Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-537/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: sağlamlıq imkanları məhdud olan şəxsə əlillik dərəcəsinin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1994-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanası) “iddiaçının himayəsində olan sağlamlıq imkanları məhdud şəxsə əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2-1(103)-650/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Saatlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş 0309003AAL6P saylı göndərişdən görünür ki, Şahbazlı Ayan Elçin qızı xx.xx.2018-ci il tarixdən həmin xəstəxanada tibbi nəzarətdədir və xx.xx.2020-ci il tarixli göndərişi əsasında əsas: “Allergik komponentin üstünlüyü ilə müşah idə olunan astma; Bronxial astma, orta ağır gedişli, tez-tez residiv verən atipik forma”, yanaşı xəstəliklər: “Dəqiqləşdirilməmiş kəskin bronxit; Kəskin bronxit (Bronxozpazm)” diaqnozları ilə TSEK-ə göndərilir. Şahbazlı Ayan Elçin qızı xx.xx.2020-ci il tarixdən orta ağır ağırlıq dərəcəli xroniki xəstədir. Xəstəliyi ilə əlaqədar “6 saylı X11”nda xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək (6 gün); xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (13 gün) “Dəqiqləşdirilməmiş kəskin bronxit”; xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (10 gün) “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma” diaqnozları ilə “Saatlı rayon Mərkəzi xəstəxanası”nda stasionar, xx.xx.2018-ci il; xx.xx.2018-ci il tarixlərdə “Dəqiqləşdirilməmiş kəskin bronxit”; xx.xx.2019-cu il və xx. xx.2020-ci il tarixlərdə isə “Dəqiqləşdirilməmiş astma” diaqnozu ilə ambulator müayinə və müalicələrdə olmuşdur. TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti ağırdır. Auskultasiyada ürəyin zirvə nöqtəsində zəif, sistolik, diastolik küy eşidilir. Qaraciyərin ölçüsü 2sm böyüyüb. Auskultasiyada ağciyərlər üzərində sərt tənəffüs fonunda quru və yaş xırıltılar eşidilir. Xəstə yaz, payız aylarında öskürəkdən, təngnəfəslikdən, tez-tez boğulma tutmalarından şikayətlənir. Tutma vaxtı tənəffüsün sayı dəqiqədə 31 vurğu. Xəstəyə tutmalar vaxtı Eufıllin, Prednizalon, Aerazol, Salbutamol, Lukastin, Palmaline və inqalyasiya aparatından ARDİ-. xx.xx.2020-ci il tarixdə qanın ümumi analizində: Hb100q/l; Leyk- 9,8; Rəng göst.-4,0; EÇS17mm/saat. xx.xx.2020-ci il tarixdə döş qəfəsinin Rentgenskopiyasında: “Bronx opnevmaniya”. Bəlğəmin bakterioskopik müayinəsində: “Vərəm çöpləri neqativ, epitellər neqativ”. Sidiyin ümumi analizində: Hb-110q/l; Erit- 4,5; Leyk-5,6; EÇS12mm.cv.st. Pediatrın müayinəsi: “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma; Bronxial astma, orta ağır gedişli, tez-tez residiv verən atopik forma. DAVAMİ- istifadə edir. Xəstə “6 saylı ŞKX”-da daimi olaraq ambulator və stasionar müalicələr alır. X9 Elçin qızına “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma. Bronxial astma orta ağır gedişi, tez-tez residiv verən atopik forma” (J45.0) əsas və “Dəqiqləşdirilməmiş kəskin bronxit. Kəskin bronxit (Bronxozpazm)” (J20.9) yanaşı xəstəliklər diaqnozu qoyulmuşdur.
2. Sonuncu müayinə dair məlumatın verilməsi barədə altsistemdən çıxarışdan görünür ki, Şahbazlı Ayan Elçin qızının 0309003AA6P saylı göndəriş əsasında dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, diaqnozun əlillik əlaməti təyin etməməsinə görə sağlamlıq imkanları məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. 3. “6 saylı X11”nda tərtib edilmiş “Stasionar kitabçadan çıxarış”dan görünür ki, Şahbazlı Ayan Elçin qızı xx.xx.2019-cu il tarixdən xx.xx.2019- cu il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Kəskin bronxit (Bronxozpazm)” diaqnozu ilə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Bronxial astma, orta ağır gedişli, tez-tez residiv verən atopik forma” diaqnozu ilə xəstəxanada stasionar müayinə və müalicədə olmuşdur
4. X1 arayışından görünür ki, Şahbazlı Ayan Elçin qızı 08 iyun 201 9-cu il tarixdən 17 iyun 2019-cu il tarixə qədər Naxçıvan MR X2 “Allergik, bronxit, Allergik rimit” diaqnozu ilə speleoterepiya müalicə kursunda olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 23 dekabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçının himayəsində olan 18 iyun 2015-ci ildə anadan olmuş Şahbazlı Ayan Elçin qızına sağlamlıq imkanları məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 18 iyun 2015-ci il təvəllüdlü Şahbazlı Ayan Elçin qızının doğma anasıdır. X16 Elçin qızı yetkinlik yaşına çatmamışdır, azyaşlıdır, bu səbəbdən də iddia tələbi onun valideyni kimi id diaçı tərəfindən qaldırılmışdır. xx.xx.2015-ci il təvəllüdlü Şahbazlı Ayan Elçin qızı anadangəlmə “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, Bronxial astma orta ağır gedişli, tez-tez residiv verən atopik forma” diaqnozu ilə (Xəstəliyin kod göstəricisi J45.0) xəstəliyindən əziyyət çəkir. Bu diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3.1.10-cu bəndinin tələblərinə tam uyğundur və sağlamlıq imkanları məhdud olan uşağına əlillik dərəcəsinin təyin edilməsini təsdiq edir. Bronxial astma xəstəsi olan azyaşlı uşağı dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ixtisaslaşdırılmış Tibb Müəssisələrində m üayinə və müalicə olunmuşdur. Bütün bunlardan başqa uşağı 08 iyun 2019-cu il tarixə qədər Naxçıvan MR X2 “Allergik bronxit” diaqnozu ilə Speleoterapiya müalicə kursunda olmuşdur. Daima asta xəstəsi olaraq azyaşlı uşağı Bakı şəhəri 6 nömrəli X7 qeydiyyatdadır. Uşağın ümumi vəziyyəti ağırdır. İddia ərizəsində qeyd etdikləri Forma 88 və digər tibbi sənədlərdə öz təsdiqini tapır. Xəstə və sağlamlıq imkanları məhdud olan uşağına əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı iddiaçı Saatlı MRX-nın Həkim Məsləhət Komissiyasının xx.xx.2020-ci il tarixli 0309003A AL6P saylı (Forma 88) elektron göndərişlə cavabdeh orqana müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibb-Sosial Ekspertiza komissiyaları haqqın da Əsasnamə”də dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarına əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TSEK tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. xx.xx.2020-ci il tarixli 0309003AAL6P saylı elektron göndəriş əsasında müraciətinə cavabdeh orqan tərəfindən sağlamlıq imkanları məhdud olan və ağır xəstəlikdən əziyyət çəkən uşağına əlillik dərəcəsinin təyin edilməməsinə dair xx.xx.2020-ci il tarixli əsassız və qanunsuz imtina cavabı verilmişdir. İmtinaya guya “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması kimi, diaqnozun guya əlillik əlaməti təyin etmir” kimi absurd səbəblər göstərilmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı y azılı etiraz təqdim etməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-3330/2021 nömrəli qərarı (hakim: X3) ilə iddia təmin edilmiş, iddiaçının himayəsində olan 18 iyun 2015-ci ildə anadan olmuş Şahbazlı Ayan Elçin qızına sağlamlıq imkanları məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı azyaşlıda “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma. Bronxial astma orta ağır gedişli, tez-tez residiv verən atopik forma” (J45.0) diaqnozu öz təsdiqini tapmışdır. Belə ki, Şahbazlı Ayan Elçin qızının məhkəmə-tibbi ekspertizası zamanı və Bakı şəhər “6 saylı X11”nda aparılmış müvafiq müayinələr, həmçinin mütəxəssis araşdırmalarına əsasən, onda halhazırda 0309003AAL6P saylı göndərişdə qeyd olunan xəstəliyin remissiya (sakit dövr) mərhələsində olduğu müəyyən edilmişdir. Belə olan halda, 0309003AAL6P saylı göndərişdə göstərilən xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.10-ci bəndində təsbit edildiyindən cavabdehin göndərişin “natamam doldurulması, diaqnozun əlillik əlaməti təyin etməməsi” kimi formal mülahizələrə əsaslanması qanunsuz və əsassız olmuşdur. Belə ki, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hə rtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Eyni zamanda, iddiaçının övladının sağlamlıq imkanının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı cavabdehin qəbul etdiyi inzibati akta münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində qeyd edilən hallar mövcud deyildir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı “iddiaçının himayəsində olan 18 iyun 2015-ci ildə anadan olmuş Şahbazlı Ayan Elçin qızına sağlamlıq imkanları mə hdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi” üzrə müraciətinə yenidən baxmaqla cavabın verilməsi cavabdehə edilmiş və iddiaçının müraciətinə əsaslandırılmış cavab verilməsi üçün cavabdehə 1 (bir) ay müddət təyin edilmişdir.
12. Cavabdehin 9 iyun 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “A.Şahbazlı Bakı İnzibati Məhkəməsinin qərardadına əsasən xx.xx.2022-ci il tarixdə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Bronxial astma orta ağır gedişli, tez-tez resid iv verən atopik forma” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir”.
13. Cavabdehə ünvanlanan Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, məhkəməyə ünvanlanmış cavab məktubunda Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-650/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının icra edilməsi ilə bağlı deyil, işin birinci instansiya icraatı zamanı qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadına münasibət bildi rilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-650/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə bağlı (müayinə aktı və ya digər sənədlərin) məhkəməyə qısa müddət ərzində məlumat verilməsi xahiş olunmuşdur.
14. Həmin qərardadın icrası ilə bağlı cavabdeh tərəfindən məhkəməyə cavab verilməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2-1(103)-650/2022 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, göndərişdən müəyyən edilir ki, azyaşlıda “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma. Bronxial astma orta ağır gedişli, tez-tez residiv verən atopik forma” (J45.0) diaqnozu öz təsdiqini tapmışdır. Həmçinin ekspert rəyi ilə Şahbazlı Ayan Elçin qızında hal-hazırda 0309003AAL6P saylı göndərişdə qeyd olunan xəstəliyin remissiya (sakit dövr) mərhələsində olduğu müəyyən edilmişdir. Eyni zamanda, ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Ona görə də, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya ş ikayətində qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərdə son illərdə xəstənin hansı müayinə və müalicələr keçməsi barədə məlumatlar göstərilməmişdir. Şahbazlı Ayan Elçin qızma sağlamlıq imkanları məhdudluğu səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsinə əsaslar, ağırlaşmaları təsdiq edən instrumental müayinələrin nəticələri, mütəxəssislərin rəyləri müəyyən edilməmişdir və xəstənin vəziyyəti dəqiqləşdirilməlidir. Bu halda, göndərişdə qeyd olunan çatışmazlıqlar aradan qaldırılmalı və yenidən qiymətləndirmə aparılmalıdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertizanın nəticələrinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X15nin 492/KEŞ saylı 16 iyun 2021-ci il tarixli rəyində Saatlı Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 0309003AAL6P saylı göndərişdə qeyd olunan xəstəliyin remissiya (sakit dövr) mərhələsində olduğu müəyyən edilmişdir. Beləliklə iş materiallarında olan sənədlərdən aydın şəxsin əlillik təyini ilə bağlı zəruri sənədlər mövcud deyildir və ya natamamadır, o cümlədən ekspertiza ilə da bu hallar öz təsdiqini tapmamışdır.
19. Eyni zamanda, məhkəmə qərardadına əsasən A.Şahbazlı Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında təkrar əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Bronxial astma orta ağır gedişli, tez-tez residiv verən atopik forma” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”və müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, qanunvericiliklə əlilliyin qiymətləndirilməsi barədə səlahiyyətli orqan tərəfindən hərtərəfli qaydada araşdırma aparılmış və təkrar müayinələr keçirilmiş lakin şəxsə əlilliyin təyini ilə bağlı hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə qanunsuz olaraq inzi bati orqanın əvəzinə əlilliklə bağlı qərar qəbul etmişdir. Cavabdeh əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Qanunvericiliyin müəyyən etdiyi bu səlahiyyətlər daxilində iddiaçının əlilliyinə qiymət verilərək qərar qəbul edilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan cavabdehin bu diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. Belə ki, iddiaçının 9 noyabr 2020-ci il tarixli, 0309003AAL6P saylı elektron göndəriş əsasında himayəsindəki Şahbazlı Ayan Elçin qızına sağlamlıq imkanları məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı müraciətinə Agentlik tərəfindən “göndəriş natamam doldurulması və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə” haqlı olaraq imtina verilmişdir. Əlilliyin təyini Agentliyin müstəsna səlahiy yəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə yuxarıda qeyd olunan maddi sübutları nəzərə almadan yalnız iddiaçının təqdim etdiyi dəlillərə əsaslanmaqla ona əlilliyin təyin olunmalı olması qənaətinə gəlmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlillik təyin etmişdir. Ümumiyyətlə, apellyasiya məhkəməsinin qərarından aydın olmur ki, məhkəmə hansı hüquqi və ya tibbi əsasla şəxsə əlillik təyin etmişdir. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsaslan ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. İddiaçı, İddiaçı hima yəsində olan Şahbazlı Ayan Elçin qızına sağlamlıq imkanları məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddiam təmin etməklə maddi və prosessual hüquq normalarım pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikd ən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir....
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərb aycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb m üəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar ə sasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yan ında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonraTSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olma maqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsi n digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosia l yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu aşağıdakı hallarda müəyyən edilir:... 3.1.10. ağır gedişli bronxial astma (J45-J45.9). 4.4. Bu Əsasnamənin 3.1.1. – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir.
25. İnzibati Pro sessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırm a hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin q aldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsin in araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi sağlamlıq imkanları məhdud olan şəxsə əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işin hal ları ilə müəyyən edilir ki, Şahbazlı Ayan Elçin qızında “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma. Bronxial astma orta ağır gedişli, tez-tez residiv verən atopik forma” (J45.0) diaqnozu öz təsdiqini tapmışdır. Eyni zamanda, iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X15 tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, 492/KEŞ nömrəli ekspert rəyinə əsasən 2015-ci il təvəllüdlü Şahbazlı Ayan Elçin qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:
1. Şahbazlı Ayan Elçin qızının məhkəmə-tibbi ekspertizası zamanı və Bakı şəhər “6 saylı X11”nda aparılmış müvafiq müayinələr, həmçinin mütəxəssis araşdırmalarına əsasən, onda hal-hazırda 0309003AAL6P saylı göndərişdə qeyd olunan xəstəliyin remissiya (sakit dövr) mərhələsində olduğu müəyyən edildi.
2. Şahbazlı Ayan Elçin qızına təyin edilmiş diaqnoz aparılmış müvafiq müayinələr əsasında müəyyən edilmişdir.
3. Şahbazlı Ayan Elçin qızına əlillik dərəcəsinin verilməsi haqqında qərar aidiyyəti üzrə müvafiq komissiya tərəfindən təyin oluna bilər. Göründüyü kimi, ekspert rəyi ilə Şahbazlı Ayan Elçin qızında hal-hazırda 0309003AAL6P saylı göndərişdə qeyd olunan xəstəliyin remissiya (sakit dövr) mərhələsində olduğu müəyyən edilmişdir.
32. Ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Ona görə də, ekspert rəyi qanunvericiliyin tələblərinə uy ğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur.
33. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli 0309003A AL6P saylı göndərişdə iddiaçının qızına əlillik dərəcəsinin imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud deyildir və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
34. Bundan əlavə, cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil olub-olunmaması cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
35. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, cavabdehin də istinad etdiyi İPM-in 74- cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
36. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsass ız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
37. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2-1(103)-650/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.