Məhkəmə qərarları › İş №2-1(102)-54/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-54/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-54/2021 28.01.2021 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili X4, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanmaqla birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1019/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1967-ci ildə anadan olmuş, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilədək Sumqayıt Kimya Texnologiya Texnikumunda “Kimya və neft-qaz zavodlarının avadanlığı” ixtisası üzrə orta təhsil almış, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək hərbi xidmətdə olmuş, xx.xx.1986-cı ildən əmək fəaliyyətinə başlamaqla müxtəlif müəssisələrdə, o cümlədən xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək X1 keçmiş Sintezkauçuk zavodunun q azayırma sexində aparatçı vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək X1 Etilen Polietilen zavodunda qazayırma sexində aparatçı, növbə ustası vəzifəsində, xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə kimi qazayırma sexində aparatçı, növbə rəisi, növbə ustası vəzifələrində işləmişdir.

2. İddiaçı xx.xx.2019-cu il tarixində cavabdeh orqana ərizə ilə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********4 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinaya səbəb kimi iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az təşkil etməsini qeyd etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İT *** saylı xx.xx.1986-ci il tarixli diplomda qeyd edilmiş 1982-1986-ci illər ərzində olan təhsil müddətinin sosial sığorta stajına daxil olunaraq 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və iş üzrə məhkəmə qərarı icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, onun müraciətinə baxılması ilə əlaqədar “İnzibati icraat haqqında” Qanunun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Belə ki, cavabdeh icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmi yyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi orqan haqqında məlumatlar öz əksini tapmamışdır. Cavabdeh iddiaçının ümumi iş stajının 20 ildən az olmasına istinad etsə də cavabdehin bu mövqeyi əsassızdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən orta ixtisas təhsili iş stajına daxil edilir. Həmin normaya əsasən iddiaçının təhsil müddəti iş stajına daxil edildikdə tələb edilən ümumi iş stajı yaranmış olur ki, bu hal da iddiaçıya pensiya təyin edilməsi üçün əsasdır.

6. Cavabdeh idd ia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının 20 il ümumi staj müddəti tamam olmadığından cavabdehin imtinası əsaslıdır. Bundan başqa, iddiaçının çalışdığı peşələrlərlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahıs”ında 1080A010 şifri ilə qeyd edilmiş peşələr arasında qazayırma sahəsində “aparatçı” vəzifəsinə rast gəlinmədiyindən iddiaçının xüsusi sığorta stajını toplamadığına istinad etmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3981/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə (hakim – M.T.Hacıbəyova ) iddianın təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli siyahısında göstərilməmişdir. Buna görə də iddiaçının yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır.

9. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1019/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı (sədrli k edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və X.A.Cəmilova) ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3981/2019 saylı, xx.xx.2019cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin qismən təmin edilərək iddiaçıya İT *** saylı xx.xx.1986-cı il tarixli diplomda qeyd edilmiş 1982-1986-cı illər ərzində olan təhsil müddəti sosial sığorta stajına daxil olunaraq, xx.xx.2019-cu il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 22 il 03 ay 26 gün ümumi iş stajı mövcuddur. İddiaçının əmək kitabças ında nəzərdə tutulan qazayırma sexində aparatçı növbə rəisi, növbə ustası peşələri siyahıda konkret olaraq adı çəkilməsə də həmin vəzifələr öz əmək şəraitinə və yerinə yetirilən işlərin xüsusiyyətlərinə görə neft kimya sənayesi sahələrinin “fəhlələri”, “rəhbərləri” vəzifələrinə uyğundur. Qeyd edilənlərə əsasən iddiaçı xx.xx.2006-cı il tarixinədək 15 il 03 ay 29 gün güzəştli iş stajı toplamışdır. Eyni zamanda, “iş üzrə məhkəmə qərarı icra ediləcəyi günə alınmamış pensiya məbləğinin birdəfəlik ödənilməsi” hissəsi ilə razılaşmayan kollegiya bununla bağlı qeyd etmişdir ki, əmək pensiyasının sığorta və yığım hissələri bir qayda olaraq büdcəyə tədrici ödənişlər hesabına toplanan məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir. Ona görə də iddiaçının keçmiş müddət üçün alınm amış əmək pensiyasının məbləği tədricən və aldığı pensiyaya hissə-hissə əlavə edilməklə ödənilməlidir.

12. Məhkəmə qərarı cavabdehə xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.

13. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1019/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və digər sənədlərə baxdıqda müəyyən etmək olur ki, iddiaçı heç də qeyd etdiyi illər üzrə fasiləsiz iş stajına malik deyil. İddiaçı 1999-2000-ci illər arasında cəmi 07 ay ərzində işləmiş, həmçinin 1986-cı il ərzində, daha sonra 1989-1990cı illər arasında müəyyən müddətlərdə əmək fəaliyyəti ilə məşğul olmamışdır. Hansı ki, bu müddətlər çıxıldıqdan sonra yerdə qalan əmək stajı hesablandıqda müəyyən edilir ki, iddiaçının 20 il stajı tamam olmur.

15. Bundan başqa, Ali Məhkəmənin bu cür işlərlə bağlı mövqeyinə görə hər hansı peşənin adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. İddiaçının çalışdığı peşələr isə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya uyğun gəlmir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X6 izahat verərək kassasiya şikayətinin rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

20. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun q üvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

23. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

24. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 26. xx.xx.2006-cı il tarixinə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddəsinin “E” bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika o rdinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır.

27. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «G» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

28. İdiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 29. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir.

30. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

32. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Hazırkı qərarın 19-24-cü bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 güzəştli iş stajının mövcud olması.

37. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının xx.xx.2006-cı ilə qədər 20 ildən artıq ümumi iş stajı və 12 ildən artıq güzəştli iş stajı mövcuddur.

38. Hazırkı qərarın 26-28-ci bəndlərində qeyd olunan normalardan göründ üyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Təhsil illərinin iş stajına daxil edilməsi barədə bu hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının bir sıra qərarlarında da öz əksini tapmışdır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1833/2020 nömrəli qərarı). Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddiaçının ümumi iş stajının hesablanması zamanı onun təhsil illərini də nəzərə almışdır.

39. Cavabdehin kassasiya şikayətinin dəlillərində iddiaçının çalışdığı peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 1 nömrəli Siyahlı ilə uyğunluq təş kil etmədiyini bildirsə də, məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir.

40. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçının işlədiyi müəssisədən verilmiş araşdırıcı arayışlara əsasən qazayırma sexində aparatçı, növbə rəisi, növbə ustası vəzifələrinin zərərli xüsusiyyətlərini, həmin vəzifələrdə işləyən iddiaçıya verilmiş güzəştlər nəzərə alındıqda məlum olur ki, iddiaçının işlədiyi vəzifələr zərərli işlərə aiddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında 8-ci bölmənin 1-ci bəndinin 1080A010 saylı şifrinə əsasən piroliz qazlarının ayrılması sahəsinin fəhlələri, rəhbərləri və mütəxəssisləri vəzifəsi zərərli iş kimi nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçasında nəzərdə tutulan qazayırma sexində aparatçı növbə rəisi, növbə ustası peşələri siyahıda konkret olaraq adı çəkilməsə də həmin vəzifələr öz əmək şəraitinə və yerinə yetirilən işlərin xüsusiyyətlərinə görə neft kimya sənayesi sahələrinin “fəhlələri” “rəhbərləri” vəzifələrinə uyğundur.

41. Belə ki, iddiaçı "X1" İstehsalat Birliyinin keçmiş "X2" zavodunun Qazayırma sexində aparatçı (fəhlə) peşəsində işlədiyi müddətdə iş şəraiti zərərli olduğu üçün bir sıra güzəştlərlə təmin olunmuş, həmin müddətdə iş şəraiti zərərli olduğu üçün xüsusi qida məhsullarından hər gün 0,5 litr südlə və isti yeməklə təmin edilmişdir.

42. Eyni zamanda, apellyas iya instansiyası məhkəməsində işə baxılarkən müəyyən olunmuşdur ki, vətəndaş X5 xx.xx.1986-cı ildən xx.xx.2005-ci ilə kimi X3 Etilen-Polietilen zavodunun qazayırma sexində aparatçı vəzifəsində işləmişdir. DSMF Sumqayıt şəhər şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə X2 xx.xx.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.

43. Belə olan halda, iddiaçı ilə eyni peşədə çalışan M.Q.Qasımovaya güzəştli şərtlərlə pensiya təyin edildiyi halda, iddiaçıya münasibətdə belə pensiya təyin edilməsindən imtina olunması hazırkı qərarın 29-30-cu bəndlərində göstərilən “bərabərlik prinsipi”nin pozulmasına gətirib çıxarır.

44. Göründüyü kimi, cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtina etməklə həm iddiaçının pensiya hüquqlarını pozmuş, həm də inzibati icraatın bərabə rlik prinsipinə zidd hərəkət etmişdir.

45. Məhkəmə kollegiyası əlavə olaraq edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

46. Göründüyü kimi, iddiaçının tələb edən ümumi və güzəştli iş stajının mövcudluğu təsdiq olunduğundan iddia tələbi əsaslıdır və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianın qismən təmin edilməsi barədə qərar qəbul etmişdir.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1019/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar