Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-541/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçı x1 vəkili Əhmədov Vüqar Nəcəf oğlunun iştirakları ilə, İddiaçılar x1 və x2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: x3 və x4) “qeydiyyat vəsiqəsinin x3 aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 oktyabr tarixli 2-1(103)-2516/2018 nömrəli qərarından iddiaçı x1 tərəfindən v erilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Üçüncü şəxs x3 1997-ci il 16 oktyabr tarixli alğı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında 634 kv.m ərazidə yerləşən fərdi yaşayış evinin x5 aid olan 1/3 hissəsinə mülkiyyət hüququ əldə etmiş, daha sonra o, 2010-cü il 13 iyul tarixli bağışlama müqaviləsinə əsasən fərdi yaşayış evinin 1/3 hissəsini üçüncü şəxs x4 bağışlamışdır. Fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə x4 (1/3 hissədə), x1 (1/3 hissədə) və x2 (1/3 hissədə) adlarına 2010-cu il 12 avqust tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı zamanı buraxı lmış texniki səhvlərin düzəldilməsini xahiş etmişlər. Cavabdeh 2017-ci il 24 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Bakı şəhəri 3 saylı 41 Dövlət Notariat Kontorunda təsdiq edilmiş 4Ə-571 reyestr nömrəli, 2010-cu il 13 iyul tarixli bağışlama müqaviləsinə əsasən qeyd olunan fərdi yaşayış evinin 1/3 hissəsi x4nun adına qeydiyyatdan keçmişdir. x4 tərəfindən qeydiyyat zamanı yol verilmiş texniki səhvlərin düzəldilməsi ilə bağlı müraciət ediləcəyi təqdirdə həmin müraciət üzrə qaldırılan məsələyə təkrar baxıla bilər. İddiaçılar 2017-ci il 1 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş 1997-ci il 13 noyabr tarixdə yeni qeydiyyat vəsiqəs inin, 2010-cu il 13 iyul tarixli 41 saylı dövlət notariat kontorunda təsdiq edilmiş bağışlama müqaviləsinin x3nın “1/3 hissə payı” hissəsində və ********** qeydiyyat nömrəli, 2010-cu il 12 avqust qeydiyyat tarixli reyestrdən çıxarışın x4nun “1/3 hissə payı” hissəsində etibarsız hesab edilməsi və x4nun payı “143,9 kv.m torpaq sahəsi, yaşayış sahəsi isə 32,3 və 12,7 kv.m, 2 otaq” kimi, onların payının isə “ikisinə birlikdə 500,0 kv.m torpaq sahəsi və üzərində dövlət qeydiyyatına alınmış evin yerdə qalan hissəsi” kimi göstərilməsi və onların paylarının naturada x4nun payından ayrılaraq, paylarına uyğun x4nun adı göstərilmədən ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1997-ci il 13 noyabr tarixli, MH seriyalı 130220 saylı qeydiyyat vəsiqəsinin x3na aid hissədə ləğv olunmasını xahiş etmişlər. İddiaçıların əsaslandırmaları: İddianın əsaslarına görə, 1985-ci il 28 avqust tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/3 hissədə x2, 1/3 hissədə x1 və 1/3 hissədə x5 paylı mülkiyyətdə olmuşdur. Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 1997-ci il 20 sentyabr tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə x5 sözügedən evin yaşayış sahəsi 32,3 kv.m və 12,7 kv.m olan 2 otaqlı “A” yaşayış sahəsinə münasibətdə x5 vərəsəsi tanınmışdır. Qeyd olunan şəhadətnamə əsasında x5n ın miras əmlak üzərində mülkiyyət hüququ tanınmışdır. Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunda 1997-ci il 16 oktyabr tarixində təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən x5 evin ona aid yaşayış sahəsi 32,3 kv.m və 12,7 kv.m olan 2 otaqlı “A” yaşayış sahəsini x3na satmışdır. Bununla bağlı olaraq evin digər mülkiyyətçiləri iddiaçılar notariat qaydasında təsdiq edilmiş ərizələr yazaraq, tərkibinə 2 otağın, mətbəxin, saxlancın daxil olduğu A tikilisinin, habelə həmin tikiliyə bitişik olan qaraj və anbarın satılmasına etiraz etmədiklərini bildirmişlər. 1997-ci il 16 oktyabr tarixli alğı-satqı müqaviləsi əsasında yaşayış evinə dair 1997-ci il 13 noyabr tarixində yeni qeydiyyat vəsiqəsi tərtib olunmuş, lakin həmin qeydiyyat vəsiqəsində alğı-satqı müqaviləsindən fərqli olaraq x3nın payı 1 /3 hissə şəklində qeyd olunmuşdur. Halbuki, 1997-ci il 16 oktyabr tarixli alğı-satqı müqaviləsi ilə evin 1/3 hissəsi deyil, yalnız yaşayış sahəsi 32,3 kv.m və 12,7 kv.m olan 2 otağı satılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 yanvar tarixli2-1(82)602/2018 nömrəli qərardadı ilə x3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 24 may tarixli2-1(82)-602/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1997-ci il 13 noyabr tarixli, MH seriyalı 130220 saylı qeydiyyat vəsiqəsinin x3na aid hissədə ləğv olunmuşdur. Birinci instansiya məhk əməsi hesab etmişdir ki, cavabdeh alğı-satqı müqaviləsi üzrə əldə edilmiş hüququn deyil, ilkin qeydiyyat vəsiqəsində edilən məlumatları əsas götürərək hüquqların dövlət qeydiyyatı zamanı səhvə yol vermişdir. Üçüncü şəxs və icraata cəlb olunmamış x4 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 oktyabr tarixli 2-1(103)-2516/2018 nömrəli qərardadı ilə x4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 oktyabr tarixli 2-1(103)-2516/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evinin 1/3 hissəsi qanuni əsaslarla x4nun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu zaman cavabdeh dövlət qeydiyyatı apararkən heç bir texniki səhvlərə yol verməmişdir. İddiaçı x1 həmin qərardan 2018-ci il 10 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə - İPM) 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan s onra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (68.2). Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 16.1-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının 60, 70, 125, 127-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı x1 və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Digər iddiaçı x2, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: İddiaçı x2nın, cavabdehin və üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi g östərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 52-ci maddəsinin tələbinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası k imi qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 634 kv.m olan fərdi yaşayış evinin 1/3 hissəsi qanuni əsaslarla x4nun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu zaman qeydiyyat orqanı olan cavabdeh dövlət qeydiyyatı apararkən heç bir texniki səhvlərə yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni işin həqiqi hallarına uyğun əsaslandırmamış, mübahisəni iddia tələbinə uyğun həll etməmişdir. Belə ki, iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1997-ci il 13 noyabr tarixli, MH seriyalı 130220 saylı qeydiyyat vəsiqəsinin x3na aid hissədə ləğv olun masını xahiş etmişlər. Göründüyü kimi, iddiaçılar x4nun adına aparılmış qeydiyyatdan əvvəl digər üçüncü şəxsin - x3nın adına aparılmış qeydi mübahisələndirmiş, MH seriyalı 130220 saylı qeydiyyat vəsiqəsinin x3na aid hissədə ləğv olunmasını tələb etmişlər. Apellyasiya instansiyası məhkəməsi də mübahisəni həmin iddia tələbi hüdudlarında həll etməli, iş üzrə sübutları həmin tələbə münasibətdə araşdırmalı və qiymətləndirməli idi. İPM-in 12.1-ci, 52-ci və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual norma ların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 oktyabr tarixli 2-1(103)-2516/2018 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-541/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-541/2019
12.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver