Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-540/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunvericiliklə müəyyən edilmiş müddətdə Azərbaycan Ordusunda qüsursuz xidməti olmayan hərbi qulluqçunun mənzillə təmin olunmasından imtina, “qüsursuz xidmət” müddəti anlayışı, şərhedici norma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına salınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3021/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1994-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində 22 il 6 ay təqvim ili həqiqi hərbi xidmət keçmiş, xx.xx.2016-cı il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ordu sıralarından ehtiyata buraxılmışdır.
2. İddiaçı hərbi xidmət dövründə Bakı Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinə ə sasən, 3 il sınaq müddəti təyin olunmaqla cəza şərti olaraq tətbiq edilmişdir. Hökm xx.xx.2008-ci il tarixdə qanuni qüvvəyə minmiş, icra olunması üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. İddiaçıya təyin olunmuş sınaq müddəti xx.xx.2011-ci il tarixdə başa çatmışdır.
3. İddiaçı cavabdehə müraciət edərək, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil olunmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməs i tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən, ümumi xidmət müddətindən məhkumluq müddəti çıxıldıqdan sonra xidmət müddəti 20 təqvim ili qaldığı təqdirdə hərbi qulluqçunun adı adlı siyahıya daxil edilə bilər. İddiaçının Azərbaycan Ordusu sıralarında ümumi xidmət müddəti (xx.xx.1994-xx.xx.2016) 22 il 6 ay, Bakı Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 3 il sınaq müddəti müəyyən edilməklə təyin olunmuş şərti cəzaya əsasən məhkumluq müddəti 3 il təşkil edir. İddiaçının ümumi xidmət müddətindən məhkumluq müddəti çıxıldıqdan sonra qalan xidmət müddəti 20 təqvim ilindən az olduğu üçün onun sözügedən Fərmana əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, xidmət müddəti bitdiyinə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Xidmət dövründə iddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq Silahlı Qüvvələrdə 20 təqvim ili qüsursuz xidmət edən hərb i qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilmişdir. Sonradan adı mənzil siyahısından çıxarılmışdır. Buna səbəb xx.xx.2008-xx.xx.2011-ci il tarixlərində 3 il müddətində məhkum olunmasıdır. Adının mənzil siyahısından çıxarılması qanunsuz və əsassız olduğundan, mənzil siyahısına bərpa olunması barədə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Hesab edir ki, dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların siyahısına adının daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, məhkum olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməməsinə dair norma onun hüququnun yarandığı dövrdə, yəni ehtiyata buraxıldığı 2016-cı ildə qüvvədə olmamış, sonradan qanu nvericiliyə əlavə edilmişdir. Odur ki, hüquqi vəziyyətini pisləşdirən normativ akt kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanının xx.xx.2021-ci il tarixdən sonra qüvvədə olan müddəaları geri şamil edilə və barəsində tətbiq edilə bilməz.
7. Cavabdeh iddiaya qarşı etirazında imtinasındakı dəlillərə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Ləman Musayeva) 30 may 2024-cü il tarixli, 2-1(112)-7219/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022 -ci il tarixli, 2-1(102)-357/2022 nömrəli qərarındakı hüquqi mövqeyə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ordu sıralarından ehtiyata buraxılmışdır. Nəzərə almaq lazımdır ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2016-cı il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, xx.xx.2021-ci il tarixli Fərmanla qanunvericiliyə əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, həmin normaların hazırkı mübahisəyə münasibə tdə tətbiqinin mümkünlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri və qeyd edilən normaların iddiaçının hüquqi statusuna təsiri nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan xx.xx.2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz. Belə olan halda, iddiaçının hüquqi stat usu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməlidir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Elvin Əliyev) 15 oktyabr 2024- cü il tarixli, 2-1(103)-3021/2024 nömrəli qərarı ilə cavabd ehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanı (həmin Fərmana Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli, 1476 nömrəli Fərmanı ilə yeni məzmunda 31-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir)
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılsın. 3-1 (xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir). Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzər də tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2 (xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir). Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3 (xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir). Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətl ərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əs aslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KA SSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübu tların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
22. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublik ası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsinə nail olmaqdan ibarətdir.
23. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının, apellyasiya və kassasiya şikayətlərinin əsası ondan ibarətdir ki, iddiaçının Azərbaycan Ordusu sıralarında ümumi xidmət müddəti (xx.xx.1994-xx.xx.2016) 22 il 6 ay, Bakı Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 3 il sınaq müddəti müəyyən edilməklə təyin olunmuş şərti cəzaya əsasən məhkumluq müddəti 3 il təşkil edir. İddiaçının ümumi xidmət müddətindən məhkumluq müddəti çıxıldıqdan sonra qalan xidmət müddəti 20 təqvim ilindən az olduğu üçün onun sözügedən Fərmana əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunması mümkün deyildir. 2
4. İddianı təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-357/2022 nömrəli qərarındakı hüquqi mövqeyə istinadən hesab etmişdir ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2016-cı il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, xx.xx.2021-ci il tarixli Fərmanla qanunvericiliyə əlavə edilmişdir. Bu baxımdan xx.xx.2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi və ziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz. Belə olan halda, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməlidir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin həmin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlər üzrə kassasiya instansiyası məhkəməsinin mövqeyi əvvəllər ondan ibarət olmuşdur k i, xx.xx.2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə).
26. Lakin sonradan kassasiya instansiyası məhkəməsi tərəfindən sözügedən mövqeyə yenidən baxılmış və həmin məsələyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2277/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-120/2025 qərarlarında yeni hüquqi mövqe ifadə olunmuşdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (102)-2277/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)120/2025 qərarları).
27. Belə ki, “qüsursuz xidmət” müddəti anlayışı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanının ilkin redaksiyasında nəzərdə tutulmuşdur. Sözügedən Fərmana xx.xx.2021-ci il tarixli, 1476 nömrəli Fərmanla əlavələr olunanadək məzmun baxımından həmin anlayış qeyri-dəqiq və qeyri-müəyyən olmuş, öz növbəsində inzibati orqan da “qüsursuz xidmət” müddəti anlayışını tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışı təfsir etməli və həmin anlayışın təfsiri əsasında qərar qəbul etməli olmuşdur.
28. Məhkəmə kollegiyası hesab edir ki, “qüsursuz xidmət” müddəti anlayışı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanında əvvəlcədən mövcud olduğunda n, həmin Fərmana xx.xx.2021-ci il tarixli, 1476 nömrəli Fərmanla əlavə edilmiş “qüsursuz xidmət” müddəti anlayışı ilə bağlı əlavələr yeni normativ tənzimləmələrin qanunvericiliyə gətirilməsi kimi deyil, əksinə qanunvericilikdə mövcud olan “qüsursuz xidmət” müddəti anlayışının məzmununu açıqlayıcı (dəqiqləşdirici) mahiyyətdə olmuşdur. Sözügedən əlavələr “qüsursuz xidmət” müddəti anlayışının məzmununu dəyişməmiş, şərhedici xarakterli normalar olmuşdur.
29. Şərhedici norma mövcud hüquqi normanın məzmununu dəqiqləşdirir və həmişə əslində malik olduğu hesab edilən mənasını bəyan etməyə kömək edir. Başqa sözlə, şərhedici norma dəqiqləşdirmə aparmaqla izah edilən normanın əvvəldən hansı mənaya gəldiyini bəyan edir, qəbul edildiyi andan etibarən necə başa düşülməli olduğunu aydınlaşdırır və buna g örə də, izah edilən norma mövcud olduğu tarixdən etibarən sonradan dəqiqləşdirilmiş məzmunda tətbiq edilmə keyfiyyətinə malik olur.
30. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına xx.xx.2021-ci il tarixli, 1476 nömrəli Fərmanla əlavə edilmiş 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr “qüsursuz xidmət” müddəti anlayışının qəbul edildiyi xx.xx.2011-ci il tarixdə nəzərdə tutulan mənanı bəyan etmişdir.
31. Nəticədə, şərhedici normanın zamana görə tətbiq edilməsi ilə yeni hüquq normasının zamana görə tətbiqi fərqlənir. Şərhedici norma izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiq edilir. Başqa sözlə, təbii olaraq “geriyə” tətbiq ediləndir. Yeni hüquq norması isə şəxsin hüquqi vəziyyətini ağırlaşdırd ıqda, geriyə şamil edilə bilmir, amma şəxsin hüquqi vəziyyətini yüngülləşdirdikdə qüvvəsi geriyə şamil edilə bilər.
32. Buna görə də, yeni hüquq norması ilə bağlı tətbiq olunan şəxsin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməməsi və ya şəxsin hüquqi vəziyyətini yüngülləşdirən normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməsi ilə bağlı Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş müddəa Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına xx.xx.2021-ci il tarixli, 1476 nömrəli Fərmanla əlavə edilmiş “qüsursuz xidmət” müddəti anlayışının təfsiri ilə bağlı 3-1-ci, 3-2-ci və 3-3-cü hissələrə tətbiq edilə bilməz.
33. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ic raedici və ya qanunverici orqan tərəfindən normativ hüquqi aktın və ya onun müəyyən müddəalarının şərhedici xarakterli normalar kimi qanunvericiliyə daxil edilməsi, həmin normaların məhkəmə tərəfindən müstəqil şəkildə şərhedici norma, yaxud yeni norma kimi qiymətləndərilməsinə mane olmur.
34. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, şərhedici normaların izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiqi hüququn aliliyi və hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil etməməli, şəxsin hüquq və azadlıqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamalıdır.
35. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına xx.xx.2021-ci il tarixli, 1476 nömrəli Fərmanla əlavə edilmiş “ qüsursuz xidmət” müddəti anlayışının məzmununu dəqiqləşdirən 3-1-ci, 3-2-ci və 3-3-cü hissələrin hazırkı işə tətbiqini istisna edən hər hansı bir əsas yoxdur.
36. İş üzrə materiallardan görünür ki, iddiaçının inzibati orqana və məhkəməyə müraciət etdiyi tarix “qüsursuz xidmət” müddəti anlayışını dəqiqləşdirən xx.xx.2021-ci il tarixli, 1476 nömrəli Fərmanın qanuni qüvvəyə mindiyi tarixdən sonra olmuşdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2021-ci il tarixli, 1476 nömrəli Fərmanın qanuni qüvvəyə mindiyi tarixədək “qüsursuz xidmət” müddəti anlayışının məzmununu müəyyən etməklə bağlı inzibati orqanların qiymətləndirmə azadlığı olmuşdur. Məhkəmələr də müvafiq olaraq belə mübahisələrə baxarkən hər bir konkret halda inzibati orqan tərəfindən sözügedən qiymətləndirmə azadlığından obyekti v meyarlara əsaslanmaqla istifadə olunub-olunmadığına qiymət vermişlər. Lakin xx.xx.2021-ci il tarixli, 1476 nömrəli Fərmanla edilən dəyişikliklərdən sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanında “qüsursuz xidmət” müddəti anlayışı üçün müəyyən edilmiş meyarlara uyğun yoxlanılma aparılmalıdır.
38. Hazırkı mübahisəyə dair işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 1994-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində 22 il 6 ay təqvim ili həqiqi hərbi xidmət keçmiş, hərbi xidmət dövründə Bakı Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, 3 il sınaq müddəti təyin edilmək lə cəza şərti olaraq tətbiq edilmiş və sınaq müddəti xx.xx.2011-ci il tarixdə başa çatmışdır.
39. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına xx.xx.2021-ci il tarixli, 1476 nömrəli Fərmanla edilmiş əlavələrə görə, iddiaçının 22 il 6 ay ümumi xidməti müddətindən 3 illik məhkumluq müddəti çıxıldıqda onun Azərbaycan Ordusunda xidmət müddətinin 20 təqvim ilindən az olduğu müəyyən edilir. Belə olan halda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanında təsbit olunmuş şərtlər iddiaçıya münasibətdə ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
40. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən halları, həmçinin kassasiya instansiyası məhkəməsi tərəfindən analoji faktlara əsasla nan oxşar işlər üzrə formalaşdırılmış hazırkı məhkəmə təcrübəsini nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
41. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.
42. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3021/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia r