Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-535/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı “tenderin nəticələrinin ləğvi, tenderin qalibini elan etmək vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1814/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 1 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində, habelə 2 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı açıq tender elan etmiş, xx.xx.2020-ci il tarixdə açıq tender prosedurunda təklif zərflərinin açılması nəticəsində iddiaçı şirkətin ən aşağı təkli f verdiyi müəyyən edilmişdir. 2. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatı və tabeliyində olan “ASAN xidmət” mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş açıq tender Tender Komissiyasının qərarı ilə ləğv edilmişdir. 3. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X6 aparatı və 1 saylı Bakı “Asan xidmət” mərkəzində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan vermiş, Tender Komissiyası tərəfindən açıq elan edilmiş tenderin qalibi xx.xx.2021-ci il tarixdə elan edilmiş, iddiaçı həmin tenderdə iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində ki birinci icraat
4. İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “Asan Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş elektron açıq tenderlərin ləğv olunmasına dair Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qərarının 1 və 2 saylı Bakı “Asan xidmət” mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğvinə aid olan hissədə ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı MMC-nin həmin satınalma predmetləri ilə b ağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etmək və müvafiq satınalma müqaviləsini hazırlayıb imzalamaqla iddiaçıya göndərmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Agentliyin aparatında, Agentliyin nəzdində olan 1, 2, 3, 4 və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzlərində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elektron qaydada açıq tenderlər elan etmişdir. İddiaçı da həmin tenderlərdə iştirak etmişdir, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində, həmçinin 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elektron qaydada keçirilən açıq tenderlərin qalibi olmuşdur. Belə ki, tenderlərin “Əsas şərtlər toplusuna” görə tender təklifləri zərflərinin açılması və elektron olaraq qiymətləndirilməsi xx.xx.2020-ci il saat 11.00-a təyin edilmişdir. Qeyd olunan vaxtda hər iki tender üzrə təklif zərfləri açılmış və 2 saylı iclas protokolları tərtib olunmuşdur. Həmin protokollara əsasən iddiaçının LOT039324, 019015 nömrəli müsabiqə üzrə 236 188,80 manat, LOT039327, 019012 nömrəli müsabiqə üzrə isə 161316,95 manat olmaqla ən aşağı qiymətlə təklif təqdim etdiyi müəyyən edilmişdir. Protokollardan görünür ki, müzakirələrdən sonra Tender Komissiyası zərflərin açılışı ilə bağlı məlumatların iddiaçılara dərhal təqdim ediməsini və 1 bank günü ərzində təklifi qiymətləndirərək müvafiq qərar qəbul edilməsini qərara almışdır. Laki n Tender Komissiyası zərflərin açılışı ilə bağlı məlumatları təqdim etsə də, İddiaçı MMC-nin həmin müsabiqələrin qalibi olmasını elan etməmişdir. Buna görə iddiaçı xx.xx.2021-ci ildə cavabdehə elektron qaydada məktub göndərərək bunun səbəbləri barədə məlumat verilməsini xahiş etmiş, lakin müraciətinə cavab verməmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2021-ci ildə rəsmi qaydada müraciət etmişdir. Həmin məktuba cavab olaraq ona qeyd edilən dövlət xidməti tərəfindən bildirilmişdir ki, sözügedən tender prosedurları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 11.2-ci maddəsinə uyğun olaraq tender predmetinin maliyyələşdirilməsinin dayandırılması səbəbindən ləğv e dilmişdir. Lakin əldə olunmuş digər məlumatlardan görünür ki, qeyd olunan tender xx.xx.2020-ci ildə keçirildiyi halda, xx.xx.2020-ci ildə ləğv edilmiş və dərhal yeni tender elan edilmişdir. Növbəti tender xx.xx.2021-ci ildə keçirilmiş və "xxxx" MMC onun qalibi elan edilmişdir. Halbuki həmin MMC xx.xx.2020-ci ildə də keçirilmiş tenderdə iştirak etmiş, lakin ikinci yeri tutmaqla həmin tenderlərin qalibi ola bilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbinin əsasını mülki hüquq münasibətləri təşkil edir, odur ki, iddiaçının iddiası mümkün sayılmamalıdır, bundan başqa hətta məhkəmə tərəfindən iddiaya mahiyyəti üzrə baxılsa belə, qeyd ediməlidir ki, cav abdeh Аzərbaycаn Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “Asan Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş elektron açıq tenderlərin ləğv edilməsi barədə xx.xx.2020-ci ildə Tender Komissiyası tərəfindən qərar qəbul edilmişdir, həmin qərarın qəbul edilməsinin hüquqi əsası 2021-ci il üzrə “ASAN Xidmət” Mərkəzlərinin saxlanılması xərcləri üzrə aparılmış proqnozlaşdırma işləri olmuşdur. İkincisi, elan edilmiş elektron açıq tender üzrə iddiaçı tərəfindən təklifin və əsas şərtlər toplusunda nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi sözügedən tender üzrə onun qalib hesab olunmasını ehtiva etmir. Üçüncüsü, “Dövlət satınalmaları haqqında” Qanunun 36.7-ci maddəsi nə uyğun qalib müəyyən olunmuş tender təklifi aksept edilir. Satınalan təşkilat həmin tender təklifini vermiş malgöndərənə (podratçıya) tenderin əsas şərtlər toplusunda göstərilmiş təklifin qüvvədə olma müddəti qurtaranadək 3 bank günü ərzində bildiriş və hazırlanmış satınalma müqaviləsini göndərir. Həmin Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik qaydada dərhal göndərilir. xx.xx.2020-ci ildə Tender Komissiyası tərəfindən ləğv edilmiş elektron açıq tender üzrə cavabdeh tərəfindən iddiaçıya bildiriş göndərilməmiş, iddiaçı ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada müqavilə bağlanmamışdır, odu r ki, həmin tender üzrə iddiaçı qalib hesab oluna bilməz. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad və ya iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4621/2021 nömrəli, 05 may 2021-ci il tarixli qərardadı ilə (hakim X4) iddia mümkün sayılmamışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciəti sorğu xarakterli olmuş, satınalan təşkilatla arasında olan mübahisəyə dair inzibati orqana şikayətlə müraciət etməmiş, bu barədə inzibati orqanın qəbul etdiyi inzibati aktı mübahisələndirməmişdir. Bu səbəbdən də iddia mümkün sayıla bilməz.
9. İddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yen i qərardad qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 21(103)-1778/2021 nömrəli qərardadı ilə (hakimlər X14 (məruzəçi), X9 və X10) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4621/2021 nömrəli, 05 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Re spublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 2-1(102)-1769/2021 nömrəli qərarı ilə (hakimlər X5 (məruzəçi), X1 və X15) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2-1(103)-1778/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarını hərtərəfli araşdırmamış, tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 21(103)-1126/2022 nömrəli qərardadı ilə (hakimlər X26 (məruzəçi), X11 və X2) iddiaçının apelyasiya şikayəti qismən təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)4621/2021 nömrəli, 05 may 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “məhkəmənin yarım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur. d. birinci instansiya məhkəməsindəki ikinci icraat
17. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikası Prezidenti yanınd a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “ASAN xidmət” mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar olan olunmuş elektron açıq tenderlərin ləğv olunmasına dair Tender Komissiyasının 18 dekabr 2020-ci il tarixli qərarının 1 və 2 saylı Bakı "Asan xidmət" mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğvinə aid olan hissədə ləğv edilməsi və cavabdeh təşkilatın üzərinə iddiaçı, "xxxx" MMC-ni həmin satınalma predmetləri ilə bağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etmək və müvafiq satınalma müqaviləsini hazırlayıb imzalamaqla, iddiaçı təşkilata göndərmək vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8227/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8227/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim X3) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “ASAN Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş elektron açıq tenderlərin ləğv olunmasına dair Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı 1 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğvinə aid olan hissədə ləğ v edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
20. Həmçinin, 1 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin nəticəsi üzrə müvafiq satınalma müqaviləsini hazırlayıb imzalamaqla iddiaçıya göndərmək vəzifəsinin qoyulması hissədə iddiaçının iddiası məhkəmənin hazırki iş üzrə qəbul edilmiş qərardadı ilə mümkünsüz hesab edilmişdir.
21. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddiası cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “Asan Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş elektron açıq tenderlərin ləğv olunmasına dair Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qərarının 1 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğvinə aid olan hissədə ləğv edilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən istinad edilən maliyyələşdirmənin dayandırılması haqqında qərar məhkəməyə təqdim edilmədiyi üçün cavabdehin “ASAN xidmət aparatı və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğv olunması ilə bağlı Tender Komissiyasının iclasının xx.xx.2020-ci il tarixli 3 nömrəli protokolu ilə qəbul olunmuş qərar iddiaçı üçün əlverişsiz qanunsuz qərardır.
22. İddiaçının iddiasının cavabdehin üzərinə İddiaçı MMC-nin həmin satınalma predmetlə ri ilə bağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etmək vəzifəsinin qoyulması hissəsinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, belə qərarı qəbul etmək cavabdehin diskression səlahiyyətinə aid məsələdir. Belə ki, “Dövlət satınalmaları haqqında” Qanunun 50-6.2-ci maddəsinə əsasən satınalan təşkilat elektron satınalma keçirildikdən sonra qalib təklifin formal tələblərə uyğunluğunu və həmin təklifi təqdim edən malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına cavab verməsini yoxlayır. Satınalan təşkilat təklifin formal tələblərə cavab vermədiyini və ya malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına uyğun gəlmədiyini müəyyən edərsə, həmin təklifi kənarlaşdırır. Bu Qanunun 11.2-ci maddəsinə əsasən satınalan təşkilat satınalmaları ləğv etmək hüququn a xələl gətirmədən elektron satınalmanın bağlanılması anına formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən növbəti ən aşağı və ya ən sərfəli qiymətli təklifi təqdim etmiş malgöndərəni (podratçını) seçir.
23. İddiaçı apelyasiya şikayəti verərək iddianın rədd edilən hissəsinin ləğv edilməsi və cavabdehin üzərinə həmin Agentliyin tabeliyində olan 1 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039324, 019015 nömrəli müsabiqə), həmçinin 2 saylı Bakı “Asan xidmət" mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT09327, 019012 nömrəli müsabiqə) 09 dekabr 2020-ci ildə keçirilən tenderlərin qalibi elan etmək vəzifəsinin qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.
24. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiy a məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddianın təmin olunmuş hissədə rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. e. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1814/2023 nömrəli qərarı ilə (hakimlər X8 (məruzəçi), X10 və X12) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8227/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərarı qismən- iddianın təmin edilmiş hissəsində ləğv olunmuş, həmin hissədə iddia rədd olunmuşdur. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
26. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qər arının hüquqiliyi və qanuniliyi bu sahədə ixtisaslaşdırılmış dövlət qurumu tərəfindən həm Dövlət Agentliyinə, həm də iddiaçıya göndərilmiş rəsmi məktublarla da təsdiq olunduğundan iddia əsaslı hesab edilə bilməz.
27. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
28. Şikayətdə “Dövlət satınalmaları haqqında” Qanunun 11.2, 36, 40.1, 40.2-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu bildirilir. Qeyd edilir ki, işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq qərarında göstərmişdir ki, cavabdehin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi ASAN xidmət aparatı və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğv olunması ilə bağlı Tender Komissiyasının iclasının xx.xx.2020-ci il tarixli 3 nömrəli protokolu ilə qəbul olunmuş qərardan görünür ki, 1, 2, 3, 4, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzləri üzrə 2021ci il üçün gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlər ləğv olunub. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli AİBNDX-15/01-7/1663 nömrəli məktubuna əsasən cavabdeh tərəfindən tender prosedurlarının “Dövlət satınalmaları haqqında” Qanunun 11.2-ci maddəsinə uyğun olaraq tender predmetinin maliyyələşdirilməsinin dayandırılması səbəbindən lə ğv olunması bildirilib.
29. Daha sonra qeyd edilmişdir ki, “Dövlət satınalmaları haqqında” Qanunun 11.2-ci maddəsinə əsasən satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər: tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda; tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda. Bu qərar müvafiq icra niyyəti orqanı tərəfindən təsdiq olunmalıdır.
30. Lakin cavabdeh tərəfindən istinad edilən maliyyələşdirmənin dayandırılması haqqında qərar məhkəməyə təqdim edilmədiyi üçün birinci instansiya məhkəməsi haqlı ola raq hesab etmişdir ki, cavabdehin ‘‘ASAN xidmət aparatı və tabeliyində olan “ASAN xidmət" mərkəzlərinin gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğv olunması ilə bağlı Tender Komissiyasının iclasının xx.xx.2020-ci il tarixli 3 nömrəli protokolu ilə qəbul olunmuş qərar iddiaçı üçün əlverişsiz qanunsuz qərardır. b. kassasiya şikayətinə etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Dövlət satınalmaları haqqında” 27 dekabr 2001-ci il tarixli Azərbaycan Respublikasının Qanunu: Maddə
11. Tenderin baş tutmaması və onun davamından imtina 11.1. Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlum atı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir. 11.2. Satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər: tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə; tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda; tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda. Bu qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır. Satınalan təşkilat tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənin (podratçının) sorğusu ilə ona bütün tender təkliflərini, ofertaları və ya kot irovkaları rədd etməsi barədə məlumat verir. 11.3. Satınalan təşkilat bu Qanunun 11.1 və 11.2-ci maddəsinin tətbiqi üçün tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənlər (podratçılar) qarşısında heç bir məsuliyyət daşımır. 11.4. Tender təkliflərinin, ofertaların və kotirovkaların rədd edilməsinə dair bildiriş onları təqdim etmiş bütün malgöndərənlərə (podratçılara) dərhal göndərilir. 11.5. Tenderin davamından imtina və ya bütün tender təkliflərinin, oferta və kotirovkaların rədd olunduğu halda satınalan təşkilat həmin malların (işlərin və xidmətlərin) satın alınması üçün yeni tender elan edə yaxud satın alınan malların (işlərin və xidmətlərin) xüsusiyyətlərinin imkan verdiyi təqdirdə, mahiyyətini dəyişdirməməklə onları hissələrə bölərək, hər hissə üzrə ayrıca tender keç irə bilər. Bölünən hissələrin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş məbləğdən aşağı ola bilməz. Maddə
25. Tender təkliflərinin cəlb edilməsi 25.1. Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan mediada, habelə rəsmi internet saytında verilməlidir. 25.1-1. Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə elan tender təkliflərinin qiymətləndiriləcəyi gündən azı 20 bank günü, kotirovka sorğusunun keçirilməsi barədə elan isə kotirovkaların qiymətləndiriləcəyi gündən azı 10 bank günü əvvəl dövlət satınalmalarının vahid internet portalı vasitəsilə dərc olunur. 25.2. ikimərhələli tenderin elanı respubli kanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan mediada, habelə rəsmi internet saytında, tender zərflərinin açılması günündən azı 60 bank günü, ikinci dəfə isə azı 40 bank günü əvvəl verilməlidir. 25.3. Satınalan təşkilat elan verməklə yanaşı, malgöndərənlərə (podratçılara) satınalmada iştirak üçün fərdi dəvət göndərə bilər. 25.4. Satınalmaların digər metodlarında təkliflərin və ofertaların cəlb olunması üçün tender komissiyası tərəfindən kifayət qədər sayda (üçdən az olmamaq şərti ilə) potensial malgöndərənlərin (podratçıların) siyahısı tərtib edilir və onlara fərdi dəvət göndərilir. 25.5. Fərdi dəvətdə bu Qanunun 26-cı maddəsində göstərilən məlumatlar əks etdirilir. Maddə
27. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 27.1. Satınalan təşkilat satınalma prosedurları nın başlanılmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini hesablayır və təsdiq edir. Bir mənbədən satınalma üsulunun tətbiq edildiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalmaların ehtimal olunan qiyməti təsdiq olunmadan satınalma prosedurlarına başlanıla bilməz. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin hesablanması üsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 27.2. Satınalan təşkilat satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi üçün peşəkar qiymətləndiricilər cəlb edə bilər. 27.3. Satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini satınalan təşkilat təklif zərflərinin açıldığı günədək məxfi saxlayır və satınalmaların nəticələrinin qiymətləndirilməsi üçün istifadə edir. 27.4. Hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən yüksək olarsa, satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır. Satınalan təşkilat satınalma müqaviləsini yerinə yetirmək üçün hər hansı malgöndərənin (podratçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasını müəyyən etdiyi hallarda, aşağıda göstərilən şərtlərə əməl etdikdən sonra belə təklifləri rədd edə bilər: 27.4.1. satınalma müqaviləsini yerinə yetirmək qabiliyyəti şübhəli görünən malgöndərəndən (podratçıdan) onun təklifi barədə yazılı sorğu əsasında ətraflı məlumat aldıqda; 27.4.2. malgöndərənin (podratçının ) yazılı sorğu əsasında təqdim etdiyi bütün izahat və məlumatları aldığı halda, satınalma müqaviləsinin yerinə yetirilməyəcəyinə şübhələr qaldıqda. 27.5. Satınalan təşkilatın bu maddəyə əsasən malgöndərənin (podratçının) təklifini kənarlaşdırmaq qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməlidir. Bu maddəyə uyğun olaraq təkliflərin kənarlaşdırılması barədə qərar, həmin qərarın səbəbləri və bununla əlaqədar bütün yazışmalar satınalma prosedurları haqqında hesabata daxil edilir. Satınalan təşkilatın bu maddəyə əsasən qəbul etdiyi qərar və onun səbəbləri barədə dərhal müvafiq malgöndərənə (podratçıya) məlumat verilir. Maddə
36. Tender təkliflərinə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi... 36.7. Aşağıda göstərilən tender təklifi q alib gəlmiş sayılır: 36.7.1. bu Qanunun 36.9-cu maddəsinə uyğun tətbiq edilən hər hansı güzəştli düzəliş nəzərə alınmaqla ən aşağı qiyməti olan tender təklifi; 36.7.2. tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifi;... 36.9. Satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir. Güzəştli düzəliş qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədi lə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da şamil edilir. 36.10. Güzəştlərin həcmi və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir və normativ hüquqi aktlarla tənzimlənir. 36.11. Tətbiq edilmiş güzəştlər satınalma prosedurları haqqında hesabatda əks olunur. Maddə
37. Tender komissiyasının qərarı 37.1. Tender komissiyası müstəqildir və bu qərarını bu Qanuna uyğun tam sərbəst qəbul edir. 37.2. Tender prosedurları zamanı və tenderin nəticələrinə dair qərar çıxarılarkən tender komissiyası üzvlərinin azı dörddə üçü iştirak etməlidir. Qərar tender komissiyasının bütün üzvləri tərəfindən imzalanır. 37.3. Tender k omissiyası tenderin əsas şərtlər toplusunda göstərilmiş tender təkliflərinin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi əsasında aşağıdakı qərarlardan birini qəbul edir: 37.3.1. iddiaçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi haqqında; 37.3.2. təkliflərin təhlilinə və müqayisəsinə daha çox vaxt lazım olduqda, tenderin müddətinin uzadılması haqqında; 37.3.3. heç bir tender təklifi tender predmetinin tam həcmdə icrasını təmin etmədikdə, tender predmetinin iki və ya daha çox iddiaçı arasında bölünməsi haqqında; 37.3.4. tender təkliflərindən heç birinin qənaətbəxş olmadığı haqqında. 37.4. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi ilə razılaşmayan tender komissiyasının üzvləri öz xüsusi rə ylərini təqdim edərək protokolu imzalamalıdırlar. Xüsusi rəy azlıqda qalanların ümumi rəyi yaxud fərdi rəyləri şəklində tərtib edilə bilər. 37.5. Tender komissiyası tərəfindən tenderin nəticələri haqqında yekun protokolu tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Yekun protokolu satınalma müqaviləsinin bağlanması üçün əsas götürülür. Yekun protokolunun surəti onun imzalanmasından sonra 3 bank günü ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. 37.6. Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və təsdiq olunur. 37.7. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilmiş satınalmaların nəticələri bu Qanunun 25.1-1-ci maddəsində nəzərdə tutulan müdd ət başa çatdıqdan dərhal sonra qiymət təklifinin ardıcıllığına uyğun olaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərilir. Tender komissiyası 1 bank günü ərzində bu Qanuna uyğun olaraq tenderin əsas şərtlər toplusunda göstərilmiş tender təkliflərinin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək təklifi bu Qanunun 50-6.1-ci maddəsinə uyğun olaraq qiymətləndirərək qərar qəbul edir və qərarı həmin gün dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. Maddə 50-6. Elektron satınalmadan sonra tələblər 50-6.1. Elektron satınalma nəticəsində bu Qanunun 37.7-ci maddəsinə əsasən müəyyən olunan ən aşağı qiymət təklifi və ya keyfiyyət və texniki cəhətdən ən sərfəl i təklif qalib hesab olunur. 50-6.2. Satınalan təşkilat elektron satınalma keçirildikdən sonra qalib təklifin formal tələblərə uyğunluğunu və həmin təklifi təqdim edən malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına cavab verməsini yoxlayır. Satınalan təşkilat təklifin formal tələblərə cavab vermədiyini və ya malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına uyğun gəlmədiyini müəyyən edərsə, həmin təklifi kənarlaşdırır. Bu Qanunun 11.2-ci maddəsinə əsasən satınalan təşkilat satınalmaları ləğv etmək hüququna xələl gətirmədən elektron satınalmanın bağlanılması anına formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən növbəti ən aşağı və ya ən sərfəli qiymətli təklifi təqdim etmiş malgöndərəni (podratçını) seçir. 50-6.3. Satınalan təşkilat el ektron satınalma müqaviləsinin bağlanılması anına qalib hesab olunan təklifin ehtimal olunan qiymətdən əhəmiyyətli dərəcədə aşağı olduğu və onun da satınalma müqaviləsinin yerinə yetirilməməsi ilə nəticələnəcəyi qənaətinə gələrsə, bu Qanunun 27-ci maddəsini tətbiq edə bilər. Bu halda satınalan təşkilat satınalmaları ləğv etmək hüququna xələl gətirmədən elektron satınalma müqaviləsinin bağlanılması anına formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən növbəti ən aşağı və ya ən sərfəli qiymətli təklifi təqdim etmiş malgöndərəni (podratçını) seçmək hüququna malikdir. Maddə
55. Şikayət vermək hüququ 55.1. Satınalan təşkilatın bu Qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərəni n (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır. 55.2. Bu Qanuna görə aşağıdakılar şikayət obyekti ola bilməz: 55.2.1. satınalma metodunun seçilməsi; 55.2.2. satınalma prosedurlarının dövlət mənsubiyyətinə görə məhdudlaşdırılması; 55.2.3. satınalan təşkilatın bütün tender təkliflərini, ofertaları və ya kotirovkaları rədd etmək qərarı; Maddə
60. Məhkəmə qaydasında şikayət Azərbaycan Respublikasının məhkəmələri bu Qanunun 55-ci maddəsinə uyğun irəli sürülmüş iddialara, şikayətə baxan orqanların qərarlarından verilmiş şikayətlərə və ya həmin orqanların bu Qanunun 56, 57 və 59-cu maddələrində müəyyənləşdirilmiş müddətlərdə qəbul etmədikləri qərarlara məhkəmə qaydasında baxılmasında səlahiyyətlidirlər.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual M əcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin ve rilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılm ası barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında v erilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia mümkün sayılmamalıdır.
38. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olm aqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
39. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda ola raq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisə lərin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi).
40. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
41. Qeyd olunmalıdır ki, iddianın mümkünl üyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
42. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, iddiaya mahiyyəti üzrə o zaman baxıla bilər ki, digər şərtlərlə yanaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də ödənilsin.
43. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qəra rında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).
44. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması nı, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır” (9-cu bənd).
45. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İdd ianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
46. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cü mlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
47. Məhkəmə kollegiyasının qənaətinə görə, aşağıda qeyd olunmuş səbəblərdən hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
48. Belə ki, “Dövlət satınalmaları ha qqında” Qanunun 37-ci maddəsinin tələbinə görə tenderin nəticələrinə dair qərar tender komissiyasının bütün üzvləri tərəfindən imzalanır. Tender komissiyası tərəfindən tenderin nəticələri haqqında yekun protokolu tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Yekun protokolu satınalma müqaviləsinin bağlanması üçün əsas götürülür.
49. İşin hallarından görünür ki, iddiaçının mübahisə açdığı 9 dekabr 2020-ci ildə tenderin nəticələrinə dair qərar qəbul edilməmiş, tender komissiyasının bütün üzvləri tərəfindən imzalanmış qərar mövcud olmamış, həmçinin tender komissiyası tərəfindən tenderin nəticələri haqqında yekun protokolu tərtib edilməsi və komissiyanın bütün üzvləri tərəfindən imzalanması barədə yekun protokol mövcud olmamışdır.
50. İddiaçının mübahisə açdığı 9 dekabr 202 0-ci il tarixli iclas protokolunda tender komissiyası qərara gəlmişdir ki, açılış ilə bağlı məlumatlar iddiaçılara dərhal təqdim edilsin. Tender komissiyası 1 bank günü ərzində təklifi qiymətləndirərək qərar qəbul etsin.
51. Göründüyü kimi, tender komissiyasının 9 dekabr 2020-ci il tarixli qərarında açılan zərflərlə bağlı məlumat verilmişdir və bu məlumat iddiaçının qanunla qorunan hüquq və mənafeyinə toxunmamışdır.
52. İddiaçı şikayətində “Dövlət satınalmaları haqqında” Qanunun 36.7.1-ci maddəsinə istinad edərək qalib gəldiyini bildirmişdir. Lakin Qanunun 36.7-ci maddəsində təkcə ən aşağı qiyməti olan tender təklifi qalib gəlmiş sayılmır, həm də ən sərfəli sayılan tender təklifi qalib gəlmiş sayılır.
53. Qanunverici tender təklifi qalib gəlmiş saymanı təkcə Qanunun 36.7.1-ci maddəsinin mö vcud olduğu halda deyil, həm də Qanunun 36.7.2-ci maddəsinin şərtləri ödənildiyi halda nəzərə alır. Bu halda yeganə qalibi isə bu Qanuna uyğun tender komissiyası öz qərarı ilə müəyyən edir. Lakin tender komissiyası iddiaçının mübahisə açdığı 9 dekabr 2020-ci il tarixli tenderlə bağlı qalib elan etməmişdir. 54. “Dövlət satınalmaları haqqında” Qanunun yuxarıda bəhs edilən müddəaları təhlil edildikdə, təkcə ən aşağı qiyməti olan tender təklifi deyil, həm də ən sərfəli sayılan tender təklifi qalib hesab edilə bilər. Ona görə də tender komissiyasının 9 dekabr 2020-ci il tarixli iclas protokolunda açılan zərflərlə bağlı məlumat verməsi, açılan zərflərdə ən aşağı qiyməti olan tender təklifinin iddiaçı tərəfindən verilməsi, hələ, avtomatik olaraq onun qalib hesab edilməsi üçün yetərli deyildir. 55. “Dövlət satınalmaları haqqında” Qanunun 11-ci maddəsinin məzmununa görə tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda, satınalan təşkilat bütün tender təkliflərinin rədd edilməsi barədə qərar qəbul edə bilər. Bu qərar təsdiq edilməlidir və bu halda satınalan təşkilat heç bir məsuliyyət daşımır.
56. İşdə olan sənədlərdən görünür ki, iddiaçı açıq tender prosedurunun tender predmetinin maliyyələşdirilməsinin dayandırılması səbəbindən ləğv olunması barədə 25 dekabr 2020-ci il tarixli məktubla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat vermiş, Xidmət 30 dekabr 2020-ci il tarixli məktubla bunun nəzərə alınmasınmı bildirmişdir.
57. Göründüyü kimi, cavabdeh elektron açıq tenderin ləğv olunması barədə 18 dekabr 2020-ci il tarixli qə rarı qəbul edərkən qanunla üzərinə düşən öhdəliyə əməl etmişdir.
58. Cavabdeh iddiaçının qalib hesab edilməsi barədə qərar qəbul etmədiyindən, 9 dekabr 2020-ci il tarixli qərarında cavabdehi tenderin qalibi hesab etmədiyindən iddianın predmeti olan 18 dekabr 2020-ci il tarixli qərarla iddiaçının hüququ və qanunla qorunan marağı pozulmamışdır.
59. Belə olan halda, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ müəyyən edilmir.
60. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1814/2023 saylı qərarı ləğv edilsin. İddiaçı MMC-nin iddiası mümkün sayılmasın. Qərar qətidir.