Məhkəmə qərarları › İş №2-1(102)-538/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-538/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-538/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.03.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyes tri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhuma məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2003/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon Dövlət Arxivi tərəfindən Nina Əliyevaya ünvanlanmış 859 №-li, xx.xx.2009-cu il tarixli məktubun surətindən görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-cı il tarixli əmrindən çıxarışa əsasən fəhlə X6 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

2. Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-cı il tarixli əmrindən çıxarışın su rətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989cu il tarixli, 52 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 nömrəli qərarının tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına – X6 fərdi ev tikmək üçün 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

3. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(85)-2176/2012 nömrəli qərarının surətindən görünür ki, həmin qərar ilə X4 iddiası təmin edilmiş, Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə X6 verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlə t Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur.

4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X12 kitabında 20327 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin plan və ölçü X6 fərdi yaşayış evi tikmək üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(85)-2176/2012 nömrəli qərarı ilə Abşeron rayonu, Binə qəsəbəsində yerləşən 1000 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-66/2014 saylı hökmünün lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 1991-ci ildən 1999-cu ilə kimi olan müddətdə Abşeron rayonu Donuzkökəltmə sovxozunun di rektoru, 2000-ci ildən 2005-cı ilin sonuna kimi isə "xxxx" X5 İstehsalı Müəssisəsinin direktoru işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, rəsmi sənədlərə əsasən Donuzkökəltmə sovxozunun 1990-cı ilin iyun ayına cəmi 322 nəfər, 1991-cı ilin sentyabr ayına isə cəmi 330 nəfər işçisi olmasına baxmayaraq, Azərbaycan SSR Nazirlər Sovetinin 150 nəfər sovxoz işçisi, həyətyanı torpaq sahəsinin ayrılmasını nəzərdə tutan xx.xx.1989- cu il tarixli 51 №-li Qərarına istinad edilərək hər ailəyə 0,07 ha torpaq sahəsinin ayrılmasına dair sabiq sovxoz direktoru Akif Alxasovun adından verilmiş xx.xx.1990-cı il tarixli 135 nömrəli, eləcə də Abşeron rayon X7 icarəyə Komit əsinin sovxozun 170 nəfər işçisinə cəmi 13.6 hektar torpaq sahəsinin ayrılması barədə, xx.xx.1991-ci il tarixli 47 №-li Qərarına istinad edilərək hər ailəyə 0,08 ha torpaq sahəsinin ayrılması barədə özünün imzaladığı 108 №-li əmrlərə, ərazidə yaşayan vətəndaşlar arasında nüfuzunu bu yolla artırmaq məqsədi ilə, uzun illər boyu davamlı olaraq Donuzkökəltmə sovxozu ilə heç bir əlaqəsi olmayan, torpaq almaq üçün müraciət etmiş vətəndaşların adlarını kütləvi şəkildə qeyd olunan əmrlərdə göstərilmiş şəxslərin siyahısına əlavə etməklə, bir sıra hallarda eyni zamanda torpaq sahələrini onlara yerində təqdim etməklə və ya həmin şəxslərə torpaq sahəsinin ayrılması barədə qeyd olunan saxtalaşdırılmış əmrlərdən çıxarışlar verməklə 135 №-li əmrə əsasən 105,7 hektar torpaq sahəsinin guya sovxoz işçilər i olan cəmi 1501 nəfərə, eyni ilə 108 saylı əmrə əsasən isə 142,8 hektar torpaq sahəsinin cəmi 1786 nəfərə ayrılması barədə, yəni sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədlərin tərtib edilməsini təşkil etmiş, bununla da Donuzkökəltmə sovxozuna təhkim olunmuş, dövlət mülkiyyətində olan iri torpaq sahələrinin özgəninkiləşdirilməklə dövlət mülkiyyətindən çıxması ilə nəticələnmiş hərəkətləri etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurmuşdur. Törətdiyi əməllərə görə X9, Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.2, 313, 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yol u ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum cəzası təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Binə qəsəbəsi (hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisi) ünvanındakı 0,10 ha torpaq sahəsi üzərində anası X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Sonradan İddiaçı iddia tələbinin dəq iqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Binə qəsəbəsi (hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisi) ünvanındakı 0,10 ha torpaq sahəsi üzərində anası X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli qərarı ilə mərhum anası X4 iddiası təmin edilərək, Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə X6 verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun

