Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-539/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Xəzər rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X11 və X2 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-539/19) Bakı şəhəri 23 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vasif Həsənovun üçüncü şəxs xxxun və vəkili Elvin Yusifovun, üçüncü şəxs xxxin vəkili Ümman Salehzadənin iştirakı ilə, İddiaçı cavabdeh Xəzər rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X11 və X2 iştirakı ilə) qarşı sərəncamın və torpaq sahəsinə d air verilmiş plan sxemin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 11 oktyabr 2018-ci il tarixli 2-1(103)-1901/2018 saylı qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 yanvar 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Xəzər (keçmiş Əzizbəyov) rayon İcra Hakimiyyəti Başçısının 10 may 1994-cü il tarixli, 407-98 saylı sərəncamı ilə X10 Şağan qəsəbəsində 5-159 saylı sahədə fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. X18 Şağan qəsəbə nümayəndəliyinə müraciət edərək imkanı olmadığı üçün ona verilmiş torpaq sahəsinin qaytarılmasını xahiş etmişdir. Bakı şəhər Xəzər (keçmiş Əzizbəyov) rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli, 06 yanvar 1999-cu il tarixli sərəncamı ilə 10 may 1994-cü il tarixli, 407-98 saylı sərəncam ləğv olunmuş, sahibsiz qalan 5-159 saylı torpaq sahəsi Şağan qəsəbə nümayəndəliyinin torpaq fonduna keçirilmiş və növbədə olan vətəndaşlara ayrılması qərara alınmışdır. Bakı şəhər Xəzər (keçmiş Əzizbəyov) rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli, 06 yanvar 1999-cu il tarixli sərəncamı İddiaçı Şağan qəsəbəsində 5-159 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçı tərəfindən həmin torpaq sahəsi hasara alınmışdır. Qısa zaman öncə İddiaçı məlum olmuşdur ki, ona ayrılmış torpaq sahəsinin hasarı uçurdulmuş, yerində yeni hasar inşa edilmiş, habelə torpaq sahəsində 3-cü şəxs xxx tərəfindən fərdi yaşayış evi tikilməkdədir. xxx mübahis əli torpağı alqı-satqı müqaviləsi əsasında əldə etdiyini bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi seriya RX ******* saylı 25.05.2016-cı il tarixli **********88 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xxxin mülkiyyətindədir. xxx torpaq sahəsini xxx və qeyrilərindən AN-İ seriyalı, ******* nömrəli, 19 may 2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (seriya RX, N° 0844240) əsasan mübahisəli torpaq sahəsi 308 saylı sahə kimi 11 may 2016-cı ildə X12 (1/5), X16 (1/5 hissə) və X4 (3/5 hissə) adına xüsusi mülkiyyəthüququ əsasında qeydə alınmışdır. Mülkiyyətçiləri torpaq sahəsinə dair çıxarışı Bakı şəhəri 7saylı Notariat Kontorunda təsdiq edilmiş 02.05.2016-cı il tarixli 2V-68 və 2V-69 reyestr nömrəliqanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən əldə etmişlər. Şəhadətnamələrdə qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi JN 30742D Kod:00300056 saylı şəhadətnamələrə əsasən mərhum X5 və mərhum X7 və onların ailə üzvlərinə məxsus olmuşdur. JN 30742D Kod:00300056 saylı şəhadətnamələrdən isə müəyyən edilir ki, həmin torpaq sahəsi Əzizbəyov (hazırki Xəzər)rayon İHB-nın 30.12.1999-cu il tarixli 2696 saylı Sərəncamına əsasən fərdi yaşayış evinintikintisi üçün ayrılmışdır. Əzizbəyov (hazırki Xəzər) rayon İHB 30.12.1999-cu il tarixli 2696 saylı Sərəncamında qeyd edilir ki, Şağan qəsəbəsində yerləşən 308 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m. torpaq sahəsi X8 ayrılmışdı r. Araşdırma zamanı aydın olmuşdur ki, X8 ayrılmış Şağan qəsəbəsindəyerləşən 308 saylı sahənin sxemi 2006-cı ildə tərtib edilmişdir. Əzizbəyov (hazırki Xəzər) rayon HB 30.12.1999-cu il tarixli 2696 saylı Sərəncamı İddiaçı rəsmi olaraq təqdim edilməmiş, yalnız Xəzər rayon məhkəməsində 3-cü şəxs xxxə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və digər tələblər üzrə məhkəmə araşdırması zamanı sözügedən Sərəncamın mövcudluğundan məlumatı olmuşdur. Belə ki, Bakı şəhər Xəzər (keçmiş Əzizbəyov) RİH Başçısının 4 nömrəli, 06 yanvar 1999-cu il tarixli sərəncamı ilə mübahisəli torpaq sahəsi İddiaçı ayrılmışdır. Mübahisəli torpaq sahəsi İddiaçı qanunvericiliyin tələblərinə tam şəkildə əməl olunmaqla ayrılmışdır.Cavabdeh Xəzər rayon İcra Hakimiyyətinin mübahisəli torpaq sahəsini 30 dekabr 199 9-cu il tarixli 2696 saylı sərəncamla 3-cü şəxs xxxa fərdi yaşayış evi tikmək üçün ayırmaq hüquqları olmamışdır. Çünki mübahisəli torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada RİH-nin 06 yanvar 1999-cu il tarixli sərəncamı ilə artıq İddiaçı ayrılmışdır. Azərbaycan hüquq sistemi üçün əşya hüququnun əmələ gəlməsi baxımından səbəbə bağlılıq prinsipi qüvvədədir. Yəni daşınmaz əmlakın dövlət reyestrində aparılan hər bir qeydin hüquqi səbəbi (əsası) olmalıdır. İddiaçı hesab edir ki, mübahisəli torpaq sahəsinin X8 ayrılması barədə Əzizbəyov (hazırki Xəzər) rayon İHB-nın 30.12.1999-cu il tarixli 2696 saylı Sərəncamı və torpaq sahəsinə dair verilmiş plan-sxem verildiyi andan etibarsız sayılmalıdır. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci, 23-cü və 57-ci madd ələrinə, Azərbaycan Respublikası İPM-in 8.1.1 -ci və 35-ci maddələrinə istinad edərək X8 torpaq ayrılması barədə Əzizbəyov (hazırkı Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 30.12.1999-cu il tarixli 2696 saylı sərəncamının və torpaq sahəsinə dair verilmiş plan-sxemin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh Xəzər rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X11 və X2 iştirakı ilə) qarşıX8 torpaq ayrılması barədə Əzizbəyov (hazırkı Xəzər) rayon İcra Hakimiyyəti başçısının 30.12.1999-cu il tarixli 2696 saylı sərəncamının və torpaq sahəsinə dair verilmiş plan-sxemin etibarsız sayılması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 11 may 2018-ci il tarixli iş № 2-1(82)-323/2018, (sədrlik edən hakim Z.Tağıyev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxs xxxapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 11 may 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaması barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 11 oktyabr 2018-ci il tarixli iş № 2-1(103)-1901/2018 (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və M.Məmmədov) qərarı ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 11 may 2018-ci il tarixli, 21(82)-323/2018 saylı qərarı nın ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, X8 torpaq ayrılması barədə Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli, 2696 saylı sərəncamının və torpaq sahəsinə dair verilmiş plan-sxemin etibarsız sayılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Üçüncü şəxsin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Əzizbəyov RİB-nin 30 dekabr 1999-cu il tarixli, 2696 saylı sərəncamı ilə X3 hazırkı torpaq sahəsi ayrılmışdır. 26 may 2006-cı ildə xxxx və ailə üzvlərinin həmin torpaq sahəsinə dair mülkiyyəti qeydə alınmışdır. O, həmin torpaq sahəsini 19 may 2016-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən almışdır. Bununla bağlı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 31 oktyabr 2018-ci il tarixli, **********69 saylı məktubundan görünür ki, X9 adına Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 10 may 1998-ci il tarixli 407-98 saylı sərəncama əsasən 18 sentyabr 2007-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsi, 5/159 saylı sahədə yerləşən 0,12 hektar torpaq sahəsi qeydiyyatdan keçmişdir. Lakin sözü gedən ünvan 26 yanvar 2008-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən özgənin adına özgəninkiləşdirilmişdir. Bakı şəhər 7 saylı dövlət notariat kontorunda bağlanmış 12 dekabr 2007-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən X10 məxsus torpaq X1. Bundan başqa, Xəzər RPİ-nin 1-ci Polis Şöbəs inin baş təhqiqatçısı Xəzər Yolçuyevin 27 noyabr 2018-ci il tarixli vəsatətindən görünür ki, İddiaçı adına olan Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının adından tərtib olunmuş 06 yanvar 1999-cu il tarixli 4 nömrəli sərəncamı saxta olduğu müəyyən edilmiş və ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işinin başlanmasını rayon prokurorundan xahiş edir. Birinci instansiya və apelyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7, 22, 23, 27, 32, 57-ci maddələrini tətbiq etsə də həmin maddələri düzgün tətbiq etməmişdir, eyni zamanda İnzibati icraat haqqında Qanunun 65-ci maddəsinə düzgün istinad etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən xxx kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleg iyasının 11 oktyabr 2018-ci il tarixli, 2-2(103)-1901/2018 saylı qərarının ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs xxxin vəkili Ü.Salehzadə kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli saylı qərarının ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş e tmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs xxxxun vəkili E.Yusifov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs xxx də, onun vəkili Ü.Salehzadənin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası mə hkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili V.Həsənov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehinnü mayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və üçüncü şəxs xxxin və vəkilinin, üçüncü şəxs xxxxunvəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə üçüncü şəxsin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 11 oktyabr 2018-ci il tarixli, 2-1(103)-1901/2018 saylı qərarla, apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqti sadi Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2-1(82)-323/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, X8 torpaq ayrılması barədə Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli, 2696 saylı sərəncamının və torpaq sahəsinə dair verilmiş plan-sxemin etibarsız sayılması qənaətinə gələrkən Torpaq Məcəlləsinin 7, 22, 23, 32, 57-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli, 2696 saylı “vətəndaş X4 adına Şağan qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” sərəncamı yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini pozmaqla qəbul edilmişdir. Həmin sərəncam ilə ayrılmış torpaq sahəsi artıq İddiaçı ayrılmış torpaq sahəsi ilə üstüstə düşdüyündən və mübahisələndirən sərəncam iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən qanunsuz inzibati akt kimi qiymətləndirilməli və etibarsız sayılmalıdır. Məhkəmə kollegiyası iş üzrə üçüncü şəxs xxxin kasasiya şikayəti ilə əlaqədar ilk öncə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəllənin «Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri» adlanan 91-ci maddəsində deyilir ki, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, x xx 3 səhifədən ibarət olan kasasiya şikayətinin yalnız bir abzasında göstərmişdir ki, “birinci və apelyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7, 22, 23, 27, 32, 57-ci maddələrini tətbiq etsə də, həmin maddələri düzgün tətbiq etməmişdir, eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə düzgün istinad etməmişdir”. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, xxx Torpaq Məcəlləsinin 7, 22, 23, 27, 32, 57-ci maddələrinin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən düzgün tətbiq edilmədiyini yazsa, xxxin qənaətinə görə, bunun konkret olaraq nədən ibarət olmasını və özünü işin hansı halında büruzə verməsini göstərməmiş, başqa sözlə, apelyasiya instansiyası məhkəməsinin Torpaq Məcəlləsinin 7, 22, 23, 27, 32, 57-ci maddələrini tətbiq et məklə nəyi pozduğunu bildirməmişdir. Belə olan halda, xxx həmin dəlili sırf formal və deklarativ xarakter daşıdığı üçün əsaslı sayıla bilməz. Digər tərəfdən, xxx kasasiya şikayətində yazır ki, apelyasiya instansiyası məhkəməsi eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə düzgün istinad etməmişdir”. Lakin məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 11 oktyabr 2018-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsinə ümumiyyətlə istinad etməmiş, apelyasiya instansiyası məhkəməsi həmin Qanunun 67ci maddəsinə əsaslanmışdır. Bununla yanaşı qeyd edilməlidir ki, xxx apelyasiya instansiyası məhkəməsi tərəfindən onun qənaətinə görə prosessual hüquq normalarının düzgün tətbiq edilməməsini ümumiyyətlə gös tərməmişdir, belə ki, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinin mətninin kasasiya şikayətində yazılması sadəcə formal xarakter daşımaqdadır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya mübahisəli torpaq sahəsi 06 yanvar 1999-cu ildə ayrıldığı halda, üçüncü şəxsə həmin torpaq sahəsi 30 dekabr 1999-cu il tarixdə ayrılmışdır, yəni, iddiaçının adına fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi üçüncü şəxsdən əvvəl ayrılmışdır. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Əzizbəyov Rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli müvafiq sərəncamı ilə İddiaçı istifadəsində olan torpaqlardan maneəsiz istifadə hüququ məhdudlaşdırılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs xxxin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 21(103)-1901/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-539/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-539/2019
23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver