Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-538/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kompensasiyanın ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi ilə, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 1985-ci ilin mart ayından 2000-ci ilin may ayınadək daxili işlər orqanında işlədiyi müddət ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə sonuncu tutduğu vəzifə və rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavələr nəzərə alınmaqla, kompensasiyanın hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-889/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2001-ci il tarixdə qəbul olunmuş «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 78-ci maddəsinə əsasən daxili işlər orqanlarının əməkdaşlarına əsas məzuniyyət 30 gün müddətinə verilir. Həmin Əsa snamənin 88-ci maddəsinə əsasən polis əməkdaşı müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq, ödənilir. O, 1985-2000-ci illərdə istifadə edilən əsas məzuniyyətlərə görə dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Nazirliyin Maliyyə-Plan İdarəsinə müraciət etsə də, müxtəlif bəhanələr gə tirilərək məsələnin həllindən imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 985ci ilin mart ayından 2000-ci ilin may ayınadək daxili işlər orqanında işlədiyi müddət ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə sonuncu tutduğu vəzifə və rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavələr nəzərə alınmaqla kompensasiyanın hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh həvalə edilməsini xahiş etmişdir. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)1933/2019 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarına əsasən iddianın qismən təmin edilməsi, İddiaçı 1994-2000-ci illər üzrə istifad ə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 2, 13-cü maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 1, 2.0.6, 12, 24.1-ci maddələrinə, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»yə, İnzibati Prosessual Məcəllənin 52, 68.1, 73.1-ci maddələrinə istinad etmişdir.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1933/2019 nömrəli qərarının qismən təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-889/2020 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Namiq Cəfərov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 21(82)-1933/2019 saylı qərarının mübahisələndirilən – iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də əsaslandığı maddi və prosessual hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, iştirakçılarının izahatları məhkəmə icraatı Kasasiya şikayətinin dəlilləri
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının əsaslandırıcı hissəsindən görünür ki, apelyasiya baxışı zamanı məhkəmə Bakı şəhər Baş Polis İdarəsinə xx xxxx 2020-ci il tarixdə sorğu göndərmiş və həmin sorğuda iddiaçının 1994–2000-ci ilə qədər işlədiyi müddət ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə bütün haqların tam ödənilib-ödənilməməsi barədə məhkəməyə məlumat verilməsi və bu barədə müvafiq sənədlərin təsdiq olunmuş sürətinin təqdim edilməsi xahiş edilmişdir. «Bakı şəhər Baş Polis İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə həmi n sorğuya cavab məktubunda qeyd edilir ki, 2000-ci ilə qədər polis əməkdaşlarına məzuniyyət müavinətlərinin hesablanması və ödənilməsi həmin ayın əmək haqqı ilə əvəz olunurdu. Əfqan Məmmədova göstərilən illərdə müvafiq qaydada ödəmələr aparılmış, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli, 44 nömrəli qərarına əsasən iddiaçıya 2000–2004-cü illər üçün istifadə etmədiyi məzuniyyətə görə 20044,50 manat kompensasiya ödənilmişdir».
9. Məlumat üçün bildirir ki, Bakı şəhər Baş Polis İdarəsi bu barədə müvafiq sənədlərin təsdiq olunmuş sürətini də məhkəməyə təqdim etmişdir.
10. Lakin məlum olmayan səbəbdən məhkəmə Bakı şəhər Baş Polis İdarəsinə verdiyi sorğuya ətraflı və təsdiq edici sənədləri almasına baxmayaraq, yenidən eyni məzmunlu sorğu ilə xx xxxx 2020-c i il, xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə də müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsindən xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə Bakı şəhər Baş Polis İdarəsinin verdiyi cavabla eyni məzmunlu cavab verilmişdir.
11. Məhkəmə əvvəlki sorğuda təsdiqedici sənədlərin təsdiq olunmuş surətlərini tələb etdiyi halda, təkrar sorğuda iddiaçıya məxsus «Şəxsi Vərəqin» əslinin baxış üçün məhkəməyə təqdim olunması göstərilmişdir. Həmin sənədin əsli, nümayəndə olaraq tərəfindən xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim edildi. Sədrlik edən hakim, Şəxsi Vərəqin əslinə baxdı və ona qaytardı. Məhkəmə qərarında isə bu hal təhrif olunub və qeyd edilir ki, guya Şəxsi Və rəqin əsli məhkəməyə təqdim edilməyib. Göründüyü kimi məhkəmə qərarının əsaslandırıcı hissəsi ilə nəticə hissəsi ziddiyyətlidir.
12. Məhkəmənin son iclasınadək məruzəçi hakim istisna olmaqla işə başqa iki hakimin iştirakı ilə baxılıb. Son iclasda tərkibdə əvvəl iştirak edən iki hakim dəyişdirilmiş və yeni tərkiblə işə baxılarkən işin halları məruzə edilməmişdir.
13. Məhkəmə, qərarını bu hal üzrə tətbiq edilməli olmayan: «Hərbi xidmət keçmə haqqında Əsasnamə»yə, «Hərbi qulluqçuların statusu haqqında» Qanuna və hərbi qulluqçulara aid olan digər normalara əsaslanmaqla çıxarmışdır.
14. İş materiallarından göründüyü kimi, iddiaçı hərbi qulluqçu deyil. O, polis əməkdaşıdır.
15. Polis əməkdaşının fəaliyyəti «Polis haqqında» Qanun, «Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə», Nazirl ər Kabinetinin müvafiq qərarları və digər normativ hüquqi aktları ilə tənzimlənir.
16. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-889/2020 nömrəli qərarı ləğv edib, işin təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmək barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin Bakı Apelyasiya Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edib, işin təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmək barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
19. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
20. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instans iyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
23. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərarla və həmin qərardan cavabdehin verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, sözügedən dəlillər əsassızdır.
24. Belə ki, cavabdeh kasasiya şikayətində yazmışdır ki, «2000-ci ilə qədər polis əməkdaşlarına məzuniyyət müavinətlərinin hesablanması və ödənilməsi həmin ayın əmək haqqı ilə əvəz olunurdu. Əfqan Məmmədova göstərilən illərdə müvafiq qaydada ödəmələr aparılmış, … Bakı şəhər Baş Polis İdar əsi bu barədə müvafiq sənədlərin təsdiq olunmuş sürətini də məhkəməyə təqdim etmişdir».
25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, əvvəla cavabdehin kasasiya şikayətində göstərdiyi «müvafiq sənədlərin təsdiq olunmuş sürətini də məhkəməyə təqdim etmişdir» cümləsi həqiqətə uyğun deyil, Bakı şəhər Baş Polis İdarəsinin sözügedən məktubuna yalnız bir sənədin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir ki, bu sənəddən də iddiaçıya 2000-ci ilə qədər məzuniyyətdə olmadığı üçün həmin ayın əmək haqqı ilə əvəz olunması ilə yanaşı, iddiaçının bu cədvəldə ümumiyyətlə imzası mövcud deyildir.
26. Daha sonra cavabdeh kasasiya şikayətində yazmışdır ki, «Şəxsi Vərəqin … əsli, nümayəndə olaraq tərəfimdən … məhkəməyə təqdim edildi. Sədrlik edən hakim, Şəxsi Vərəqin əslinə baxdı və mənə qaytardı. Məhkəmə qərarında isə bu hal təhrif olunub və qeyd edilir ki, guya Şəxsi Vərəqin əsli məhkəməyə təqdim edilməyib».
27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasının protokolunda (iş səhifəsi 106) yazılmışdır ki, «cavabdehin nümayəndəsi və vəkili sorğuya cavab məktubunu və ona əlavə edilmiş şəxsi vərəqənin surətini və arayışı təqdim edir. Məhkəmə tərkibi tərəfindən həmin sənədlərə baxış keçirilir, ancaq şəxsi vərəqənin surəti təsdiq edilməsi üçün geri qaytarılır».
28. Bununla bağlı cavabdehin nümayəndəsinin protokola dair qeyd vermək səlahiyyəti olduğu halda hər hansı bir qeyd verilməmişdir.
29. Eyni zamanda cavabdeh kasasiya şikayətində yazmı şdır ki, «Son iclasda tərkibdə əvvəl iştirak edən iki hakim dəyişdirilmiş və yeni tərkiblə işə baxılarkən işin halları məruzə edilməmişdir».
30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasına dair protokolda (iş səhifəsi 114) göstərilmişdir ki, «sədrlik edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 63.2-ci maddəsinə əsasən işi məruzə edir».
31. Bununla bağlı cavabdeh tərəfindən yenə də protokola dair heç bir qeyd verilməmişdir.
32. Cavabdeh kasasiya şikayətində həmçinin göstərmişdir ki, «iddiaçı hərbi qulluqçu deyil. O, polis əməkdaşıdır.», buna görə də hərbi qulluqçulara aid qanunvericiliyin tətbiq edilməsi yanlışdır.
33. Məhkəmə kollegiyası hesab edi r ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər.
34. Həmin Qanunun 13.2-ci maddəsinə müvafiq olaraq əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
35. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, yuxarıda göstərilənlərdən göründüyü kimi cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassız olmaqla yanaşı, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını tam və hərtərəfli araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
36. Belə ki, Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin 76-cı bəndində nəzərdə tutulmuşdur ki, daxili işlər orqanları əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir: hər il verilən əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət), qısamüddətli, xəstəliyə görə, tətilə çıxmaqla əlaqədar (müdavimlər üçün), Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar, əlavə (xidmət illərinə, xüsusi şərai tdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə). Əsasnamənin 77-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan digər məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
37. Əsasnamənin 78-ci bəndinə görə əsas məzuniyyət daxili işlər orqanları əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Əsas məzuniyyət təqvim ili ərzində müvafiq cədvələ uyğun olaraq verilir. Əsasnamənin 79-cu bəndinə əsasən ümumi müddəti 40 təqvim günü və daha çox olan əsas və əlavə məzuniyyət götürmək hüququ olan daxili işlər orqanları əməkdaşlarına onların öz arzusu ilə məzuniyyət iki hissəyə bölünərək verilir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında» xx xxxxx 2000-ci il tarixli 73 nömrəli Qərarının 1-ci bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis əməkdaşına xidmət xüsusiyyətlərindən asılı olaraq, məharət dərəcəsinə, şifrlə daimi işləməyə, post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, süvari-nizami hissələrdə atlara və ləvazimatlara qulluğa, ayıltma məntəqəsində işləməyə, sürücü əməkdaşlara dərəcəyə görə, xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyanlara gündəlik yemək xərci əvəzinə, vəzifədən azad edilərək müvəqqəti sərəncamda saxlanmaya, xidmətdən tərxis olunmaya görə, xəstəlik, təhsil, məzuniyyət vaxtı verilən əlavələr, ödənişlər və respublika qanunvericiliyində nəzərdə tutulmuş digər əlavələr, müavinətlər, ödənişlər verilir.
39. «Norm ativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər.
40. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
41. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan iddiaçıya daxili işlər orqanında xidmət etdiyi 1994–2000-ci illər üzrə ona istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyasının ödənildiyini dəfələrlə bildirsə də, hətta bu barədə iddiaçıya məxsus şəxsi vərəqənin mövcudluğuna istinad etsə də, nəinki həmin şəxsi vərəqəni, həmçinin iddiaçının sözügedən illərdə məzuniyyətlərə göndərilməsini təsdiq edən sənədləri (iddiaçının bu barədə ərizələrini və idarənin əmrlərini) və ya həmin məzuniyyətlərə görə ona müvafiq müavinətlərin (kompensasiyaların) həqiqətən ödənildiyini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir.
42. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı ona daxili işlər orqanlarında xidmət etdiyi 1994-2000-ci illər üzrə istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyasının ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
43. Belə ki, Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli, 168-İİQ saylı Qanunu il ə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında» xx xxxxx 2000-ci il tarixli, 73 nömrəli Qərarında və digər əlaqədar normativ hüquqi aktlarda DİO-nun əməkdaşlarına istifadə olunmayan məzuniyyətlərə görə kompensasiyanın hesablanıb ödənilməsinə dair müddəalar mövcud deyil. Eləcə də DİO əməkdaşları və hərbi qulluqçuların aidiyyəti orqanlarla «istifadə olunmayan məzuniyyətlərə görə kompensasiya ödənilməsi» ilə bağlı münasibətləri səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə eynilik təşkil edir. Bu halda birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, həmin oxşar münasibətlərə Azərbaycan Res publikası Nazirlər Kabinetinin «1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» xx xxxxxx 2014-cü il tarixli, 399 nömrəli Qərarının müddəalarının «analogiya» üzrə tətbiqi yolveriləndir.
44. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci hissəsinin 20-ci abzasında göstərilmişdir ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulm uş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.
45. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin 2-ci hissəsinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim ill əri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.
46. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 iyun tarixli, 281 nömrəli (Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli, 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında) Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu i lə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etsin.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Hər bi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair xx xxxx 2014-cü il tarixli Qərarında göstərmişdir ki, qanunla müəyyən edilmiş istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanılmasına görə deyil, hərbi qulluqçunun bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir. Həmin Qərarla;
1. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin 20-ci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunmuş;
2. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilmişdir.
48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» xx xxxxxx 2014-cü il tarixli, 399 nömrəli Qərarının 1-ci bəndinə görə həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək dövr əsas götürülməlidir.
49. Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, … qanunverici dövlət – hakimiyyətini səmərəli həyata keçirmək üçün Konstitusiyanın 94-cü maddəsində öz əksini tapmış məsələləri tənzimləyərkən, onların ən mühüm və əsaslı xarakter daşıyan tərəflərini müəyyən etməklə artıq qanunvericilik qaydasında nizamlanmış normaları konkretləşdirmək və həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanına qaydalar müəyyən etmək səlahiyyəti verə bilər. Konstitusiya ilə nəzərdə tutulan əsas hüquqların həyata keçirilməsi qaydasının tənzimlənməsi və ya bu hüquqların həyata keçirilməsində məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini nəzərdə tutan qanun norması aydın və dəqiq olmalıdır. Qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərin aydın və ya birmənalı olmadığına istinad etməklə şəxsin əsas hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Konstitusiyanın 149-cu maddəsinin 5-ci hissəs inin məzmununa, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair xx xxxxxx 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Konstitusiyaya norma və prinsiplərinə, hamılıqla qəbul edilən ümumi prinsiplərə, qanunlara və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Buna müvafiq olaraq qanunların icrası ilə əlaqədar qəbul edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin qanunun məqsədlərinə uyğun olmalı, məzmununu dəyişməməli, qanunda müəyyən edilən məsələləri tənzimləməlidir.
50. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunu və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, nə də Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2010-cu il tarixli Fərmanı ilə hərbi qulluqçuya xidmətdə olduğu dövrün təqvim illərində növbəti məzuniyyətdən istifadə etmədikdə kompensasiya ödənilməsi hər hansı tarix (zaman, vaxt) ilə məhdudlaşdırılmamış, həmin normativ hüquqi aktlarda digər təqvim illəri üçün də istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi açıq və aydın dildə tənzimlənmiş, bu kompensasiyanın yalnız məbləği ödənilməsi qaydasının müəyyənləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə olunmuşdur.
51. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli Qərarı ilə məsələyə dair verilmiş şərh də bu qənaətin qanuniliyinə də lalət edir.
52. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6 və 2.7-ci maddələrinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə, qanun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir.
53. Belə olan halda məhkəmə kollegiyası razılaşaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edildiyi hissə ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır.
54. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti tə min edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
55. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-889/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.