Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-542/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 17 noyabr tarixli, 2-1(103)-1705/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 2019-cu il 1 yanvar tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən a z olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının şöbəyə təqdim etdiyi sənədlər əsasında ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya sığorta kapitalı olmadığına görə əmək pensiyası hüququ yaranmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 4 iyun tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçının əmək kitabçasında və arxiv arayışında qeyd olunan illəri ümumi sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qəra r qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi yerlər haqqında əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. 1980-ci il 20 dekabr tarixdən 1982-ci il 23 iyul tarixədək olan işlədiyi yerlər barədə Bərdə rayon Milli arxiv idarəsindən arayış verilmişdir. Daha sonra iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuzdur. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 19-cu il 22 oktyabr tarixli, 2-1(82)2423/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1983-cü il 13 iyun tarixdən 2003-cü il 27 sentyabr tarixədək X2 ASC-də sürücü işləməsi əmək kitabçasında qeyd olunsa da, 1992-ci il tarixdən iddiaçının sığorta kapitalı yığımı öz təsdiqini tapmadığından, habelə arxiv məlumatları olmadığından iddiaçının qeyd olunan illərdə əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmamışdır. Pensiya qanunvericiliyin tələblərinin nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, iddiaçının iş materialları ilə tələb olunan 25 il sosial sığorta stajı öz təsdiqini tapmadığından, iddiaçının tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmamışdır. İş üzrə iddiaçı arz uladığı inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 yanvar tarixli, 2-1(103)-268/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2020-ci il 12 avqust tarixli, 2-1(102)-1597/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 yanvar tarixli, 2-1(103)-268/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçası iş stajını təsdiq edən sənəd kimi qəbul edilə bilər. Lakin iddiaçıya məxsus əmək kitabçasının surətindəki məlumatlara görə 2003-cü ilə qədər əmək fəaliyyəti ilə məşğul olsa da, əmək kitabçası 2018-ci il 15 avqust tarixdə tərtib edilmişdir. Əmək kitabçasının uzun illər sonra tərtib edilməsi barədə məhkəmə kollegiyası hesab etmişdir ki, əmək kitabçasında olan iş dövründə iddiaçının həqi qətən fəaliyyət göstərməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Əmək kitabçasının hansı idarə, müəssisə tərəfindən tərtib edilməsi, tərtib edilərkən iddiaçının iş fəaliyyəti barədə məlumatların hansı sübutlar (əmrlər, arayış, əmək haqqı cədvəli və s.) əsasında qeydə alınması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının işlədiyi idarə və müəssisələrin hazırda fəaliyyət göstərib-göstərməməsi, həmin təşkilatların iddiaçının işlədiyi vaxt mövcud olması, iddiaçının həqiqətən işləməsi barədə aidiyyəti dövlət orqanlarına, həmçinin iş yerləri üzrə təşkilatlara sorğular edilməmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 17 noyabr tarixli, 2-1(103)-1705/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 22 oktyabr tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı apellyasiya baxışı zamanı “X2” ATSC və “xxxx” ASC tərəfindən həmin idarələrdə işlədiyini təsdiq edən arayışları təqdim etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan iş stajı məhkəməyə təqdim olunan arayışlarla təsdi q olunmuşdur.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, İş materiallarından da göründüyü kimi iddiaçı ona məxsus olan, sonradan tərtib edilmiş əmək kitabçasını nə inzibati orqana, nə də məhkəməyə təqdim etmişdir. Onun təqdim etdiyi arxiv arayışında isə əmək fəaliyyəti cəmi iki ili əhatə edir. Sonradan təqdim edilən əmək kitabçası 2018-ci il 15 avqust tarixdə tərtib edilmişdir. Halbuki, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərə əmək kitabçası tərtib etməli və onun işə qəbul edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə qeydləri ardıcıl şəkildə aparmalı idi. İddiaçıya məxsus olan əmək kitabçası özlüyündə qanunvericiliklə müəyyən edilməyən qaydalarla tərtib edildiyindən, eləcə də ziddiyyətli olduğundan iddiaçının həqiqətən də əmək fəaliyyətinin olması məhkəmə tərəfindən digər sübutlarla araşdırılmamışdır. Əmək kitabçasının hansı idarə, müəssisə tərəfindən tərtib edilməsi, tərtib edilərkən iddiaçının iş fəaliyyəti barədə məlumatlar hansı sübutlar əsasında qeyd edilməsi də məhkəmə tərəfindən müəyyən edilməmişdir.
18. İş üzrə heç bir təşkilata sorğu verilməmişdir. X4 Dövlət Xidmətinə sorğu verilmiş, həmin Xidmətin cavab məktubuna əsaslan maqla iddianı təmin etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən əmək kitabçasının və onun ona əlavə edilmiş içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əmək kitabçası və yaxud əlavə içliyin dublikatı ümumi qayda ilə aparılır. Qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş əmək kitabçası mötəbər sübut kimi qəbul edilə bilməz.
19. Eləcə də, qərar qəbul edilərkən məhkəmə prosessual pozuntulara y ol verilmiş, cavabdehin əsl cavabdehlə əvəzləşdirilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə edilən müzakirələr yekun qərarla nəticələnməmişdir. Nəticədə dəqiqləşdirilməmiş iddia tələbi təmin edilmiş, əsl cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ləğv edilmiş DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsi ilə əvəzləşdirilməmişdir.
20. Bundan əlavə olaraq iddiaçının təqdim etdiyi əmək kitabçası və arxiv arayışındakı ziddiyyət aradan qaldırılmamışdır. Belə ki, əmək fəaliyyətinin üst-üstə düşməsinin səbəbləri aydınlaşdırılmamış, hər iki sənəd mötəbər sübut kimi götürülərək, ümumi staja hesablanmışdır. Halbuki, arxiv arayışındakı illər üst-üstə düşsə də iş yerlərinin adı müxtəlif dir. Eləcə də təqdim edilən arayışda işdən azad edilmə tarixi kimi bir dəfə 2003, digər vaxt 2004 kimi qeyd edilmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
21. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
22. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
23. İPM: Maddə 12.1. Məhkəm ə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəm əsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğ v edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasınd akı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.
29. X5 filialının 2019-cu il 20 avqust tarixli 17/11 nömrəli arayışının məzmunundan göründüyü kimi, “X2” ATSC-nin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyindən İddiaçı həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmadı. Belə olan halda, iddiaçının adına 2018-ci ildə tərtib edilmiş əmək kitabçasındakı qeydlərin onun vaxtilə işləmiş olduğu müəssisəyə məxsus hansı sənədlər (əmr kitabları, əmək haqqı cə dvəlləri və s.) əsasında yazıldığı məlum deyil.
30. İddiaçının “Yük Avtonəqliyyat” ATSC-də əmək fəaliyyəti ilə bağlı təqdim etdiyi və apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi arayışa gəldikdə, iddiaçının əmək kitabçasında iddiaçının “X2” ATSC-də 2003-cü il 27 sentyabr tarixədək işlədiyi qeyd edildiyi halda, həmin arayışda onun 2004-cü il 27 fevral tarixədək işlədiyi qeyd edilmişdir (iş v. 40, 139).
31. Deməli, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır.
32. Beləliklə, İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 17 noyabr tarixli, 21(103)-1705/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: İ.K.Hüseynov İ.K.Xəlilov K.N.Bədəlov