Məhkəmə qərarları › İş №2-1(102)-536/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-536/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-536/2020 29.01.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehlərin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X1, Cavabdeh2 (üçüncü şəxs Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı kompensasiya ödənilərək cavabdehlər və qeydiyyatda olan şəxslər tərəfindən fərdi yaşayış evinin boşaldılması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxxx 2019-cu il tarixli 2-1(103)-2025/2019 saylı qərarından cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər X1, Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 67750 manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması barədəiddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında işə cəlb edilmişdir. Sonradan iddia tələbi dəqiqləşdirilərək kompensasiyanın məbləği 83199 manat müəyyən edilmiş, ərizə birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1603/2019 nömrəli (sədrlik edən hakim T.Əsədova) qərarı ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 83199 manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehlər apelyasiy a şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili ilə təmin olunmağı və ya əvəzində 168870 manat kompensasiya verilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-2025/2019 nömrəli (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və V.Baxışova) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarının dəyi şdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. İş kasasiya instansiyasında şifahi məhkəmə baxışına təyin edildikdən sonra cavabdehlər ərizə ilə müraciət edərək apellyasiya instansiyası məhkəməsinin 2-1(103)2025/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının tam ləğv edilərək ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili ilə təmin olunmaları və ya əvəzində 200000 manat kompensasiya verilməsinə dair yeni qərarın qəbul edilməsi ilə bağlı kassasiya şikayətinin, itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahə si ilə təmin olunduqlarından geri qaytarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehlərin vəkili ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: İddiaçının və üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin/bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin olunmalıdır. Bu, aşağıdakı səb əblərdən irəli gəlir. İPM-in 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Cavabdehlərin şikayətin geri götürülməsi barədə ərizəsinin məzmunu həmin normanın tələblərinə uyğundur. İPM-in 97.3-cü maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İcraat üzrə prosessual xərclərə dair məsələ İPM-in 111.3-cü maddəsinə uyğun olaraq həll edilir. Həmin normanın tələbinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 97, 111.3-cü maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: C avabdehlərin kasasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin edilsin. Cavabdehlərin şikayəti üzrə kasasiya icraatına xitam verilsin. Kasasiya icraatı üzrə prosessual xərclər cavabdehlərə aid edilsin. İzah edilir ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar