Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-536/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Naziliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-536/19 Bakı şəhəri 13 fevral 20019-cu il 13.02.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı nümayəndəsi X2un və vəkili Akif Əlizadənin, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 tərəfindən Bakı Apellyas iya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 oktyabr 2018-cı il tarixli, 2-1(103)-2502/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Avstriya Respublikasında yerləşən Karl-Franzens-Qraz Universitetinin “X1 hüququ və Avropa İnteqrasiyası üzrə” ixtisasını bitirməyinə dair 01 oktyabr 2015-ci il tarixdə verilmiş magistr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə ediləsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 01 oktyabr 2012-ci il tarixdə Avstriya Respublikasında yerləşən Karl-Franzens-Qraz Universitetinin “X1 hüququ və Avropa İnteqrasiyası” üzrə magistr ixtisasına qəbul olunmuşdur. Təhsilini əyani şəkildə almış, 01 oktyabr 2015-ci il tarixdə bitirmiş və hüquq magisti akademik dərəcəsi üzrə diplom almışdır. Diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun ümumiyyətlə Avstriya Respublikasında olmamasına və diploma əlavə edilmiş tədris yükünü yerinə yetirməməsinə istinad edərək imtina etmişdir. Halbuki, qeyd olunan Universitetdə təhsil alması barədə sorgu göndərilməmişdir. Həmçinin, Avstriya Respublikasına ilk əvvəl Türkiyə Respublikasından, daha sonra isə Macarıstan Respublikası vasi təsi ilə gedib-gəlmiş, təhsil alarkən yataqxanada qalmışdır. Bunlarla bağlı sənədləri, Universitetə ödədiyi təhsil haqqını, oturum izni almasını cavabdeh araşdırmamışdır. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, Ekspert Qrupunun rəyinə əsasən iddiaçı Avstriya Respublikası Karl-Franzes Universitetinin normativi üzrə orada təhsil amaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi mümkün deyildir. Buna görə də iddiaçının diplomunun tanınması mövcud qanunvericilyin tələblərinə ziddir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2-1(82)2977/2018 saylı qərarı (hakim Etibar Mustafayev) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericil ikdə şəxsin təhsil aldığı ölkədə olması müddəti deyil, ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasındakı təhsilin dövlət standartlarına uyğunluğun araşdırılması müəyyən edildiyi halda, cavabdeh yalnız iddiaçının aldığı təhsil müddətinə münasibət bildirməklə kifayətlənmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2502/2018 saylı qərarı ilə (sədrlik edən hakim Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və Valeh Ağayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəm əsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və bildirmişdir ki, cavabdeh iddiaçının 2012-2015-ci tədris illərində həmin ölkədə ümumiyyətlə olmadığını bildirsə də, bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki, iddiaçının 2012-2015-ci illər ərzində təhsil alması ilə bağlı mütəmadi olaraq xarici ölkəyə getməsi öz təsdiqini tapır. Həmçinin, iddiaçının “Regionşünaslıq” İİ qrup ixtisası üzrə bakalavr səviyyəsində təhsil alması onun “CənubŞərqi Avropa hüququ və Avropa İnteqrasiyası” üzrə hüquq magistrı ixtisası üzrə təhsil almasını istisna edə bilməz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 22.4, 43.1, 44.1, 44.2, Azərbaycan Respublikası Prezidentinin 01 mart 2005ci il tarixli, 20 3 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27, 8.28, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2, 1.3, 1.4, 1.6, 1.7, 3.2, 3.3, 3.5, 3.6, 3.7-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçı “Regionşünaslı q” İİ qrup ixtisası üzrə bakalavr səviyyəsində təhsil almışdır. Ali təhsilin ikinci səviyyəsi olan magistraturanı isə “X1 Hüququ və Avropa İnteqrasiyası” İİİ qrup ixtisası üzrə bitirdiyi üçün tələbinin təmin edilməsi mümkün deyildir. Dəlilin hüquqi əsası kimi "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 22.3, 22.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010cu il tarixli 88 saylı qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.6, 1.9, 2.4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.1, 1.6, 2.2, 3.6, 3.7-ci bəndlərinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Karl-Franzes Universiteti tərəfindən verilmiş 01 oktyabr 2015-ci il tarixli diplomun notarial qaydasında tərcümə və təsdiq olunmuş surətindən görünür ki, Universitetdə keçirilən “X1 Hüququ və Avropa İnteqrasiyası” kursu üzrə 2002-ci il tarixli UQ-nun 56-cı paraqrafına və Graz şəhərində yerləşən Karl-Franzes-Universitetinin kurikulumuna əsasən 06 sentyabr 1991-ci ildə doğulmuş iddiaçı Magistratura işinin müsbət dəyərləndirilməsinə və yekun imtahanların uğurla verilməsinə əsasən “X1 Hüququ və Avropa İnteqrasiyası üzrə Hüquq Magistri” akademik dərəcəsi ilə təltif edilmişdir. Diploma əlavənin surətindən görünür ki, iddiaçı Cənub-Şərqi Avropa hüququ və Avropa İnteqrasiyası üzrə hüquq Magistrı ixtisası üzrə təhsil almışdır. A seriyalı, 274 47925 saylı müvəqqəti yaşayış üçün icazə vəsiqəsinin notarial qaydasında tərcümə və təsdiq olunmuş surətindən görünür ki, iddiaçı tələbə olduğu üçün 27 sentyabr 2013-cü ildən 26 sentyabr 2014-cü ilədək ona müvəqqəti yaşayış üçün icazə verilmişdir. 007761354 nömrəli “Vizanın” notarial qaydasında tərcümə və təsdiq olunmuş surətindən görünür ki, iddiaçıya Avstriya üçün 05 oktyabr 2012-ci il tarixdən 04 fevral 2013-cü il tarixədək D tipli viza verilmişdir. ********** saylı tələbə biletinin notarial qaydasında tərcümə və təsdiq olunmuş surətindən görünür ki, Beynəlxalq Tələbə şöbəsi tərəfindən əyani təhsil aldığı üçün iddiaçıya tələbə bileti verilmişdir. Cavabdeh orqanın Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 29 sentyabr 2017-ci il tarixli, 23-04-214/ANİ saylı məktubda qeyd edilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, o, Avstriya Respublikası Karl-Franzes Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyri-mümkündür. Qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddəanın tələbinə faktiki riayət edilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın l əğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyi görə, iddiaçının təhsil alması ilə bağlı mütəmadi olaraq xarici ölkəyə getməsi öz təsdiqini tapdığdan və “Regionşünaslıq” İİ qrup ixtisası üzrə bakalavr səviyyəsində təhsil alması onun Cənub-Şərqi Avropa hüququ və Avropa İnteqrasiyası üzrə hüquq magistrı ixtisası üz rə təhsil almasını istisna etmədiyindən, iddiaçının tələbi əsaslı olmişdur. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iddiaçı “Regionşünaslıq” İİ qrup ixtisası üzrə bakalavr səviyyəsində təhsil aldığı halda, magistraturanı “X1 Hüququ və Avropa İnteqrasiyası” İİİ qrup ixtisası üzrə bitirdiyi üçün tələbinin təmin edilməsi düzgün olmamışdır. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Qeyd olunmuş Konvensiyanın müddəal arında aşağıdakılar nəzərdə tutulmuşdur: - İ fəslinə əsasən, səlahiyyətli tanınma təşkilatı kimi xarici ixtisasların tanınması ilə əlaqədar qərarlarına rəsmən məsuliyyət daşıyan orqan; habelə tanınma kimi təhsil və yaxud iş fəaliyyəti ilə məşğul olmaq imkanı vermək məqsədilə səlahiyyətli təşkilatlar tərəfindən xarici təhsil ıxtisasının dəyərliyi barədə rəsmi təsdiqlənmə müəyyən edilmişdir; - İİ fəslin İİ.1-cı maddəsinin 1-ci bəndinə əsasən, tanınma halları zamanı qərarların qəbul edilməsi iştirakçı dövlətin mərkəzi təşkilatlarının səlahiyyətinə aid olduqda həmin dövlət bu Konvensiyada nəzərdə tutulanlarla bağlıdır və onun ərazisində Konvensiyada nəzərdə tutulanların həyata keçirilməsini təmin etməlidir. - İİİ fəslin İİİ.1-ci maddəsinin 1-ci bəndinə əsasən, hər bir Tərəf ixtisasların tanınm ası ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası və Avstriya Respublikası istinad edilmiş Konvensiyaya qoşulmaqla ona riayət edilməsi öhdəliyini götürmüşdürlər. «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»da nəzərdə tutulmuş ali təhsil sahəsində xarici ixtisasların tanınması məsələləri üzrə Azərbaycan Re spublikası tərəfindən səlahiyyətli orqan təyin edilmişdir. Qanunun icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilmişdir. Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivaletliyi haqqında ayrı Saziş bağlanmadığından, məsələ ilə bağlı yaranmış münasibətlər yuxarıda istinad edilmiş beynəlxalq Konvensiyanın müddəalarına və ona uyğun qəbul edilmiş Qaydalara əsasən tənzimlənməlidir. Onlara əsasən isə diplomun tanınması və ixtisas dərəcəsinin müəyyən edilməsi üçün müvafiq prosedur qaydalarına riayət edilm əsi zəruri olmuş və bu prosedur yuxarıda istinad edilmiş Qaydalara əsasən həyata keçirilməlidir. Həmin Qaydaların: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; - 1.3-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; - 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bu müddəaların ümumiləşdirilm iş təhlilinə görə, xarici dövlət tərəfindən verilmiş diplomun bir halda tanınması, digər halda isə ixtisasının ekvivalentliyinin müəyyən edilməsi üzrə cavabdeh tərəfindən müvafiq araşdırma aparılmaqla iki növ Şəhadətnamələrin verilməsi nəzərdə tutulmuşdur. İxtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamə onun sahibinə keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir (Qaydalara 2 nömrəli əlavə). İixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə isə Azərbaycan Respublikasında müvafiq ixtisas/istiqamət üzrə uyğun ixtisas dərəcəsi verilən diploma ekvivalentliyi müəyyən edir (Qaydalara 1 nömrəli əlavə), yəni müvafiq işə qəbul olunmaq üçün əsas yaradır. İxtisasların tanınması haqqında prosedurun təşk ili Qaydaların İİ hissəsində, ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi isə Qaydaların İİİ hissəsində nizamlanmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələb isə həm diplomun tanınması, həm də ekvivalentliyin müəyyən edilməsi ilə bağlı olmuşdur. Bu səbəbdən cavabdeh tərəfindən hər iki qaydalar üzrə araşdırma aparılmışdır. Belə ki, diplomun tanınması ilə bağlı Qayadaların 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İxtisasın ekvivalentliyinin müəyyənləşdirilməsi üçün isə qaydaların 3.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların: - 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilə lər, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; - 3.7-ci bəndə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Sadalanmış normaların mənasından bəlli olur ki, istər ixtisasın tanınması üçün, istərdə də ixtisasın ekvivalentliyinin müəyyənləşdirilməsi üçün ekspertizanın keçirilməsi nəzərdə tutulmuşdur. Birinci halda ekspert tərəfindən ixtisasın tanınması barədə rəy verilməli, ikinci halda isə təhsilin məzmununun standarlara uyğunluğu barədə rəy verilməlidir. Mənfi rəyin verilməsi isə ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina üçün əsas hesab edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı imtina cava bında eksprt rəyi ilə iddiaçının təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə olmadığı barədə bildirilmişdir. Məhkəmə araşdıması ilə cavabdehin bildirdiyi əsas öz təsdiqini tapmamış, bunun əksinə olaraq iddiaçının diplom verilmiş ölkədə tələbə kimi qeydiyyata alınması və müvafiq dövrlərdə həmin ölkədə olması müəyyən edilmişdir. Bununla isə belə nəticə əldə edilir ki, cavabdehin istinad etdiyi ekspert rəyi əsaslı deyiıdir. Hər hansı bir digər hüquqi əsaslı ekspert rəyini cavabdeh təqdim etməmişdir, lakin məsələ ilə bağlı məhkəmələrin qiymətləndirməsinə münasibətdə iddiaçının təhsil aldığı ixtisasın uyğunsuzluğu barədə bildirmişdir. Halbuki, yuxarıda istinad edilmiş Qaydalarda ixtisaslarının tanınması və ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsindən imtina üçün m ütləq qaydada ekspert rəyinin olması zəruriliyi müəyyən edilmişdir. Eyni zamanda bildirilmiş dəlil üzrə cavabdeh tərəfindən mətni yuxarıda göstərilmiş Qaydaların 2.2 və 3.6-cı bəndlərinə istinad edilmişdir. Qaydaların həmin tələblərinin tətbiqi ilə bağlı cavabdeh təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar kimi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 22.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli, 88 saylı qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na əsaslanamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 22.4-cü maddəsinə əsasən, magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha d ərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli, 88 saylı qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın: - 1.2-ci bəndinə əsasən, magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bak alavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır; - 1.9-cu bəndinə əsasən, müvafiq ixtisas üzrə magistr hazırlığı AMEA istisna olmaqla, yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçirilir. Müddəalardan göründüyü kimi, magistr təhsili üzrə bakalavr təhsili bazasında ayrıayrı ixtisasların ixtisaslaşmaları üzrə mütəxəssislər hazırlanır ki, bu zaman bakalavr səviyyəsində alınmış təhsilin ixtisası magist səviyyəsində alınan təhsilin ixtisasına uyğun olmalıdır. İxtisasların uyğunluğunun müəyyən edilməsi magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatı əsasında aparılmalıdır. Sonuncu məsələ isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 saylı qərarı ilə təsdiq edilmiş «Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı»nda tənzimlənmişdir. Həmin Təsnifatda ixtisaslar qrupu kimi “2.Humanitar və sosial ixtisaslar qrupu” müəyyən edilmiş, ixtisaslar üzrə ixtisaslaşmaların adı kimi isə “Regionşünaslıq” üzrə (onun daxilində Ölkəşünaslıq (ölkələr üzrə), “Hüquqşünaslıq”, “Beynəlxalq münasibətlər” ixtisasları müəyyən edilmişdir. Həmin təsnifatın ixtisas qrupu kimi “3.Mədəniyyət və incəsənət ixtisasları qrupu” müəyyən edilmişdir ki, iddiaçının diplomundan göründüyü kimi, o, magistr təhsilini “X1 hüququ və Avropa İnteqrasiyası” üzrə almışdır, bu ixtisas humanitar və sosial ixtisaslar qrupuna aiddir. Yuxarıda istinad edilmiş Qaydaların 1.6-cı bəndində məhz sonuncu normativ sənəd əsasında ixtisasların ekvivalentliyinin müəyyən edilməsi nəzərdə tutulmuşdur və Qaydaların 3.6-cı bəndində əks olunmuş uyğunluq məsələsinin həllində əhəmiyyətə malikdir. Cavabdehin istinad etdiyi ixtisas qrupları isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 fevral 2017-ci il tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları»nda müəyyən edilmiş ixtisas qruplarına aiddir. Həmin Qaydaların 1.8-ci bəndində müəyyən olunmuşdur ki, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin dövlət standartları — bakalavr (əsas (baza ali) tibb təhsilinin) hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarı q və vərdişlər nəzərə alınmaqla beş qrupa bölünür (1 nömrəli əlavə). Sonuncu müddəadan göründüyü kimi, qeyd edilmiş ixtisaslaşma Azərbaycan Respublikasının ali müəssisələrinə qəbul aparan zaman müəyyən edilmiş və iddiaçının diplomunun tanınması və ixtisasının ekvivalentliyinin müəyyən edilməsi üçün mütləq qaydada xarici dövlətdə bu qaydalar üzrə qəbulun aparılmalı olması tələbinə riayət edilməsi zəruri olmamışdır. Cavabdeh tərəfindən ixtisasların ekvivalentliyinin müəyyən edilməsi üçün zəruri olan gruplar üzrə magistr ixtisaslaşmalarının təsnifatını ali məktəblərə qəbul edilməsi üçün ixtisasların gruplar üzrə təsnifatla əvəzləşdirilməsini məhkəmə kollegiyası düzgün hesab etmir və iddia tələbinə münasibətdə tətbiqinin istisna olunduğunu qeyd edir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cav abdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 oktyabr 2018-cı il tarixli, 2-1(103)-2502/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-536/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-536/2019
13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver