətinə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnz ibati Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, ondan asılı olmayan səbəblərdən hüququ olan aylıq 190 manat müavinət əhaliyə neçə ay ödənilibsə hüququ yarandığı gündən digər vətəndaşlara ödəndiyi qədər yenidən hesablanaraq, ona ödənilməsi ilə bağlı cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddiaya dair yazılı etirazında imtinanın verilməsinin əsası kimi Nazirlər Kabinetinin Qərarının 600 min şəxsi əhatə etməsinə, ayrılmış vəsaitin işsiz kimi qeydiyyata alınmış şəxslərin hesabına köçrüldüyünə, MAS tərəfindən iddiaçının məlumatlarının təhlili zamanı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində iddiaçının evli kimi qeyd olunduğuna və əri X5 barəsində “Əmək müqaviləsi bildirişi” altsistemində 14.09.2009-cu il tarixi ndə bağlanılmış və həmin vaxt qüvvədə olan aktiv əmək müqaviləsi olmasına istinad etmişdir.
7. Birinci istansiya məhkəməsi 190 manat birdəfəlik ödəmənin "Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənildiyinə, müvafiq icra hakimiyyəti orqanının elektron informasiya ehtiyatından əldə olunmuş məlumata görə iddiaçının evli olduğunun qeyd edildiyinə, həmçinin, məhkəmə araşdırması ilə iddiaçının kənd təsərrüfatına yararlı pay torpaq mülkiyyətçisi olduğunun müəyyən edildiyinə istinad edərək, iddiaçının aztəminatlılıq meyarına cavab vermədiyi qənaətinə gəlmiş və iddianın təmin edilməməsi haqqında 2-1(112)- 5644/2021 saylı, 8 sentyabr 2021-ci il tarixli qərar qəbul etmişdir (hakim N.Abiyev).
8. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin e dilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 21(103)- 2709/2021 saylı, 6 dekabr 2021-ci il tarixli (hakimlər X8-məruzəçi, X6 və X7) qərarla iddaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxs o lmasını təsdiq edən sənədsübut iş materiallarına əlavə edilməmişdir.
11. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiqlənmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nda qeyd edilən şərtlərə uyğun olmadığından onun hazırkı iddia tələbi əsassızdır.
12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin edilməsini və ayrıseçkiliyə görə, qəsdlə və bilə-bilə qanunsuz qərarlar qəbul edən hakimlər haqqında xüsusi qərardadlar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şika yətinin dəlilləri:
13. İddiaçının kassasiya şikayəti mahiyyətcə iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətinin məzmununa uyğun tərtib edilmişdir. Kassasiya şikayətinin dəlillərinə görə işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən onun evli olmadığı müəyyən edildiyi halda, sonradan bu halın tam əksinə olaraq, iddiaçı barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının elektron informasiya ehtiyatından əldə olunan məlumatlara əsasən yoxlanıldığına və evli olduğunun müəyyən edildiyinə istinad edilməsi əsassızdır.
14. Apellyasiya məhkəməsi heç bir rəsmi sənəd, sübut olmadan iddiaçının mülkiyyətində torpaq sahələrinin olması barədə qərara gəlmişdir. Birinci və apellyasiya instansiyaları məhkəmələri iddiaçının adı ilə eyni olan şəxslərin adına verilmiş, ona heç bir aid iyyatı olmayan arayışlara istinad etmişlər.
15. İddiaçı hesab edir ki, aşağı instansiya məhkəmələrinin çıxardıqları bu qanunsuz qərarlar hamısı onun atası X3 indiki hakimiyyətə qarşı tutduğu müxalifət mövqeyi və sosial şəbəkədə göstərdiyi anti-rejim fəaliyyəti ilə bağlıdır. İddiaçı ona qarşı ayrıseçkilik edildiyi fikrindədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 18. “Vətəndaşların Müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsas ən Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. 19. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs- işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə 07. 04.2020-ci il tarixli 127 nömrəli qərarının 1-ci bəndində əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır.
21. Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” (bundan sonra Qayda): 2-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfə lik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir.
22. Qaydanın 1.1-ci bəndinə əsasən, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron infor masiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir.
23. Qaydaya əsasən, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tə rəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri).
24. Qaydanın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara(2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə(2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10).
25. Sonradan “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi ba rədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25.04.2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara(2.3.13); yaşı 18-dən aşağı olanlara (2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış m inimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərd ən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret hald a istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə gö ndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 27. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
100. Hakimlərin müstəqilliyi Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Hakimlərin müstəqilliyi onların səlahiyyətli dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səla hiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hakimin fəaliyyətinə kənar müdaxilə olduqda, o, bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün ar qumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığ ını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X9rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X9rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna ba xmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X9rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamaqla və müstəqil şəkildə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamamaqla işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir. Eyni zamanda, imtinanın qanuniliyinə qiymət verərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar bax ılması üçün həmin məhkəməyə göndərilməlidir.
32. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı faktiki evli olmasa da, onun barəsində MAS sistemində olan köhnə məlumatlara görə 190 manat ödəmənin verilməsindən elektron qaydada imtina edilmişdir. İddiaçı göstərilən fərdi məlumatın düzəldilməsinə nail olsa da, 190 manatlıq birdəfəlik ödəmənin verilməsi ilə müəyyən edilən dövr başa çatdıqdan sonra cavabdeh inzibati orqana müraciət etdiyindən, müraciətinə cavab verilməməklə təmin edilməsindən imtina edilmişdir.
33. Cavabdeh iddiaya qarşı etirazında Nazirlər Kabinetinin qərarı icra edilən zaman MAS sistemindəki məlumatlara istinad edilməli olduğuna, bu məlumatlarla iddaçının evli statusunda olmasının və həyat yoldaşı ilə aktiv əmək müqaviləsi bildirişinin o lduğunun müəyyən edildiyinə istinad edərək, imtinanın əsaslı olduğunu bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə qərarlarında cavabdehin mövqeyinin əsaslı olduğu qənaətinə gəlinmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etdiyi zaman Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində evli kimi qeyd olunduğundan və əri X5 (FİN: 1D2EWPN) “Əmək müqaviləsi bildirişi” altsistemində 14.09.2009-cu il tarixində bağlanılmış 1D2EWPN000102 nömrəli və qüvvədə olan aktiv əmək müqaviləsi olması səbəbindən, həmçinin iddiaçının mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olduğundan birdəfəlik ödəməni almaq hüququ yaranmamışdır.
35. Məhkəmə kollegiyası iddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etdiyi zaman Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində evli kimi qeyd olunmasının müəyyən edilməsinin iddianın rəddi üçün əsas olması ilə razılaşmır. Belə ki, iddiaçının Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində evli kimi qeyd olunması cavabdehi ona edilmiş 07.01.2021-ci il tarixli müraciət üzrə araşdırma aparmaqdan və müraciətə cavab verməkdən azad etmir. Cavabdeh bu hərəkətsizliyi ilə həm “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1ci maddəsinin tələblərini pozmuşdur.
36. İşə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının evli olmadığı müəyyən edildiyi halda, sonradan bu halın tam əksinə olaraq, iddiaçı barə də məlumatların müvafiq icra hakimiyyəti orqanının elektron informasiya ehtiyatından əldə olunan məlumatlara əsasən yoxlanıldığına və evli olduğunun müəyyən edildiyinə istinad edilməsini məhkəmə kollegiyası əsassız hesab edir və bu hissədə kassatorun dəlili ilə razılaşır.
37. Evli olmadığı halda müvafiq icra hakimiyyəti orqanının elektron informasiya ehtiyatında evli kimi qeyd edilməsinə görə imtinanın qanuni hesab edilməsinə dair məhkəmələrin mövqeyinin qanunsuz olması barədə dəlil üzrə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Sübut etməli olduğu halı tam aydınlaşdırmağa imkan verən məzmuna malik sübut tam hesab edildiyindən, iddiaçının 2018-ci ildən evli olmamasının işdəki sübutlarla təsdiq edildiyini və bu halın cavabdeh tərəfindən mübahisələndirilmədiyini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, müraciətin təmin edilməsindən məhz “evlilik” əsası ilə imtina edilməsi düzgün olmamışdır.
38. İddiaçıya ödəmə verilməsindən imtinanın əsasında onun ərinin adına aktiv əmək müqaviləsinin olması göstərilsə də, iddiaçının müraciəti zamanı faktiki olaraq evli olmadığı məhkəmə araşdırması ilə sübut edilməsi işin mübahisəsiz halıdır. Belə olan halda imtinanın verilən zaman MAS sisteminə uyğun olduğu müəyyən edilsə də, işin faktiki hallarına uyğun olmadığı müəyyən edilir. Bu isə inzibati orqan tərəfindən inzibati icraat zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinin tələbinə riayət edilmədiyini təsdiq edir.
39. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki ha lları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda bunu etməmiş və nəticədə, faktiki olaraq evli olmayan iddiaçıya evli olmasından irəli gələn hüquqi nəticələrə istinad etməklə imtina cavabı vermişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, imtina natamam araşdırma nəticəsində verildiyindən qeyri-hüquqi hesab edilməlidir. Lakin işin bu halı mübahisə üzrə düzgün nəticəyə gəlmək üçün kifayət etmədiyindən, hazırki mərhələdə yeni qərar qəbul edilərək iddianın təmin edilməsi mümkün deyil. Odur ki, iddianın təmin edilməsi hissəsində kassasiya şikayəti hazırkı vəziyyətdə təmin edilə bilməz.
41. Apellyasiya instansiyası məhkəməsinin iddianın rəddi üçün istinad edilən ikinci əsası birinci instansiya məhkəməsi kimi iddiaçının mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olm asıdır. Göstərilən əsası təsdiq edən sübut kimi, mətnində şübhəli halların olduğu sorğulara cavablara istinad edilməsini məhkəmə kollegiyası qəbuledilməz hesab edir.
42. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu xidməti vəzifəsinə uyğun olaraq yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumalarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri müxtəlif sübutların müqayisə edilməsidir.
43. DƏDRX və həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktublarda torpaq sahələrinin “İddiaçı” adlı şəxsin adına olması bildirilmiş, elektron məlumat bazasında və arxiv sənədlərində vətəndaşın təvəllüdü barədə məlumat olmadığından həmin şəxsin iddiaçı olub-olmamasını dəqiqləşdirmək mümkün olmadığı göstərilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən bu hal araşdırılmamışdır.
44. İddiaçının tələbinin imtinanın qeyri-hüquqi hesab edilməsi deyil, birdəfəlik ödəmənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi olduğunu nəzərə alaraq, daşınar və daşınmaz əmlakla əlaqədar verilmiş məhkəmə sorğuları mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb etsə də, sorğulardakı natamamlıq məhkəmənin gəldiyi nəticənin əsaslılığına təsir etmişdir.
45. Odur ki, kassat orun apellyasiya məhkəməsinin onun adı ilə eyni olan şəxslərin adına verilmiş, ona heç bir aidiyyatı olmayan arayışlara istinad edilməklə, heç bir rəsmi sənəd, sübut olmadan iddiaçının mülkiyyətində torpaq sahələrinin olması barədə qərara gəlməsinə dair dəlili, işdəki sübutların ona aid olması hissəsində şübhəli hallar olduğundan qismən əsaslı hesab edilir.
46. Kassasiya instansiyası məhkəməsinin göstərişi ondan ibarətdir ki, təkrar apellyasiya baxışında məhz birdəfəlik ödəmənin edildiyi dövrə iddiaçının adına daşınar və daşınmaz əmlakın olub-olmamasının müəyyən edilməsi məqsədilə yeni sorğular edilməlidir. Sorğu verilən orqanlar iddiaçının şəxsiyyətini müəyyən etməyə imkan verəcək müfəssəl məlumatlarla təmin edilməlidirlər.
47. İddiaçının sahibliyində və istifadəsində nəqliyyat vasitəsi nin qeydə alınıbalınmaması barədə məlumatın verilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə sorğular ünvanlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 12 iyul 2021-ci il tarixli məktubu ilə DİN-in Baş X17 idarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter-uçot bazasına görə iddiaçının adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitələri barədə məlumatların kompyuter çıxarışı göndərilmişdir (sahibliyində 02 avtomobil, etibar edilmiş 03 avtomobil). Eyni qurum tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli məktubda isə qeyd olunmuşdur ki, DİN-in Baş X17 idarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter-uçot bazasına görə iddiaçının adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat va sitəsi qeydiyyatdan keçmir. Göründüyü kimi, DİN-in Baş X17 İdarəsi tərəfindən 1 (bir) həftə fərqlə verilmiş iki cavabın məzmunu bir-birinə ziddir.
48. Beləliklə, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu, habelə işə mahiyyəti üzrə baxmağa tam səlahiyyətli məhkəmə olduğu halda, bu vəzifənin icrasını təmin etməməklə həm İPM-in 12.1, 12.2, 58.7, 68.2 və 82-ci maddələrinin, həm də İPM-in 1.2-ci maddəsinə istinadən MPM-in 372.1-ci maddəsinin tələbinin pozuntusuna yol vermişdir.
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmaqla yanaşı, əlavə olaraq, iddiaçının işsiz statusunda olmasına dair sübutun iş materiallarında olmadığına istinad et mişdir. Kassator bununla əlaqədar kassasiya şikayətinin dəlillərində hər hansı fikir bildirməsə də, habelə, cavabdehin işin bu halını mübahisələndirdiyi müəyyən edilməsə də, mübahisənin düzgün həll edilməsi məqsədilə məhkəmə kollegiyası hesab edir ki, təkrar apellyasiya baxışında iddiaçının birdəfəlik ödəmənin verildiyi dövrdə “işsiz statusu”nda olub-olmadığının müəyyən edilməsi məqsədilə müvafiq sorğu verilməlidir.
50. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işsiz statusunu araşdırmadan, yalnız bu barədə sübutun iş materiallarında olmamasına istinad edilməsi İPM-in 12-ci və 14-cü maddələrinin pozuntusu kimi qiymətləndirilməlidir.
51. Qəbul edilmiş məhkəmə qərarlarının iddiaçının atasının siyasi fəaliyyəti ilə əlaqədar olması barədə iddiaçının dəlili onun subyektiv mülahizələrinə əsa slansa da, məhkəmə kollegiyası göstərilən dəlilə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmədiyindən münasibət bildirərək, qeyd edir ki, Azərbaycan Respublikasında hakimlər Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Hakimlərin müstəqilliyi digər tədbirlərin təmin edilməsi ilə yanaşı onların səlahiyyətli dövründə siyasətsizləşdirilməsi ilə həyata keçirilir.
52. İddia edilən “ayrı-seçkilik” barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ayrı-seçkilik, şəxslər yalnız müəyyən qrup insanlara və ya müəyyən kateqoriya insanlara məxsus olduqları və ya aid edildiklərindən başqaları ilə müqayisədə onlara qarşı mənfi rəftar olduqda ba ş verir. İnsanlar ayrı-seçkiliyə öz yaşına, əlillik vəziyyətinə, etnik mənsubiyyətinə, mənşəyinə, siyasi inanclarına, irqi, dini və cinsi mənsubiyyətinə, dilinə, mədəniyyətinə və digər səbəblər üzündən məruz qala bilərlər. Çox zaman qərəzli fikirlər nəticəsində yaranan ayrı-seçkilik insanları gücsüz edir, onların aktiv vətəndaşlar olmasına maneə törədir, onların öz bacarıqlarını inkişaf etdirmələrini və bir çox hallarda isə işə, sağlamlıq xidmətlərinə, təhsilə və ya yerləşmə imkanlarına çıxışlarını məhdudlaşdırır.
53. Bərabərlik və ayrı-seçkililiyin olmaması prinsipləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsində müəyyən edilmişdir: “Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar” (Maddə 1). Ləyaqət və hüquq bərəbərliyi anlayışı müasir demokratiyaya daxildir və beləliklə, dövlətlər müxtəlif azlıqları və həssas qrupları bərabər olmayan rəftardan qorumağa məcburdurlar. Bu Bəyannamənin 2-ci maddəsi ayrı-seçkilikdən azadlığı təmin edir: “Hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır.”.
54. Avropa Şurasının üzv dövlətləri də həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 14-cü maddəsinə əsasən ayrı-seçkilik etməməyə borcludurlar. Bu maddə yalnız konvensiyada göstərilən digər hüquqlardan istifadə etməkdə ayrı-seçkilikdən qorunmanı təmin edir. AİHK-nin 12 saylı Protokolu bərabərlik hüququna və ümumi olaraq ayrı-seçkiliyin qadağan edilməsinə dair daha güclü azadlıq hüququ təmin etmək üçün hazırlanmışdır: “Qanunla nəzərdə tutulmuş istənilən hüquqdan istifadə hər hansı digər əlamətlərə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.” (İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 12 saylı Protokolu).
55. Ayrıseçkilik edildiyinə istinad edən iddiaçı, bunu onun atasının fəaliyyəti ilə əlaqələndirsə də, inzibati prosesin gedişində ona öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaradılmadığını təsdiq edən nəinki hər hansı sübut təqdim etməmiş, belə bir halın baş verməsi barədə heç bir fikir bildirməmişdir. Bu isə öz növbəsində iddiaçının ona qarşı ayrıseçkilik təəsüratı yaratmağa çalışdığını təsdiq edir. Odur ki, məhkəmə kollegiyası iş üzrə iddiaçının ayrı-seçkiliklə əlaqədar dəlilini əsassız hesab edir.
56. Hazırki iş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddia üzrə mübahisə olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) im kan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.
57. Nəticə etibarilə, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də, daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq, hər bir halda, iddiaçının tələb etdiyi 190 manatlıq birdəfəlik ödəməni almaq hüququna malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir.
58. İddiaçının hazırkı iddianı aparmaqda məqsədinin subyektiv düşüncələrinə diqqət cəlb etmək olduğuna dair mülahizəsi üzrə məhkəmə kollegiyası qeyd edir ki, hüquqlardan sui-istifadə edilməyə Azərbaycan Res publikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsi ilə yol verilmir. İddiaçının 190 manatlıq müavinatı almaqla bağlı marağının olub-olmadığı təkrar apellyasiya baxışında aydınlaşdırılmalı, belə bir marağın, ehtiyacın və zərurətin olmadığı təkrarən bəyan edilərsə, iddiadan imtina etmək hüququnun olduğu iddiaçıya izah edilməlidir.
59. Əlavə olaraq, qeyd edilir ki, iddiaçı iddia tələbini natamam formalaşdırmışdır (ondan asılı olmayan səbəblərdən hüququ olan aylıq 190 manat müavinət əhaliyə neçə ay ödənilibsə hüququ yarandığı gündən digər vətəndaşlara ödəndiyi qədər yenidən hesablanaraq, ona ödənilməsini məhkəmədən xahiş etmişdir). Halbuki, birdəfəlik ödəmə müəyyən aylarda verilmiş və hər dəfə verilərkən Nazirlər Kabinetinin 127 nömrəli qərarının 2.3-cü bəndində qeyd olunan istisnalar nəzərə alınmışdır. Bu baxımdan təkrar apellyasiya baxışında iddiaçının tələbi dəqiqləşdirilməli (müvafiq qərarlar əsasında verilmiş ödəmənin verildiyi aylar dəqiqləşməli-iddiaçının istəyinə uyğun olaraq) və bununla əlaqədar olaraq İPM-in 13-cü maddəsinin tələblərinə riayət olunmalıdır. Bundan sonra hər ay üzrə iddiaçının hüquqi vəziyyətinin Qaydadakı istisnalara uyğun gəlib-gəlməməsi müəyyənləşdirilməklə müvafiq qərar qəbul edilməlidir.
60. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə qanunvericiliyə uyğun baxmamış, bununla da həm maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, həm də prosessual hüquq normalarının tələblərini pozmuşdur.
61. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar bax ılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxarkən apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərini qiymətləndirməli, müvafiq sorğular verməli, iddianın dəqiqləşdirilməsində iddiaçıya yardım etməli, iddianın əsaslılığı hər ay üçün Nazirlər Kabinetinin qərarındakı əlavə və dəyişikliklər nəzərə alınmaqla yoxlanılmalı, iddiaçının işsiz statusunda olub-olmadığı müəyyənləşdirilməli, iddiaçının hazırki işə marağının olub-olmadığı araşdırılmalı, olmadığı müəyyən edilərsə prosessual hüquqları izah edilməlidir.
62. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2021-ci il 6 dekabr tarixli, 21(103)-2709/2021 saylı qərarı ləğv edilsin. İş təkra r baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.