Məhkəmə qərarları › İş №2-1(102)-536/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-536/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-536/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası təyin edilməsi; sığorta stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 21(103)-2802/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmaqla, xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Naxçıvan MSSR-ın 40 illiyi” adına sovxozda fəhlə, xx.xx.1981-ci il tarixdən İliç rayon tarix-diyarşünaslıq muzeyində nəzarətçi, xx.xx.1984-cü ildən İliç rayon Mərkəzi kitabxanasına kitabxanaçı, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Şərur rayon Mərkəzi Kitabxanasında metodika şöbəsində müdir, xx.xx.1997-ci il tarixdən İ.Allahverdiyev adına Gəmi Təmiri və Gəmiqayırma zavodunda Laboratoriya şöbəsində mühəndis, xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək İstehsalat hazırlığı bürosunda 3-cü dərəcəli böyük anbardar vəzifəsində, 2006-cı ilin yanvar-sentyabr aylarında “Yeni Həyat” qəzetində, 2011-ci ilin sentyabr, oktyabr, dekabr aylarında və 2012ci ilin yanvar, fevral, iyul, sentyabr aylarında 5 saylı Mənzil İstismar İdarəsində işləmişdir.

2. Şərur rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixli 23 nömrəli əmrlə analıq məzuniyyətinə buraxılmış, xx.xx.1982-ci il tarixli 60 nömrəli əmrlə analıq məzuniyyəti qurtardığı ndan işdə hesab edilmiş, xx.xx.1984-cü il tarixli 108 nömrəli əmrlə tutduğu vəzifədən azad edilərək İliç rayon X1 Xidmət Şöbəsində kitabxanaçı təyin olunmuş və xx.xx.1997-ci il tarixli 14 nömrəli əmrlə işdən azad edilmişdir.

3. İddiaçı ona yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına, Şərur rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 041188 nömrəli arxiv arayışına əsasən mövcud sosial sığorta stajı cəmi 14 il 10 ay 20 gün təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13 il 5 ay 20 gün sığorta stajına uyğun olaraq 10954,62 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək 762,89 manat olmaqla, ümumilikdə 11717,51 manat təşkil edir. Bundan başqa, iddiaçının əmək kitabçasında qeyd olunmuş Şərur rayon Dövlət Arxivinin müvafiq arxiv arayışına əsasən, xx.xx.1984-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək “Naxçıvan MSSR-nin 40 illiyi” adına sovxozda və Şərur rayon Mərkəzi Kitabxanasında ona 1977-ci il üzrə 4 ay, 1978-ci il üzrə 10 ay, 1979-cu il üzrə 10 ay, 1980-ci il üzrə 9 ay, 1981-ci il üzrə 5 ay, 1992-ci il üzrə 10 ay, 1993-cü il üzrə 11 ay, 1994-cü il üzrə 12 ay, 1995-ci il üzrə 11 ay, 1996-cı il üzrə 11 ay, 1997-ci il üzrə 3 ay əmək haqqı ödənilmiş və yalnız əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Eyni zamanda, “Bibiheybət” Gəmi təmiri zavodunun müvafiq arxiv arayışına əsasən, iddiaçıya xx.xx.1997-ci il tarix indən xx.xx.2001-ci il tarixinədək “İ.Allahverdiyev" adına Gəmi təmiri gəmiqayırma zavodunda 1997-ci il üzrə 11 ay, 1998-ci il üzrə 12 ay, 1999-cu il üzrə 12 ay, 2000-ci il üzrə 10 ay, 2001-ci il üzrə 7 ay əmək haqqı hesablandığı məlum olmuş və yalnız əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. İddiaçı tələb olunan 25 il sosial sığorta stajına malik olmadığından ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. İd diaçının tələbi hazırkı qərarın 1-3-cü bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.

6. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinaya dair məktubun dəlilləri ilə eynilik təşkil edir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 01 mart 2023-cü il tarixli, 21(112)-4198/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsinin əsaslandırması: 8.1. Əmək pensiyasının təyin edilməsi üçün 2006-ci il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd - əmək kitabçası əsasında müəyyən olunur. Bundan başqa, 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pen siya təyin olunması üçün əmək stajına yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil edilməsi məcburi şərt kimi nəzərdə tutulmamışdır. İşin faktiki hallarına görə, iddiaçının ümumi iş stajı ona məxsus əmək kitabçasına və sığortaolunanın (iddiaçının) hesabına dair məlumata əsasən 25 il 6 ay 5 gün təşkil edir. İddiaçı xx xxxx 1959-cü ildə doğulduğu üçün 01 yanvar 2022-ci il tarixdən (62 yaş 06 ay) yaşa görə əmək pensiya hüququna malikdir. Lakin cavabdeh iddiaçının əmək stajının (cəmi, 11 il 1 ay olan) bir hissəsini həmin dövr üçün əmək haqqının alınmasına dair müvafiq sənədlərin arxivdə aşkar edilməməsi səbəbindən, nəzərə almaqdan imtina etmişdir. Halbuki, müvafiq aylar üzrə əmək haqqlarının alınmasına dair məlumatın arxivdə aşkar edilməməsi, iddi açının əmək fəaliyyətinə dair əmək kitabçasında olan qeydlərin mötəbərsizliyinə dəlalət etmir. Cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 04 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2802/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01 mart 2023-cü tarixli, 2-1(112)-4198/2023 nömrəli qərarı dəyişdirilm ədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının əmək haqqı almadığı aylar onun sosial sığorta stajına daxil edilməməlidir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmış, bu zaman iddiaçıya iddia etdiyi dövrdə əmək haqqının hesablanmamasının səbəblərini araşdırmamış, beləliklə də, işin hallarını n tam və hərtərəfli araşdırılması təmin edilməmiş, maddi və prosessual hüquq normaları pozulmaqla qanunsuz qərar qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

21. Sığorta st ajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə

23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri... 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti;... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması ü çün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydası” Bənd 4.1 Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, i darə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işə götürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Ə lavəyə əsasən; 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən. …

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət h əddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qəra rının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, əmək kitabçası və Şərur rayon Dövlət Arxivinin 26 04.2022-ci il tarixli 041188 nömrəli arxiv arayışına əsasən, iddiaçının işlədiyi 14 il 10 ay 20 gün dövr cavabdeh i nzibati orqan tərəfindən mübahisələndirilməməklə onun sosial sığorta stajına daxil edilmişdir.

27. Cavabdeh inzibati orqan tərəfindən işin mübahisələndirilən halı ondan ibarətdir ki, Şərur rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 041188 nömrəli və “Bibiheybət” Gəmi təmiri zavodunun müvafiq arxiv arayışlarına əsasən iddiaçının “Naxçıvan MSSR-nin 40 illiyi” adına sovxozda və Şərur rayon Mərkəzi Kitabxanasında və “Bibiheybət” Gəmi təmiri zavodunda əmək haqqı almadığı aylar sosial sığorta stajı kimi nəzərə alına bilməz.

28. Cavabdehin imtina və kassasiya dəlillərini əsassız sayan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 16-18-ci bəndlərində sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, 2006-ci il yanvarın 1-dək olan dövr üzrə şəxsin sosial sığorta stajını təsdiq ed ən sənəd əmək kitabçasıdır.

29. İşin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçası və arxiv arayışlarına, həmçinin sığortaolunanın hesabına dair məlumata əsasən ümumi iş stajı 25 ildən artıqdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməli olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

30. Sonda məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının əmək haqqı almasına dair müvafiq sənədlərin arxivdə aşkar edilməməsi səbəbindən həmin illərdə onun əmək haqqı almadığı nəticəsinə gəlsə də, cavabdehin mövqeyi yalnışdır. Belə ki, əmək haqqlarının alınmasına dair məlumatın arxivdə aşkar edilməməsi iddiaçının əmək haqqı almaması anlamına gəlməməklə, ona məxsus əmək kitabçasında olan qeydlərin mötəbərsizliyinə əsas vermir.

31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 21(103)-2802/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar