Məhkəmə qərarları › İş №2-1(102)-540/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-540/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-540/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: polis idarəsinin inzibati binasına qeydiyyata alınma giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra cavabdeh) qarşı “cavabdehin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsi nin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2320/2019 saylı, 17 oktyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı Lənkəran rayonu, Liman şəhərində qeydiyyatda olsa da, faktiki olaraq ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Yaşadığı evin hüquqmüəyyənedici sənədləri yoxdur. Lakin iddiaçı faktiki yaşadığı yer üzrə qeydiyyata alınmasını istədiyindən, faktiki yaşadığı yer üzrə qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh 22.10.2018-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas olaraq “Yaşa yış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində göstərilən sənədlərin təqdim olunduğu təqdirdə, yaşayış yeri üzrə qeydiyyata alınmanın mümkün olduğu bildirilmişdir. İddiaçı yaşayış yeri üzrə qeydiyyata alına bilmədiyindən, faktiki yaşadığı rayon üzrə Binəqədi Rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınmasını xahiş edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, etdiyi müraciətlə bağlı Bakı şəhər Baş Polis İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən qəbul edilərək, köməklik göstəriləcəyi bildirilsə də, lakin müraciətinin nəticəsi olmamışdır İddiaçı cavabdehlər Bakı şəhər Baş Polis İdarəsinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinə müraciət edərək, onun və ailə üzvlərinin qeydiyyatda olduqları ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması, həmçinin Daxili İşlər Nazirliyinin məsul vəzifəli şəxsləri tərəfindən vurulmuş 100 manat məbləğində maddi və mənəvi ziyanın hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun cavabdehin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərardadına əsasən Binəqədi Rayon Polis İdarəsi cavabdeh qismində qəbul edilərək, Bakı şəhər Baş Polis İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Lənkəran Şəh ər Polis İdarəsi cavabdehlər siyahısından çıxarılmışlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonunda qeydiyyatdadır, lakin 2015-ci ildən ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Yeni yaşayış massivi adlanan ərazidə yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Buna səbəb isə yaşadığı fərdi evin mülkiyyət hüququnu təsdiq edən tələb olunan sənədlərdən hər hansı birinin olmamasıdır. Yaşayış yeri üzrə qeydiyyata alına bilmədiyindən bir çox hüquqları pozulur. Belə ki, ölkədə keçirilən seçkilərdə iştirak edə bilmir, işsizlik müavinəti almaq üçün müvafiq orqana müraciət edə bilmir, tibbi müayinədən keçə bilmir, yaşadığı şəhərdə sürücülük vəsiqəsi almaq üçün imtahan verə bilmir və digər sənəd məsələlərində əziyyət çəkir və nəticədə ölkə v ətəndaşı olaraq hüquqları pozulur. Buna görə də məsələnin öz hüquqi həllini tapmasında köməklik göstərilməsi üçün həm bilavasitə Daxili İşlər Nazirliyinə, həm də Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. Daxili İşlər Nazirliyinə göndərdiyi müraciətlə əlaqədar olaraq Bakı şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi İdarəsinin məsul vəzifəli şəxsi Y.Turabov tərəfindən ona zəng daxil olmuş və həmin şəxs ona köməklik göstərilməsi üçün yaşadığı evin bütün sənədlərini də götürüb həmin idarəyə gəlməsini bildirmişdir. O da həmin idarəyə gedib Y.Turabov, R.Allahyarov, eləcə də həmin İdarənin rəisi general-mayor Mirqafar Seyidov tərəfindən qəbul edilmişdir. General-mayor Mirqafar Seyidov qəbul zamanı ona polisin inzibati binasına qeydiyyata alınmasını bildirsə də, sonda veri lən vəd yerinə yetirilməmiş və müraciətinə verilən rəsmi cavab məktubunda faktiki yaşadığı evə qeydiyyata alınmasının məlum səbəblərə görə mümkün olmadığı qeyd olunmuşdur. Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilən cavab məktubunda isə ailə üzvləri ilə birlikdə yaşadığı faktiki evə qeydiyyata alınması üçün təkcə zəruri sənədlərin siyahısı göstərilmiş və nəticədə məsələ öz hüquqi həllini tapmamışdır. Buna görə məsələnin öz hüquqi həllini tapması, pozulmuş hüquqlarına son qoyulması üçün qeydiyyatda olduğu, amma faktiki yaşamadığı yerdən qeydiyyatdan çıxarılması və Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata yazılması zəruridir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, e-2-1(81)-2489/2019 saylı iş)16 iyul 2019-cu il tarixli qərarı ilə iddia rəddedilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı hazırda başqa ünvanda pasport qeydiyyatında olduğundan, həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadığı müəyyən edildiyindən, həmçinin qanunvericilikdə şəxsin digər ünvanda qeydiyyatda olduğu halda, faktiki yaşayış yeri üzrə qeydiyyata alınması üçün sənədlər olmadığı təqdirdə onun rayon polis idarəsinin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınmasına əsaslar olmadığından iddia rədd edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin16 iyul 2019-cu il tarixli qərarıilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7-məruzəçi, X4 və X5, 2-1(103)-2320/2019 saylı iş) 17 oktyabr 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etm əmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 19 dekabr 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Şikayət iddia ərizəsinə uyğun tərtib edilmiş, şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 148, Mülki Məcəllənin 27.1, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 46-cı, 1 saylı protokolun 1-ci maddəsinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında iddia ərizəsinə və kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məktub göndərərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. O na görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı özünün və ailə üzvlərinin qeydiyyatda olduqları ünvan 3 ünvandan qeydiyyatdan çıxarılmalarını və cavabdehin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehə edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı yuxarıda bəhs edilən məhkəmə qərarları qəbul edilmişdir. İşin hallarından görünür ki, iddiaçı Lənkəran rayonu, Liman şəhərində qeydiyyatda olsa da, faktiki olaraq ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayo nu, Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Yaşadığı evin hüquqmüəyyənedici sənədləri yoxdur. Lakin iddiaçı faktiki yaşadığı yer üzrə qeydiyyata alınmasını istədiyindən, faktiki yaşadığı yer üzrə qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh 22.10.2018-ci il tarixli, 059-35027Q-3218 saylı məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilən sənədlərin təqdim olunduğu təqdirdə, yaşayış yeri üzrə qeydiyyata alınmanın mümkün olduğu bildirilmişdir. Bundan sonra iddiaçı cavabdehin inzibati binasına qeydiyyata düşmələri ilə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat h aqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İddiaçı Binəqədi rayonunda yaşadığı mənzilə qeydiyyata alınmaq üçün qanunvericiliklə tələb olunan sənədləri cavabdehə təqdim etmədiyindən cavabdeh “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin tələbinə əsasən iddiaçını yaşadığı ünvan üzr ə qeydiyyata alınmasından imtina etmişdir. Hazırkı iddianın predmetini iddiaçının cavabdehin inzibati binasına qeydiyyata alınması barədədir. İddiaçı Lənkəran rayonunda qeydiyyatdadır və oradan qeydiyyatdan çıxıb Bakı şəhərində cavabdehin inzibati binasına qeydiyyata alınmaq arzusundadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayı ş yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1)Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra haki miyyəti orqanının razılığı ilə mümkündür. Apelyasiya məhkəməsinin müəyyən etdiyi kimi, iddiaçının qeydiyyatdan çıxması üçün Qanunda nəzərdə tutulan halların hər hansı biri mövcud olmamışdır. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli “55 s” saylı Sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə: yaşayış yeri olmayan Azərbaycan R espublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Nazirlər Kabinetinin sözügedən Sərəncamı ilə yaşayış yeri olmayan şəxslərə münasibətdə onların Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi nəzərdə tutulmuşdur. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı hazı rda başqa ünvanda (Lənkəran rayonunda) qeydiyyatda olduğundan və yaşayış yerinin olmamasına dair sübut təqdim etmədiyindən iddia əsaslı sayıla bilməz. Nazirlər Kabinetinin Sərəncamına görə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi nəzərdə tutulmuşdur. Apelyasiya məhkəməsi iddiaçının qeydiyyatda olduğu mənzilə mülkiyyət, habelə hər hansı əmlak hüququ olub-olmamasını, Lənkəran şəhərində yaşayış yeri olub-olmamasını, həqiqətən yaşayış yeri olan (olmayan) şəxs statusuna malik olmasını müəyyən etməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla k ifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2320/2019 saylı, 17 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar