Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-537/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçın cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-537/19) Bakı şəhəri 23 yanvar 2019-cu il 23.01.2019 Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçın cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı qərarların qanunsuz hesab edilməsi və qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 01 noyabr 2018-ci il tarixli 2-1(103)-2561/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiy a şikayətinə əsasən işə 23 yanvar 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1999-cu ildə Əfqanıstan İslam Respublikasının Cövzcan (Jauzjan) vilayətinin Çub-Baş-e-Kalan kəndində anadan olmuşdur və Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. İddiaçı 23.10.2017-ci ildə İran İslam Respublikasından sərhədi qanuni keçərək Azərbaycan Respublikasına gəlmişdir. 12 dekabr 2017-ci ildə iddiaçı cavabdehə müraciət edərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. İddiaçının vəsatəti cavabdeh inzibati orqanda qeydiyyata alınmış və şəxsi iş açılaraq müsahibə keçirilmişdir. İQ-18/1 saylı, 12.03.2018-ci il il tarixli “qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarı ilə iddiaçının vəsatəti təmin edilməmiş, ona qaçqın statusunun verilməsindən imtina olunmuşdur, iddiaçı cavabdehin qərarından inzibati şikayət vermişdir. 14.05.2018-ci il tarixdə cavabdehin şikayət instansiyası 36 saylı qərarla inzibati şikayəti rədd etmişdir. Hesab edir ki, cavabdehin qərarı qanuni və əsaslı deyildir. İddiaçın cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-18/1 saylı, 12.03.2018-ci il tarixli və 36 saylı, 14.05.2018-ci il tarixli qərarlarının ləğv edilməsi, iddiaçının “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilərək iddiaçıya qaçqın statusu verilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdi r. Birinci instansiya məhkəməsinin 30.08.2018-ci il tarixli iş № 2-1(81)-3150/2018, (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddianınrədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 30.08.2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 01.11.2018-ci il tarixli iş № 2-1(103)-2561/2018 (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və S.Hacıyev) qərarı ilə birinci instansiya məhkəməsinin 30.08.2018-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qəra ra alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının mübahisələndirilən qərarı ləğv edilməli və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə müvafiq olaraq iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir və ya yeni qərar qəbul edilməlidir. Apelyasiya instansiyası məhkəməsi kasatorun vətəndaşı olduğu ölkədə təhdid və təqibə məruz qaldığı aşkar olunmamasını hesab edərək səhv nəticəyə gəlmişdir. Belə ki, kasatorun verdiyi müsahibə ilə müəyyən olunur ki, o, Türkmən etnik qrupa mənsub olduğu üçün Taliban terror təşk ilatının döyüşçüləri tərəfindən təqib edilir, habelə onun tutulduğu halda işgəncəyə, qeyri–insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilər. Kasator həyat və sağlamlığına real təhlükə hiss etdiyi üçün vətəndaşı olduğu ölkəni tərk edərək Azərbaycan Respublikasına gəlib. Qeyd olunan hal aşağıdakı nüfuzlu beynəlxalq təşkilatların hesabatları (Mənşə ölkə haqqında Məlumat) ilə təsdiq olunsa da, işə baxan apelyasiya instansiyası məhkəməsi bunu nəzərə almamışdır. “Müharibə və X4”nun Hesabatı (02/2016): “Əfqanıstanın Cövzcan və Faryab vilayətlərində son bir neçə il ərzində döyüşlərdə ciddi artım olub”. “X3 Mərkəzi və Əlaqələr Ofisi”nin Hesabatı (06/2016): “Cövzcan arbaki və ya komandirlərin xüsusi paramilitar birlikləri və daha çox yerli Taliban qrupları olan anti-hökumət qüv vələrinin sayının Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələri və Milli Qiyamçı Birliklərinin sayından çox olan Şimali vilayətlərdən biridir”. “X1”nin Hesabatı (03/2017): “İŞİD fəalları əməliyyatlarını Cövzcan vilayətində artırırlar.. 1 sentyabr 2016-cı ildən 31 may 2017-ci ilə qədər Cövzcan vilayətində 223 təhlükəsizlik hadisəsi qeydə alınmışdır”. “X8 Məlumatı Mərkəzi”nin Hesabatı: “Landinfo, diplomatik mənbə mülki əhali ilə bağlı 2016-cı ildə şimal regionunda qeydə alınan 1362 bədbəxt hadisənin təqribən 15 faizinin Cövzcan vilayətinin payına düşür”. BMTQAK-ın “Əfqanıstandan olan sığınacaq axtaranların beynəlxalq himayə tələbatlarının qiymətləndirilməsi üçün” rəhbər prinsipləri (2016): “Əfqanıstanda etnik bölgü güclü olaraq qalır. “X6 İnternational” azlıqların hüquqları üzrə X2 İndeksi: Əfqan ıstan etnik azlıqlar üçün dünyada ən təhlükəli ölkələr sırasında üçüncüdür, xüsusən ona görə ki, burada fərdlər etnik və dini mənsubiyyətlərinə görə hücumlara məruz qalırlar. Burada konkret olaraq həzaralar, puştular, taciklər, özbəklər, türkmənlər və bəluclar Əfqanıstanda risk atlında olan etnik azlıqlardır”. Beləliklə təsdiq olunur ki, kasator vətəndaşı olduğu Əfqanıstan İslam Respublikasında Türkmən etnik qrupa mənsub olduğu üçün Taliban terror təşkilatının döyüşçüləri tərəfindən təqib edilir habelə onun tutulduğu halda işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilər. Nəticədə vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilmir. Bu səbəbdən də kasatorun izahatı mötəbərdir, çünki həm daxili (müfəssəlik və ardıcıllıq), həm də xarici (Mənşə ölkə haqqında Məlumata uyğunluq) amillərinin tələbatlarını ödəyir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı X9 kasasiya şikayətində kasasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2-1(103)-2561/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, X5 iddiasının təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12 mart 2018-ci il tarixli İQ-18/1 nömrəli və 14 may 2018ci il tarixli 36 nömrəli qərarlarının ləğv edilməsi, İddiaçı “qaçqın statusu verilməsi haqqında” vəsatəti təmin edilərək X7 “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması və ya işin yenidən baxılması üçün Bakı Apelyasiya Məh kəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini və ya işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə ic lasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 01 noyabr 2018-ci il tarixli, 21(103)-2561/2018 saylı qərarla, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2-1(81)-3150/2018 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1, 10, 12, 13-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 14.3, 17, 73.1-ci maddələrinə, “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydasının” 3, 9-cu bəndlərinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası İddiaçı kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə xatırlatmağı zəruri hesab edir ki, İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə görə Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı kasasiya şikayətində göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsində icraat zamanı ciddi prosessual pozuntulara yol verilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə hər hansı bir prosessual hüquq normasının konkret şəkildə pozulması göstərilməmiş və iddiaçının qənaətinə pozulmuş prosessual hüquq normasının adı belə çəkilməmişdir. Başqa sözlə, iddiaçının sözügedən dəlili deklarativ və formal xarakter daşımaqla həqiqəti əks etdirmir. İddiaçı kasasiya şikayətində həmçinin göstərmişdir ki, o, Türkmən etnik qrupa mənsub olduğu üçün Taliban terror təşkilatının döyüşçüləri tərəfindən təqib edilir, habelə onun tutulduğu halda işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilər. Kasator həyat və sağlamlığına real təhlükə hiss etdiyi üçün vətəndaşı olduğu ölkəni tərk edərək Azərbaycan Respublikasına gəlib. Qeyd olunan hal nüfuzlu beynəlxalq təşkilatların hesabatları (Mənşə ölkə haqqında Məlumat) ilə təsdiq olunsa da, işə baxan apelyasiya instansiyası məhkəməsi bunu nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1999-cu il təvəllüdlü iddiaçı 12 dekabr 2017-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmiş, Xidmət rəisinin müavininin 12 mart 2018-ci il tarixli İQ-18/1 nömrəli qərarı ilə iddiaçıya qaçqın statusunun verilməsi haqqında vəsatət təmin edilməmişdir. Cavabdehin rəisinin 14 may 2018-ci il tarixli 36 nömrəli qərarı ilə, 12 mart 2018-ci il tarixli İQ-118/1 nömrəli qərardan iddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək, qərar dəyişdirilmədən saxlanılmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə–anketinin) qeydiyyatı və müsahibəsi zamanı iddiaçı Əfqanıstanın Cövzcan vilayətinin Çubbaş-e-Kəlan kəndində doğulduğunu, 2005–2011-ci illərdə həm in kənddə yerləşən orta məktəbdə 6 illik təhsil aldığını, lakin taliblər məktəbə getməyə imkan vermədiyi üçün təhsilini davam etdirə bilmədiyini, heç bir yerdə işləmədiyini bildirmişdir. İddiaçı yaşadığı kəndə taliblərin tez-tez gəldiyini, orada yaşayan türkmən mənşəli şəxsləri incitdiklərini, əlavə olaraq hər ay onları narahat etməmələri üçün hər ailədən 500 əfqani (təxminən 10 ABS dolları) məbləğində pul aldıqlarını, hərbi xidmətə getməyə icazə vermədiklərini söyləmişdir. Ərizə taliblərin ona məktəbə getməyə imkan vermədiyi üçün ölkəsini tərk etdiyini və 23 oktyabr 2017-ci il tarixdə üç həmkəndlisi ilə birlikdə viza əsasında Azərbaycana gəldiyini qeyd etmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, inandırıcılığın qiymətləndirilməsi zamanı ərizə çinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçi yaşadığı kənddə taliblərin ona məktəbə getməyə və təhsil almağa imkan vermədiyini bildirsə də, onun 6 il orta məktəbdə heç bir maneə ilə üzləşmədən təhsil alması onun dediklərini şübhə altına alır. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin, o cümlədən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılmas ı Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçiya qaçqın statusu verilməsindən imtina edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarını düzgün tətbiq etmişdir. Belə ki, həmin Qanunun 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsində n istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb, oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Qanunun 10-cu maddəsinin birinci hissəsınə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Qanunun 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən. “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. 9-cu bəndinə görə, “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsı xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş maddi hüquq normalarının tələbləri baxımından haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən sonuncunun səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada baxılmışdır. İddiaçı vətəndaşı olduğu ölkəyə qayıtmaq istəməməsini orada ümumi vəzi yyətin pis olması, milli ayrıseçkiliyə məruz qaldığını, bu səbəblərdən ölkəsini tərk etməyə məcbur qalması ilə əlaqələndirmək istəsə də, müsahibə zamanı verdiyi izahatlardan onun təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Belə ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisn a edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır (İnzibati Prosessual Məcəllənin 14.3-ci maddəsi), “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsi), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 0 1 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçın kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 21(103)-2561/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-537/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-537/2019
23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver