Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-54/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələb inə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(103)-1000/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. xx.xx.2003-cü il tarixli Müdafiə Nazirliyi Mərkəzi hərb-həkim komissiyasının 136 nömrəli xx.xx.2003-cü il tarixli qərarına əsasən iddiaçının xidmət keçərkən xəstəliyi üzrə “Ağ xəttin iri ölçülü residiv yırtığı” xəstəliyi hərbi xidmət dövründə almışdır” kimi şəhadətləndirilmişdir. 2. 18 saylı şəhər poliklinikasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında iddiaçıya xx.xx.2009-cu il tarixdən bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (səbəb: hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sist eminin xəstəlikləri => K40- K46 Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarının ön divarının yırtığı, keçməməzlik və ya qanqrena olmadan; Diaqnozun mətni: Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı. Bitişmə xəstəliyi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.2.7). 3. 18 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçıya xx.xx.2014-cü il tarixdən bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (səbəb: hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarının ön divarının yırtığı, keçməməzlik və ya qanqrena olmadan). 4. 18 saylı şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçıya xx.xx.2015-ci il tarix dən bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 – Qarının ön divarının yırtığı, keçməməzlik və ya qanqrena olmadan).
5. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında iddiaçıya xx.xx.2016-cı il tarixdən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (səbəb: hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 Qarının ön divarının yırtığı => K43.9 -Qarının ön divarının yırtığı, keçməməzlik və ya qanqrena olmadan; Diaqnozun mətni: Qarının ön divarının əməliyyatdan sonrakı ventral yırtığı (1996-2008). Həzm funksiyasının pozulması ilə gedən bitişmə xyi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: qarının ön divarının ventral yırtığı). 6. 18 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və əlilliyin təyinindən imtina edilmişdir (X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 -Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.0 - Qarnın ön divarının yırtığı, keçməməzlik ilə, qanqren olmadan; Diaqnozun mətni: Qasıq yırtığı, Qarnın ön divarının c/ə sonrakı residiv ventral yırtığı. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Residiv göbək yırtığının ləğvi, Alloplastika c/ə son/vəz(2008); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti).(səbəb - diaqnoz və ağırlaşması əlillik təyinatına əsas vermir).
7. Azərbaycan R espublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 29 iyul 2022-ci il tarixli T 336/2022 nömrəli ekspert rəyindən görünür ki, “1-3. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş son göndərişdə qeyd edilən hazırda onun əziyyət çəkdiyi “qasıq yırtığı, qarnın ön divarının cərrahi əməliyyatdan sonrakı residiv ventral yırtığı, digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, residiv göbək yırtığının ləğvi, Alloplastika cərrahi əməliyyatından sonrakı vəziyyət” diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona 413 nömrəli qərarla təsdiq e dilmiş Əsasnamənin meyarlarını aid əmək mümkün deyil. Qeyd edilən xəstəliyin iki forması olur: travmatik və qeyri-travmatik. Qeyri-travmatik mənşəli yırtıqlar qarın boşluğunun divarlarında olan anadangəlmə zəif yerlərdən qarındaxili təzyiqin artmasına səbəb olan xəstəliklər nəticəsində qarın boşluğu üzvlərinin, əsasən də bağırsaqların qarın boşluğundan xaric olunmasıdır. Travma mənşəli yırtıqlar isə travmatik qarın divarı defektlərindən orqanların qarın boşluğunda xaric olmasıdır.”
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması barədə” 22 aprel 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 18 nömrəli Şəhər Poliklinikasının 0074003AACGQ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci İİ tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları ”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 16 aprel 2024-cü il tarixli, 3-17-4/3-3-2657/2024 nömrəli qərarından görünür ki, məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkimi Komissiyası tərəfindən xx.xx.2003-cü il tarixli 136 nömrəli Qərar verilmişdir. Həmin qərarda 24 xəttin iri ölçülü residiv yırtığı” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı öskürək, halsızlıq, yuxusuzluq, qarında “setka”, yük qaldıra bilməməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında qasıq və ağ xətt yırtığına görə 4-5 dəfə cərrahi əməliyyat keçirdiyini bildirmişdir. Müayinə zamanı qarının ön divarında yuxarı orta laparotomiya çapığı izlənilmiş, göbək götürülmüş, cərrahi əməliyyat uğurla nəticələnmiş hazırda yırtıq aşkarlanmamış, çəkisi 103 kq, boyu 182 sm, BKİ=31.2 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri, xroniki həzm pozğunluğu əlamətləri müşahidə edilməmişdir. Yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Qeyd edilir ki, təqdim olunmuş hərbi şəhadətnamədə qeyd olunmuş diaqnoz əlilllik təyinatına əsas vermir, əsas verən ağırlaşmaları aşka r edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əlilliyinin 2021-ci ilin may ayından bərp a edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, diaqnozu bəhanə gətirərək mərkəzi VTEK-in komissiyası iddiaçının əlilliyini ləğv etmişdir. 18 nömrəli poliklinika elektron qaydada göndəriş verməsinə baxmayaraq, komissiya əlillik vaxtını uzatmamış, halbuki qanuna görə ömürlük əlillik təyin olunmalı idi, çünki 2008-ci ildən iddiaçının əlillik dərəcəsi var. Komissiyanın əlilliyin ləğv etməyə heç bir hüququ yoxdur. 10 ildən sonra avtomatik ömürlük əlillik təyin olunur.
12. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə 18 saylı şəhər poliklinikasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40- K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqrena olmadan; Diaqnozun mətni: Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı. Bitişmə xəstəliyi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.2.7” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 18 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqrena olmadan; Diaqnozun mətni: Qarının ön divarının postoperasion düzələn yırtığı. Həzm funksiyasının pozulması ilə gedən bitişmə xəstəliyi. NSD qarışıq tip; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.2.7” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 18 saylı şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqrena olmadan; Diaqnozun mətni: Qarının ön divarının əməliyyatdan sonrakı ventral yırtığı (1996-2008). Həzm funksiyasının pozulması ilə gedən bitişmə xyi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: qarının ön divarının ventral yırtığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 Qarının ön divarının yırtığı => K43.9 -Qarının ön divarının yırtığı, keçməməzlik və ya qanqrena olmadan; Diaqnozun mətni: Qarının ön divarının əməliyyatdan sonrakı ventral yırtığı (1996-2008). Həzm funksiyasının pozulması ilə gedən bitişmə xyi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: qarının ön divarının ventral yırtığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 18 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.0 - Qarının ön divarının yırtığı, keçməməzlik ilə, qanqrena olmadan; Diaqnozun mətni: Qasıq yır tığı, Qarının ön divarının c/ə sonrakı residiv ventral yırtığı. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Residiv göbək yırtığının ləğvi, Alloplastika c/ə son/vəz(2008); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Ads ızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydada əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
13. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 11 oktyabr 2022-ci il tarixli, 2-1(112)-6590/2022 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlilli yin 2021-ci ilin may ayından bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası inzibati praktikaya uyğun olmamaqla, qanunvericiliyin normalarına zidd olmuş, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.8, 13.1, 13.2, 13.3-cü maddələrində nəzərdə tutulmuş qarşılıqlı etimad prinsiplərini pozmuşdur. Belə ki, iddiaçı 1996-cı ildən yırtıq xəstəliyindən əziyyət çəkir, 18 saylı şəhər poliklinikasının xx.xx.2009-cu tarixli göndərişi əsasında ona hərbi xidmət dövrü ilə əlaqədar alınmış xəstəliyə görə İİİ dərəcə əlillik müəyyən edilmiş, həmin xəstəlik “X1”nın Xİ Sinifə uyğundur (Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqrena olmadan). 2014-cü ildən 2015-ci ilədək əlillik dərəcəsi hər dəfə 1 il müddətinə yenidən təyin edilmiş, 2016-ci ildə iddiaçıya 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) İİİ dərəcə əlillik müəyyən edilmişdir. Belə olan halda 2021-ci ildə həmin diaqnozun qoyulması iddiaçıda xəstəliyin mövcud olmasını sübut edir və iddiaçının tam reabilitasiya olunmasını istisna edir.
15. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakiml ər: K.H.Əkbərov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və İ.Vəkil) 2-1(103)-1447/2023 saylı, 17 mart 2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 21(112)-6590/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) 2-1(102)1697/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli, 2-1(103)-1447/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının diaqnozunda qeyd olunan xəstəliyin faktiki mövcud olması işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı iddiaçının diaqnoz üzrə xəstəliyinin tam reabilitasiya olunub-olunmaması və bu əsasa görə on a əlillik təyin edilməsindən ibarətdir. Digər tərəfdən, şəxsə onun barəsində təyin olunmuş diaqnoz əsasında əvvəllər əlilliyin müəyyən edilməsi faktı növbəti müayinədə də əlillik dərəcəsinin təyin edilməsinə özü-özlüyündə (qeyd-şərtsiz) əsas ola bilməz. Əks hal əlilliyin təyin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan təkrar müayinə müddətlərinin tətbiqinə zidd olardı. Kassasiya şikayətinin ekspertiza rəyinə məhkəmələr tərəfindən hüquqi qiymət verilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bununla bağlı kassasiya dəlili əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edildiyi kimi, birinci instansiya məhkəməsi mübahisənin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin etmiş, ekspert qarşısında suallar qoymuş, lakin birinci instansiya məhkəməsi ekspert rəyindəki həmin cavablara hər hansı münasibət bildirməmişdir. Məhkəmə həmin sualların araşdırılmasını iş üçün əhəmiyyətli hesab etmişdirsə, deməli mübahisənin düzgün həlli üçün onlara münasibət bildirməli idi. Azərbaycan Respublikası İPM-nin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Qeyd olunan kassasiya dəlili apellyasiya şikayətində də qeyd olunsa da, apellyasiya instansiyası məhkəməsi həmin dəlilə münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgü n qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov (sədrlik edən və məruzəçi), A.P.Oruczadə və G.M.Abbasova) 30 may 2024-cü il tarixli, 221(103)-1000/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6590/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara al ınmışdır.
22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 3.7-ci bəndinə əsasən “Yırtıqlar” (K43-K46), o cümlədən, 26 iyul 2023-cü il tarixədək qüvvədə olmuş 3.7.1-ci və 3.7.1.1-ci yarımbəndləri nəzərdə tuturdu ki, “Qarın boşluğunun ön divarının yırtığı (K43) 35-60 faiz həyat fəaliyyətinin məhdudlaşdırılması kimi qiymətləndirilir. Sözügedən 3.7.1.1ci yarımbəndindəndə təsbit olunur ki, həmin yırtığın olduğu nahiyədə, eləcə də qarın boşluğunda və döş qəfəsində ağrı hissləri formasında təzahür edən mütəmadi mülayim pozuntuları, dispeptik hallar, bağırsaq keçməzliyi (ildə 4-5 dəfəyə qədər), tənəffüs pozuntusu, sistematik fiziki gərginliklə əlaqəlidir. Sonuncu xx.xx.2021-ci il tarixli göndərişdən də görünür ki, iddiaçıda mövcud olan “qarının ön divarının yırtığı (K43.0) keçməməzliklə, müşayiət olunur. Başqa sözlə, həmin göndəriş üzrə müəyyən olunan diaqnozun qüvvədə olan meyarlara münasibətdə iddiaçıya əlillik təyininə əsas verir. Konkret halda, iddiaçı 2009-cu ildən etibarən həmin xəstəlikdən əziyyət çəkir və ötən dövr ərzində onun aldığı müalicələrə baxmayaraq, rəydən də göründüyü kimi, bu gün də davam etməkdədir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin veril məsi Qaydası»nın 1.5.1-ci bəndi də məhz nəzərdə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsasdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisələndirilən göndərişdə təsbit olunan diaqnoz iddiaçıya əlillik təyininə əsas verir. Belə ola n halda, cavabdeh orqan tərəfindən həmin göndəriş üzrə əlillik təyin edilməsindən imtina olunması əsassızdır, iddiaçının qanunla qorunan hüququnu pozur.
23. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-1000/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində həmin göndəriş və yoxlanışlar əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Bildirmək istəyirik ki, iddiaçının FORMA88 arayışında müəyy ən edilən diaqnozda göstərilən xəstəlik patoloji haldır, bərpası və reabilitasiyası mümkündür. Bərpası mümkün olmayacağı təqdirdə şəxsdə dəyişikliklər olmalı və ağırlaşmalarda qeyd olunmalı idi. Bundan əlavə, ağırlaşmalarda şəxsin stasionar müalicədə olmasını zəruri edən hal mövcud olmamış, hemoqlobin və çəki normada olmuş, əlillik təyinatına əsas verməmişdir. Bu səbəbdən də iddiaçıya düzgün olaraq “Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təq dim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək, ciddi qanun pozuntusuna yol vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əlill iyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əl illiyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qoruna n maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
1. Ümumi müddəalar... 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndir ilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əl illiyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə m əlumat Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət A gentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişl ərin verilməsi” Qaydası:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliy inin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi in ternet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);
2. Göndərişin verilməsi qaydası 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müdd ətindən gec olmayaraq göndəriş tərtib edilir
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şə xsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə qismən riayət edilməmişdir. Ona görə də, apellyasiya məhkəməsinin qərarı qismən “İddiaçı əlilliyin 2021-ci ilin may ayından bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” hissəsində dəyişdirilməli, İddiaçı 28 iyun 2021-ci il tarixdən əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalı, qalan hissədə isə qərar dəyişdirilmədən saxlanılmalıdır.
34. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2003-cü il tarixli Müdafiə Nazirliyi Mərkəzi hərbi-həkim komissiyasının 136 №-li xx.xx.2003-cü il tarixli qərarına əsasən iddiaçının xidmət keçərkən xəstəliyi üzrə “Ağ xəttin iri ölçülü residiv yırtığı” xəstəliyi hərbi xidmət dövründə almışdır” kimi şəhadətləndirilmişdir. İddiaçının əlillik vəziyyətinə 18 saylı şəhər poliklinikasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2009-cu il tarixdən bir il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcə əlillik verilmişdir. 18 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli g öndərişi əsasında baxılmış və xx.xx.2014-cü il tarixdən bir il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar üçüncü qrup əlillik dərəcəsi verilmişdir. 18 saylı şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2015-ci il tarixdən bir il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar üçüncü qrup əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2016-cı il tarixdən beş il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar üçüncü qrup əlillik dərəcəsi verilmişdir. 18 saylı şəhər poliklinikasının xx.xx.2021- ci il tarixli göndərişi əsasında baxılmış və diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir səbəbi ilə imtina verilmişdir.
35. İddiaçı barəsində olan xx.xx.2021-ci il tarixli sonuncu tibbi göndərişin məz mununda əsas diaqnoz: Qasıq yırtığı, Qarnın ön divarının c/ə sonrakı residiv ventral yırtığı - K40, ağırlaşma: Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Residiv göbək yırtığının ləğvi, Alloplastika c/ə son/vəz(2008)-Z98.8, yanaşı xəstəliklər: Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİİ mər.-İ11, Xolesistit, Xroniki xolesistitK81 kimi qeyd edilmişdir. 36. xx.xx.2009-xx.xx.2021 dövründə 18 saylı şəhər poliklinikasının göndərişi əsasında iddiaçının əlillik vəziyyəti eyni diaqnoz və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqerna olmadan; Diaqnozun mətni: Qarının ön divarının əməliyyatdan sonrakı ven rtal yırtığı (1996-2008). Həzm funksiyasının pozulması ilə gedən bitişmə xyi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: qarının ön divarının venrtal yırtığı” səbəbi ilə - əlillik dərəcəsi verilmişdir.
37. Apellyasiya məhkəməsinin istinad etdiyi “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 3.7-ci bəndinə əsasən “Yırtıqlar” (K43-K46), o cümlədən, 26 iyul 2023-cü il tarixədək qüvvədə olmuş 3.7.1-ci və 3.7.1.1-ci yarımbəndləri, “Qarın boşluğunun ön divarının yırtığı (K43) 35-60 faiz həyat fəaliyyətinin məhdudlaşdırılması kimi qiymətləndirilir. Sözügedən 3.7.1.1-ci yarımbəndindəndə təsbit olunur ki, həmin yırtığın olduğu nahiyədə, eləcə də qarın boşluğunda və döş qəfəsində ağrı hissləri formasında təzahür edən mütəmadi mülayim pozuntuları, dispeptik hallar, bağırsaq keçməzliyi (ildə 45 d əfəyə qədər), tənəffüs pozuntusu, sistematik fiziki gərginliklə əlaqəlidir. Sonuncu xx.xx.2021-ci il tarixli göndərişdən də görünür ki, iddiaçıda mövcud olan “qarının ön divarının yırtığı (K43.0) keçməməzliklə, müşayiət olunur. Başqa sözlə, həmin göndəriş üzrə müəyyən olunan diaqnozun qüvvədə olan meyarlara münasibətdə iddiaçıya əlilliyin müəyyən edilməsinə əsas verir.
38. Göründüyü kimi iddiaçıda olan K43 (Qarın boşluğunun ön divarının yırtığı) kodlu xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”nın 3.7-ci “Yırtıqlar” (K43-K46) bölməsinin 3.7.1-ci bəndində (qarın boşluğunun ön divarının yırtığı K43) əlilliyin təyininə əsas verən xəstəlik kimi təsbit edilmişdir və meyarların 3.7.1.1-ci bəndinə əsasən xəstəlik orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsin ə əsas verir.
39. Bundan başqa, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.1-ci bəndində (Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.1.1. qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9); 2.2.1-ci bəndində (İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.2.1-ci bəndində (İkinci dərəcə əlillik aş ağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4cü bəndində (2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0) tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (İ11) üst-üstə düşür. Göründüyü kimi yanaşı xəstəlik kimi qeyd olunmuş “İ11-Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİİ mər.” diaqnozu iddiaçıya birinci və ikinci dərəcə, tibbi göstəriş olduğu halda müddətsiz ikinci dərəcə əlilliyin təyininə əsas verir.
40. Göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu müəyyən edilmişdir.
41. Beləliklə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minənə qədər (xx.xx.2022-ci ilə qədər) və xx.xx.2021-ci il tarixli göndərişin (Forma 88) tərtib edildiyi vaxt qüvvədə olmuş “Əlilliyin və sağlam lıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də sadalanan xəstəliklər, habelə halhazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nda əsas diaqnozun ağırlaşması olan xəstəliklər iddiaçıda mövcuddur. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin qərardadları ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəylərində də bir daha öz təsdiqini tapmışdır ki, tibbi müəssisəsinin göndərişində qeyd olunan diaqnozlar iddiaçıda mövcuddur. İddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnozlar ekspert rəyləri, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi ha lda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur.
42. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 29 iyul 2022-ci il tarixli T 336/2022 nömrəli ekspert rəyindən də görünür ki, iddiaçı – “qasıq yırtığı, qarının ön divarının cərrahi əməliyytdan sonrakı residiv ventral yırtığı, digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, residiv göbək yırtığının ləğvi, Alloplastika cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozundan əziyyət çəkir.
43. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 29 iyul 2022-ci il tarixli T 336/2022 nömrəli ekspert rəyinə münasibətdə qeyd edilməlidir ki, ekspertizanın təyin edilməsi barədə məhkəmənin qərardadında cavabdehin nümayəndəsinin iştirakı nəzərdə tutulmamışdır. Lakin ekspert rəyindən görünür ki, məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial eksperti iştirak etmiş və o da ekspert rəyini imzalamışdır.
44. Məhkəmə kollegiyası vurğulayır ki, “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun müddəalarına görə məhkəmə eksperti işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxs ola bilər ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir, məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iş tirakçılarının iştirakına yol verilmir. Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər.
45. İş üzrə verilmiş ekspert rəyindən görünür ki, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 həvalə edilməsinə baxmayaraq, ekspertiza idarəsi tərəfindən məhkəmə qarşısında idarənin əməkdaşı olmayan şəxsin ekspert qismində iştirakının təmin edilməsi barədə vəsatət qaldırmadan, işin gedişatında birbaşa hüquqi marağı olan cavabdehin səlahiyyətli nümayəndəsi ekspert qismində işə cəlb edilməklə rəy verilmişdir. Bu isə qanunvericiliyin tələbinin k obud şəkildə pozulmasıdır.
46. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı əlilliyin 2021-ci ilin may ayından bərpa olunması ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni olmamışdır.
47. Kollegiya qeyd edir ki, iddiaçı tələbində ona təyin edilmiş əlilliyin 2021-ci ilin may ayından bərpa olunması xahiş etsə də, iddiaçının hüquqi marağı ona əlilliyin müəyyən olunmasına yönəlmişdir.
48. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçının əlillik dərəcəsini ləğv etməmiş, dayandırmamış və etibarsız hesab etməmişdir. Sadəcə olaraq iddiaçının əlillik müddəti 2021-ci ilin may ayında bitdiyinə görə iddiaçı ona növbəti dəfə əlilliyin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və cavabdeh iddiaçıya məhz növbəti əlillik dərəcəsinin təyinatı ilə bağlı 28 iyun 2021-ci il tarixdə imtina etmişdir.
49. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona təyin edilmiş əlilliyin bərpasını deyil, növbəti dəfə əlilliyin müəyyən edilməsini tələb etməkdə haqlıdır
50. Əlilliyin təyinat tarixinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında göstərilmişir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
51. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçı ilə bağlı göndəriş verilmiş, xx.xx.2021-ci il tarixdə ona əlillik təyin edilməsindən imtina etmişdir.
52. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
53. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymə tləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.
54. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilm ir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə bor cludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
55. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münas ibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
56. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(103)-1000/2024 nömrəli qərarı “İddiaçı əlilliyin 2021-ci ilin may ayından bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” hissəsində dəyişdirilməli, İddiaçı 28 iyun 2021-ci il tarixdən əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalı, qərar qal an hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 21(103)-1000/2024 nömrəli qərarı “İddiaçı əlilliyin 2021-ci ilin may ayından bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” hissəsində dəyişdirilsin. İddiaçı 28 iyun 2021-ci il tarixdən əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdi