Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-539/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (öhdəliyin icrası haqqında iddia, xüsusi normanın üstünlüyü, sərəncamda olduğu dövr üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “sərəncamda olduğu dövr üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3142/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı məxsus əmək kitabçası ilə müəyyən edilir ki, o, Azərbaycan Respublikası Auditorlar Palatasında xx.xx.2004-cü ildə auditin təşkili departamentinə mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı ildə tutduğu vəzifədən azad edilmişdir. 2. xx.xx.2006-cı ildə Bakı şəhəri Vergilər Departamentinin Bəyannamələr şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə bir il müddətinə stajçı təyin edilmiş, xx.xx.2007-ci ildə staj müddəti bitdiyi üçün tutduğu vəzifəyə təyin edilmiş, xx.xx.2017-ci ildə Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini vəzifəsinə keçirilmişdir. 3. xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. 4. xx.xx.2018-ci il tarixli əmrlə sərəncamda saxlanılma müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2018-ci il tarixli əmrlə sərəncamda saxlanılma müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2018-ci il tarixli əmrlə Vergilər Nazirliyinin sərəncamında saxlanılma müddəti 3 (üç) ay müddətinə uzadılmışdır. xx.xx.2018-ci il tarixli əmrlə xx.xx.2018-ci il tarixdən Vergilər Nazirliyinin sərəncamından çıxarılmışdır. 5. xx.xx.2019-cu ildə Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentinin səyyar vergi yoxlamaları idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə, xx.xx.2019-cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş dərəsinin səyyar vergi yoxlamaları idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə, xx.xx.2019-cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. 6. xx.xx.2020-ci ildə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3- cü hissəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. xx.xx.2020-ci i il tarixli əmrlə xx.xx.2020-ci ildən Vergilər Nazirliyinin sərəncamında saxlanılma müddəti 3 ay müddətinə uzadılmışdır. xx.xx.2020-ci il tarixli əmrlə xx.xx.2020-ci ildən Dövlət Vergi Xidmətinin sərəncamında saxlanılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. xx.xx.2020-ci il tarixli əmrlə xx.xx.2020-ci ildən Dövlət Vergi Xidmətinin sərəncamında saxlanılma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixli əmrlə xx.xx.2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır.
7. İddiaçı sərəncamda olduğu müddət ərzində əmək haqqının ödənilməsi və vergi orqanlarında xidmət illəri üzrə arayı şın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişdir.
8. Cavabdeh 08 aprel 2021-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, sərəncama çıxarılma barədə əmrlərə uyğun olaraq onunla son haqq-hesab aparılmışdır. Eyni zamanda vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməklə onunla son haqqhesab edildiyi təqdirdə xidmətə xitam verildiyi vaxtdan sonrakı dövr üçün ona əmək haqqı ödənilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu ilədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməyən əmək haq qının hesablanaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı vergi orqanlarına işə qəbulla əlaqədar 2005-ci ildə test üsulu ilə keçirilmiş imtahanda müsbət nəticə göstərərək xx.xx.2006-cı il tarixindən vergi orqanlarında xidmətə başlamış və 2018-ci ilin yanvar ayınadək müxtəlif vəzifələrdə (dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, bölmə rəisi, şöbə rəisinin müavini, idarə rəisinin müavini) xidmət göstərmişdir. Lakin iddiaçıya qarşı qanunsuz və ədalətsiz münasibət olmuş və sərəncamda saxlanıldıqdan sonra vergi orqanlarında olan əmək fəaliyyətinə xitam verilmişdir. Həmçinin sərəncamda olduğu müddətdə ona heç bir əmək haqqı ödənilməmişdir. Belə ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu ilədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sərəncamda saxlanılmış və həmin dövr üzrə ona heç bir maaş verilməmiş və ya hər hansı ödəniş edilməmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən, təşkilati-ştat təbdillərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. İddiaçı isə 1 ildən daha uzun, ümumilikdə 2 il 4 ay müddətinə sərəncamda saxlanılmışdır. Sözügedən Əsasnamədə də göstərildiyi kimi iddiaçının sərəncamda olduğu müddətdə əmək haqqı saxlanılmalı idi.
11. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddiası üzrə iddia müddəti ötürüldüyündən iddia tələbi mümkün sayılmamalıdır.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1371/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərarı ilə (hakim X3) iddia təmin edilmiş, İddiaçı sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38 -ci bəndində (19 aprel 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyası) vergi orqanının vəzifəli şəxsinin 3 ay müddətinə əmək haqqı saxlanılmaqla sərəncamında saxlanılması, müstəsna hallarda isə 1 ilədək müddətə uzadılması nəzərdə tutulmuşdur. İddiaçıya münasibətdə isə bu hal ilk dəfə 1 il 4 ay müddət (xx.xx.2018xx.xx.2019), növbəti dəfə 1 il müddətə (xx.xx.2020-xx.xx.2021) tətbiq edilmiş və həmin dövrdə iddiaçının əmək haqqının ödənilməsi barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş iddiaçı ilə aparılmış son haqq hesab sənədlərindən görünür ki, iddiaçıya yalnız işlədiyi dövrlər üzrə əmək haqqı və məzuniyyət günlərinin məbləği ödənilmişdir. İddiaçının sərəncamda saxlanılma müddətinin uzadılması onun iradəsi ilə bağl ı hal olmadığından iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlıdır.
14. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
15. İş apellyasiya instansiya məhkəməsinin icraatında olarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaldaraq iddia tələbinin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3142/2024 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3142/2024 nömrəli qərarı ilə (hakimlər X5 (məruzəçi), X1 və X2) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1371/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə vergi orqanının vəzifəli şəxslərinə yalnız sərəncamda olduğu 3 aylıq müddətdə əmək haqqının (vəzifə maaşı, xüsusi rütbə üzrə maaşı və əlavələr) ödənilməsi nəzərdə tutulmuşdur. Müstəsna hallarda sərəncamda olduğu müddətin uzadılması ilə bağlı həmin dövrlər üzrə əmək haqqının ödənilmə si qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən 3 aydan artıq ödənilməyən əmək haqqının ödənilməsi tələb edildiyindən, qanunvericilikdə də yalnız 3 aylıq sərəncamda qalma müddətinə görə əməyin ödənişinin həyata keçirilməsi nəzərdə tutulduğundan, həmçinin 3 aylıq müddət üçün əmək haqqının ödənilməsi tələb olunsa belə, bununla bağlı iddiaçı tərəfindən maddi hüquq normalarında nəzərdə tutulmuş müddət ötürüldüyündən iddia tələbi təmin oluna bilməz.
18. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
19. Şikayətdə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəmə si maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
20. Belə ki, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci bəndinə əsasən (19 aprel 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyası) təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir.”
21. Göründüyü kimi vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsinin 3 ay müddətinə əmək haqqı saxlanılmaql a sərəncamında saxlanılması, müstəsna hallarda isə 1 ilədək müddətə uzadılması nəzərdə tutulmuşdur. Qanunvericilik işçinin sərəncamda olduğu dövrdə əmək haqqının saxlanılmalı olduğunu qeyd etmişdir. Əsasnamədə yalnız 3 ay əmək haqqı saxlanılır, digər uzadılma hallarında isə əmək haqqı ödənilmir deyə bir müddəa nəzərdə tutulmamışdır. Həmçinin bu özlüyündə çox məntiqsiz və əsassız olardı. İnzibati orqanın işçini sərəncamda saxlaması onu hələ də öz işçisi kimi görməsi və başqa vəzifəyə təyin edə biləcəyi ehtimalı olduğunu bildirir. Əgər sərəncamda olan işçi heç bir gəlir əldə etmirsə, onun sərəncamda olmasının faktiki olaraq işdən azad edilmədən hər hansı bir fərqi olmazdı. Bu isə əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının qorunması prinsiplərə zidd olardı. b. kassasiya şikayə tinə etirazın dəlilləri
22. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 23. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamə Ümumi müddəalar
1. Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.
2. Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən (bundan so nra – Əmək Məcəlləsi), Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. 2-1. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Əmək Məcəlləsinin və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları ilə tənzimlənir. Vergi orqanları vəzifələri şəxslərinin hüquqları və vəzifələri (xx.xx.2024-cü il tarixədək olan redaksiya)
38. Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna halla rda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir. Vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətə və vəzifəyə bərpa edilməsi
79. Vergi orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan vergi orqanının vəzifəli şəxsinin həmin qərardan müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət hüququ vardır.
80. Vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir.
81. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası əmək haqqı ödənilir. 24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular
1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla b ağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə
6. Bu Məcəllənin şamil edilmədiyi şəxslər Aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir: a) hərbi qulluqçulara; b) məhkəmə hakimlərinə; c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə. Maddə
287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə
288. Fərdi əmək mübahisələrinin predmeti Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; Maddə
289. Fərdi əmək müb ahisələrində tərəflər Fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - i şçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia mü ddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 26. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
10. Normativ hüquqi aktların kolliziyasının həlli qaydaları 10.1. Norma tiv hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. 10.2. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. 10.3. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. 10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.
27. Azərbay can Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə
8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:... 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;... Maddə
34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hə dləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçiləriin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçiv əsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsinə nail olmaqdan ibarətdir.
31. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini əsaslı hesab etsə də, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşamayaraq iddianı rədd etmiş, bu zaman Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş 1 illik iddia müdd ətinə əsaslanmaqla iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qeyd edilmiş, eyni zamanda “Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsaslanaraq vergi orqanının vəzifəli şəxslərinə yalnız sərəncamda olduğu 3 aylıq müddətdə əmək haqqının ödənilə bilməsi ilə bağlı norma rəhbər tutulmuşdur.
32. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir. İddia müddəti
33. Apellyasiya instansiya məhkəməsi iddianın rəddi əsası kimi iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş bir illik iddia müddətinin ötürülməsi halına istinad etmişdir. Qeyd edilmişdir ki, iddiaçı 1 illik müddəti ötürməklə məhkəməyə ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etmiş və sonradan iddia ərizəsini geri götürmüş, daha sonra isə xx.xx.2023-cü il tarixdə yenidən iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə də, maddi hüquq normalarında göstərilmiş 1 illik müddət ötürməklə məhkəmədə iddia qaldırılmışdır.
34. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən vergi orqanlarında xidmət dövlət qulluğunun xüsusi növüdür. İnzibati Prosessual Məcəllə inzibati orqanla... dövlət qulluqçusu... arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə əlaqədar həmin orqana qarşı qaldırılmış iddialarla bağlı hüquqi tənzinlənməni həyata keçirir.
35. Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. 36. “Normativ hüquqi aktlar haqqında” Qanunun tələbinə əsasən ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.
37. Məhkəmə kollegiyası yuxarıda qeyd edilmiş qanunvericilik aktlarını ümumiləşdirərək bildirir ki, hazırkı tələb üzrə İnzibati Prosessual Məcəllə xüsusi norma hesab edildiyindən ümumi norma qismində Əmək Məcəlləsinin müddəalarına istinad edilməsi düzgün deyildir. Odur ki, hazırkı iş üzrə normativ baza qismində İnzibati Prosessual Məcəllənin müddəaları tətbiq edilməlidir.
38. İnzibati Prosessual Məcəllənin 2. 2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. Qanunverici inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddiaları öhdəliyin icrasına aid iddialar hesab edir.
39. Mübahisə premdeti ilə bağlı tələb iddiaçının işdən azad edilməsi, yaxud sərəncama götürülməsi ilə əlaqədar əmrlər deyil, sərəncamda saxlanıldığı müddət üzrə əməkhaqqının ödənilməsi ilə bağlı olduğundan öhdəliyin icrası barədə iddia növünə aiddir. Başqa sözlə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə hər hansı inzibati akt qəbul etmədiyindən iddia tələbi öhdəliyin icrası haqqında iddia növü hesab edilir.
40. Bu növ iddiaların mümkün sayılması ilə bağlı inzibati prosessual qanunvericilikdə müəyyən edilən yeganə şərt məhkəməyə müraciət edilməzdən əvvəl müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsidir. Yəni, inzibati prosessual qanunvericilik öhdəliyin icrası haqqında iddia növü ilə əlaqədar iddia tələbinin irəli sürülməsi üçün hər hansı müddət müəyyən etməmişdir. Belə olan halda iddiaçının iddia müddətini ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə düzgün qəbul edilə bilməz. Sərəncamda olduğu müddətə görə əmək haqqının hesablanması
41. Apellyasiya instansiya məhkəməsi “Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən əsaslanaraq qeyd etmişdir ki, vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə aylıq vəzifə maaşı, xüsusi rütbə üzrə maaşı, xidmət illərinə və elmi dərəcəyə görə əlavələr saxlanılmaqla həmin orqanın sərənc amında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Göründüyü kimi, qanunvericilikdə vergi orqanının vəzifəli şəxslərinə yalnız sərəncamda olduğu 3 aylıq müddətdə əmək haqqının (vəzifə maaşı, xüsusi rütbə üzrə maaşı və əlavələr) ödənilməsi nəzərdə tutulmuşdur. Müstəsna hallarda sərəncamda olduğu müddətin uzadılması ilə bağlı həmin dövrlər üzrə əmək haqqının ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
42. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci bəndinə əsasən (19 aprel 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyası) təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad o lunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir.
43. Göründüyü kimi qanunverici vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsinin 3 ay müddətinə əmək haqqı saxlanılmaqla sərəncamında saxlanılması, müstəsna hallarda isə 1 ilədək müddətə uzadılmasını nəzərdə tutmuşdur. İddiaçıya münasibətdə isə bu hal ilk dəfə 1 il 4 ay (xx.xx.2018-xx.xx.2019), növbəti dəfə 1 il (xx.xx.2020-xx.xx.2021) davam etmiş və həmin dövrdə iddiaçının əmək ha qqının ödənilməsi barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
44. Əksinə cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş iddiaçı ilə aparılmış son haqq hesab sənədlərindən görünür ki, iddiaçıya yalnız işlədiyi dövrlər üzrə əmək haqqı və məzuniyyət günlərinin məbləği ödənilmişdir (iş vər 35-38).
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sərəncamda saxlanılma müddətinin uzadılması onun iradəsi ilə bağlı hal olmadığından iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlıdır. 46. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə görə vəzifədən azad edilmiş vergi orqanının əməkdaşının sərəncamda olduğu müddətdə (3 ay, müstəsna hallarda 1 il) əmək haqqı saxlanılır.
47. Məhkəmə kollegiyasının qənaətinə görə, istinad olunan normanın məzmunu və tənzimləməni n məqsədi baxımından həmin normanın tətbiqi orada nəzərdə tutulan müddətlə məhdudlaşmamalı, cavabdehin təqsirli davranışı nəticəsində sərəncamda olmanın müddəti 3 aydan (1 ildən) artıq olduğu hallarda da həmin normanın müddəaları tətbiq edilməli və şəxsə sərəncamda olduğu müddət üzrə tam əmək haqqı ödənilməlidir.
48. Bundan əlavə, iddiaçı əvvəlki vəzifədə aldığı əmək haqqına uyğun əmək haqqı alacağı ilə bağlı “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinin müddəalarına etimad göstərərək sərəncamda saxlanıldığı dövrdə də həmin əmək haqqının ödəniləcəyinə inanmış və buna ümid bəsləmişdir. Başqa sözlə, əmək haqqının ödəniləcəyinə dair iddiaçının qanuni gözləntisi istinad olunan normaya əsaslanır. Beləliklə, sərəncamda olduğu müddətdə əmək haqqının ödənilməsinin qanund a təsbit olunması onun ödənilməsinə şəxsin gözlənilən mülkiyyət hüququnun qorunmasını təminat altına alır. Bu mənada qanunla nəzərdə tutulmuş əmək haqqının sərəncamda saxlanıldığı müddətdə də ödəniləcəyinə şəxsin etimadı da qorunmağa layiq hesab edilməlidir.
49. Şəxsin qulluq etdiyi dövrdə əmək haqqı almaq hüququ sonradan onun təşkilatiştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar icazə verilən müddətdən artıq sərəncamda olduğu dövrdə də ona əmək haqqının ödənilməsini ehtiva edir. Əks təqdirdə, sərəncamda qaldığı müddətdə əmək haqqı ödənişinin dayandırılması şəxsin yeganə gəlir mənbəyindən məhrum olunmasına səbəb olar və onun əmək haqqı hüququnun mahiyyətinə zərər vurmaqla yanaşı, həm də şəxsin maddi təminatına əhəmiyyətli dərəcədə neqativ təsir edərdi. Həmçinin iddiaçıya sərəncamda o lduğu müddətdə əmək haqqı ödənişinin dayandırılması nəticəsində onun hansı gəlir hesabına yaşayışını təmin edəcəyi də nəzərə alınmalıdır. Nəticə etibarı ilə şəxsin qanunla nəzərdə tutulmuş müddətdən artıq sərəncamda saxlanıldığı müddətdə əmək haqqı ödənişinin dayandırılması əmək haqqı hüququna müdaxilə və mülkiyyətdən məhrum etmə kimi qiymətləndirilməlidir.
50. Avropa İnsan hüquqları məhkəməsinin hüquqi mövqeyi baxımından, gözlənilən mülkiyyət hüququna müdaxilə “İnsan hüquqları və əsas azadlıqları haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. İstinad olunan normaya görə, hər bir fiziki və ya hüquqi şəxs onun mülkiyyətinə hörmət hüququna malikdir. Heç kəs ictimai maraqlardan və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəz ərdə tutulmuş şərtlələrdən kənar əmlakından məhrum edilə bilməz. Konvensiyanın bu müddəası mahiyyətcə mülkiyyət hüququnun təminat altına alınması məqsədlərinə xidmət edir (Avropa İnsan hüquqları Məhkəməsinin “Belane Macarıstana qarşı” iş üzrə qərarı, 53080/131nömrəli şikayət, ECHR 2016, “Иатридис Yunanıstana qarşı” iş üzrə və “Veçerok Polşaya qarşı” iş üzrə qərarları)
51. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının əmək haqqı ödənişinin dayandırılması real akt, yəni faktiki xarakterli hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, şəxsin sərəncamda saxlanıldığı müddətdə əvvəlki vəzifədə aldığı əmək haqqının ödənilməsi ilə bağlı tələb hüququ yuxarıda istinad olunan normalarda təsbit edilmiş hüquqi tənzimləmədən irəli gəlir, yəni əmək haqqının ödənilməsi ilə bağlı hüquqi əsasın mövcud olduğ u halda, ödənişin dayandırılması əmək haqqının ödənilməsi üzrə öhdəliyinin faktiki pozuntusu kimi qiymətləndirilməlidir.
52. Bəhs olunanlara əsasən iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
53. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli, 21(103)-3142/2024 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməyən əmək haqqının hesablanaraq ona ödənil məsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilsin. Qərar qətidir.