Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-540/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Şuqerov Nazim Nərimanoviçin Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina; güzəştli iş stajı 12 il 6 aydan azdır) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil1 Abbasəli oğlunun, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Şuqerov Nazim Nərimanoviçin (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1658/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1959-cu il tarixində anadan olmuşdur, xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başla mış, xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj İdarəsində quyuların sementləşdirilməsi üzrə operator vəzifəsində, xx.xx.1980-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək rəngsaz və formaçı vəzifəsində, xx.xx.1986-cı il tarixindən xx.xx.1989-cu il tarixinədək “İttifaqqazmaştəmir” İB-nin Bakı TTİ-də rəngsaz və formaçı vəzifəsində, xx.xx.1986-cı il tarixindən xx.xx.1989-cu il tarixinədək “Aztransqaz” İB-də formaçı vəzifəsində, xx.xx.1989cu il tarixindən xx.xx.1991-ci il tarixinədək “Aztransqaz” İB-nin “Betonçu” Kooperativində formaçı vəzifəsində, xx.xx.2002-ci il tarixindən xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək “Rigblast Energy Service LTD” şirkətində rəngsaz vəzifəsində, xx.xx.2014-cü il tarixind ən xx.xx.2014-cü il tarixinədək “xxxx” MMC-də rəngsaz vəzifəsində işləmiş, xx.xx.2014-cü il tarixindən bu günə kimi “xxxx” MMC-də rəngsaz vəzifəsində işləyir.
2. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsinə ərizə ilə müraciət etmiş, DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsi xx.xx.2018-ci il tarixli 10/723 saylı məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir və imtinanı belə əsaslandırmışdır ki, iddiaçının 2002-ci ildən hal-hazıradək işlədiyi rəngsaz vəzifəsi güzəştli siyahıda nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı DSMF-nin Bakı şəhəri Qaradağ rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ed ərək ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu xx.xx.2016-cı il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçının 57 yaşı tamam olduğu xx.xx.2016-cı il tarixinə kimi ümumi iş stajı 25 il 8 ay 3 gün təşkil etmiş, həmin staj illərinin 21 il 3 gün müddətini xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, istehsalatların, oeşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli) tərəfindən təsdiq olunan Siyahısına daxil olan işlərdə çalışmış, bununla da sözügedən Qanunun tələblərinə cavab verən iş stajı toplamış və 57 yaşı tamam olduğu xx.xx.2016-cı il tarixindən yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə ilk cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun o laraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu xx.xx.2016-cı il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)2665/2019 nömrəli qərarına əsasən (hakim – Elçin Məmmədov) iddianın təmin edilməsi, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının çalışdığı rəngsaz vəzifəsi təhlükəsizliyi 3cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə yerinə yetirdiyi Azərbaycan Respu blikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə (Ümumi peşələr) öz əksini tapmış “Rəngsazlar” bəndinə uyğundur. Həmçinin, iddiaçının xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj İdarəsində çalışdığı quyuların sementləşdirilməsi üzrə operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 10-cu hissədə (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömü r va şistin emalı) öz əksini tapmış “operatorlar” bəndinə uyğundur. Odur ki, iddiaçının dəlilləri əsaslıdır.
9. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-179/2020 nömrəli qərarına görə (sədrlik edən və məruzəçi – Vüsalə Baxışova, hakimlər – Cahangir Yusifov və İlham Əhmədov) apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2665/2019 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddianın rədd edilməsi qərara alınmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifənin siyahının 35ci bölməsində nəzərdə tutulmuş vəzi fəyə aid olduğunu müəyyənləşdirmək üçün iddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlədiyinə dair sübutlar təqdim olunmalıdır. “Stork Technical Services (RBG) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, HR-LT-2018-003 saylı arayışda iddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlədiyi qeyd edilsə də, məhkəmənin sorğusu əsasında aşkar olunmuşdur ki, iddiaçının əmək müqaviləsi və əmrlərin surətləri həmin müəssisədə mövcud deyil. Göründüyü kimi, sözügedən arayış yalnız əmək kitabçası əsasında verilmişdir, əmək kitabçasında iş şəraiti barədə qeydlər olmadığından iddiaçının 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlədiyi bar ədə xx.xx.2018-ci il tarixli arayışdakı qeydin əsassız olduğu, hər hansı mötəbər sənədə əsaslanmadığı müəyyən edilmişdir.
12. Məhkəmə qərarından iddiaçı kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1461/2020 nömrəli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-179/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə rəngsaz vəzifəsini yerinə yetirm əsi ilə bağlı, yəni onun iş funksiyası ilə bağlı araşdırma aparmamışdır. Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə rəngsazın hansı peşə funksiyasını yerinə yetirməsi, iddiaçının 12 il 3 ay 26 gün müddətində həqiqətən belə funskiyanı yerinə yetirməsi yoxlanılmamışdır. Bundan başqa, iddiaçının işləmiş olduğu quyuların sementləşdirilməsi üzrə operator peşəsinin neft, qaz və qaz kondensatının hasilatında quyuların yeraltı təmiri üzrə operator peşəsinə uyğun olubolmaması da məhkəmə tərəfindən araşdırılmamışdır. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1658/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Elmira Nağıyeva və Aida Hüseyn) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2665/2019 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddianın rədd edilməsi qərara alınmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj İdarəsində quyuların sementləşdirilməsi üzrə 3-cü dərəcəli quyuların sementləşdirilməsi üzrə operator (maşinist) peşəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək rəngsaz və formaçı vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək “İttifaqqazmaştəmir” İB-nin Bakı TTİ-də rəngsaz və formaçı vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək “Aztransqaz” İB-də formaçı vəzifəsində, xx.xx.1989-c u il tarixdən xx.xx.1991-ci il tarixədək “Aztransqaz” İB-nin “Betonçu” Kooperativində formaçı vəzifəsində işlədiyi dövrə dair şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı ümumiyyətlə təqdim edilməmişdir, SOCAR “Kompleks qazma işləri” trestinin iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj İdarəsində 3-cü dərəcəli quyuların sementləşdirilməsi üzrə operator (maşinist) peşəsində işlədiyini təsdiq edən xx.xx.2020-ci il tarixli arxiv arayışı yalnız əmək stajına dair məlumatları əks etdirdiyi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əhəmiyətinə malik deyil, “Stork Technical Services (RBG) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliy inin iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixə və xx.xx.2010cu il tarixdən xx.xx.2014-cü il tarixə kimi nümayəndəlikdə rəngsaz vəzifəsində işləməsi barədə xx.xx.2018-ci il tarixli güzəştli arayışı həmin nümayəndəliyin xx.xx.2020-ci il tarixli məktubu ilə şübhə altında alındığından mötəbər deyil.
17. Məhkəmə qərarı iddiaçıya xx.xx.2020-ci il tarixində almışdır.
18. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1658/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlillər i
19. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, həm əmək kitabçasının surətindən, həm də məhkəməyə təqdim edilmiş güzəştli arayışlardan görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydaya müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün tələb edilən ümumi və xüsusi iş stajlarını toplamışdır. Məhkəmə qərarında xx.xx.2016-cı il tarixinədək 25 ildən artıq ümumi stajının olduğu birmənalı təsdiq olunur. Təqdim edilmiş arayışlarda isə “Xəzərqazmaneftqazsənaye” İBnin Tamponaj İdarəsində 3-cü dərəcəli quyuların sementləşdirilməsi üzrə operator (maşinist) peşəsində 3 ay 19 gün (Nazirlər Kabinetinin 12 nömrəli xx.xx.2007-ci il tarixli qərarına əsasən siyahı üzrə 10-cu paraqra f) və “Rigblast Energy Services LTD” şirkətində rəngsaz vəzifəsində 12 il 3 ay 26 gün (Nazirlər Kabinetinin 12 nömrəli xx.xx.2007-ci il tarixli qərarına əsasən siyahı üzrə 35-ci paraqraf) çalışdığı öz əksini tapmışdır. Göründüyü kimi, təkcə təqdim edilən arayışlara görə güzəştli iş stajı 12 il 7 ay 19 gün (12 il 6 aydan artıq) təşkil edir ki, bu da iddiaçıya 57 yaşına çatdığı xx.xx.2016-cı il tarixindən yaşa görə əmək pensiyası almaq hüququ verir.
20. Digər tərəfdən, Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(102)-1461/2020 nömrəli qərarında 3-cü dərəcəli quyuların sementləşdirilməsi üzrə operator (maşinist) peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verib-verməməsinin araşdırılması apellyasiya instansiyası məhkəməsinə tövsiyyə olunmasına baxmayaraq, məhkəmə bununla bağ lı heç bir araşdırma aparmamış, buna heç təşəbbüs də göstərməmişdir. Yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsaslanaraq təqdim olunmuş güzəştli arayışları şübhə altına almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 Abbasəli oğlunun kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 izahat verərək kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azə rbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalar”ı (bundan sonra - Qaydalar): 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə əsasən, Qanunun 9-c u maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
26. İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Haz ırkı qərarın 24-cü bəndində göstərilən normaların tələblərindən görünür ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: a) AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (bundan sonra - Siyahı) nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; b) ümumi iş stajı minimum 25 il olmalı; c) xüsusi və ümumi iş stajı xx.xx.2017-ci il tarixədək mövcud olmalı; ç) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
31. İddiaçının ümumi iş stajının olması və pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Tərəflərin mübahisələndirdiyi hal iddiaçının zəruri güzəştli iş stajının olmasıdır. Belə ki, iddiaçı işlədiyi peşələrin Nazirlər Kabinetinin 2007-ci il tarixli Siyahısında əks olunduğuna istinad edərək 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yarandığını bildirmiş, məhkəmə isə iş materiallarındakı arayışlarla iddiaçının güzəştli iş stajının təsdiq olunmadığını qeyd etmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 25-ci bəndinin məzmunundan aydın olur ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməsidi mütləqdir.
33. Lakin apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddia çı xx.xx.1979cu il tarixindən xx.xx.1991-ci il tarixinədək güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməmişdir.
34. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək 3-cü dərəcəli quyuların sementləşdirilməsi üzrə operator (maşinist) peşəsində işlədiyini təsdiq edən xx.xx.2020-ci il tarixli arxiv arayışı yalnız əmək stajına dair məlumatları əks etdirdiyi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əhəmiyətinə malik deyil. Eyni zamanda, iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixə və xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixə “Stork Technical Services (RBG) Limited” şirkətinin Azərb aycan Respublikasındakı nümayəndəliyinin rəngsaz vəzifəsində işləməsi barədə xx.xx.2018-ci il tarixli güzəştli arayış da həmin Nümayəndəliyin xx.xx.2020-ci il tarixli məktubu ilə şübhə altına alındığından məhkəmə tərəfindən haqlı olaraq mötəbər hesab olunmamışdır.
35. Göründüyü kimi, iddiaçı kassasiya şikayətinin dəlillərində arxiv arayışları ilə güzəştli iş stajının təsdiq olunduğunu bildirsə də, işə apellyasiya instansiya məhkəməsi tərəfindən baxılarkən həmin arayışlara əsasən iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb edilən zəruri güzəştli iş stajının (12 il 6 ay) olması müəyyən olunmamışdır.
36. Beləliklə, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuş dur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya m əhkəməsinin qərarını ləğv edərək iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir.
38. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1658/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1658/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.