9. Cavabdeh tərəfindən idd ia ərizəsinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bundan sonra sözügedən məhkəmə qərarı icra edilərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfındən mərhum anası X8 adına Abşeron rayonu Binə qəsəbəsindəki Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək, onlara təqdim edilmişdir. X14 Nikolayevna xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Tərəfindən müvafiq ərizə ilə Bakı şəhəri 9 saylı Notariat Ofisinə müraciət edilərək, anasına məxsus Abşeron rayonu, Binə qəsəbəsindəki 0,10 ha torpaq sahəsinə dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofısinin xüsusi notariusu Rəşadət Sadıqov tərəfindən xx.xx.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi şöbəsinə müraciət edilərək, vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar Abşeron rayonu, Binə qəsəbəsi ünvanında yerləşən 1000 kv.m torpaq sahəsinə dair çıxarışın vərəsəsi İddiaçı (ona) verilməsi xahiş edilmişdir. Onu da qeyd etmək istəyir ki, anasına məxsus olan Abşeron rayonu, Binə qəsəbəsindəki 0,10 ha torpaq sahəsi 1990-cı il tarixdən hal-hazıradək onların sahiblik və istifadələrində olmuşdur. Qeyd olunan torpaq sahəsi hazırda Bakı şəhəri Xəzər rayonu nun ərazisi hesab edilir. Tərəfindən İdarəyə müraciət edilərək Abşeron rayonu, Binə qəsəbəsi (hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisi) ünvanındakı 0,10 ha torpaq sahəsi üzərində anası X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafıq çıxarışın verilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin müraciətinin xx.xx.2021-ci il tarixdə çatdırılmasına baxmayaraq, cavabdeh İdarə tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir.

10. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezi dentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Bununla ba ğlı idarə tərəfindən İddiaçı **********35 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1670/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Ş.A.Həsənova) iddia rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Abşeron rayonu Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 nömrəli əmrinə əsasən anası X3 sovxozunun ərazisindən 0,10 ha torpaq sahəsinin ayrılmasını iddia edərək buna dair əmrdən çıxarışı təqdim etsə də məhkəmə araşdırılması zamanı Abşeron rayonu Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 nömrəli əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 52 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 nömrəli qərarının tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılması, həmçinin X2 həmin əmrə, ərazidə yaşayan vətəndaşlar arasında nüfuzunu bu yolla artırmaq məqsədi ilə, uzun illər boyu davamlı olaraq Donuzkökəltmə sovxozu ilə heç bir əlaqəsi olmayan, torpaq almaq üçün müraciət etmiş vətəndaşların adlarını kütləvi şəkildə qeyd olunan əmrlərdə göstərilmiş şəxsl ərin siyahısına əlavə etməklə, bir sıra hallarda eyni zamanda torpaq sahələrini onlara yerində təqdim etməklə və ya həmin şəxslərə torpaq sahəsinin ayrılması barədə qeyd olunan saxtalaşdırılmış əmrlərdən çıxarışlar verməklə 135 №-li əmrə əsasən 105,7 hektar torpaq sahəsinin guya sovxoz işçiləri olan cəmi 1501 nəfərə ayrılması barədə, yəni sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədlərin tərtib edilməsini təşkil etməsi və həmin cinayət əməlini törətməsi ilə bağlı təqsirli bilinərək məhkum edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması müəyyən edilmişdir.

13. Bundan əlavə Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan da göründüyü kimi Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 saylı qərarında X4 adı aşkar edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə, Abşeron rayon Dövlət Arxivi tərəfindən Nina Əliyevaya ünvanlanmış 859 №-li, xx.xx.2009-cu il tarixli məktubdan və Nina Əliyevaya aid Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-cı il tarixli əmrindən çıxarışda qeyd olunan məlumatlar məhkəmə sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-cı il tarixli əmrin lazımi qaydada təsdiq edilmiş surətindəki məlumatlar arasında ziddiyyətlərin olması aşkar surətdə görünür.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasi ya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2003/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “torpaq sahəsinin mərhuma məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası təmin edilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-66/2014 saylı hökmündə də iddiaçının anası X4 adı çəkilməmiş, cinayət işi üzrə araşdırmaya cəlb edilməmiş, həmçinin, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-cı il tarix li əmrin mərhum X4 adına ayrılmış 0,10 ha torpaq sahəsinə dair hissəsinin saxta olması müəyyən edilmir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Göründüyü kimi, müvafiq ünvanda olan torpaq sahəsinin iddiaçının mərhum anasına məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2003/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərarında yol verilən yanlışlıq düzəldilmiş, Qərarın nəticə hissəsində “Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 saylı əmr i ilə X6 verilmiş Abşeron rayon Binə qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin mərhum X6 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun” abzası əlavə edilmişdir.

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, elektron kadastr məlumatlarına əsasən verilmiş 1000 kv.m. torpaq sahəsinin 400 kv.m. hissəsi A.K.Ağayevin, 400 kv.m. hissəsi isə R.M.Hüseynovun adlarına qeydiyyatdan keçmişdir.

20. Buna görə də cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim o lunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qər arı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTASİYASİ MƏHKƏMƏSİNİN NÖVQEYİ

25. Məhkə mə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətindəki faktiki yeganə dəlili ondan ibarətdir ki, cavabdehin kassasiya şikayətində özünün yazdığı kimi “Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-2003/2022 saylı qərarı idarəyə daxil olduqdan sonra idarənin mütəxəssisləri tərəfindən iddia edilən torpaq sahəsinə baxış keçirilmiş və müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır. Həmin sahədə birmərtəbəli qeyri-yaşayış binası mövcuddur. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla verilmiş 1000 kv.m torpaq sahəsinin 400 kv.m hissəsi **********75 (X10 adına) reyestr nömrəsi ilə, 400 kv.m hissəsi isə **********56 (X1 adına) reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.”

26. Daha sonra cavabdeh aşağıda qeyd edilən hüquq normalarına hər hansı şərh vermədən və onların, cavabdehin qənaətinə görə, məhkəmə tərəfindən pozulmasının nədən ibarət olduğunu göstərmədiyi halda sadəcə olaraq kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 22, 8, 9, 11.1, 23 və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68-ci maddələrinin mətnini yazmışdır.

27. Digər tərəfdən, cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən prosessual hüq uq normalarının pozulmasını göstərsə də, hansı konkret prosessual hüquq normasının pozulması ümumiyyətlə qeyd edilməmişdir.

28. Beləliklə, cavabdehin kassasiya şikayətindəki apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlili sırf formal deklorativ xarakter daşıyır, buna görə də əsassızdır.

29. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-cı il tarixli əmrindən çıxarışa əsasən fəhlə X6 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

30. Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-cı il tarixli əmrinə əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989cu il tarixli, 52 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 nömrəli qərarının tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına – X6 fərdi ev tikmək üçün 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

31. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(85)-2176/2012 nömrəli qərarına əsasən, həmin qərar ilə X4 iddiası təmin edilmiş, Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə X6 verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayo n şöbəsinin üzərinə qoyulmuşdur.

32. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X12 kitabında 20327 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsünə əsasən, həmin plan və ölçü X6 fərdi yaşayış evi tikmək üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(85)-2176/2012 nömrəli qərarı ilə Abşeron rayonu, Binə qəsəbəsində yerləşən 1000 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.

33. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-66/2014 saylı hökmünə əsasən, X9 1991-ci ildən 1999-cu ilə kimi olan müddətdə Abşeron rayonu Donuzkökəltmə sovxozunun direktoru, 2000-ci ildən 2005-cı ilin sonuna kimi isə "xxxx" X5 İstehsa lı Müəssisəsinin direktoru işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, rəsmi sənədlərə əsasən Donuzkökəltmə sovxozunun 1990-cı ilin iyun ayına cəmi 322 nəfər, 1991-cı ilin sentyabr ayına isə cəmi 330 nəfər işçisi olmasına baxmayaraq, Azərbaycan SSR Nazirlər Sovetinin 150 nəfər sovxoz işçisi, həyətyanı torpaq sahəsinin ayrılmasını nəzərdə tutan xx.xx.1989-cu il tarixli, 51 №-li Qərarına istinad edilərək hər ailəyə 0,07 ha torpaq sahəsinin ayrılmasına dair sabiq sovxoz direktoru Akif Alxasovun adından verilmiş xx.xx.1990-cı il tarixli 135 nömrəli, eləcə də Abşeron rayon X7 İcraiyyə Komitəsi sovxozun 170 nəfər işçisinə cəmi 13.6 hektar torpaq sahəsinin ay rılması barədə, xx.xx.1991-ci il tarixli, 47 №-li Qərarına istinad edilərək hər ailəyə 0,08 ha torpaq sahəsinin ayrılması barədə özünün imzaladığı 108 №-li əmrlərə, ərazidə yaşayan vətəndaşlar arasında nüfuzunu bu yolla artırmaq məqsədi ilə, uzun illər boyu davamlı olaraq Donuzkökəltmə sovxozu ilə heç bir əlaqəsi olmayan, torpaq almaq üçün müraciət etmiş vətəndaşların adlarını kütləvi şəkildə qeyd olunan əmrlərdə göstərilmiş şəxslərin siyahısına əlavə etməklə, bir sıra hallarda eyni zamanda torpaq sahələrini onlara yerində təqdim etməklə və ya həmin şəxslərə torpaq sahəsinin ayrılması barədə qeyd olunan saxtalaşdırılmış əmrlərdən çıxarışlar verməklə 135 №-li əmrə əsasən 105,7 hektar torpaq sahəsinin guya sovxoz işçiləri olan cəmi 1501 nəfərə, eyni ilə 108 saylı əmrə əsasən isə 142,8 hektar torpaq sahəsinin cəmi 1786 nəfərə ayrılması barədə, yəni sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədlərin tərtib edilməsini təşkil etmiş, bununla da Donuzkökəltmə sovxozuna təhkim olunmuş, dövlət mülkiyyətində olan iri torpaq sahələrinin özgəninkiləşdirilməklə dövlət mülkiyyətindən çıxması ilə nəticələnmiş hərəkətləri etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurmuşdur. Törətdiyi əməllərə görə X9, Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.2, 313, 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə o rqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum cəzası təyin edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi İPM-in 78-ci maddəsinə istinad edib düzgün olaraq göstərmişdir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi kimi çıxış edir.

35. Belə olan halda Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(85)-2176/2012 nömrəli qərarı onun üçün də məcburidir. Həmin qərarın əsaslandırıcı hissəsində də konkret olaraq göstəril mişdir ki, məhkəmə tədqiqatı zamanı Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə iddiaçıya fərdi yaşayış evi tikintisi üçün 0,10 ha torpaq sahəsinin ayrılması müəyyən edilmişdir.

36. Eyni zamanda apellyasiya məhkəməsi İPM-in 58.8-ci maddəsinə istinad edib doğru olaraq belə qənaətə gəlmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-66/2014 saylı hökmündə iddiaçının anası X4 adı çəkilməmiş, cinayət işi üzrə araşdırmaya cəlb edilməmiş, həmçinin, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-cı il tarixli əmrin mərhum X4 adına ayrılmış 0,10 ha torpaq sahəsinə dair hissəsinin saxta olması müəyyən edilmir.

37. Bununla yanaşı haqlı olaraq qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sah əsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir, müvafiq ünvanda olan torpaq sahəsinin iddiaçının mərhum anasına məxsus olması isə işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.

38. Belə olan halda, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür.

39. Beləliklə məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçının mərhum anası N,N.Əliyevaya 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılması barədə Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, 12 iyul 1990-cı il tarixli əmr hansı bir şəxs tərəfindən mübahisələndirilməmiş, qüvvədədir və icra edilməsi üç ün yetərlidir.

40. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı, 10 noyabr 2022-ci il tarixli qərardada edilmiş düzəliş nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmalıdır.

41. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22-1(103)-2003/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı, 10 noyabr 2022-ci il tarixli qərardadla edilmiş düzəliş nəzərə alınmaqla dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar