Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-542/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin cavabdeh qarşı iş üzrə (Açar söz: məcburi sosial sığort haqqı üzrə borcun tutulması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili iştirakı ilə İddiаçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin cavabdeh qarşı borcun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 21(103)-2745/2019 nömrəli qərardadından iddiaçı tərəfind ən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25.02.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Cavabdeh 01.05.2018-ci il tarixə 1270,32 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmış, bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən cavabdehə Bildiriş və məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq göndərilmişdir. Borc cavabdeh tərəfindən ödənilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi Cavabdeh qarşı cavabdehdən 01.05.2018-ci il tarixə 1270,32 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.02.2019-cu il tarixli qərardadı ilə hazırkı iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.02.2019-cu il tarixli qərardadından apelyasiya şikayəti vermiş və apelyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1294/2019 saylı, 03.05.2019-cu il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1294/2019 saylı, 21.05.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1123/2019 nömrəli iş üzrə qəbul etdiyi 28.02.2019-cu il tarixli qərardadı ləğv edilərək işin həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-1123/2019 saylı iş üzrə qəbul etdiyi 10 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı ş əhəri Binəqədi rayon şöbəsi cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 2-1(103)-2745/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-1123/2019 saylı iş üzrə qəbul etdiyi 10 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, inzibati orqan olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergilər Nazirliyi y anında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə cavabdehdən pul tutulması ilə bağlı qəbul etdiyi qərarı məhkəmə mübahisəsi açmadan (məhkəmədən kənar) özü icraya yönəltməyə borclu olmuş, bununla belə həmin tələbə əməl etməyərək məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 2-1(103)-2745/2019 nömrəli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, vergi ödəmələrinin təmin edilməsi üsulu kimi öhdəliyin borclunun mülkiyyətində olan əmlaka yönəldilməsi” barədə vergi orqanı tərəfindən iddianın irəli sürülməsi imkanı ilə bağl ı nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanının hüquqlarına aid edlimişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin ikinci hissəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” A zərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21.12.2018- ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının 2.3-cü bəndində Qanunun 18-ci maddəsinin ikinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. Kassator MPM-nin 4.1,26, 402, 403.1, 404.1.2, 405.0.2-ci maddələrinə, İPM-nin 22.2, 90.1, 90.2, 90.3, 94.1-ci maddələrinə, Vergi Məcəlləsinin 1.4, 23.1.15-1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 2-1(103)-2745/2019 nömrəli qərardadının ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 2-1(103)-2745/2019 nömrəli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instans iya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, cavabdeh 01.05.2018-ci il tarixə 1270,32 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmış, bu barədə cavabdehə Bildiriş və məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq göndərilmişdir. Borc cavabdeh tərəfindən ödənilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi Cavabdeh qarşı cavabdehdən 01.05.2018-ci il tarixə 1270,32 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İd diaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti ilə əvəz edilmişdir. “Sosial sığorta haqqında” Qanununu 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yaymdırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə görə isə, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olu nur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyə n olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə görə isə bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli qərarında isə göstərilmişdir ki, şəxsin vergi məsuliyyətinə cəlb edilməsi məsələsini öz səlahiyyətləri çərçivəsində məh kəmə və ya vergi orqanı həll etməlidir. Bu məqsədlə qanunverici adıçəkilən səlahiyyətlərin həcmini və həyata keçirilmə qaydalarını birbaşa Vergi Məcəlləsində müəyyən etmişdir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qərar qəbul etmişdir ki, vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uygun olaraq məhkəmə qaydasında həll olunur. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, iddiaçı məhkəmə qaydasında qanunun tələb etdiyi qaydada-ödəmə qabiliyyəti olmayan sığortaedənin fəaliyyətinin d ayandırılması və əmlakının satılması yolu ilə borcun tutulması iddia qaldırmadan inzibati orqan olaraq pul tələbinin ödənilməsi ilə bağlı inzibati akt qəbul edə bilər və bundan sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinin tələbinə uyğun olaraq tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edib, həmin qərarı məcburi qaydada icra edilməsi üçün aidiyyəti üzrə müvafiq rayon (şəhər) İcra şöbəsinə göndərə bilər. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əm lakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit edilmişdir ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, şərh olunanları nəzərə almaqla kollegiya hesab edir ki, vergi orqanı vergi öhdəliyi yerinə yetirilmədikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə yalnız siyahıya alınmış əmlakın zəruri və kifayət olan həc mdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh ed ilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 2-1(103)-2745/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-542/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-542/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver