Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-538/2019 12.03.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1677/2018 saylı iş üzrə 09 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 450/1 saylı, 17 avqust 2006-cı il tarixli qərarı ilə Binəqədi rayonu, Azadlıq prospekti, 32 yaşayış binasının arxasında 1600 kv.m torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq üçün cizgi əsasında İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişd ir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-87/2018 saylı, 06 aprel 2018-ci il tarixli qərarı (hakim – E.Q.Məmmədov) ilə iddia təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 450/1 saylı, 17 avqust 2006-cı il tarixli qərarı ilə Binəqədi rayonu, Azadlıq prospekti, 32 yaşayış binasının arxasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya ayrılmış 1600 kv.m torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuşdur. Məhkəmə özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya ayrılmış torpaq s ahəsi Binəqədi bələdiyyəsinə ayrılmış ayrıc aktının hüdudları daxilində yerləşir, torpaq sahəsi ilə bağlı iddiaçının adına hüquq müəyyənedici sənədlər mövcud olmaqla sahə iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarı ləğv etməklə iddianın qeyrimümkün hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, torpaq sahəsinə dair İdarəyə rəsmi müraciət daxil olmamış və hər hansı hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1677/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və X.Ə.Sarıyev) ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinin 2-1(81)87/2018 saylı, 06 aprel 2018-ci il tarixli qərarı ləğv olunmaqla iddianın təmin olunmamasına dair yeni qərar çıxarılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi işin hallarını tam araşdırmayaraq düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki,Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 450/1 saylı, 17 avqust 2006-cı il tarixli qərarı ilə Binəqədi rayonu, Azadlıq prospekti, 32 yaşayış binasının arxasında 1600 kv.m torpaq sahəsi sahibkarlıqla məşğul olma q üçün cizgi əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Həmin qərar əsasında torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında bələdiyyənin sədri ilə aralarında 17 avqust 2006-cı il tarixli, 601/1 saylı müqavilə bağlanılmış, torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubu ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi Binəqədi Bələdiyyəsinə aiddir. İşdən müəyyən olunur ki, iddiaçı tərəfindən bütün prosedurlara əməl olunmaqla mübahisəli torpaq sahəsi üzərində qanuni hüquqlar yaranmışdır. Beləliklə, iddiaçının mübahisəli torpaq sahəsinə qanunda nəzərdə tutulmuş mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün müqavilə imzalanmış, torpağı n alqı-satqısına dair müvafiq akt və torpaq sahəsinin plan-sxemi tərtib edilmişdir. Qeyd edilənlər isə torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış verilməsi üçün əsas təşkil edir. Apellyasiya məhkəməsi isə qanunvericiliyin tələblərinə əməl etməyərək iddianı rədd etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının bildirdiyi Binəqədi rayonu, Azadlıq prospekti, 32 yaşayış binasının arxasındakı 1600 k v.m torpaq sahəsinə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə ala bilmək üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslardan hər hansı birinin mövcud olması tələb olunur. Çünki yalnız qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğu halında iddiaçının tələbi əsaslı hesab edilə bilər. Lakin işin hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almağa əsas verən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanmış hüquq müəyyənedici sənədlərdən hər hansı biri təqdim olunmamışdır. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 450/1 saylı, 17 avqust 2006-cı il tarixli qərarı ilə ona torpaq sahəsinin ayrıldığ ını bildirdiyi üçün güman oluna bilər ki, onun iddia tələbinin qanuni əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi çıxış edir. Həmin maddəyə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, iddiaçının torpaq ayırma sənədi kimi təqdim etdiyi sənədlər Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 450/1 saylı, 17 avqust 2006-cı il tarixli qərarından, Bələdiyyə tərəfindən tərtib edilmiş torpaq sahəsinin situasiya planından və torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 17 avqust 2006-cı il tarixli, 601/1 saylı müqavilədən ibarətdir. Bununla bağlı olaraq ilk növbədə qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi 17 avqust 2006-cı il tarixli, 601/1 saylı müqavilə yalnızca satıcı kimi Binəqədi rayon Binəqədi Bələdiyyəsinin sədri tərəfindən imzalanmış, alıcı kimi müqavilənin özündə İddiaçı göstərilməsinə baxmayaraq onun tərəfindən imzalanmamışdır. Beləliklə, həmin müqavilə onun hər iki tərəfinin imzası ilə təsdiqlənmədiyindən hüquq müəyyənedici sənəd kimi etibarlı hüquqi qüvvəyə malik deyildir. Digər tərəfdən isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit edilmiş müddəanın mənasına görə yalnız qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar həmin daşınmaz əmlaklar (o cümlədən torpaqlar) üzərində hüquqların yaranmasının qanuni əsası kimi çıxış edə bilərlər. Bu mənada, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alına bilməsi üçün həmin sahənin bələdiyyə tərəfindən qanunla müəyyən edilmiş qaydada ona satılması baş tutmuş olmalıdır. Yalnız qanunla müəyyən edilmiş qaydaya riayət etməklə baş tutmuş torpaq sahəsinin özgəninkiləşdirilməsini təsdiq edən sənədlər müvafiq hüquq müəyyənedici sənədlər kimi qəbul edilə və hüquqların qeydiyyatının əsası kimi çıxış edə bilərlər. Bu qaydada yoxlamadan hərəkətlə müəyyənləşdirilməli olan məsələ mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə Bələdiyyə tərəfindən ayrılarkən qanunve riciliyin tələblərinə riayət olunub-olunmadığıdır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına görə: - Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir (1-ci bənd); - Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqə ləri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir (4-cü bənd); - Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir (13-1-ci bənd); - Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir (15-ci bənd); - Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər (16-cı bənd); - Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölç üsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir (17-ci bənd); - Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir (18-ci bənd); - Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır (19-cu bənd); - Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpa q sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir (21-ci bənd). Hazırkı işin hallarından isə müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 450/1 saylı, 17 avqust 2006-cı il tarixli qərarı ilə iddiaçıya torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, həmin qərar mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının yaranmasının qanuni əsası kimi çıxış etmir. Ona görə də, apellyasiya məhkəməsi iddianı rədd etməklə haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1677/2018 saylı iş üzrə 09 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-538/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-538/2019
12.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver