Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-539/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Bakı şəhəri Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməsi) 26.04.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdeh3nə (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və “X1 LTD”-nin Azərbaycan Respublikasındakı filialı) qarşı “kompensasiya verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2-1(103) -1256/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Balaxanıneft” Neft-qazçıxarma İdarəsinə məxsus, ünvan 1 ünvanında yerləşən binadan 848.38 kv.metr sahə (bağça binası) 1992-ci il tarixdə “Aygün” kooperativi tərəfindən alğı-satqı qaydasında alınmışdır. İş üzrə materiallara əlavə olunmuş ödəmə sənədinə əsasən, qeyd olunan ünvanda yerləşən həmin binaya görə “Balaxanıneft” Neftqazçıxarma İdarəsinə 51600 manat vəsait ödənilmişdir. 2. “Balaxanıneft” Neft-qazçıxarma İdarəsi (bundan sonra “Balaxanıneft” NQÇİ) xx.xx.1997-ci ildə Aygün” kooperativinə (Xüsusi İstehsal Kommersiya şirkətinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu qəsəbəsi, ünvan 16, 8 a ünva nında yerləşən binanın alğı-satqısına dair müqavilənin ləğv olunmasını və “Aygün” kooperativinin binadan çıxarılmasını xahiş edib. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 907/361 nömrəli, xx.xx.1997-ci il tarixli qətnaməsi ilə binanın alğı-satqısına dair müqavilənin ləğvi tələbi üzrə icraata xitam verilmiş, “Aygün” Xüsusi İstehsal Kommersiya şirkətinin ünvan 1 nömrəli binadan çıxarılmasına dair iddiaçının tələbi rədd edilmişdir.
3. İddiaçı həmin binanın söküldüyünə istinad edərək kompensasiyanın ödənilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, həmin müraciətlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhər icra Hakimiyyətinin Mənzil-kommunal Təsərrüfatı Departamentinə və Cavabdeh3nə göndərilmişdir. Bakı şəhəri Cavabdeh3 tərəfindən İddiaçı MMC-nin müraciətlərinə cavab olaraq xx.xx.2019-cu il tarixli məktubda iddiaçıya bildirilmişdir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarından vətəndaşların köçürülməsi nəzərdə tutulmuşdur. Lakin müraciətlərdə qeyd edilən qeyri-yaşayış obyektinin sökülməsi barədə Cavabdeh3ndə heç bir məlumat yoxdur. xx.xx.2019-cu il tarixli cavab məktubunda isə qeyd olunmuşdur ki, iddiaçının müraciəti baxılması üçün Bakı şəhər Mənzil-kommunal Təsərrüfatı Departamentinə göndərilmişdir.
4. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış Y-07 nömrəli, xx.xx.2019-cu il tarixli məktubda, ünvan 2 saylı qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar kompensasiya ödənilməsi barədə müraciətinə baxıldığı, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınma z Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil- Kommunal Xidmətlər Departamentinin balansında olan, ünvan 2 ünvanında yerləşən qeyd edilən daşınmaz əmlakın yaşayış binası kimi balansa qəbul edildiyi və orada qeyri-yaşayış sahəsinin mövcud olmadığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 848380 manat kompensasiya məbləğinin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəlki Lenin rayon X2 İcraiyyə Komitəsinin 30/31 saylı, xx.xx.1988-ci il tarixli qərarı əsasında xalq tələbatı mallarının istehsalı üçün Bakı şəhəri, Sabunçu rayonu, Sabu nçu qəsəbəsi, 26 Bakı Komissarı, ev 8də “Aygün” Kooperativini yaratmışdır. Sonradan “Aygün” Kooperativinin fəaliyyət göstərdiyi Sabunçu qəsəbəsi, əvvəlki 26 ünvan 3 ünvanında yerləşən evin 848.38 kv.m sahəsi “Balaxanıneft” NQÇİ-dən xx.xx.1992-ci il tarixində “Aygün” Kooperativi üçün onun tərəfindən alınmışdır. Qeyd olunan ünvanda yerləşən həmin sahəyə görə “Balaxanıneft” NQÇİ-nin Mənzil-Kommunal Təsərrüfatına balans dəyəri 43000 manat və əlavə dəyər vergisi 8600 manat olmaqla, 51600 manat pul ödəmişdir. xx.xx.1992-ci il tarixdə 848.38 kv.m olan sahə təhvil-təslim aktı əsasında “Aygün” Kooperativinə təhvil verilmişdir. Həmin vaxtdan da, sahə uzun müddət kooperativin istehsalat-kommersiya sahəsi olmuşdur. 1996-cı ildə “Balaxanıneft” NQÇİ kooperativə satılmış sahənin geri qaytarılmasını tələb etmiş və bu barədə Azərbaycan Respublikası İqtisad Məhkəməsində “Aygün” Kooperativinə qarşı alğı-satqı müqaviləsinin pozulması və binadan çıxarılma tələbi barədə iddia qaldırmışdır. Məhkəmə xx.xx.1997-ci ildə işə baxaraq iddiaçı “Balaxanıneft” NQÇİnin iddiasını təmin etməmiş, qeyd olunan sahənin alğı-satqısının həmin dövrdə qüvvədə olan “Müəssisələr haqqında” Qanunun 10-cu maddəsinin 4-cü bəndinə müvafiq olduğunu göstərmiş və Sabunçu qəsəbəsi, Bakı fəhləsi 8 a ünvanında yerləşən həmin sahənin alğı satqısına dair tələb üzrə icraata xitam vermiş və “Aygün” xüsusi istehsalat kommersiya şirkətinin Bakı şəhəri, Sabunçu qəsəbəsi, ünvan 16 8 a nömrəli binadan çıxarılmasına dair iddiaçının iddia tələbi rədd edilmişdir. Hazırda qeyd olunan ünvandakı evdə - yəni 848.38 kv.m sahədə yaşayan sakinlərə kompensasiya verilməklə binanın sökülməsi qərara alınmışdır, iddiaçıya aid olan sahənin bir qismi daxili hissədən sökülmüşdür. Lakin fiziki şəxs kimi nə onun adı, nə də, hüquqi şəxs kimi İddiaçı MMC-nin adı həmin siyahıya salınmamışdır.
7. Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı MMCnin iddia ərizəsində istinad etdiyi 907/3-61 saylı, xx.xx.1997-ci il tarixli məhkəmə qətnaməsində 848.38 kv.m sahəsi olan bina Sabunçu qəsəbəsi, ünvan 5 ünvanda yerləşir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Sabunçu rayonu ərazisində sökülməsi və sakinlərin köçürülməsi üçün vəsait ayrılmış binaların siyahısında Sabunçu qəsəbəsi, ünvan 7 ünvanda yerləşən bina mövcud deyildir. İddiaçı MMC-nin iddia etdiyi 26 ünvan 8 ünvanı heç zaman ünvan 9 Hakimiyyəti başçı sının xx.xx.2017-ci il tarixli, 422 saylı sərəncamı əsasında 2 Aprel küçəsi adlandırılmışdır. 1997-ci ildən sonra küçənin 26 Bakı Komissarı adlandırılması isə tamamilə absurd bir hal olardı. Bundan əlavə onun iddia etdiyi 26 ünvan 10 ünvanda yerləşən binanın ümumi sahəsi 468 kv.m-dir. Qeyd edilən bina Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kommunal Xidmətləri Departamentinin balansında olmuş, 2012-ci ildə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Yaşayış binası təhvil verilən zaman iddiaçıya məxsus hər-hansı hissə təhvil-təslim aktında nəzərdə tutulmamışdır. Eyni zamanda müəssisə çəkmə istehsalı ilə məşğul olmuşdur. Çəkmə istehsal edən müəssisə istehsal prosesini yaşayış sahəsində deyil, qeyri-yaşayış sahəsində etməli idi. Azərbaycan Respublikası Prezidentinin tapşırığında köçürülməsi nəzərdə tutulmuş binalarda qeyri-yaşayış sahələri olmamış və buna görə də, tapşırıqda hər-hansı qeyri-yaşayış sahəsinə kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı MMC-nin sökülmüş 26 ünvan 11 ünvanda yerləşən binaya hər-hansı subyektiv hüququ mövcud olmadığından, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin (hakim A.Abdullayeva) 28 sentyabr 2020-ci il tarixli və 03 noyabr 2020-ci il tarixli, 2-1(112)-3892/2020 nömrəli qərardadları ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və “X1 LTD”-nin Azərbaycan Respublikasındakı Filialı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
9. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 14 sentyabr 2021-ci il tarixli 2-1(1 12)-782/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakla bağlı tələbinin yeganə əsasını təşkil edən xx.xx.1997-ci il tarixli məhkəmə qətnaməsi (həmin iqtisadi işə məhkəmə tərəfindən baxış keçirilmişdir) və həmin qətnamədə istinad edilən sənədlər mövcud olsa da, həmin müddətdən sonra iddiaçı tərəfindən sözügedən ünvanda yerləşən binanın iddiaçı ilə bağlı sonrakı müqəddəratı barədə hər-hansı bir sənəd və sübut təqdim edilməmiş, iddiaçının binaya dair dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən sübut aşkar edilməmişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi digər hallar isə (“Balaxanıneft” NQÇİ və Bakı şəhəri MKTD-nin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 148 saylı Mənzil Kommunal Təsərrüfatı İdarəsi ilə aralarında olan məcburi köçkünlərin yerləşdirilməsinə dair razılaşma) onun iddia tələbinin təmin olunmasına əsas vermir.
11. İddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Həmidovsədrlik edən, V.Baxışova və C.Yusifov) 18 may 2022-ci il tarixli, 2-1(103)-837/2022 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)-782/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüqu qi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
15. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər S.Kərimov-məruzəçi, Z.Quliyev və R.Nəbizadə) 24 noyabr 2022-ci il tarixli, 2-1(102)-1723/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-837/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə materiallara əlavə olunmuş sənədlərə, o cümlədən “Balaxanıneft” NQÇİ və “Aygün” Kooperativi arasında təhvil-təslim aktına əsasən Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı 8A ünvanında yerləşən 848.38 kv.metr sahəsi olan binanın (bağçanın) “Aygün” kooperativinə təhvil verildiyi, kassa mədaxil çeklərinə əsasən əmlakın alqı-satqısı üzrə-onun balans dəyəri 43000 manat və əlavə dəyər vergisi 8600 manat olmaqla-51.600 manat vəsaitin “Aygün” kooperativi tərəfindən “Balaxanıneft” NQÇİ-yə ödənildiyi görünür.
17. Bundan başqa, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 907/3-61 nömrəli, xx.xx.1997-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı “Balaxanıneft” NQÇİ cavabdeh “Aygün” kooperativinə (Xüsusi İstehsal Kommersiya şirkətinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alğı-satqı müqaviləsinin ləğv olunmasını və binadan çıxarılma barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin qətnaməyə əsasən, ünvan 12 ünvanında yerləşən binanın alğı-satqısına dair tələb üzrə icraata xitam verilmiş, “Aygün” Xüsusi İstehsal Kommersiya şirkətinin Bakı şəhəri, Sabunçu qəsəbəsi, ünvan 16 8 a nömrəli binadan çıxarılmasına dair iddiaçının tələbi rədd edilmişdir.
18. Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçının ünvan 13 ünvanında yerləşən, 848.38 kv.metr sahəsi olan daşınmaz əmlak (bina) üzərində hüquq əldə etdiyini təsdiq edən müqavilənin ləğv olunması və ya etibarsız sayılması barədə hər hansı sübut iş üzrə materiallara əlavə edilməmiş, eləcə də cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
19. Bununla bağlı nəzərə almaq lazımdır ki, əmlak üzərində hüquq həmin əmlakın əldə edilməsi barədə hüquqmüəyyənedici sənəd, o cümlədən müqavilə əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən o lunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ tanınmalıdır. Bu qayda hazırkı mübahisəyə münasibətdə iddiaçının hüququnun tanınmasına da aiddir.
20. Nəzərə almaq lazımdır ki, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququnun mövcudluğu, habelə həmin tələbində haqlı olub-olmaması yalnız iddiaçının iddia etdiyi və həmin əmlakın əldə olunmasına dair ilkin sənədlərdə, eləcə də iqtisad məhkəməsinin qətnaməsində qeyd olunan ünvanın dəqiqləşdirilməsindən, bunun üzərindən həmin ünvanın cavabdehin istinad etdiyi 2 Aprel küçəsinə aidiyətinin olubolmamasının (küçələ rin adlarının dəyişdirilib-dəyişdirilməməsinin və hansı küçə adının hansı ada dəyişdirilməsinin) aydınlaşdırılmasından sonra müəyyən oluna bilər.
21. Belə ki, Cavabdeh3 tərəfindən İddiaçı MMC-nin iddia ərizəsində, eləcə də 907/361 saylı, xx.xx.1997-ci il tarixli məhkəmə qətnaməsində qeyd olunan 848.38 kv.metr sahəsi olan binanın Sabunçu qəsəbəsi, ünvan 5 ünvanda yerləşdiyi bildirilmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, İddiaçı MMC-nin iddia etdiyi 26 Bakı Komissarı küçəsi 8A ünvanı heç zaman ünvan 9 Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 422 saylı sərəncamı əsasında 2 Aprel küçəsi adlandırılmışdır.
22. Apelyasiya məhkəməsi tərəfindən qeyd olunan uyğunsuzluqlar və ziddiyyətlər aradan qaldırılmamış, onların araşdırılması məqsədi ilə sorğu əsasında ünvanın dəyişikliyi ilə bağlı müvafiq sənədlərin, o cümlədən küçələrin pasportlarının məhkəməyə təqdim olunması təmin edilməmiş, həmin sənədlər tədqiq olunmamış, beləliklə də İPM-in 12-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
23. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər P.Hüseynovsədrlik edən, R.Səmədov və Ş.Məmmədova) 11 oktyabr 2023-cü il tarixli, 2-1(103)1256/2023 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 2-1(112)-782/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 422 nömrəli sərəncamı əsas ında Bakı şəhəri, Sabunçu rayonunda 26 Bakı Komissarı küçəsinin adı dəyişdirilməklə 2 Aprel küçəsi adlandırılmışdır. Bakı şəhəri Sabunçu rayonu ərazisində ünvan 16 xx.xx.1995-ci il tarixədək mövcud olmuşdur.
25. İddiaçının kompensasiya tələb etdiyi ünvan ünvan 14qtisad Məhkəməsinin 907/3-61 nömrəli, xx.xx.1997-ci il tarixli qətnaməsindən görünür ki, mübahisə predmeti Sabunçu qəsəbəsi, ünvan 16, 8A ünvanda yerləşən qeyri-yaşayış binasıdır. Həmin məhkəmə işində olan sənədlərə əsasən iddia ərizəsi məhkəməyə xx.xx.1997-ci ildə verilmişdir, iddia ərizəsində və iddia tələbində məhz Sabunçu qəsəbəsi, ünvan 16, 8A ünvanda yerləşən qeyri-yaşayış binası qeyd olunmuşdur. Lakin məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.201 7-ci il tarixli, 422 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonunda “26 Bakı Komissarı” küçəsinin adı dəyişdirilməklə “2 Aprel” küçəsi adlandırılmışdır.
26. Göründüyü kimi, iddiaçının kompensasiya tələb etdiyi 2 Aprel küçəsi, 8A ünvanı əvvəllər 26 Bakı Komissarı 8A ünvanı olmuşdur. İddiaçının ona məxsus olduğunu iddia etdiyi ünvan isə ünvan 16, 8A-dır. 1997-ci ildə məhkəmə mübahisəsi məhz ünvan 16, 8A ilə bağlı olmuşdur. 1997-ci ildə isə ünvan 16nin adının 26 Bakı Komissarı küçəsinə dəyişdirilməsi qeyri-mümkündür. Cavabdeh3 tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə etirazda qeyd olunmuşdur ki, 26 Bakı Komissarı küçəsi 8A heç zaman ünvan 16, 8a adlanmamışdır.
27. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişd ir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
28. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, təkcə ünvan məsələsinə toxunub iddianın rədd edilməsi iddiaçının mülkiyyət hüququnun pozuntusu və formal yanaşmadır. Məhkəmələr daşınmaz əmlakın mövcud olmasını və onun sökülməsini istisna etmədən formal mülahizələrə görə iddiaçının tələbini rədd etməklə mülkiyyət hüququna edilmiş müdaxilə üzrə kompensasiya etməkdən imtina etmişlər. İqtisad Məhkəməsinə qaldırılan iddiada Balaxanıneft NQÇİ “Aygün” Kooperativinin mübahisələndirdiyi daşınmaz əmlakın keçmiş 99 saylı uşaq bağçası olduğunu qeyd edir. Lakin məhkəmələr bu yöndə hər hansı araşdırma aparmamışlar və formal mülahizələrə görə iddia tələbini rədd edərək belə daşınmaz əmlakın mövcud olmasını inkar etmişlər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiy a qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işə baxan məhkəmə tətəfindən ilk növbədə iddiaçının mübahisəli daşınmaz əmlaka subyektiv hüququ müəyyən olunmalıdır. İddiaçının mübahisəli əmlakı əldə etdiyini iddia etdiyi dövrdə qüvvədə olmuş Mülki Məcəllənin “mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsasları” adlanan 4-cü maddəsinin və “əsas vəsaitlərə aid dövlət əmlakı üzərində sərəncam qaydaları”ndan bəhs edən 91-ci maddəsinin təhlili o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının mübahisəl i binaya hüququ qərar və ya müqavilə əsasında yarana bilərdi. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə dair bu cür qərar və ya müqaviləni təqdim etməmişdir. İddiaçının sübut kimi təqdim etdiyi qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 907/3-61 nömrəli, xx.xx.1997-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçıya Sabunçu qəsəbəsi, ünvan 16, 8A ünvanda yerləşən 848,38 kv.m-lik qeyri-yaşayış sahəsi satılmışdır.
39. Bundan əlavə, iddiaçı “Balaxanıneft” NQÇİ və Bakı şəhəri MKTD-nin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 148 saylı Mənzil Kommunal Təsərrüfatı İdarəsinin həmin ünvanda bir neçə məcburi köçkün ailəsinin yerləşdirilməsi üçün ondan icazə istəməsi və onun da buna icazə verməsini bildirsə də, bununla əlaqədar sübutlar məhkəməyə təqdim e dilməmişdir.
40. Kassasiya instansiya məhkəməsinin göstərişinə uyğun olaraq, apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq sorğular verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilib ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 422 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonunda “26 Bakı Komissarı” küçəsinin adı dəyişdirilməklə “2 Aprel” küçəsi adlandırılmışdır. Bakı şəhəri Sabunçu rayonu ərazisində ünvan 16 xx.xx.1995-ci il tarixədək mövcud olmuşdur.
41. İddiaçının istinad etdiyi 26 Bakı komissarı küçəsi ev 8A-nın təhvil-təslim aktı iddianın təmin olunmasına əsas vermir. Çünki, yuxarıda qeyd olunduğu kimi hüququn yaranması üçün hüquqi əsas kimi qərar və ya m üqavilə çıxış edir. Təqdim olunan təhviltəslim aktı isə “Balaxanıneft NQÇİ-nin rəhbərliyi tərəfindən imzalanmayıb, aktda təhvitəslimin hansı qərar və ya müqavilə əsasında həyata keçirilməsi göstərilməyib.
42. Kassatorun “Balaxanıneft NQÇİ “Aygün” Kooperativinin mübahisələndirdiyi daşınmaz əmlakın keçmiş 99 saylı uşaq bağçası olduğunu qeyd edir, lakin məhkəmələr bu yöndə hər hansı araşdırma aparmamışlar” dəlili qərarın ləğvinə əsas vermir.
43. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 21(103)-1256/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.