Məhkəmə qərarları › İş №2-1(102)-541/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-541/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-541/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; dəmir-beton boruların boruçəkənləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (hüquq varisi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 oktyabr tarixli, 2-1(103)-1503/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

2. Cavabdeh 2017-ci il 14 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında’' Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq olunan siyahı üzrə çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından onun güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmır. Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığından, onun güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmadığından, bu əsasla pensiyasının təyin edilməsinin mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2018-ci il 04 yanvar tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı əmək fəa liyyətinə 1974-cü ildən başlamış, uzun müddət ərzində müxtəlif müəssisələrdə işləmiş və bu dövrün bir hissəsində boru quraşdırıcısı vəzifəsində çalışmışdır. Ümumi iş stajı 40 ildən artıqdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı o, cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinada hüququn yaranmadığı qeyd olunmuşdur. O, bu imtina ilə razılaşmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların sosial sığorta stajı məhkəmə qayda sında müəyyən olunur. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 04 iyul tarixli, 2-1(82)981/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 67-ci maddəsinə müvafiq olaraq iddiaçının 2006-cı il 01 yanvar tarixədək 12 il 6 aydan çox əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı və 25 ildən a rtıq ümumi iş stajı olduğundan onun həmin Qanunun tələblərinə uyğun olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)281/19 saylı, 2019-cu il 06 fevral tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 04 iyul tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansi yası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1725/2019 saylı 11 iyun 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 06 fevral qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

13. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qəbul edərkən işə cəlb etdiyi mütəxəssis rəyinə əsaslansa da, həmin rəy qüsurludur və qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin rəydə göstərilmişdir ki, iddiaçının 1974-1977-ci illərdə işlədiyi rəngsaz və suvaqçı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zə rərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının “Ümumi peşələr” Bölməsində müvafiq olaraq 2290100a-13450 və 2290100a-19727 şifrələrində göstərildiyindən iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarında olan əmək kitabçasına görə, iddiaçı qeyd edilən peşələrdə Leninqrad İcraiyyə Komitəsinin Baş Leninqrad Tikinti İdarəsinin 5 saylı Trestində işləmişdir ki, mütəxəssisin istinad etdiyi 2 No-li Siyahıda isə bu peşələr, yalnız Metropoliten, yer qurğularının tikintisi və təmiri üzər yeraltı işlərdə icra olunarsa, zərərli peşə sayılır. Qeyd olunmuşdur ki, işçinin peşəsinin müvafiq Siyahılarda nəzərdə tutulma sını müəyyən etmək üçün həmin peşənin Siyahıda göstərilməsi kifayət deyil, bu peşəyə müvafiq sahə də uyğun gəlməlidir. Eyni peşə bir neçə sahədə və ya iş şəraitində icra oluna bilər, lakin onun zərərli olması Siyahılarda göstərilən sahəyə və ya iş şəraitinə uyğun olmalıdır. Lakin araşdırılan qərara əsasən, apellyasiya instansiya məhkəməsi bu hallara lazımi diqqət yetirməmişdir. Belə olan halda, işin yenidən apellyasiya instansiya məhkəməsində araşdırması zərurəti yaranmışdır. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)2478/2019 saylı 2019-cu il 13 sentyabr tarixli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyin at İdarəsi ilə əvəz edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)2478/2019 saylı, 2019-cu il 10 oktyabr tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 04 iyul tarixli qərarının dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. d. kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)230/2020 saylı 2020-ci il 24 iyun tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 10 oktyabr qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün ap ellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

19. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, işin halları bu nəticəyə gəlməyə əsas verən dərəcədə aydınlaşdırılmamışdır. Çünki iddiaçının işlədiyi boruçəkən peşəsi 2 №-li Siyahıda və 2007-ci ildə təsdiqlənmiş Siyahıda göstərilən işlərlə tutuşdurulduqda görünmüşdür ki, siyahılarda boruçəkən peşəsinin adı çəkilir. Lakin bütün boruçəkənlər deyil, «sənaye dəmir-beton borularının boruçəkənləri» zərərli peşə sayılır. Bu halda işin düzgün həlli üçün iddiaçının Qafqaz enerjimontaj idarəsində 1982-ci il 11 yanvar tarixdən 1991-ci il 06 may tarixə kimi boruçu işləyərkən məhz sənaye dəmir-beton borularını çəkməsi müəyyən olunmalı idi. Məhkəmə iddiaçının iş yeri olaraq Azərbaycan Respublikası «xxxx» Açıq Səhmdar Cəmiyyətinin 2019-cu il 05 okt yabr tarixli, 16/k saylı məktubunu əlavə etmişdir. Həmin məktubda göstərilmişdir ki, Nazirlər Kabinetinin 12 saylı 2007-ci il 23 yanvar tarixli qərarına əsasən iddiaçı işlədiyi sahələr zərərli olduğu üçün güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ var. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu arayış, iddiaçının boruçu işlədiyi dövrün güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən staj kimi qəbul olunması üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Çünki əvvəla, həmin arayışda iddiaçının boruçu kimi icra etdiyi işi «sənaye dəmir-beton borularının çəkilməsi» kimi xarakterizə etməyə əsas verən məlumatlar qeyd olunmamış, çəkilən boruların dəmir borular və ya dəmir-beton boruların olması əksini tapmamışdır. Arayışda «iddiaçının işlədiyi sahələrin zərərli olduğu üçün güzəştli şərtlərlə t əqaüd almaq hüququ daşıması» göstərilsə də, bu mövqe əsaslandırılmamış, iddiaçının işlədiyi peşənin 2007-ci ildə təsdiq olunmuş Siyahıda hansı sahədə əksini tapması konkret göstərilməmişdir. Bundan başqa, arayışda iddiaçının işlədiyi quraşdırıcı çilingər peşəsinin də zərərli peşə olduğu göstərilmişdir. Halbuki, həmin peşə Siyahılarda əksini tapmamışdır. Bundan əlavə, arayışda iddiaçıya 1991-ci il 26 may tarixdə müəssisənin 36A saylı əmrinə əsasən qazla kəsmək üçün 5-ci dərəcə texnoloji boru kəmərlərinin quraşdırılması dərəcəsinin verildiyi göstərilir. «Qazla kəsmək» üsulunun dəmir borularının quraşdırılmasında tətbiq olunan üsul olması bəllidir. İddiaçıya bu işə görə dərəcənin verilməsi daha çox onun dəmir boruların quraşdırılması ilə məşğul olduğu barədə nəticəyə gəlməyə əsas verir. Lakin dəmir-beton borularının quraşdırılmasında da bu üsulun tətbiq olunması barədə hər hansı sübut yoxdur. Bu hallar məhkəmədən əlavə araşdırma aparılmasını, iddiaçının əmək funksiyasına «sənaye dəmir-beton borularının çəkilməsi» və ya dəmir boruların çəkilməsinin aid olmasını müəyyən etməyi tələb etmişdir. e. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 9 sentyabr tarixli, 2-1(103)-1503/2020 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 oktyabr tarixli, 2-1(103)-1503/2020 nömrəli q ərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə qərarına əsasən iddiaçının 1980-2002, 2002-2004, 2006, 2016-2017-ci işlərdə çalışdığı işlər Nazirlər Kabinetinin müvafiq siyahılarındakı bina, qurğu və di gər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində sənaye dəmir beton borularının boruçəkənləri peşəsinə uyğun gəlmişdir. Beləliklə, İddiaçının işlədiyi peşələrin məhkəmənin istinad etdiyi koda uyğun gəlməsi üçün İddiaçının işlədiyi iş yerləri bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində sahəsindəki fəaliyyətlə məşğul olmalı idi. Lakin məhkəmə tərəfindən həmin idarələrin tam olaraq hansı fəaliyyətlə məşğul olması araşdırılmamış, onların nizamnamələrinə baxış keçirilməmiş, fəaliyyət istiqamətləri müəyyənləşdirilməmişdir. Həmçinin, İddiaçı həmin sahələrdə məhz sənaye dəmir beton borularının boruçəkəni olaraq işləmiş olmalı idi. Məhkəmə qeyd olunan uyğunlaşdırılmanın aparılması üçün Azərbaycan Respublikası “xxxx” ASC tərəfindən K-25 saylı, 2020-ci il 08 oktyabr tarixli məktuba istinad etmişdir. Cavabdeh həmin məktubu etibarlı mənbə kimi hesab etməmişdir. Belə ki, məktubda İddiaçının 1982-ci il 11 yanvar tarixdən 1991-ci il 06 may tarixə qədər, həmçinin 2002-ci il 25 iyul tarixə qədər boruçəkən işlədiyi və həmin peşənin güzəştli şərtlərlə pensiya hüququ verən siyahılardakı peşələrlə uyğunluq təşkil etdiyi qeyd olunmuşdur. Halbuki, İddiaçının əmək kitabçasından məlum olmuşdur ki, o, 1982-1991-ci illərdə çilingər, 2002-ci il 25 iyul tarixə qədər isə montajçı olmuşdur. Beləliklə, İddiaçının 57 yaşının tamam olduğu 2013-cü il tarixinədək 12 il 6 ay güzəştli iş stajını toplamış olması iş materialları ilə öz təsdiqini tapmamışdır. kassasiya şikayətinə etirazın dəlilləri

25. İddiaçı ka ssasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, kassasiya şikayətində heç bir maddi və prosessual hüquq normalarına istinad edilməmişdir. Halbuki İPM-nin 91-ci maddəsinə görə, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin göstərişlərinin məcburiliyini nəzərə alan apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası “xxxx” ASC 2020-ci il 08 oktyabr tarixli arayışda bildirmişdir ki, iddiaçının işlədiyi müəssisələr dəmir-beton boruların quraşdırılması sahəsində fəaliyyət göstərmiş, işlədiyi “boruçu” peşəsi ona güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxmaq üçün əsas verir. Çünki, həm in peşə zərərli peşənin funksiyası ilə eynilik təşkil edir. Həmçinin kassasiya şikayətində iddiaçının zərərli sahədə 12 il 6 ay işləməsinin təsdiq olunmaması göstərilsə də, bu hallar iddiaçının əmək kitabçasında və işdə olan digər sübutlarla öz təsdiqini tapmışdır. Borular çəkilərkən qazdan istifadə olunur və onu kəsərkən kimyəvi maddələrin orqanizmə düşməsi qaçılmazdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

26. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

27. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

29. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veri lmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 33. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinin t ələbindən göründüyü kimi, 1956-cı il 27 oktyabr tarixdə doğulmuş iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iddiaçının 2013-cü il 27 oktyabr tarixə qədər azı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajı olmalıdır.

34. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1974-cü ildən əmək fəaliyyətinə başlamış və 57 yaşının tamam olduğu tarixədək 25 ildən artıq ümumi stajı olmuşdur.

35. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahıda “2290000a-19233-sənaye dəmir-beton borularının boruçəkənləri” və Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda “29. Bina, qur ğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri – a) fəhlələr – sənaye dəmir-beton borularının boruçəkənləri” peşəsinin funksiyalarına uyğun olub-olmaması ilə bağlıdır.

36. Cavabdehin dəlilini əsassız hesab edən məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə edilmiş mövqeyinə uyğun olaraq qeyd edir ki, əgər iddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.

37. İşə apellyasiya instansiyası məhkəməsində təkrar baxılarkən iddiaçının işlədiyi müəssisənin fəaliyyət istiqamətlərinin müəyyən edilməsi üçün nizamnaməsinin, bu müəssisənin dəmir-beton quraşdırılması sahəsində fəaliyyət göstərib-göstərməməsi barədə məlumatın, eyni zamanda iddiaçının 1982-ci il 11 yanvar tarixdən 1991-ci il 6 may tarixədək işlədiyi boruçu peşəsinin funk siyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahıda “2290000a-19233-sənaye dəmir-beton borularının boruçəkənləri” və Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri – a) fəhlələr – sənaye dəmir-beton borularının boruçəkənləri” peşəsinin funksiyalarına uyğun olub-olmaması barədə arayışın təqdim edilməsi məqsədilə 10 sentyabr və 01 oktyabr 2020-ci il tarixlərdə “xxxx” ASC-yə məhkəmə sorğuları göndərilmişdir. Eyni məzmunlu sorğu başqa dövrlə bağlı “xxxx” Mühəndislik, Tikinti, Quraşdırma, Emalat Müəssisəsinə də verilmişdir.

38. Məhkəmə sorğularına cavab olaraq “xxxx” ASC tərəfindən K-25 saylı 2020-ci il 8 oktyabr tarixli məktubla bildirilmişdir ki, Qafqazenerjiquraşdırma TREST-nin nəzdində olan idarələrin fəaliyyət növü elektrik və hidroelektrik stansiyalarının tikintisində metal konstruksiyaların, dəmir və dəmir-beton borularının quraşdırılmasından ibarətdir. Abşeron Quraşdırma İdarəsinin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmışdır (əmr 24/k 01.10.2001-ci il). İddiaçı, həqiqətən də, sorğuda göstərilən 1982-ci il 11 yanvar tarixdən 1991-ci il 6 may tarixədək dəmir-beton borularının boruçəkəni peşəsi üzrə fəaliyyət göstərmişdir. Həmçinin, o, 2002-ci il 25 iyuladək dəmir-beton borularının boruçəkəni peşəsində çalışmış, həmin tarixdən öz xahişi ilə işdən azad edilmişdir. İşlədiyi həmin dövrdə İddiaçı iş fəaliyyəti Mingəçevir Elektrik Stansiyasında y enidən qurulma işlərindən, dəmir-beton boruların quraşdırılmasından, Qazanxanalarda təmir işlərinin aparılmasından və dəmir-beton boruların kimyəvi maddələrlə təmizlənməsindən ibarət olmuşdur. Sumqayıt Elektrik Stansiyasında dəmir-beton boru xəttinin quraşdırılmasında, Şimal Elektrik Stansiyasında dənizdən D-1200 mm diametrində dəmir borularla stansiyaya soyuq su vermək üçün, dəmir-beton üzərində nasosların quraşdırılmasında fəaliyyət göstərmişdir. İddiaçı işlədiyi boruçu peşəsinin funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda «29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - a) fəhlələr - sənaye dəmir-beton borularının boruçəkənləri» peşəsinin funksiya ları ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına (fəsil 29) əsasən işlədiyi sahələr zərərli olduğu üçün güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ daşıyır. İşlədiyi sahə zərərli olduğu üçün İddiaçı gündəlik olaraq süd məhsulları verilmiş və hər il əmək məzuniyyətinə gedərkən ona əlavə məzuniyyət hesablanmışdır.

39. Eyni zamanda, “xxxx” Mühəndislik, Tikinti, Quraşdırma, Emalat Müəssisəsi məhkəmə sorğusuna münasibətdə AZF-2020/471/L saylı 2020-ci il 14 oktyabr tarixli məktubla bildirmişdir ki, xxxx BM X2 aid olan layihələr üzrə podratçı müəssisə olaraq dəmir-beton quraşdırılması sahəsində də fəaliyyət göstərir. İddiaçı 2002-ci il 05 avqust tarixdən 2004-cü il 01 noyabr tarixə kimi X1 Azf-058 layihəsində boruçu peşəsində 0 2 il, 02 ay, 27 gün, 2006-cı il 13 mart tarixdən 2006-cı il 13 sentyabr tarixə kimi X1 Azf067 layihəsində boruçu peşəsində 06 ay 01 gün işləmişdir. Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş a) fəhlələr - sənaye dəmir-beton borularının boruçəkənləri» bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.

40. Cavabdehin şikayətin dəlili kimi qeyd edir ki, məhkəmənin istinad etdiyi məktub da İddiaçının 1982-ci il 11 yanvar tarixdən 1991-ci il 06 may tarixə qədər, həmçinin 2002-ci il 25 iyul tarixə qədər boruçəkən işlədiyi və həmin peşənin güzəştli şərtlərlə pensiya hüququ verən siyahılardakı peşələrlə uyğunluq təşkil etdiyi qeyd olunmuşdur. Halbuki, iddiaçının əmək kitabçasından məlum olmuşdur ki, o, 19821991-ci illərdə çilingər, 2002-ci il 25 iyul tarixə qədər isə montajçı olmuşdur.

41. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçının əmək kitabçasının məlumatlarından göründüyü kimi, iddiaçı 1980-ci il 12 dekabr tarixdən Abşeron montaj idarəsinin Mingəçevir m/sahəsinə çilingər vəzifəsinə qəbul edilsə də, 1982-ci il 11 yanvar tarixdən ona 4-cü dərəcəli boruçu, 1991-ci il 26 may tarixdən isə 5-ci dərəcəli texnoloji boruların montajçısı (qu raşdırıcısı) dərəcəsi verilmiş, 2002-ci il 25 iyul tarixdə öz xahişi ilə vəzifədən azad edilmişdir. Bundan əlavə, iddiaçı 2002-ci il 5 avqust tarixdən 2004-cü il 1 noyabr tarixədək “xxxx” Birgə Müəssisəsində boruçu peşəsi üzrə, 2004-cü il 4 noyabr tarixdən 2006-cı il 9 mart tarixədək “xxxx” ASC-də boru quraşdırıcısı vəzifəsində işləmişdir.

42. Beləliklə, iddiaçının işlədiyi müəssisələrin fəaliyyət istiqaməti və iddiaçının icra etdiyi vəzifələrin funksional təyinatı nəzərə alındıqda həmin işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda «29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - a) fəhlələr - sənaye dəmir-beton borularının boruçəkənləri» peşəsinin funksiy aları ilə eynilik təşkil etdiyi qəbul edilməlidir.

43. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 oktyabr tarixli, 2-1(103)-1503/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar