Məhkəmə qərarları › İş №2-1(102)-538/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-538/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-538/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: daxili işlər orqanlarından təqaüdə çıxmış, sonradan gömrük orqanlarında xidmət etmiş iddiaçının Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə təqdim olunmuş məlumat vərəqəsi əsasında pensiyanın yenidən hesablanması, gömrük orqanlarında xidmətkeçmənin mülki vəzifə olmaqla hərbi qulluq sayılmaması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X5, X1 ibarət tərkibdə, Salmanzadə Kən an Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2213/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.19 53-cü il təvəllüdlüdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 001508 nömrəli vəsiqəsinə əsasən iddiaçı müharibə veteranıdır. Pensiyaçının uçot vərəqinə, “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi”nə əsasən iddiaçı 15 il 4 ay 28 gün təqvimi xidmət ili, 7 il 5 ay 23 gün güzəştli xidmət ili, cəmi 22 il 10 ay 21 gün xidmət ili ilə, 1997-ci ildə mayor rütbəsi ilə yaşa görə daxili işlər orqanlarından tərxis edilmişdir. “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi”nə əsasən iddiaçı 24.05.1997-ci ildə Gəncə şəhəri Polis İdarəsindən mayor rütbəsi ilə yaşa görə tərxis olunmuş, 01.06.1997-ci ildə ona yaşa görə pensiya təyin edilmişdir. İd diaçının təqvimi xidmət illəri 15 il 4 ay 28 gün, cəmi iş stajı və xidmət illəri 22 il 10 ay 21 gün olmuşdur, tərxis olunan zaman iddiaçının pul təminatı cəmi 199,80 manat (o cümlədən 81 manat vəzifə maaşı, 48 manat rütbə maaşı, 25,80 manat xidmət illərinə görə əlavə, 24,75 manat ərzaq payı əvəzinə kompensasiya, 20,25 manat məharət dərəcəsinə görə ödənilən məbləğ) olmuşdur. 25.01.1980-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı 28.11.1983-25.05.1997ci il tarixlərdə Gəncə şəhər Polis İdarəsi Daxili İşlər orqanlarında 15 il 12 gün güzəştlə 22 il 10 ay 21 gün xidmət etmişdir. 13.06.1997-ci il tarixdən 24.07.2018-ci il tarixə qədər Gəncə Gömrükxanasının qaçaqmalçılıqla mübarizə bölməsində çalışıb. İddiaçı 29.10.2018-ci il tarixdə cavabdehə müraciət edərək pensiyasının yenidən hesablan masını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 06.03.2019-cu il tarixli məktubda bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 01.06.1997-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ərizədə qeyd olunduğu kimi bu təyinatdan sonra iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində xidmətə cəlb olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Buna görə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən İdarəyə daxil olmuş 06.08.2018-ci il tarixli məlumat vərəqəsi əsasında iddiaçıya əmək pensiyası hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İddiaçı 16.04.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə təqdim olunmuş məlumat vərəqəsi əsasında pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı polis orqanlarında işlədiyi müddətdə Dağlıq Qarabağın fövqəladə vəziyyət elan edilən ərazilərində xidməti borcunu şərəflə yerinə yetirib. 13.06.1997-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrükxanasının qaçaqmalçılıqla mübarizə bölməsinin böyük inspektoru vəzifəsinə təyin olunub. 28.04.2008-ci il tarixdə həmin şöbənin təhqiqatçısı vəzifə sinə təyin olunub. 24.07.2018-ci il tarixdə 100/1071Ş saylı əmrlə Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatmaqla əlaqədar xidmətinə xitam verilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 06.08.2018-ci il tarixli məktubu ilə iddiaçıya pensiya təyin olunması ilə bağlı Məlumat vərəqəsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə baxılması üçün göndərilmişdir. Həmçinin iddiaçı da 29.10.2018-ci il tarixdə məktubla Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qanunvericiliyə uyğun olaraq iddiaçıya pensiya hesablanması xahişi ilə müraciət etmişdir. Həmin idarənin 06.03.2019-cu il tarixli **********9 saylı məktubu ilə iddiaçının xahişi qeyri-mümkün hesab edilmişdir. Məktubda bildirilmişdir ki, Əm ək pensiyaları haqqında qanunun 9.6-cı maddəsinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Buna görə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 06.08.2018-ci il tarixli məlumat vərəqəsi əsasında iddiaçıya yenidən pensiya hesablanması mümkün deyildir. Göründüyü