Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-541/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina; şəxsin qanunla nəzərdə tutulan yaş həddinə çatmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2-1(103)-1582/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubu ilə İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın ın təyin edilməsindən imtina olunmuşdur.
2. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən azdır (15 il 3 ay 2 gün (xx.xx.1982-xx.xx.1983-cü il və xx.xx.1983xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)). Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 32480,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12403.60 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL E DİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə müraciət edərək 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki iddiaçı tələb olunan ən azı 10 il xüsusi, 20 il ümumi stajı xx.xx.2017-ci il tarixədək qazanmışdır.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında imtina məktubunda qeyd olunan dəlillərə istina d etməklə bildirmişdir ki, həm “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 9.1-ci maddəsinə, həm də həmin Qanunun 9.8-ci maddəsinə əsasən iddiaçının 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmır. Belə ki, 9.1-ci maddənin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən pensiya hüququnun yaranması üçün tələb olunun ümumi və xüsusi stajın toplanılması ilə yanaşı, 52 yaşına çatma tələbi də ödənilmiş olmalıdır ki, xx.xx.2017-ci tarixədək iddiaçı 52 yaşına çatmamışdır. Qanunun 9.8-ci maddəsinə əsasən isə 52 yaşdan pensiya təyin edilə bilməsi üçün xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən, xüsusi staj isə 10 ildən az olmamalıdır. İşin mübahisələndirilməyən halına görə iddiaçının 01 yanvar 2006-cı il tarixədək 20 ildən az (15 il 3 ay 2 gün) ümumi stajı olmuşdur. Bundan başqa, iddiaçı xx.xx.1941-ci il təvəllüdlü 70 yaşına çatmış ahıl qayınanası X2 qulluq etdiyi dövrlərin (xx.xx.2011-ci tarixdən xx.xx.2017-ci il tarixədək 6 il 5 ay 27 gün) sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. İddiaçı 70 yaşına çatmış ahıl qaynanasına qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi üçün həmin qulluq etdiyi dövrlər xx.xx.2006-cı il tarixədək müəyyən edilməli idi. Lakin İddiaçı xx.xx.2011-ci il tarixdən etibarən 70 yaşına çatmış ahıl qayınanasına qulluq etməyə başlamışdır. Bu səbəbdən də onun 01 yanvar 2006-cı il tarixədək sosial sığorta stajı 20 ildən az (15 il 3 ay 2 gün) təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10177/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) idd ia təmin edilərək iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2017-ci il tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısına əlavədə “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “32. Toxuculuq istehsalatı” bölməsində əyirici peşəsi öz əksini tapmışdır. Beləliklə də, iddiaçı xx.xx.1983-xx.xx.1997-ci illərdə X1 əyirici iste hsalatında əyirici peşəsində (14 il 1 ay 19 gün) işləməklə ümumilikdə tələb olunandan da artıq güzəştli iş stajını tamamlamışdır. İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1997-ci ilədək X1 əyirici istehsalatında əyirici peşəsində (14 il 1 ay 19 gün) işləməklə və xx.xx.2011-ci il tarixindən xx.xx.2017-ci il tarixinə kimi birlikdə yaşadığı 70 yaşına çatmış ahıl qaynanası X2 6 il 5 ay 27 gün qulluq edərək, ümumilikdə, 20 il 7 ay 16 gün iş stajını toplamışdır.
8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1582/2023 nömrəli, 31 avqust 2023-cü il tarixl i qərarı ilə (hakimlər A.Oruczadə /sədrlik edən və məruzəçi/, X.Cəmilova və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10177/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı məhz 52 yaşdan ona pensiya təyin edilməsini xahiş etdiyindən, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 9.1-ci maddəsinə, həm də həmin Qanunun 9.8-ci maddəsinə əsasən iddiaçının 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmır. Belə ki, iddiaçının 52 yaşı xx.xx.2017-ci il tarixədək tamamlanmadığından cavabdehin apellyasiya şikayəti əsaslı olmuşdur. İddiaçının 52 yaşının tamamlandığı zaman (xx.xx.2019-cu il) artıq yeni qanun n orması qüvvədə olmuş, yaşla bağlı tələb 55 yaşa çatdırılmış, eyni zamanda pensiya təyinatı üçün ümumi və xüsusi stajla yanaşı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti də gətirilmişdir. İş üzrə əldə edilmiş məlumatlardan iddiaçının yetərli məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığı müəyyən edilmişdir. Nəhayət, iddiaçının Qanunun 9.8-ci maddəsinə əsasən 52 yaşdan pensiya hüququ əldə edə bilməsi üçün 01 yanvar 2006-cı il tarixədək tələb olunan ümumi staja (20 il) malik olmadığı da iş üzrə öz təsdiqini tapmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1582/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını işin halları və iddia ərizəsində qeyd olunanlar təşkil edir. Əlavə olaraq iddiaçı qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.2017-ci il tarixinədək tələb olunan ümumi və xüsusi stajı topla dığına görə, ona münasibətdə yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməli idi. Bakı Apellyasiya Məhkəməsi İPM-in 13-cü maddəsinin tələblərinin də pozuntusuna yol vermişdir. Həmin normaya əsasən məhkəmənin yardım etmək vəzifəsi olduğu halda, bunu etmədi. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndində göstərilən zərərli bəndin qeyd olunan, 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını iddiaçıya münasibətdə tətbiq etməklə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarana bilərdi. Çünki həmin tarixədək iddiaçının 2 nömrəli Siyahı üzrə güzəştli iş stajı 14 il 14 gün təşkil edir. Bu staj da həmin Qanunun 12-ci maddəsində nəzərdə tutulan (55) yaş həddini belə işin hər 2 ayı üçün bir a y azaldır. Nəticədə, iddiaçının (14 il 14 gün staj x 12 = 168 ay: 2 = 84 ay- 48 yaşdan) ən geci 52 yaşda güzəştli şərtlərlə pensiya hüququ yarana bilərdi. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı təqdim etdiyi etirazında maddi və prosessual hüquq normalarının tələblərinin pozulmadığı nəzərə alınmaqla apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiya) Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələri n və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
15. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağ lı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işin materialları nı və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.
19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, habelə iş üzrə əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmışdır. Ona görə də, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş mübahisənin həllinə dair məsələləri təkrarlamağa lüzum qalmır. Bununla yanaşı, kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. İddiaçının tələbi ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar olduğundan “Əmək pensiyaları haqqında” Qanunun müdd əaları baxımından həmin tələbin təmin edilməsinin qanuniliyinə qiymət verilməlidir.
21. Nəzərə almaq lazımdır ki, sözügedən tələbin təmin edilə bilməsi üçün qanunun müvafiq maddələrində təsbit edilmiş dispozisiya şərtlərinin ödənilmiş olması müəyyən olunmalıdır. Bu mənada, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci ilə qədər qüvvədə olan 9.1-ci maddəsinə istinad etdiyindən, həmin norma baxımından tələbin təmin edilib-edilməməsinə qiymət verilməlidir.
22. Sözügedən Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyasına əsasən hazırkı iddia tələbi üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsinin də haqlı olaraq qeyd etdiyi kimi aşağıdakı şərtlər birgə mövcud olmalıdır: 1) iddiaçının qanunla tələ b edilən pensiya yaşına – 52 yaşa çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (20 il ümumi və 10 il güzəştli) malik olması (xx.xx.2017-cı il tarixədək); 3) iddiaçının işlədiyi peşənin müvafiq Siyahıda göstərilməsi.
23. İşin mübahisələndirilməyən hallarından görünür ki, 2 və 3-cü şərtlər ödənilmiş olsa da, iddiaçının 52 yaşı xx.xx.2017-ci il tarixədək tamamlanmamışdır. Belə olan halda, 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyaya əsasən iddiaçının 52 yaşdan pensiya hüququ yaranmır.
24. Məlum olduğu kimi, iddiaçının 52 yaşının tamamlandığı xx.xx.2019-cu il tarixdə artıq yeni qanun norması qüvvədə olmuşdur.
25. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən sonrakı redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
26. Göründüyü kimi, istinad olunan normaya əsasən xx.xx.2017-ci il tarixdən sonra iddiaçının pensiya yaşı 55 olmaqla xx.xx.2022-ci ildə tamamlanır. Həmin tarixdə pensiya təyinatı üçün ümumi və xüsusi stajla yanaşı, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına malik olmalıdır. İş üzrə apellyasiya icraatı zamanı müvafiq sorğular əsasında iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 14138,95 manat olduğu, həmin tarixdən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən edilmişdir. Halbuki iddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı 32480 manat olmuşdur.
27. Beləliklə, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün “Əmək pensiyaları ha qqında” Qanunun xx.xx.2017-ci ilədək qüvvədə olan 9.1-ci maddəsinin bütün şərtləri məcmu halda mövcud olmamışdır. İddiaçı yaşla bağlı (52 yaş) tələbi ödəmədiyi üçün o, qazanılmış hüquqa da malik olmamışdır. İddiaçıya münasibətdə qazanılmış hüquqdan o zaman söz edilə bilərdi ki, qanunvericilikdə dəyişiklik edilənədək şəxs pensiya təyin edilməsi üçün tələb olunun bütün şərtləri ödəmiş olsun (ümumi staj, xüsusi staj və tələb olunan yaş həddi).
28. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən də 52 yaşdan pensiya hüququ əldə etməmişdir. Çünki həmin normaya görə, 52 yaşdan pensiya hüququnun yarana bilməsi üçün iddiaçı 01 yanvar 2006-cı il tarixədək həm 20 il ümumi, həm də 10 il xüsusi stajı toplamış olmalı idi. İşin mübahisələndirilməyən hallarına görə isə 01 yanvar 2006- cı il tarixədək iddiaçının 20 il ümumi stajı olmamışdır.
29. İddiaçının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verilməsinə dair vəsatətini də kollegiya əsaslı hesab etmir. Belə ki, mübahisəyə tətbiq edilməli olan normalar ümumi məhkəmə icraatı qaydasında tətbiq edilməklə həll oluna bilər.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2-1(103)-1582/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.