Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-536/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X2 və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2020-ci il tarixli 2-1(103)-27/2020 nömrəli qərarından iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı İddiaçı Kiyev Milli İnşaat və Memarlıq Universitetini tərəfindən onun adına verilmiş Д1 004712 nömrəli, 29 iyun 2015-ci il tarixli diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edərək, diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.
2. Təhsil Nazirliyi iddiaçının xahişini təmin etməmiş və ona yazılı cavab verərək bildirmişdir ki, iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı imtinanın dəlilləri ilə razılaşmamış, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirl iyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız sayılması və diplom üzrə ixtisasın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildə Kiyev Milli İnşaat və Memarlıq Universitetini “sənaye və mülki inşaat” ixtisası üzrə bitirmiş və ona 29 iyun 2015cı il tarixli Д1 004712 nömrəli magistr diplomu verilmişdir. Bundan əvvəl o, Azərbaycan Memarlıq və İnşaat Universitetini həmin iştisas üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 14 dekabr 2017-ci il tarixdə müvafiq sənədləri lazımi qaydada təsdiqlətməklə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmiş və diplomun tanınmasını xahiş etmişdir. Müvafiq sorğulara cav ab aldıqdan sonra Təhsil Nazirliyi 2 may 2018-cı il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, onun sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinın müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na uyğun gəlmədiyindən, aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Cavabdehin 2 may 2018-ci il tarixli məktubundan görünür ki, guya onun sənədlərinə həmin Qaydalara uyğun baxılaraq, ekspert qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Lakin sözügedən Qaydalarla diplom üzrə ixtisasın tanınmasından imti na üçün əsaslar konkret müəyyən olunmuşdur. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-1(82)2939/2018 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia tələbi təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin sadalan halları ilə bağlı cavabdehin dəlilləri, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi qaydaları”nın 3.7-ci bəndində müəyyən edilmiş əsaslarla tam şəkildə uzlaşmır və onların dairəsinə daxil deyil.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. İş üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2020-ci il tarix li, 2-1(103)-27/2020 nömrəli qərarı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Hüseyn) apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 25.10.2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və bildirmişdir ki, iddiaçının ali təhsil haqqında sənədlərinə və cavabdeh tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi sübutlara əsasən müəyyən edilir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na, «Avropa regi onunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»nın müddəalarına uyğunluğu yoxlanılarkən, onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir.
9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində deyilir ki, Təhsil Nazirliyi tərəfindən məhkəmənin qərardadının icrası ilə bağlı iddiaçıya hər-hansı bildirişin, dəvətin, çağırışın verilməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. Nazirliyin adi bir məktubunu əlahiddə sübut saymaqla qərarı bu sübutla əsaslandırmaq vətəndaşın h üquqlarının pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi Təhsil Nazirliyi öz vəzifə səalhiyyətlərindən suiistifadə edərək heç bir əsas olmadan və səlahiyyətinə daxil olmadığı halda dövlət imtahanı verərək diplom alan şəxsin həmin diplom üzrə ixtisasına uyğun olub-olmamasını müəyyən etmək üçün hansısa müsahibə keçirir. Keçirilən müsahibədə isə yanız dil bilgisi yoxlanılır. Filologiya üzrə isə onun ixtisas səviyyəsi ümumiyyətlə nəzərə alınmır. Təhsil Nazirliyinin və məhkəmənin 30.09.1997-ci il tarixli, 367-İQ nömrəli Qanun ilə təsdiq edilmiş “1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İV.7-ci maddəsinə istinad edərək onun iddiasının rədd edilməsi tam qanunsuzdur. Belə ki, Azərbaycan R espublikası Nazirlər Kabineti 13.05.2003-cü il tarixli 64 saylı qərarını qəbul edən zaman 30.09.1997-ci il tarixli, 367-İQ nömrəli Qanunla təsdiq edilmiş “1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İV.7-ci maddəsindən xəbərdar idi. Əgər lazım bilinsəydi Nazirlər Kabineti dil biliyinin müəyyən edilməsi ilə bağlı da bir bənd əlavə edərək ekspertiza zamanı ekspert qrupuna belə bir vəzifə həvalə edərdi. Həmçinin bu Konvensiyada imperativ qaydada “dil biliyi yoxlanılmalıdır” deyə bir tələb yoxdur. Sadəcə dil biliyi yoxlanıla bilər kimi tövsiyyə verilir. Məhkəmə onun barəsində keçirilən ekspertiza materiallarının məhkəməyə təqdim edilməsini tələb etməmiş, ona verilən sualların mahiyyəti ilə tanış olmamış, sualların Nazirlər Kabinetinin qərarı ilə müəyyən etdiyi şərtlərə uyğunluğunu yoxlamamışdır. b. Kassasiya şikayətinə etirazlar
11. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Təhsil haqqında” Qanun Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanund a istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.43. Təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Maddə
27. Təhsil haqqında dövlət sənədi Maddə 27.4. xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə
29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qayd aları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 14. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Fərmanı 2.2. Qanunun 44.2-ci və 29.0.21-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qa ydaları» 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması üçün bu Qaydaların 2.1-ci bəndində göstərilmiş sənədlər tələb olunur. 2.2 Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması prosedu ru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 1997-ci il tarixli, 15 saylı qərarı ilə təsdiq edilmiş “Çoxpilləli ali təhsil sistemində magistr hazırlığı haqqında Əsasnamə” 3.1. Magistratura təhsil pilləsində kadr hazırlığına iddiaçı olan təhsil müəssisəsində istiqamət üzrə tədris prosesini təmin edən elmi-pedaqoji kadrların ümumi sayının ən azı 50 faizi, ixtisas üzrə isə ən azı 5 nəfəri elmi dərəcəli olmlıdır. 3.3. Ali təhsil müəssisəsində magistr hazırlığının məzmununu təmin edən şərtlər: - magistr təhsili proqramlarına daxil edilmiş fənlərin işçi proqramlarında nəzərdə tutulan tədris-informasiya vasitəl ərinin lazımi miqdarda olması; - ali təhsil müəssisələrində müasir milli və beynəlxalq informasiya şəbəkələrinin və məlumat bankları ilə əlaqə terminallarının mövcudluğu və bunlar üçün zəruri miqdarda işçi yerlərinin olması təmin edilməlidir. 5.2. Magistraturada təhsil istehsalatdan ayrılmaqla həyata keçirilir. Magistr təhsilinin normativ müddəti müvafiq dövlət standartları ilə müəyyən edilir və ixtisasdan asılı olaraq 1,5-2 il müəyyənləşdirilir. 5.4. Magistr proqramı üzrə təhsildə tələbənin fəal müstəqil işinə daha çox üstünlük verilməlidir. Bununla əlaqədar olaraq onun auditoriya tədris yükü bütün tədris müddətində orta hesabla həftədə 12-20 saat olmalıdır. Tələbənin fərdi tədris planının yerinə yetirilməsinə nəzarət məqsədilə tədris planında nəzərdə tutulmuş bütün fənlər üzrə müxtəlif formada attestasiyalar (məqbullar, müdafiəyə qədər imtahanlar və s.) aparılır. Magistr proqramının mənimsənildiyi (yerinə yetirildiyi) bütün müddət ərzində məqbulların sayına məhdudiyyət qoyulmur, imtahanların ümumi sayı isə 6-10 olmalıdır. “İnzibati icraat haqqında” Qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borclu dur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquq i şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti mə hkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Mə hkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə tam riayət edilməmiş, işin halları tam araşdırılmamışdır. Buna görə də qərar ləğv edilərək, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
27. Belə ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları“-nın 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasını n Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Qaydaların 3.3-cü bəndunə görə, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sistem inin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Qaydaların 3.5-ci bəndinin tələbinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Göründüyü kimi cavabdeh tərəfindən nostrifikasiya üzrə icraatın nəticələri ekspertin rəyinə əsaslanır. Bu halda iddianın düzgün həlli üçün ekspertin rəyi tədqiq olunmalıdır. Lakin cavabdeh tərəfindən öz mövqeyini əsaslandırmaq üçün inzibati icraat materialları (ekspert rəyi) məhkəməyə təqdim olunmamış, məhkəmə tərəfindən də icraat materialları tələb olunmamışdır. Bundan başqa, cavabdeh iddiaçının təqdim etdiyi dip lom əsasında ixtisasının tanınmasından imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyildir. Lakin bununla bağlı da hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Ümumiyyətlə iddiaçının təqdim etdiyi sənədlərdən onun təhsil aldığı müəssisədə təhsilin hansı dildə aparıldığı müəyyən edilmir. Eyni zamanda cavabdehin də təhsil müəssisəsində hansı dildə tədris aparıldığını müəyyən etməsi və iddiaçının hansı dili bilmə bacarığını müəyyən etməsi iş materiallarından görünmür. Bundan əlavə, cavabdehin diplomu tanımaqdan imtina etmənin əsası kimi irəli sürdüyü digər dəlil - təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qisa müddətdə olduğundan ibarətdir. Lakin cavabdeh bu nəticəyə gəlmək ü çün hansı araşdırma apardığına dair dəlilləri, iddiaçının təhsil müddətində Ukrayna Respublikasında olmadığına və ya təhsilin keyfiyyətinə təsir edəcək müddətdə az olduğuna dair sübutu təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin diplomu və ixtisası tanımaqla əlaqədar «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları“nın müddəalarına əsaslanan fəaliyyəti, “İnzibati icraat haqqında” qanunda müəyyən edilmiş ümumi prinsiplərin təsiri altına düşür. Bu baxımdan cavabdehin hərəkətləri, həmin qanunda təsbit edilmiş qanunçuluq, mütənasiblik, işin hallarının obyektiv araşdırılması prinsiplərinə cavab vermir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də cavabdeh tərəfindən icraatın tam aparılmadığını müəyyə n etmiş və 24 aprel 2019-cu il tarixli qərardad qəbul etməklə iddiaçının “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” barədə ərizəsinə (müraciətinə) Təhsil Nazirliyinin müvafiq komissiyasında baxılması və müvafiq aktın qəbul edilməsi üçün iki ay müddət təyin etmiş və qərardadın surəti Təhsil Nazirliyinə göndərilmişdir. Lakin məhkəmə tərəfindən dəfələrlə rəsmi məktub göndərilərək qərardadın icra olunması tələb edilməsinə baxmayaraq, cavabdeh uzun müddət bu qərardadı icra etməmiş, məktublara cavab verməmiş, yalnız 15.09.2020-ci il tarixdə hüquq şöbəsinin müdir müavini 18-18-54/12 nömrəli məktub göndərərək bildirmişdir ki, iddiaçı ekspert komissiyası tərəfindən dəfələrlə müsahibəyə dəvət ediilməsinə baxmayaraq müsahibəyə gəlməmiş və gəlməməsinin səbəbi barədə idarəy ə heç bir məlumat verməmişdir. İddiaçı müsahibəyə gəlmədiyinə görə qərardadın icrası mümkünsüz olmuşdur. Cavabdehin məhkəmə qərardadının icrası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası İPM-nin 33.3-cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, həmin maddənin ikinci cümləsində inzibati orqanın inzibati aktın qəbul edilməsi barədə məlumat vermək vəzifəsi müəyyən edilmişdir. Bundan başqa, İPM-nin 33.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkə mə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. İPM-nin 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü,... maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. İPM-nin 120.2-ci maddəsində deylir ki, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqa n tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. İPM-nin 120.3 və 120.4-cü maddələrində cərimənin 50.000 manatadək məbləğdə müəyyən oluna bilməsi və cərimənin təkrar təyin oluna və məcburi qaydada tutula bilməsi əksini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən məhkəmə qərardadı 1 il 3 ay müddətdə icra edilmədiyinə baxmayaraq, İPM-nin 120-ci maddəsində nəzərdə tutulmuş prosessual təsir tədbirlərindən istifadə etməmiş, bu da son nəticədə məhkəmə qərardadının səmərəsizliyinə səbəb olmuşdir. Bundan başqa, qərardadla təyin edilmiş müddətdə cavabdeh tərəfindən inzibati akt qəbul edilmədikdə, həmin müddətin bitdiyi vaxtdan 3 ay ər zində iş üzrə qərar qəbul edilməsi barədə qanunun tələbinə, işə baxmış məhkəmə tərəfindən əməl olunmamışdır. Bundan başqa, iddiaçının ekspert komissiyası tərəfindən dəfələrlə müsahibəyə dəvət edilməsinə baxmayaraq mühasibəyə gəlməməsi barədə cavabdehin 15.09.2020-ci il tarixli, 18-18-54/12 nömrəli məktubuna iddiaçının vəkili etiraz edərək, apelyasiya instansiyası məhkəməsinin iclasında bildirmişdir ki, cavabdeh yeni müsahibə ilə bağlı iddiaçıya məlumat verməmiş, rəsmi bildiriş göndərməmiş, bununla bağlı idarəyə dəfələrlə müraciət etmiş, lakin qəbul etməmişlər. Bu halda məhkəmə cavabdehdən iddiaçının müsahibəyə çağırıldığı barədə sübut tələb etməli idi. Lakin məhkəmə bu barədə sübutu tələb etməmiş, iddianın təmin olunmaması barədə nəticəyə gəlmək üçün əsaslardan biri kimi cavabdehin formal xarakterli məktubuna da istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsinin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 57-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir. Bu da apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Lakin kassatorun iddianın təmin edilməsi barədə dəlilinin həlli üçün yuxarıda göstərilən xüsusatlar araşdırılmalıdır və bu araşdırma əhəmiyyətli sayda sübutların araşdırılmasını tələb etdiyinə görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyasının qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə, iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən aparıl mış inzibati icraat materiallarını tələb edib tədqiq etməli, həmin materiallarda iddiaçının təhsil aldığı müəssisənin normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında orada qısa müddətdə olması barədə sübutun olub-olmamasını, iddiaçının təhsil aldığı müəssisənin tədris dilini, iddiaçının bu dili bilməməsini cavabdehin hansı üsulla (söhbət aparmaqla, yazılı mətn tərtib etməklə və s.) müəyyən etdiyini araşdırmalıdır. İddiaçının təhsil müəssisəsinin yerləşdiyi ölkədə olduğu dövrlə bağlı gəlinən nəticə, məhkəmənin zəruri bildiyi başqa sübutlarla yanaşı, Dövlət Sərhəd Xidməti orqanının rəsmi məlumatına əsaslanmalıdır.
36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2020-ci il tarixli 21(103)-27/2020 nömrəli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.