Məhkəmə qərarları › İş №2-1(102)-539/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-539/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-539/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallar üzrə icraat; ərizənin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkilləri Vəkil və X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin naturada yeri müəyyən edilərək döngə nöqtələr inin göstərilməsi, iddiaçının mərhum anasının torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1852/2020 nömrəli iş üzrə 2020-ci il 18 noyabr tarixli qərardadlarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıya x bağ massivində yerləşən 0,12 ha sahəsi olan 1436 saylı bağ sahəsinin naturada yerinin müəyyən edilərək, döngə nöqtələrinin göstərilməsi; onun mərhum anasının həmin torpaq sahəsinə hüquql arının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28952/2018 saylı 2018-ci il 13 iyun tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 18 sentyabr tarixli, 21(82)3352/2018 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya x bağ massivində yerləşən 0.12 ha sahəsi olan 1436 saylı bağ sahəsinin naturada yeri müəyyən edilərək döngə nöqtələrinin göstərilməsi, onun mərhum anasının həmin torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və planölçünün verilməsi öhdəliyi cavabdehin üz ərinə qoyulmuşdur.

4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 mart tarixli 2-1(103)-548/2019 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi 2019-cu il 30 iyul tarixli, 2-1(102)-2130/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Cavabdeh 2020-ci il 23 yanvar tarixdə yeni açılmış hallarla bağlı icraat ın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh 2020-ci il 23 yanvar tarixdə Bakı inzibatı Məhkəməsinə ərizə ilə müraciət edərək mübahisəyə dair yeni açılmış hallarla əlaqədar olaraq məhkəmə qərarının icrasının dayandırılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

10. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 07 sentyabr tarixli, 2-1(82)-3352/2020 saylı qərardadı ilə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi mümkün sayılmamışdır.

11. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 07 sentyabr tarixli, 2-1(82)-3352/2020 saylı qərardadı ilə qərarın icrasının dayandırılması barədə vəsatət təmin edilməmiş dir.

12. Cavabdeh həmin qərardadlardan apellyasiya şikayəti verərək qərardadların ləğv edilməsini və yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin və qərarın icrasının dayandırılması barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1852/2020 saylı 2020-ci il 18 noyabr tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərarın icrasının dayandırılması barədə qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1852/2020 saylı 2020-ci il 18 noyabr tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1628/2020 saylı iş üzrə 2020-ci il 23 sentyabr tarixli qərardadlarından kassasiya şikayəti və ona əlavə verərək qərardadların ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin və qərarın icrasının dayandırılması barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin və şikayətə əlavənin dəlilləri

16. Müvafiq ünvanda təkrar və ətraflı aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, ərizəçi tərəfindən şərti olaraq göstərdiyi şərti sahə qumsallıq ərazidir və həmin ərazidə heç bir hasarlanma işləri aparılmamışdır. Həmçinin, həmin ərazidə heç bir bağ sahəsi mövcud deyil və sözü gedən dənizkənarı ərazi rayon icra hakimiyyəti tərəfindən metal barmaqlıqlarla əhatələnmiş və həmin ərazidə mühafizə köşkləri quraşdırılmışdır. 17. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 18 sentyabr tarixli, 21(82)-3352/2018 nömrəli qərarından cavabdeh İdarə tərəfindən 2020-ci il 14 yanvar tarixdə verilmiş **********09 nömrəli yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizədə texniki səhv olaraq yeni açılmış hallarla bağlı sübutların “2019-cu 15 avqust tarixdə yoxlama-ölçü işləri aparılarkən məlum olduğu” qeyd edilmişdir. Lakin müvafiq ünvanda yoxlama-ölçü işləri əslində “2019-cu il 15 avqust tarixdə” deyil, 2019cu il 16 dekabr tarixdə keçirilmiş və müayinə nəticələrinə dair 2019-cu il 17 dekabr tarixli müayinə aktı tərtib edilmişdir (Müayinə baxışının keçir ilməsi barədə Sorğu vərəqəsinin və Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müavinə (baxış) aktının təsdiq edilmiş surəti əlavə edilir).

18. Sözügedən 2019-cu il 17 dekabr tarixli müayinə aktına və yoxlama-ölçü işləri zamanı iddiaçının nümayəndəsi tərəfindən göstərilən ərazinin müəyyən edilmiş koordinatlarına əsasən İdarənin elektron kadastr baza məlumatlarına əsasən məlum olmuşdur ki, ərizəçi tərəfindən şərti olaraq göstərdiyi şərti sahə qumsallıq ərazidir və həmin ərazidə heç bir hasarlanma işləri aparılmamışdır. Həmçinin, həmin ərazidə heç bir bağ sahəsi mövcud deyil və sözügedən dənizkənarı ərazi rayon icra hakimiyyəti tərəfindən metal barmaqlıqlarla əhatələnmiş və həmin ərazidə mühafizə köşkləri quraşdırılmışdır. Bundan əlavə, iddiaçının şərti olaraq göstərdiyi İdarənin elektr on kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən şərti olaraq göstərilən torpaq sahəsinin yerləşdiyi ərazi dənizin kənarında yerləşməklə Xalq çimərliyinin hüdudları daxilində yerləşir və dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmçinin, iddiaçı tərəfindən Nardaran ərazisində iddia olunan 1436 saylı bağ nömrəsi bağların sxematik xəritəsində öz əksini tapmamışdır.

19. Qeyd olunan hallar daha əvvəl məlum olmadığından məhkəmə tərəfindən araşdırılmamış və nəticədə düzgün və ədalətli qərarlar qəbul edilməmişdir. Qeyd olunan hallar birinci instansiya məhkəməsində işə baxılarkən məlum olmadığından yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsas olmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdehin vəkilləri kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdilər.

21. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

22. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgü n həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar q əbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərardadlarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Cavabdehin kassasiya şikayəti qərardadların ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, yeni açılmış hallarla bağlı inzibati icraatın təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Cavabdehin ərizəsinə baxış keçirərkən məlum olmuşdur ki, iddiaçı tərəfindən x bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1436 saylı bağ sahəsinin yerləşdiyi ərazinin dəniz kənarı olmaqla Xalq çimərliyinin yaradılması üçün nəzərdə tutulan dövlət torpağının hüdudları daxilində yerləşməsi 2019-cu il 15 avqust tarixdə yoxlamaölçü işləri aparılarkən məlum olmuşdur. Göründüyü kimi, ərizəçi sözügedən sübutlar ona məlum olduğu gündən 3 ay müddətində verilməli (2019-cu il 15 noya br tarixədək) olduğu halda, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürülməklə, yeni açılmış hallarla bağlı ərizə 2020-ci il 14 yanvar tarixdə tərtib edilməklə, 2020-ci il 23 yanvar tarixdə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən nəzərdə tutulmuş müddət buraxıldığı halda həmin müddətin bərpasına yol verilmir.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı qeyd edir ki, cavabdehin ərizəsində məhkəmə qərarının icra üçün İdarəyə 2019-cu il 18 noyabr tarixdə daxil olduğu göstərilir. Eyni tarixi, cavabdehin (ərizəçinin) nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı izahatında da bildirmişdir. Lakin ərizədə göstərilən və məhkəmənin istinad etdiyi müayinə tarixinin bundan üç ay əvvəl - 2019-cu il 15 avqust göstərilməsinin səbəbi (həqiqi vəziyyəti düzgün əks etdirdiyi) müəyyən edilməmiş, qərardadda “sözügedən sübutlar” dedikdə, fakta dair məhz hansı sübutları nəzərdə tutulduğu göstərilməmişdir. İddia olunan sahəyə baxış keçirildiyinə dair müayinə aktı ərizəçi tərəfindən təqdim olunmamış, məhkəmənin sorğusuna cavabdehin cavab məktubunda təkrar müayinənin keçirildiyi tarix göstərilməmişdir, məktuba əlavə olunmuş fotoşəkil isə öz məzmununa görə müayinə aktını əvəz etmir. Başqa sözlə, fərdi-müəyyən əşya olan, yerləşmə vəziyyəti döngə nöqtələrinin koordinatları ilə müəyyən edilən torpaq sahəsi ilə bağlı yeni hala dair vəziyyəti və onun aşkar olunduğu (ərizəçiyə məlum olduğu) vaxtı, deməli həm də prosessual müddətin axımının başlanğıcını müəyyən etmək üçün müvafiq müayinənin keçirilməs inə dair sənəd (hazırkı halda, müayinə aktı) işdə olmalı idi.

28. Beləliklə, işin hallarının araşdırılması prinsipinin tələbi təmin olunmamışdır. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipinin tələbləri iddianın (ərizənin, şikayətin, vəsatətin) mümkünlüyünə də aiddir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərardadları İPM-in 12.1, 12.2 və 82ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərardadları prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, həmçinin apellyasiya instansiyası məhkəməsi ərizənin mahiyyəti üz rə qərar qəbul etmədiyindən şikayət qalan hissələrdə təmin oluna bilməz.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1852/2020 nömrəli 2020-ci il 18 noyabr tarixli qərardadları ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar