Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-536/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları və qazma qurğularının maşinistləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mə rkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 21(103)-1086/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü, Ş/V:AA******* FİN:xxxxxxx) ərizə ilə cavabdehə müraciət edərək 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 27 avqust 2020-ci il tarixli, **********2 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş İTİ seriyalı ******* saylı 19 avqust 1983-cü il tarixli əmək kitabçasında 12 oktyabr 1992 – 21 sentyabr 1993-cü il tarixləri arasındakı dövr ərzində “Xəzərqazmaneftqaz” İB-nin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X2 İdarəsində, 23 sentyabr 1996 – 26 mart 2000-ci il tarixləri arasındakı dövr ərzində “X1” şirkətində və 15 sentyabr 2004-1 fevral 2008-ci il tarixləri arasındakı dövr ərzində “KCA Deutag Caspian Limited” şirkətində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də 1 yanv ar 2006-cı il tarixədək onun güzəştli iş stajı 10 ildən az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. 4. 4 avqust 2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 1983-cü ildən başlayaraq müəyyən müddət ərzində bir neçə peşə fəaliyyətini icra etdikdən sonra 1992-ci ildən neft sənayesində çalışmağa başlamışdır. 19 oktyabr 1992-ci il tarixdə «Xəzər-5» neft buruğuna takelajçı kimi qəbul edilərək bir ildən sonra «Xəzərqazmaneftqazsənaye» İB-də 4-cü dərəcəli neft və qaz üzrə istismar və kəşfiyyat quyuların qazılmasında qazmaçı köməkçisi vəzifəsinə keçirilmişdir. Həmin vaxtdan da neftin qazılması və hasilatına aid olan işlərdə çalışmışdır. Bununla əlaqədar olaraq cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının 1 avqust 1997-ci il ta rixinə ümumi iş stajı 20 ildən az təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-2184/2020 nömrəli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 20 (iyirmi) ildən çox (2 il hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) olmasına baxmayaraq onun, xx.xx.2006-cı il tarixinədək həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələr in və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulan istehsalatlarda və peşələrdə işlədiyi stajı 10 ildən az təşkil edir. Belə ki, iddiaçının işlədiyi fəhlə peşələri: yükvuran fəhlə, takelajçı, nasoslar üzrə operator, 1 nömrəli Siyahıda ümumiyyətlə göstərilməmişdir; qazmaçı köməkçi peşəsində isə xx.xx.2000-ci ildən xx.xx.2006-ci il tarixədək işlədiyi müddət qanunla tələb olunan 10 ildən azdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2-1(103)-1086/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Azər Hüseynov və Mirzə Tağızad ə) Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək iddiaçıya 52 yaşdan, yəni 02 sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının X fəslinin Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kond ensatı, kömür və şistin emalı bəndinin “1100000a-11297” şifrəsinə (neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları) və “1100000a13590” şifrəsinə (qazma qurğularının maşinistləri) uyğundur və ümumi iş stajı hərbi xidmət dövrü də nəzərə alınmaqla 20 ildən, xüsusi iş stajı isə 10 ildən (2 il 11 ay 10 gün + 07 il 11 ay 1 gün) artıqdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunandan az müddət təşkil edir, bu səbəbdən də apellyasi ya instansiyası məhkəməsinin qərarı əsassızdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər — 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;...
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edir və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşır. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
23. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunandan az müddət təşkil edir.
24. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunmuş materialları müəyyən edilmişdir ki, iddiaçının ümumi iş stajı hərbi xidmət dövrü də nəzərə alınmaqla 20 ildən, xüsusi iş stajı isə 10 ildən (2 il 11 ay 10 gün + 07 il 11 ay 1 gün) artıqdır.
25. Digər tərəfdən, iddiaçının işləmiş olduğu neft-qaz çıxarma müəssisələri tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş və tədqiq olunmuş arayışlara və vəzifə təlimatlarına əsasən, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə təs diq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının X fəslinin Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndinin “1100000a-11297” şifrəsinə (neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları) və “1100000a-13590” şifrəsinə (qazma qurğularının maşinistləri) uyğundur.
26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti rədd edilir. Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2-1(103)-1086/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.