kimi Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtina məktubu iddiaçıya 13.03.2019-cu il tarixdə poçt vasitəsilə təqdim olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim o lunması Qaydaları"nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmış, həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmət ində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4- cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının gömrük or qanlarında qulluq etdiyi illər əsasında təqaüdü yenidən hesablanmış və məlumat vərəqəsi icra olunmaq üçün Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Qeyd olunan Məlumat vərəqəsində iddiaçının vəzifə maaşı 205 manat, rütbə maaşı 130 manat (GXM), xidmət illərinə görə əlavə 30% 100.50, ərzaq payı 32 manat, digər növ əlavələr 963,48 manat, cəmi 1.430,96 təşkil etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-2076/2019 saylı iş)24 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə təqdim olunmuş məlumat vərəqəsi əsasında pensiyanın yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçı Daxili İşlər Nazirliyi orqanlarından xidmətdən tərxis olunmuş, 01.06.1997-ci ildən pensiya təyin edildikdən sonra 1997-2018-ci illərdə Dövlət Gömrük Komitəsində qulluğunu davam etdirmiş və 2018-ci ildə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatmaqla əlaqədar xidmətinə xitam verilmişdir və iddiaçının işlədiyi orqan da qanuni olaraq cavabdehə yeni məlumat vərəqəsini təqdim etmişdir. Belə olduğu halda, iddiaçıya tərxis olunduğu gündən yeni məlumat vərəqəsinə əsasən əmək pensiyasının yenidən hesablanmasına qanunla hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Həmin məlumat vərəqəsinə əsasən iddiaçının pensiyasını yenidən hesablanması cavabdehin qanuni vəzifəsi olsa da, cavabde h bundan imtina etmiş, bununla da qüvvədə olan maddi hüquq normalarını, iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X3 və X6, 2-1(103)-2213/2019 saylı iş) 22 oktyabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 9 dekabr 2019-cu il tarixdə qərarın surətini almış, 18 dekabr 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsi ilə bi rmənalı olaraq müəyyən edilir ki, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. İddiaçı 01.06.1997-ci ildən etibarən hərbi qulluqçu kimi pensiya aldığından, hazırda onun pensiyası sonuncu təminat xərcliyinə uyğun olaraq yenidən hesablana bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, həmin qanunun 1.0.3-cü (hərbi qulluqçular) maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü (xüsusi rütbəli şəxslər) maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Məhkəmə tərəfindən iş üzrə tətbiq olunmalı olan əsas maddə yə - “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə və həmin maddənin pozulmasının, həmin maddə ilə qadağan edildiyi halda, iddiaçının sonuncu təminat xərcliyinə uyğun olaraq pensiyasının yenidən hesablanması barədə qətnaməni qüvvədə saxlamasının səbəblərinə heç bir aydınlıq gətirilməmişdir. Məhkəmə tərəfindən tamamilə əsassız olaraq Qanunun 37.3.2-ci maddəsinə istinad olunmuşdur. Hesab edirik ki, həmin maddə hazırki münasibətlərə şamil edilə, bilməz. Belə ki, həmin maddədə adi qaydada əlilliyə görə pensiya alan şəxslərdən bəhs olunur, əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasından söhbət gedir. İddiaçının pensiyası aydın olduğu kimi bu qaydada deyil, təminat xərcliyinə uyğun olaraq hesablanır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında k assasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı daxili işlər orqanlarından təqaüdə çıxmış, sonradan gömrük orqanlarında xidmət etmiş, Dövlət Gömrük Komitəsi tərəfində n cavabdehə təqdim olunmuş məlumat vərəqəsi əsasında pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh imtinasında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Buna görə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 06.08.2018-ci il tarixli məlumat vərəqəsi əsasında iddiaçıya yenidən pensiya hesablanması mümkün deyildir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi”nə əsasən iddiaçı 15 il 4 ay 28 gün təqvimi xidmət ili, 7 il 5 ay 23 gün güzəştli xidmət ili, cəmi 22 il 10 ay 21 gün xidmət ili ilə, 1997-ci ildə mayor rütbəsi ilə yaşa görə daxili işlər orqanlarından tərxis edilmiş, 01.06.1997-ci ildə ona yaşa görə pensiya təyin edilmişdir. Bundan sonra iddiaçı 13.06.1997-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrükxanasının qaçaqmalçılıqla mübarizə bölməsinin böyük inspektoru vəzifəsinə təyin olunmuş, 28.04.2008-ci il tarixdə h əmin şöbənin təhqiqatçısı vəzifəsinə keçirilmiş, 24.07.2018-ci il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatmaqla əlaqədar xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 06.08.2018-ci il tarixli məktubu ilə iddiaçıya pensiya təyin olunması ilə bağlı məlumat vərəqəsi baxılması üçün cavabdehə göndərilmişdir. Cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Cavabdehə görə iddiaçı hərbi xidmətdən (polis orqanlarından) buraxıldıqdan sonra ona pensiya təyin edilmiş, sonradan o, gömrük orqanlarında hərbi xidmətini davam etdirdiyindən onun pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanana bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda araşdırılmalı hal iddiaçının gömrük orqanında xidmətinin hərbi xidmət kimi sayılıb-sayılmaması, bundan asılı olaraq mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tətbiqinin mümkünlüyüdür. “Əmək pensiyaları haqqında” Qanunun anlayışlar adlanan 1-ci maddəsinə görə 1.0.3. hərbi qulluqçular-Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzər də tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər-Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbayca n Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndində qeyd edilir ki, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təmina t xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndində qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesabla nan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Qaydaların 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəs ində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Həm “Əmək pensiyaları haqqında” Qanunun anlayışlar adlanan 1-ci maddəsində, həm də “Təminat xərcli yinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda hərbi qulluqçular və xüsusi rütbəli şəxslər eyniləşdirilmir və onların adları ayrıca göstərilir. Həm hərbi qulluqçuların, həm də xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) ilə bağlı məlumat tərtib edilərkən onların statusu ayrıca qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pens iya kapitalına görə yenidən hesablana bilər. Göründüyü kimi, burada xüsusi rütbəli olan şəxslərdən deyil, hərbi qulluqçulardan bəhs olunur. T.N.Rəfiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 5 noyabr 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2004-cü il qərarı iddiaçının gömrük orqanında xidmətinin hərbi xidmət sayılması baxımından əhəmiyyət mühüm əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin qərarından görünür ki, T.N.Rəfiyev 12 fevral 1965-ci ildən 12 dekabr 1991-ci il tarixədək, yəni 26 il ərzində Dövlət Təhlükəsizlik orqanlarında dövlət qulluğunda olmuşdur. 12 dekabr 1991-ci ildə xidmət illərinə görə pensiyaya çıxmış və o vaxt qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 28 aprel 1990-cı il tarixli SSRİ Qanununun 1-ci maddəsinin birinci hissəsinə əsasən ona ömürlük pensiya təyin edilmişdir. 29 aprel 1992-ci il tarixdə qəbul edilmiş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 1-ci maddəsinin birinci hissəsi bu kateqoriyadan olan şəxslərin, o cümlədən T.N.Rəfiyevin ömürlük pensiya almaq hüququnu təsbit etmişdir. T.N.Rəfiyev pensiyaya çıxdıqdan sonra, 1991-ci ilin dekabr ayında Azərbaycan Respublikası Gömrük Komitəsində işə qəbul olunmuş və hazırda orada növbətçi hissənin rəisi vəzifəsində işləyir. 1991-ci ildən 2000-ci ilin dekabr ayınadək ona təyin edilmiş pensiyanı və iş yerindən verilən əmək haqqını almışdır. O, Azərbaycan Respublikası Milli Təhlükəsiz lik nazirinin 18 aprel 2000-ci il tarixli, 17/10 saylı əmrilə ehtiyatda olmanın son yaş həddinə çatmaqla əlaqədar, hərbi ehtiyat uçotundan çıxarılmış və polkovnik-leytenant rütbəsində istefaya buraxılmışdır. Konstitusiya Məhkəməsi 23 iyul 2004-cü il tarixli qərarında bildirmişdir ki, “Məhkəmələr öz qərarlarında hesab etmişlər ki, iddiaçı T.N.Rəfiyevin gömrük orqanlarında işləməsi ona hərbi qulluqçu kimi müəyyən edilən pensiyanın ödənilməsinə əsas vermir. Belə ki, 7 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Bu müddəa məhkəmələr tərəfindən T.N.Rəfiyevin yenidən hərbi qulluğa qayıtması kimi qiymətləndirilmiş və hesab edilmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 2-ci maddəsinin birinci hissəsinə və “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularına və onların ailə üzvlərinə pensiya və müavinətlərın təyin edilməsi qaydaları haqqında” Təlimatın 133-cü maddəsinə əsasən ona pensiyanın ödənilməməsinə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda so sial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu konstitusiya işi üzrə mübahisə olunan məhkəmə aktının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması baxımından hərbi qulluqçu statusu və bu statusla əlaqədar pensiya ödənişlərinə hər hansı məhdudiyyətlər qoyulub-qoyulmamasını müəyyən etmək üçün qüvvədə olan qanunlar və digər normativ-hüquqi aktlar əsasında təhlil aparılmasını zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, “Hərbi xi dmət haqqında” 3 noyabr 1992-ci il tarixli Qanunun 2-ci maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 3-cü bəndinə görə həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda hərbi xidmətdə olan vətəndaşlar isə hərbi vəzifəlilər adlanırlar. “Hərbi xidmət haqqında” Qanunun 16-cı maddəsində göstər ilir ki, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılmalıdırlar. “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda hərbi qulluqçular Silahlı Qüvvələrin ehtiyatına buraxılırlar. “Hərbi xidmət haqqında” Qanunun 19-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatdıqda isə hərbi qulluqçular istefaya buraxılırlar. Polkovnik-leytenant rütbəli hərbi qulluqçular üçün üçüncü dərəcəli ehtiyatda olmağın son yaş həddi 55 yaş müəyyən edilmişdir. “Hərbi xidmət haqqında” Qanunun 25-ci maddəsinə əsasən isə üçüncü dərəcəli ehtiyatda olmağın son yaş həddinə çatmış hərbi vəzifəlilər hərbi uçotdan çıxarılıb istefay a keçirilirlər. Qeyd edilən Qanunun müddəaları hərbi uçotdan çıxarılaraq istefaya keçirilmiş şəxslərin yenidən hərbi xidmətə qayıtmasını istisna edir. Bundan başqa, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinin birinci bəndində göstərilir ki, hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan R espublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Qanunun 3-cü maddəsinə əsasən isə vətəndaşlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusunu əldə edir və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 1-ci maddəsin in birinci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi) başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi) sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Göründüyü kimi, qüvvədə olan qanun vericiliklə gömrük orqanları işçiləri hərbi qulluqçu statusuna malik olan dövlət orqanları sırasına daxil edilmədiyi üçün gömrük orqanlarında xidmət də hərbi xidmət hesab edilə bilməz. Gömrük Məcəlləsinin 7-ci maddəsinin birinci hissəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında gömrük işi hüquq-mühafizə orqanları olub, vahid sistem təşkil edən gömrük orqanları tərəfindən həyata keçirilir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edərək, gömrük orqanlarında xidməti – Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyy ətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət xidmətinin xüsusi növü kimi nəzərdə tutur. Əsasnamənin gömrük orqanlarında xidmətin şərtlərini müəyyən edən 6-cı fəslində gömrük orqanlarının vəzifəli şəxslərinin əmək şəraitini, iş və istirahət vaxtlarını, ödənişli, qismən ödənişli, sosial və digər məzuniyyətlərin verilməsi qaydalarını, müvəqqəti əvəzetməyə görə əlavə əmək haqqının ödənilməsi və s. məsələlərin hərbi qulluqçulardan fərqli olaraq, əmək qanunvericiliyi ilə tənzim edilməli olması göstərilir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənlərə əsasən hesab edir ki, T.N.Rəfiyevin Gömrük Komitəsində işlədiyi növbətçi hissənin rəisi vəzifəsi hərbi qulluq kimi deyil, mülki vəzifə kimi qiymətləndirilməlidir. Məhkəmələr isə qərarlarında gömrük orqanlarınd a xidmətkeçmənin hərbi xidmət olduğu nəticəsinə gələrkən bunu təsbit edən hər hansı qanun normasına istinad etməmişlər”. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Gəncə Gömrükxanasının qaçaqmalçılıqla mübarizə bölməsinin böyük inspektoru və təhqiqatçısı vəzifəsində işləməsi mülki vəzifə olmaqla hərbi qulluq sayılmadığından iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin müddəaları tətbiq edilə bilməz. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olun anları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2213/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar