Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-535/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğvi və əlillik təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “**********1 nömrəli xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, xx.xx.2017-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyin əlillik alt sistemində “müddət” hissəsinin “müddətsiz” olaraq qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2-1(103)3516/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyətinə Bakı 2 saylı Dəmiryol Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında xx.xx.2016-cı il tarixdə baxılmış və ümumi xəstəlik səbəbindən (XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərin in nəticələri => T90 - Başın...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəlləbeyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, ayda 9-11 dəfə təkrarlanan generalizə olunmuş kloniki-tonik epileptik qıcolma tutmaları. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, Somotogen mənşəli asteno-nevrotik sindrom. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışları və ya qəlpələrlə törənmiş zadələnmələr, Mərmi partlaması nəticəsində başın təpə, gicgah və ənsə nahiyəsində və hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralanmasından (1994-cü il) sonrakı vəziyyət) beş il müddətinə ikinci dərəcə növbəti qiymətləndirmə tarixi müddətsiz olmaqla əlillik dərəcəsi verilmişdir.
2. İddiaçının əlillik vəziyyətinə Bakı 4 nömrəli şəhəri Poliklinikasının xx.xx.2017-ci il tarixli 0100003AACRM nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə baxılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar (XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 Başın...; Diaqnozun mətni: Əsas diaqnoz: T90.5 - Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travması, Ağırlaşma: G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tonik-klonik qıcolma tutmaları ilə (ayda 9-11 dəfə), Ağırlaşma: G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmayan başqa pozğunluqları, Qabarıq asteno-nevrotik sindrom, Ağırl aşma: G63.2* - Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), Ağırlaşma: H36.0* - Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), Ağırlaşma: İ87.2 - (Xroniki) (periferik) venoz çatmamazlıq, Ağırlaşma: G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya, Baş beyin silkələnməsindən sonrakı postravmatik ensefalopatiya, Yanaşı xəstəliklər: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törəmiş zədələnmələr. Mərmi partlaması nəticəsində başın, təpə, gicgah və ənsə nahiyələrinin və hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət (1994-cü il); Yanaşı xəstəliklər: E11.7 - insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İİ tip orta ağır forma insulin təbiətli, Yanaşı xəstəliklər: M79.5 - Yumşaq toxumalarda qalm ış yad cisim, (yad cisim metal qəlpə) Başın təpə, gicgah, ənsə və hər iki aşağı ətraflarda, Yanaşı xəstəliklər: 111.9 - [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ mər İV Risk, Yanaşı xəstəliklər: İ83 - Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Yanaşı xəstəliklər: M51.2 - Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, C3-C7 fəqərələrin osteoxondrozu, Yanaşı xəstəliklər: l25 - Ürəyin xroniki işemik xəstəliyi, diaqnozu ilə) beş il, növbəti qiymətləndirmə tarixi müddətsiz qeyd edilməklə ikinci dərəcə əlillik təyin edilmişdir.
3. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə baxılmış və diaqnozun öz təsdiqini tapmaması, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul olunmuşdu r.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspert komissiyasının 01 noyabr 2022-ci il tarixli, **********1 nömrəli qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2017-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin daha sonra əlillik müddəti bitsə də, növbəti dəfə tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilməmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, iddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 942 nömrəli qərar qəbul edilmiş, həmin qərarda “Odlu silah yaralanmalarından sonra basın təpə nahiyəsində bir ədəd, başın sağ gicgah nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində iki ədəd çapıq toxumaları“ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yaddaş pozğunluğundan, başağrılarından, qıcolma tutmalarının olmasından şikayətlənmiş, sağ budun yuxarı və orta 1/3-də çapıqlar izlənilmiş, əzələlər atrofiyasız, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, hərəki məhdudluq aşkar edilməmişdir. Anamnestik məlumatlarda epitutmaların olmasını qeyd etsə də, epitutmaların xarakterini izah edə bilməmiş, qeyd olunan əlamətlər epi üçün xarakterik olmamış, ekspertiza üçün əhəmiyyətli EEQ dalğaları təqdim edilməmiş, əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, **********1 nömrəli xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, xx.xx.2017-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyin əlillik alt sistemində “müddət” hissəsinin “müddətsiz” olaraq qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulma sını xahiş etmişdir.
6. İddiaçının tələbi hazırkı qərarın 1-4-cü bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
7. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını iddiaçının müraciətindən imtina barədə qəbul etdiyi qərarda sadalanan hallarla əsaslandırmışdır.
8. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 X2 tərəfindən məhkəməyə təqdim edilmiş T 817/2023 saylı ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının iş materiallarında olan tibbi sənədlərinə əsasən, əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 4 nömrəli şəhər Poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* AACRM nömrəli göndərişindən görünür ki, ona tibb müəssisələrində müalic ələri zamanı “Əsas diaqnoz: T90.5 - Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travması, Ağırlaşma: G40.3 - Generalize olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tonikklonik qıcolma tutmaları ilə (ayda 9-11 dəfə), Ağırlaşma: G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmayan başqa pozğunluqları, Qabarıq asteno-nevrotik sindrom, Ağırlaşma: G63.2* - Diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü.4 işarəsi ilə), Ağırlaşma: H36.0* - Diabetik retinopatiya (El0-E14 ümumi dördüncü.3 işarəsi ilə), Ağırlaşma: 187.2 - (Xroniki) (periferik) venoz çatmamazlıq, Ağırlaşma: G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya, Baş beyin silkələnməsindən sonrakı postravmatik ensefalopatiya, Yanaşı xəstəliklər: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törəmiş zədələnmələr. Mərmi partlaması nəticəsində başın, təpə, gicgah və ənsə nahiyyələrinin və hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralnamsından sonrakı vəziyyət (1994-cü il); Yanaşı xəstəliklər: E11.7-insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İİ tip orta ağır forma insulin təbiətli, Yanaşı xəstəliklər: M79.5 Yumşaq toxumalarda qalmış yad cisim, (yad cisim metal qəlpə) Başın təpə, gicgah, ənsə və hər iki aşağı ətraflarda, Yanaşı xəstəliklər: 111.9 - [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ mər İV Risk, Yanaşı xəstəliklər: 183 - Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Yanaşı xəstəliklər: M51.2 - Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, C3-C7 fəqərələrin oste oxondrozu, Yanaşı xəstəliklər: 125 - Ürəyin xroniki işemik xəstəliyi” diaqnozu müəyyən edilmişdir. Qeyd edilmiş diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyini səviyyəsində olmadığından, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmadı. İddiaçının bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkün deyildir.
9. Məhkəmənin təkrar tibbi ekspertiza barədə qəra rdadına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 X2 tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli, T12/2024 saylı rəyində qeyd olunmuşdur ki, 15 fevral 2024-cü il tarixdə iddiaçı təkrar ekspertizalar şöbəsində müayinədən keçirilərkən xx.xx.2023-cü il tarixdə dediklərini bir daha təsdiqlədi. Müayinə olunan, düzgün bədən quruluşlu, kafi köklükdə olub, orta boyludur. Ədəbiyyat: “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”. İddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir ki, iddiaçının iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün a dına Bakı 4 nömrəli şəhər Poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli 0100003AACRM nömrəli göndərişindən görünür ki, ona tibb müəssisələrində müalicələri zamanı “Əsas diaqnoz: T90.5 - Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travması, Ağırlaşma: G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tonik-klonik qıcolma tutmaları ilə (ayda 9-11 dəfə), Ağırlaşma: G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmayan başqa pozğunluqları, Qabarıq astenonevrotik sindrom, Ağırlaşma: G63.2* - Diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü 4 işarəsi ilə), Ağırlaşma: H36.0* - Diabetik retinopatiya (El0-E14 ümumi dördüncü 3 işarəsi ilə), Ağırlaşma: 187.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Ağırlaşma: G93.4 - Dəqiqləşdirilmə miş ensefalopatiya, Baş beyin silkələnməsindən sonrakı postravmatik ensefalopatiya, Yanaşı xəstəliklər: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törəmiş zədələnmələr. Mərmi partlaması nəticəsində başın, təpə, gicgah və ənsə nahiyyələrinin və hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət (1994-cü il); Yanaşı xəstəliklər: El 1.7 - insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İİ tip orta ağır forma insulin təbiətli, Yanaşı xəstəliklər: M79.5 - Yumşaq toxumalarda qalmış yad cisim, (yad cisim metal qəlpə) Başın təpə, gicgah, ənsə və hər iki aşağı ətraflarda, Yanaşı xəstəliklər: 111.9 - [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ mər İV Risk, Yanaşı xəstəliklər: 183 - Aşağı ətraf venalarının varikoz genəlməsi, Yanaşı xəstəliklər: M51.2- Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, C3-C7 fəqərələrin osteoxondrozu, Yanaşı xəstəliklər: 125Ürəyin xroniki işemik xəstəliyi” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoz onun hazırkı sağlamlıq durumuna uyğun gəlir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 14 iyun 2024-cü il tarixli 21(112)-578/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı barəsində **********1 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı barəsində xx.xx.2017-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ” səbəbi ilə ikinci dərəcə əlilliyin əlillik alt sistemində “müddət” hissəsinin “müddətsiz” olaraq qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti ilə bağlı cavabdeh orqan əlilliyin müddətini müddətsiz olaraq qeyd etdiyi halda, əlilliyi 5 il müddətinə təyin etməsi ilə bağlı qərarı elektron sistemə yerləşdirməmiş, iddiaçının isə ona müddətsiz olaraq təqdim edilmiş müayinə aktına əsasən barəsində əlilliyin müddətsiz olaraq təyin edilməsi barədə qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Bundan əlavə, məhkəmə eyni zamanda iddiaçıya müddətsiz əlillik təyin edildiyi halda, sonradan onun barəsində əyani müayinə nəticəsinə əsaslanaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul olunması ilə bağlı qeyd etmişdir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərildiyi kimi, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Beləliklə, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində, əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsi ilə bağlı təyinatın dəyişdirilməsi imkanını tanımışdır. Bunun üçün iki şərt tələb olunur - TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır və şəxs əyani müayinəyə cəlb olunmalıdır. Qanunvericiliyin tələblərinə görə, cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan inzibati icraat zamanı əvvəlki qərarının düzgünlüyünə şübhə olduğu əsaslarını müəyyən etməmiş, bununla bağlı yeni inzibati icraat açmamışdır. Cavabdeh orqan iddiaçının əlilliyinin əyani müayinədə obyektiv yoxlama ilə müəyyən edildiyinə istinad etsə də, təqdim edilmiş icraat materiallarında iddiaçının hansı əsasa görə əyani müayinəyə dəvət edildiyi müəyyən edilməmiş, əyani müayinəyə dəvət edilmə barədə iddiaçıya ünvanlanmış bildiriş iş materiallarına əlavə olunmamışdır. İddiaçı məhkəmə iclaslarında da onun əyani müayinəyə dəvət edilmədiyini, yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ərizəsindən sonra barəsində olan əlilliyin müddətsiz deyil, 5 il müddətinə verildiyi və nəticədə isə diaqnozun əlillik təyin etməməsi barəsində qərar qəbul edildiyi barədə məlumat v erildiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli TSEK-in əyani protokolunda iddiaçının əyani müayinədə iştirak etdiyi, iddiaçının sağlamlıq vəziyyətinin hansı qaydada qiymətləndirildiyi, son zamanlar hansı ambulator, stasionar müayinə və müalicələrin nəticəsində və yaxud əyani müayinə zamanı iddiaçının cəlb edildiyi hansı diaqnostik, instrumental müayinələrin nəticəsinə müvafiq olaraq barəsində əlillik əlamətinin təyin edilmədiyi barədə qərar qəbul olunduğu müəyyən edilmir. Məhkəmə hazırkı halda cavabdeh inzibati orqanın mövcud icraat qanunvericiliyinin pozulması ilə iddiaçının əlillik təyinatı məlumatlarını sistemdə dəyişdirdiyini, iddiaçını icraata cəlb etmədən, müvafiq inzibati akt qəbul etmədən onu əyani müayinəyə dəvət etdiyini, həmin müayinədə iddiaçının əmək qabiliyyətinin müəyyən edilməsi ilə bağlı müvafiq instrumental yoxlamaları aparmadığı və bu barədə əsaslandırma təqdim etmədiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli iddiaçı barəsində əlillik təyinatı ilə bağlı qərarı əsaslı və qanuni hesab edilə bilməz.
12. Məhkəmə işin bu halında eyni zamanda məhkəmə icraatı gedişində iddiaçının əlillik vəziyyəti ilə bağlı apardığı yoxlamalara da diqqət çəkərək qeyd etmişdir ki, ekspert rəyi ilə iddiaçının hazırkı sağlamlıq vəziyyətinin onun barəsində olan xx.xx.2017-ci il tarixli 0100003AACRM nömrəli göndərişində olan diaqnoza uyğun gəldiyi müəyyən edildiyi halda cavabdehin iddiaçını qanunla müəyyən edilmiş qaydada əyani müayinəyə dəvət etdiyi, əyani müayinə zamanı aparılmış hansı instrumental obyektiv müayinə il onun əlillik təyinatına əsas verməyən əsas xəstəlik və ağırlaşmalarının olduğu sübuta yetirilməmişdir.
13. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və X.A.Cəmilova) 03 oktyabr 2024-cü il tarixli, 21(103)-3516/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi ba rədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə əlillik təyin edildikdən sonrakı növbəti qiymətləndirmə zamanı, yəni xx.xx.2022-ci il tarixdə iddiaçının diaqnozu öz təsdiqini tapmadığı halda, hazırkı vəziyyətdə ona müddətsiz əlilliyin təyin edilməsi mümkünsüzdür. İş üzrə təyin edilmiş ekspertiza rəyindən də görünür ki, diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyini səviyyəsində olmadığından, iddiaçıya istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəy yən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmamışdır. Aparılan əyani müayinələrin və təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən diaqnozların araşdırılması nəticəsində sonuncu qiymətləndirmə zamanı qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar DTSER A-da əyani müayinə zamanı aşkar edilmədiyindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. İddiaçı barəsində həmin göndəriş və diaqnozlar əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən, cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilm iş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.... Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateq oriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funks ional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndə riş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araş dırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəy yən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməy ə verilir.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdır ılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu g ündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şi kayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edil mişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıd a istinad olunan normalarına görə iddiaçıya müddətsiz əlillik təyin edilməli olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır.
29. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozunt usuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası məhkəməsinin qərarı QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3516/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.