Məhkəmə qərarları › İş №2-1(102)-540/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-540/2019

13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-540/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-540/19 Bakı şəhəri 13 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümyəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2048/2018 saylı qərarından ve rilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna(bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1998, 1999, 2002-2007-ci illərdə istifadə etmədiyi məzuniyyətlərə görə ona 16611.51 manat məbləğində kompensasiyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki,1992-ci ilin sentyabr ayından 12 iyun 2017-ci il tarixədək Azərbaycan Respublikası Hərbi Prokurorluq orqanlarında xidmət etmiş, 12 iyun 2017-ci il tarixliəmr ilə prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmuş və onun prokurorluq orqanlarında qu lluq keçməyinə xitam verilmişdir. Hərbi Prokurorluqda işlədiyi müddətdə 1992-2007-ci illərdə məzuniyyətdə olmamışdır. Ona 2016-cı ildə 1993-1997-ci, 2000-ci və 2001-ci illər üzrə istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyası ödənilmiş, 1998, 1999, 2002-2007-ci illərdə xidmətdə olsa da, məzuniyyətə buraxılmamış və həmin illərə görə məzuniyyətlə bağlı pul ödənilməmişdir. 2017-ci ilin sentyabr ayında həmin illər üzrə istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun həmin illər üzrə məzuniyyətdən istifadə etməyinə dair əmrlərin surətini göndərərək bundan imtina etmişdir. Halbuki, həmin əmrlərin mövcudluğundan əvvəllər məlumatlı olmamışdır. Sonuncu vəzifəsi olan Lənkəran hərbi prokurorluğunun böy ük müstəntiqi vəzifəsinin əmək haqqısı 2076,43 manat olmuş, ümumilikdə ödənilməli məbləğ 2076,43 manat x 8 = 16611,51 manat təşkil edir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının tələbi qeyrimümkün olmaqla, 10 ildən artıq müddət keçməklə verilmişdir. İddiaçıya Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda qulluq keçdiyi müddətdə faktiki olaraq istifadə etmədiyi məzuniyyətlərə görə müvafiq pul kompensasiyaları ödənilmiş, 1998, 1999, 20022007-ci illərin hesabına hər dəfə 45 gün olmaqla məzuniyyət verilmişdir. Sadalanan illərdə növbəti məzuniyyətlər verilərkən bütün mümkün vasitələrlə iddiaçı vaxtında məlumatlandırılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2-1(82)1080/2018 saylı qərarı (hakim Rüstəm Kərimli) ilə iddia təmin e dilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçıya müvafiq illər üzrə 45 gün müddətinə məzuniyyət verilməsi işdə olan əmrlərlə öz təsdiqini tapmışdır. Həmin əmrlər qüvvədədir və iddiaçının məzuniyyətdən geri çağırılması barədə müvafiq əmrlər olmamışdır. İddiaçıya qeyd olunan illər üzrə məzuniyyətlərə görə pul vəsaitinin verilibverilməməsi də işdə olan sübutlarla müəyyənləşdirilmir. Lakin iddiaçı həmin illər üzrə məzuniyyətlərə görə ona pul kompensasiyasının verilməsini 10 ildən artıq vaxt keçdikdən sonra tələb etmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2048/18 saylı qərarı il ə (sədrlik edən hakim Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Xəyal Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və bildirmişdir ki, iddiaçı 1998,1999, 2002-2007-ci illər üzrə növbəti məzuniyyətindən istifadə etmədiyini və həmin illər üzrə ona istifadə edilməmiş əmək məzuniyyətinə görə pul kompensasiyasının ödənilmədiyini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh isə həmin illər üzrə iddiaçıya əmək məzuniyyətlərinin verilməsini təsdiq edən əmrlərin surətlərini birinci instansiya məhkəməsinə təqdim etmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi «Prokurorluq orqanla rında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanunun 9, 21.1, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, işin yenidən apellyasiya baxışına qaytarılmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsinin qərarında iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtərin mövcudluğunun sübut edilmədiyi göstərilsə də, cavabdeh tərəfindən verilmiş 05 iyul 2012-ci il tarixli arayış və 25 aprel 2018-ci il tarixli məktubla sübut olunur ki, ona 1998, 1999, 2002-2007-ci illə r üzrə məzuniyyət pulu ödənilməmişdir. Həmçinin, əgər, o sadalanmış illər üzrə məzuniyyət pulunu almış olsa idi, bu barədə cavabdeh imzalanmış cədvəlləri məhkəməyə təqdim etməli idi. Daha bir dəlillə bildirilmişdir ki, 2002-2004-cü illərdə Qarabağ hərbi prokurorunun köməkçisi vəzifəsində və 2005-2007-ci illərdə Füzuli hərbi məhkəməsi üzrə dövlət ittihamçısı vəzifəsində işlədiyi müddətlərdə onun məzuniyyətə getməyi ilə bağlı əmrlərin olmasına baxmayaraq, faktiki olaraq xidməti vəzifəsini yerinə yetirmişdir. Dəlillərin hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3, 24.1, 24.2-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəli llərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçıya məxsus İТ seriyalı ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, o, 02 sentyabr 1992-ci ildən 12 iyul 2017-ci ilədək prokurorluq orqanlarında x idmət edib. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 22 iyun 2017-ci il tarixli arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2014-cü il tarixli, 54-2 saylı Qərarına əsasən Respublika Hərbi prokurorluğunda şöbə prokurorunun vəzifə maaşı 960 manat, ərazi hərbi prokurorluqlarında böyük müstəntiqin vəzifə maaşı 875 manat, Nazirlər Kabinetinin 09 noyabr 2009-cu il tarixli, 175-4 saylı Qərarına əsasən ədliyyə polkovnikleytenantı rütbə maaşı 134 manat, xidmət illərinə görə əlavə haqq (vəzifə və rütbə maaşından hesablanmaqla) 5 ildən 10 ilə 15%, 10 ildən 15 ilə 30 %, 15 ildən 45 %, ərzaq əvəzi pul kompensasiyası 64 manat təşkil edir. 02 mart 1998-ci il tarixli, 038 nömrəli əmrlə həmin tarixdən 45 təqvim günü müddətinə, 22 sentyabr 1999-cu il tarixli, 181 nömrəli əmrlə həmin tarixdən 45 təqvim günü müddətinə, 02 sentyabr 2002-ci il tarixli, 116 nömrəli əmrlə 23 sentyabr 2002-ci il tarixdən 45 təqvim günü müddətinə, 29 oktyabr 2003-cü il tarixli, 137 nömrəli əmrlə 10 noyabr 2003-cü il tarixdən 45 təqvim günü müddətinə, 02 dekabr 2004-cü il tarixli, 164 nömrəli əmrlə 13 dekabr 2004-cü il tarixdən 45 təqvim günü müddətinə, 30 noyabr 2005-ci il tarixli, 190 nömrəli əmrlə 19 dekabr 2005-ci il tarixdən 45 təqvim günü müddətinə, 25 sentyabr 2006-cı il tarixli, 134 nömrəli əmrlə 16 oktyabr 2006-cı il tarixdən 45 təqvim günü müddətinə; 30 may 2007-ci il tarixli, 55 nömrəli əmrlə 25 iyun 2007-ci il tarixdən 45 təqvim günü müddətinə məzuniyyət verildiyi əmrlərdə öz əksini tapmışdır. Həmin əmrlərdə onların verilməsi üçün əsas kimi iddiaçının təqriri göstərilmişdir. 03 mar t 1998-ci il tarixli, 038 nömrəli əmrin təsdiq edilmiş surətinə əsasən iddiaçıya 1998-ci ilin hesabına 02 mart 1998-ci il tarixdən 15 aprel 1998-ci il tarixə kimi, 22 sentyabr 1999-cu il tarixli, 181 nömrəli əmrin təsdiq edilmiş surətinə əsasən 1999-cu il hesabına 45 təqvim günü müddətinə 22 sentyabr 1999-cu il tarixdən 05 noyabr 1999-cu il tarixə qədər növbəti məzuniyyət (əmrlər general-mayor R.Y.Rzayev tərəfindən imzlanmışdır), 25 sentyabr 2006-cı il tarixli, 134 nömrəli əmrin təsdiq edilmiş surətinə əsasən iddiaçıya 16 oktyabr 2006-cı il tarixdən 45 təqvim günü müddətinə məzuniyyət verilmişdir (əmr ədliyyə general-leytenantı X.Vəliyev tərəfindən imzalanmışdır). Qeyd edilən əmrlərlə yanaşı məzuniyyətlərin verilməsi ilə bağlı iş materiallarında bir çox əmrlər mövcuddur. Hüquqi məsələlər A zərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının istinad etdiyi illərdə məzuniyyətdə olması cavabdehin təqdim etdiyi əmirlərlə öz təsdiqini tapdığından, iddiaçı bunun əksini sübuta yetirə bilmədiyindən, cavabdhin müvafiq ödənişlərin aparılmasından imtinası əsaslı olmuşdur. İddiaçı bu mövqeyi o əsasla mübahisələndirmişdir ki, işdə olan cavabdehin verdiyi arayış və məktubda ona məzuniyyət pulunun ödəniımədiyi göstərilmişdir. İnzibati orqan isə maraqlı şəxsin xeyrinə olan halların araşdırlmasından imtina edə bilməzdi. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Tələblə iddiaçı 1998, 1999, 2002-2007-ci illərdə istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyanın verilməsini xahiş etmişdir. İlk olaraq məhkəmə kollegiyası qey d edir ki, prokurorluq əməkdaşlarının sosial təminatla bağlı məsələləri 30 dekabr 1999-cu il tarixdən qüvvəyə minmiş “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməzdən əvvəl digər qanunvericilik aktları ilə tənzimlənmişdir. Həmin müddətdən əvvəl qüvvədə olmuş “Prokurorluq orqanlarının statusunu müəyyənləşdirən keçmiş SSRİ-nin qanunvericilik aktlarının Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini saxladığının təsdiqi və onların tətbiqi qaydası barədə” Azərbaycan Respublikasının 26 avqust 1992-ci il tarixli Qanununun “a” və “b” bəndləri ilə «SSRİ prokurorluğu haqqında» 1979-cu il tarixli Qanun və «Hərbi prokurorluq haqqında» 1981-ci il 4 avqust tarixli Əsasnamə Azərbaycan Respublikası qanunvericiliyinə zidd olmayan hissədə Azərbaycan Respublikası ərazisində h üquqi qüvvəsini saxladığı təsdiq edilmişdir. Habelə, 1 fevral 1999-cu il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi o cümlədən prokurorluq orqanları əməkdaşlarına məzuniyyətin verilməsi və onun ödənilməsi qaydalarını aşağıdakı kimi müəyyən etmişdir: - 67-ci maddəsinə əsasən, bütün işçilərə iş yeri (vəzifə) və orta qazanc saxlanılmaqla hər il məzuniyyətlər verilir (bu Məcəllənin 71, 72-ci maddələri); - 107-ci maddəsinə əsasən, işçilərə hər il üçün və ya əlavə məzuniyyətlər verilərkən məzuniyyətin başlanmasına ən geci üç gün qalmış onlara bütün məzuniyyət vaxtı üçün orta əmək haqqı verilir. Maddələrin tələblərinin tətbiqi onu ehtiva edir ki, işçilərə hər il üçün məzuniyyətin verilməsi müəyyən edilmiş və onun hesbalanmasının orta əmək haqqı əsasında aparılm ası müəyyən edilmişdir. İşin hallarına görə, iddiaçının istinad etdiyi müddətdə, yəni 1998-1999-cu illər ərzində məzuniyyətdə olması cavabdehin təqdim etdiyi əmrlərlə öz təsdiqini tapmışdır. Həmin dövrlərə münasibətdə məzuniyyətlə bağlı ödənişlərin bilavasitə orta əmək haqqı əsasında aparılması müəyyən edildiyindən, hər hansı bir əlavə ödənişlərin aparılması nəzərdə tutulmamışdır. Bu halda isə iddiaçı tərəfindən məzuniyyətlə bağlı ödənişlərin aparılmaması barədə dəlili əsassızdır və bu müddətə münasibətdə apellyasiya məhkəməsinin nəticəsini məhkəmə kollegiyası əsaslı hesab edir. Tələbin 2002-2007-ci illərdə məzuniyyətlə bağlı pul kompensasiyasına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 30 dekabr 1999-cu il tarixdən qüvvəyə minmiş “Prokurorluq haqqında” Azərbaycan Respublik ası Qanununu qəbul edilmiş və mübahisəli məsələyə münasibətdə aşağıdakılar nəzərdə tutulmuşdur: - 38-ci maddəsinə əsasən, prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir. Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikası Qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. Habelə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu 19 iyul 2001-ci il tarixində qüvvəyə minmiş və araşdırılan məsələyə münasibətdə aşağıdakılar müəyyən edilmişdir: - 2.3-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək münasibətləri onların fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla «Prokurorl uq haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir: - 2.4-cü maddəsinə əsasən, hərbi prokurorluq orqanları işçilərinin qulluq keçmə qaydaları və şərtləri «Prokurorluq haqqında», «Hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunları, bu Qanun və «Azərbaycan Respublikası Silahlı X1» ilə tənzimlənir; - 9-cu maddəsinə əsasən, prokurorluq işçiləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məzuniyyətlərdən istifadə edirlər; - 20.15-ci maddəsinə əsasən, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikasının qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibb i və başqa növ maddi və sosial təminatlar da şamil edilir; - 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Müddəaların tələblərinə görə, hərbi prokurorluq orqanlarının əməkdaşlarına ümumi qayda olaraq prokurorluq orqanlarında xidmət edən şəxslər üçün müəyyən edilmiş sosial təmintla bağlı məsələlər şamil edilməklə yanaşı, əlavə olaraq onlara hərbi qulluqçular üçün müəyyən edilmiş təminatlar da şamil edilir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 5-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, (...) orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil e dilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir; - 138-ci maddəsinə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı, vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir; - 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqı na əsasən müəyyən edilir. Sonuncu maddələrin tələblərindən göründüyü kimi, prokurorluq orqanları əməkdaşlarının hüquqi statusunu tənzimləyən aktlarda əmək hüquqları bütünlüklə əhatə edilmədiyi halda, əmək qanunvericiliyin tələbləri tətbiq edilməlidir. Yuxarıda göstərilmiş prokurorluq orqanlarının fəlaiyyətinə dair qanunverilikdə öz növbəsində prokurorluq işçilərinin əmək münasibətlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin tətbiq edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Beləliklə, prokurorluq orqanları əməkdaşına məzuniyyətin verilməsi onun ərizəsi əsasında işəgötürənin əmri ilə rəsmiləşdirildiyi və müvafiq məzuniyyət vaxtı üçün orta aylıq əmək haqqı məbləğinin verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, istinad edilmiş məbləğlər iddiaçının “mə zuniyyət pulu” kimi qiymətləndirdiyi məbləği təşkil etmişdir. Bu müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiq edərkən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşdığını qeyd edir. Belə ki, iddiaçının 2002-2007-ci illərdə məzuniyyətdə olması faktı cavabdehin təqdim etdiyi əmrlərlə öz təsdiqini tapmış və həmin məzuniyyətlərə görə ödənilən orta əmək haqqı məbləğləri ilə bağlı iddiaçının da istinad etdiyi arayışlarda ona ödənişlərin aparılması əks olunmuşdur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilm iş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2048/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər “Əsli ilə düz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar