Məhkəmə qərarları › İş №2-1(102)-541/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-541/2023

10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-541/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hündürmərtəbəli mənzilə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1954-cü il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2722/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 17 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Evin ümumi sahəsi 154.7 kv.m, yaşayış sahəsi 102.3 kv.m, yardımçı sahə 52.4 kv.m, yaşayış otaqlarının sayı 4 olmuşdur. Çıxarışda tikilinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olduğu, iddiaçının istifadəsində olan torpaq sahəsinin 0,01983 ha olduğu qeyd edilmişdir.

2. İddiaçı xx.xx.2018-ci il tarixli ərizə ilə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan yaşayış evinin sökülüb yenidən tikintisinə icazə verilməsini xahiş etmişdir.

3. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan Rasim Muxtarov küçəsi, 17 saylı evin (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ******* nömrəli çıxarış) sökülüb yenidən tikilməsi ilə bağlı müraciətinə baxılmışdır. 01 yanvar 2013-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq inşa edilməsi təklif olunan yeni evinin təqdim olunmuş fərdi layihə əsasında yenidən tikintisinə etiraz edilmədiyi, lakin bununla yanaşı tikinti zamanı razılaşdırılmış layihədən kənara çıxma halları aşkar olunarsa, inşaat işlərinin dayandırılacağı bildirilmişdir.

4. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökərək yeni 7 mərtəbəli ev inşa etmiş və yeni ev üzərində mülkiyyət hüququnun qeydə alınması və layihəyə uyğun texniki pasportun verilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, ünvan 2 ünva nında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi sökülmüş, yerində zirzəmili, mansard mərtəbəsi olan 7 mərtəbəli yeni tikili inşa edilmişdir. Tikilinin təmir-inşası tam başa çatdırılmamış, qapıları, pəncərələri qoyulmamış, yaşayışa yararsız vəziyyətdə olduğu aşkar olunmuşdur. Həmçinin yeni inşa edilən tikilinin bir hissəsinin texniki pasportunda qeyd edilən torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilən əlavə torpaq sahəsinə və üzərində inşa edilən ti kiliyə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı iddia ərizəsi ilə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini sökərək yerində inşa etdiyi yeni fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən dövlət qeydiyyatına alınaraq bununla bağlı texniki pasportun tərtib edilməsi, habelə hüquqların dövlət qeydiyyatına alınması haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Rasim Muxtarov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin yaşayış evi köhnələrək yaşayışa tam yararsız olduğundan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək qeyd olunan evin sökülüb yerində yeni evin inşa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli məktubu ilə yeni evin inşa edilməsinə icazə verilmişdir. Müvafiq icazəni aldıqdan sonra qeyd olunan fərdi yaşayış evini sökərək yerində layihəyə uyğun olaraq zirzəmili, ümumilikdə 7 mərtəbəli yeni fərdi yaşayış evi inşa etmişdir. Bu səbəbdən də inşa etdiyi fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, layihəyə uyğun texniki pasportun tərtib edilməsini və çıxarış ın verilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli məktubla binanın təmirinin başa çatmaması, qapı və pəncərələrin olmamasını əsas gətirərək daşınmaz əmlaka dair hüquqların qeydiyyatından imtina etmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasları görə iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş sənəd-tikinti obyektinin istismarına icazə sənədi, tikintinin inşa edildiyi əlavə torpaq sahəsinə hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən ərizənin təmin edilməsindən imtina qanuni və əsaslı olmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 2 1 aprel 2022-ci il tarixli, 21(112)-4934/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökərək yerində inşa etdiyi yeni fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən dövlət qeydiyyatına alınaraq bununla bağlı texniki pasportun tərtib edilməsi və hüquqların dövlət qeydiyyatına alınması haqqında dövlət reyestrindən çıxarışın verilməsini tələb etsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həm tikilinin inşa edildiyi torpaq sahəsinə, həm də tikiliyə aid sənədləri (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi ba rədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə və s.) cavabdeh inzibati orqana və məhkəməyə təqdim edə bilmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı hesab edilmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər V.Ə.Baxışova /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov və V.M.Məmmədov) 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2722/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-4934/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyas iya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin tələblərini nəzərə almamışdır.

16. İddiaçı özünə yaşayış sahəsi inşa edərkən bu barədə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmişdir və bu müraciətə icra hakimiyyəti tərəfindən ona ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubla mülkiyyətində olan Rasim Muxtarov küçəsi, 17 saylı evin (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tar ixli, ******* nömrəli çıxarış) sökülüb yenidən tikilməsi ilə bağlı etiraz edilməmiş, tikinti zamanı razılaşdırılmış layihədən kənara çıxma hallarının aşkar olunacağı təqdirdə inşaat işlərinin dayandırılacağı, inzibati Xətalar Məcəlləsinin 194cü maddəsinə, həmçinin qüvvədə olan qanunvericiliyin digər tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.

17. İddiaçı da Nərimanov Rayon İcra Hakimiyyətinin həmin yazılı cavabına əsasən qeyd edilən ünvandakı fərdi yaşayış evini yenidən inşa etdirmiş və həmin evin inşası zamanı ona heç bir irad bildirilməmiş və hər hansı tədbir görülməmişdir. Göründüyü kimi icra hakimiyyətinin qeyd edilən yazılı cavabına və tikinti müddətində hər hansı etiraz edilməməsinə etimad edərək yaşayış evinin inşasını başa çatdırmışdır. İndiki halda isə hə min evin sənədləşdirilməsindən imtina edilməsi onun hüquqlarını kobud şəkildə pozur.

18. Məhkəmə qərarında qeyd edilir ki, “icazənin forma və məzmunu qanunvericiyə uyğun tərtib edilməmişdir”. Göründüyü kimi, icra strukturuna aid bir orqan tikilinin yenidən inşa edilməsinə yazılı razılıq verərək etiraz etmədiyini bildirir, digər icra qurumu isə həmin razılığın qanunvericiliyə uyğun verilmədiyi bəhanəsi ilə iddiaçının hüquqlarını qeydiyyata almaqdan imtina edir. Halbuki hər iki icra strukturu yekun olaraq eyni siyasəti həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bir icra qurumunun icaz əni müəyyən edilmiş forma və məzmuna uyğun verməməsi səbəbindən digər icra qurumu tərəfindən hüquqların qeydiyyata alınmaması Konstitusiya ilə qorunan hüquqlarımın kobud surətdə pozulmasına gətirib çıxarmışdır.

19. Həmin yaşayış evinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olmadığı halda formal mülahizələrə əsasən mülkiyyət hüququnun qeydiyyata alınmaması qanunsuz və əsassızdır.

20. İddiaçı Azərbaycan Respublikasının sadə bir vətəndaşı kimi dövlətin icra hakimiyyətinə məxsus strukturunun yazılı şəkildə verdiyi icazəyə əsasən hərəkət etmiş və həmin yaşayış sahəsinin inşası zamanı həmin icra qurumunun icazəsinin qanuni və əsaslı olmasına etimad etmişdir.

21. Bu baxımdan apellyasiya məhkəməsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə istin ad etməsi də əsaslı hesab edilə bilməz. Həmin maddədə göstərilir ki, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.

22. İddiaçıya həmin icazənin icra hakimiyyəti tərəfindən verilməsinə əhəmiyyət verməyən apellyasiya məhkəməsi nəzərə almamışdır ki, belə icazəni almış iddiaçı inzibati orqanın hərəkətlərinə etimad edərək, tikinti işləri aparmışdır. Belə icazənin icra hakimiyyəti tərəfindən, deyil başqa dövlət qurumu tərəfindən verilməli olmaması barədə iddiaçıya heç bir izah verilməmiş, əksinə ona belə icazə təqdim edilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.

23. Bundan əlavə, cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraatda iddiaçının təqdim etdiyi (həmçinin digər inzibati orqan tərəfindən verilmiş) sübutların nəzərə alınmamağı da iddiaçının hüquqlarının pozulmasına səbəb olmuş, lakin apellyasiya məhkəməsi tərəfindən bu hal nəzərə alınmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 45.1-ci maddəsinə əsasən, inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 12.2-ci maddə - yaşay ış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələbələrinə cavab verməyən) ayrıca sahə başa düşülür. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qayd ada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim olunur. 9.1-ci maddə- hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada a parılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi; 11.1-ci maddə-hüqu qların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yara nması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 74.1-ci maddə- bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 74.2-ci maddə- bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. 80.1-ci maddə-mülkiyyətində, icarəsində və ya istifadəsində ola n torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 101.1-ci maddə-tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2-ci maddə- tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir.

27. İnzibati Prosessual Məcəllə (İPM): a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti v əzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). b) Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi i lə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96 noyabr Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəməl əri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya in stansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkə mələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hallar ı ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona g örə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

36. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan yaşayış evinin sökülüb yenidən tikintisinə icazə verilməsini xahiş etmişdir.

37. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış məktubla bildirilmişdir ki, 1 yanvar 2013-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq inşa edilməsi təklif olunan yeni evin təqdim olunmuş fərdi layihə əsasında yenidən tikin tisinə etiraz edilmir, tikinti zamanı razılaşdırılmış layihədən kənara çıxma halları aşkar olunarsa, inşaat işləri dayandırılacaqdır.

38. Bundan sonra iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökərək yeni 7 mərtəbəli ev inşa etmiş və yeni ev üzərində mülkiyyət hüququnun qeydə alınması və layihəyə uyğun texniki pasportun verilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir.

39. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış bildirişdə qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi sökülmüş, yerində zirzəmili, mansard mərtəbəsi olan 7 mərtəbəli yeni tikili inşa edilmişdir. Tikilinin təmir-inşası tam başa çatdırılmamış, qapıları, pəncərələri qoyulmamış, yaşayışa yararsız vəziyyətdə olduğu aşkar olunmuş dur. Həmçinin yeni inşa edilən tikilinin bir hissəsinin texniki pasportunda qeyd edilən torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilən əlavə torpaq sahəsinə və üzərində inşa edilən tikiliyə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

40. Daha sonra iddiaçı məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini sökərək yerində inşa etdiyi yeni fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən dövlət qeydiyyatına alınaraq bununla bağlı texniki pasportun tərtib edilməsi, habelə hüquqların dövlət qeydiyyatına alınması haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda istinad edilən tələblərinə uyğun olaraq tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazəni cavabdeh inzibati orqana, eyni zamanda məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, qeyd edilən sənədlərin təqdim edilməməsi iddianın rədd edilməsi üçün əsasdır.

42. Beləliklə kollegiya hesab edir ki, cavabdehin imtinası hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə uyğun olmuşdur.

43. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxar ıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 21(103)-2722/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar