Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-535/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə istifadə hüququ olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər X9 və X4) qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2071/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qərarından üçüncü şəxslər X9 və X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək X5, X6 və X2 Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, 65 saylı evdən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2020-ci il tarixli, 091-50302M-3220 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən' istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfind ən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında X10, X9, X1 rayonu, V.Əliyev küçəsi, ev 65 ünvanından qeydiyyatdan çıxarıla bilər. Bünunla əlaqədar mülki qaydada məhkəməyə müraciət oluna bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X6 və X2 Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, 65 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Leyla Nəzərova ilə 20 iyul 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 25 may 2000-ci il tarixdə Hüseyn və 1 1 noyabr 2007-ci il tarixdə Muradəli adlı övladları doğulmuşdur. 25 aprel 2013-cü il tarixdə aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, uşaqlar analarının yanında qalmışdır. Ailə münasibətləri pozulduğu vaxtdan Leyla Nəzərova mübahisəli evdən uşaqlarla birlikdə 27 aprel 2018-ci il tarixdən nikahda olduğu ərinin evinə yaşamağa getmişlər. Onlar artıq uzun müddətdir həmin evdə yaşamırlar. Leyla Nəzərovanın əri əvvəlki nikahdan doğulmuş uşaqları övladlığa götürmüşdür. Buna baxmayaraq, hazırkı üçüncü şəxslər iddiaçıya məxsus ünvanda qeydiyyatda qalmaqda davam edirlər. Bu səbəbdən də İddiaçı həmin şəxslərin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4693/2020 saylı 22 sentyabr 2020-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: Məhkəmələr mübahisə ilə bağlı belə qənaətə gəlmişlər ki, mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş özbaşına tikili olduğu üçün cavabdehlərin evə istifadə hüquqları yaranmamış və ona görə yaranmayan hüququn itirilməsi tələbi təmin oluna bilməz. Bu zaman məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1. 180.2 və 180.3- cü maddələrinə istinad etmişlər. İddiaçı mahkəmə qərarları ilə razılaşmayaraq kassasiya şikayəti verir. İddiaçının mövqeyi ziddiyyətlidir. Onun iddiası cavabdehin istifadə hüququnun itirilmiş hesab olunması barədədir və məhkəmələr qərar vermişlər ki, cavabdehin evə istifadə hüququ yoxdur, ona görə belə iddia təmin oluna bilməz. Əslində həmin məhkəmə qərarları cavabdeh tərəfin mənafeyinə uyğun deyil. Şikayətin mahiyyətindən belə qənaət hasil olur ki, iddiaçı cavabdehin mübahisəli evdən pasport qeydiyyatından çıxarılmasını tələb edir. İddiaçıya izah olunur ki, pasport qeydiyyatına düşmə və çıxma məsələləri müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olan məsələdir. Bunun üçün mavafiq icra hakimiyyəti orqanına müraciət olunmalı, həmin orqanın qərarından narazı qaldığı təqdirdə inzibati icraatdan narazı qaldığı qərarı mübahisələndirə bilər. Qeyd olunan tələblə bağlı Bakı şəhəri Yasamal RPİ-yə müraciət olunmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin 16 noyabr 2020-ci il tarixli məktubunda qeyd olunur ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun müvafiq maddəsinə ə sasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən' istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında X10, X9, X3 Yasamal rayonu, V.Əliyev küçəsi, ev 65 ünvanından qeydiyyatdan çıxarıla bilər. Bununla əlaqədar mülki qaydada məhkəməyə müraciət oluna bilər. Bu cavab əsassız hesab olunur. Cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə X5, X6 və X2 Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, 65 saylı evdən qeydiyyatdan çıxarılması barədə öhdəlik qoyulmalıdır.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3265/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, ünvan 1 ünvanından üçüncü şəxslər X5, X6 və X2 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulmuşdur.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxslərin Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, 65 saylı evə hər hansı hüququ mövcud deyil və bunu təkzib edən xüsusatlar məhkəmə icraatında müəyyən edilmir. Üçüncü şəxslərin sözügedən evə hüququnun olmaması aidiyyəti mülki məhkəmə icraatı üzrə məhkəmə aktları ilə də təsdiqini tapmışdır.
7. Üçüncü şəxslər X9 və X2 qanuni nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. İş üzrə apellyasiya baxışı zamanı, üçüncü şəxs X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 12 avqust 2022-ci il tarixli qərardadı ilə X5 3-cü şəxs statusuna xitam verilməsi qərara alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 12 avqust 2022-ci il tarixli qərardadı ilə X9 və X4 3-cü şəxs qismində cəlb edilmişlər.
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2071/2022 nömrəli iş üzrə 12 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P. Oruczadə-sədrlik edən, A.S. Hüseynov və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3265/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Üçüncü şəxslər X9 və X2 qanuni nümayəndəsi Nümay əndə həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, onlar daimi olaraq fərdi yaşayış evindən istifadə edir. Amma iddiaçı əsassız olaraq onların mənzildə yaşamadığını bildirmişdir. Həmçinin, iddiaçının belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olmadığı halda, məhkəmə əsassız olaraq onun iddia ərizəsini icraata qəbul etmiş və bununla da AR Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 saylı Qərarının tələblərin i pozmuşdur. Belə ki, inzibati işin sənədlərindən də görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikilidir. Yəni həmin fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Bu halda iddiaçının həmin fərdi yaşayış evinə dair mülkiyyətçi kimi heç bir hüquqları olmadığına görə onun belə bir iddia ilə müraciət etmək üçün subyektiv hüququ da yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublik asının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə
5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əl avə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. (-). Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; (-); 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; (-). “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarıl ması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiy yat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apel yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qə rarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şi kayət mümkün hesab edilmişdir.
20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşaığdakı səbəblərdən irəli gəlir.
22. Qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının m əlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsi ndən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna e tmir. 23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərba ycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
24. Qərarın məzmunundan da göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüq uqlarının olmadığını müəyyən edərsə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olubolmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur ki, məhkəmə tərkibi hesab edir ki, müəyyən edilmiş bu səlahiyyətin icrası da müvafiq mülki hüquq normalarının tətbiqini zəruri edir.
25. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi iddiaçıya məxsusdur və üçüncü şəxslərin evə hər hansı hüququ mövcud deyil və bunu təkzib edən xüsusatlar məhkəmə icraatında müəyyən edilmir. İş materiallarına əlavə edilmiş ev kitabından da aydın göründüyü kimi, sözügedən ev keçən əsrin 60-cı illərindən iddiaçının atası X7 istifadəsində və sahibliyində olmuş, onun ölümündən sonra hazırki iddiaçının sahibliyindədir.
26. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş özbaşına tikili olması səbəbindən üçüncü şəxslərin mübahisəli mənzilə istifadə hüququnun yaranmadığı qeyd edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. Kassasiya və apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə də birinci instansiya məhkəməsinin qətnam əsi qüvvədə saxlanılmışdır. Beləliklə, üçüncü şəxs L.R.Nəzərova və H.Nümayəndə və yetkinlik yaşına çatmayan M.İddiaçı hazırda mübahisəli mənzilə istifadə hüququnun olmadığı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.
27. Həmçinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin məzmunu baxımından da qiymətləndirmə aparıldıqda hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas yaranır. Belə ki, yuxarıda adıçəkilən Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəru ri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. 28.Göründüyü kimi, istər üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, i stərsə də onların həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. 29.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslərin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2071/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.