Məhkəmə qərarları › İş №2-1(102)-542/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-542/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-542/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhum atasına məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(103)-7/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1984-cü il tarixli, 15894 nömrəli müqavilə ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0,25 hektar sahəsi olan 729 nömrəli bağ sahəsi iddiaçının atası X1 istifadəsinə verilmişdir. Müqaviləyə torpaq sahəsinin cizgisi əlavə edilmişdir.

2. İddiaçı xx.xx.1990-ci il tarixdə vəfat etmiş atası X1 vərəsəsi kimi tanınmışdır.

3. İddiaçı sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etmişdir.

4. Cavabdeh xx.xx.2018-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı bağ sahəsində mərzçəkmə və hasarlama işlərinin tam aparılmadığı, həmçinin həmin bağ sahəsinin 728 və 729a nömrəli bağ sahələrinin ərazisinə düşdüyü müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 0,25 hektar sahədən ibarət olan 729 nömrəli bağ sahəsinin mərhum atası X2 məxsus olması haqqında arayışın (müvafiq çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olu nmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası xx.xx.1984-cü il tarixli müqavilə bağlayaraq Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin rayonu), Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət olan 729 nömrəli bağı istifadəyə götürmüşdür. Həmin vaxtdan etibarən bu torpaq sahəsi daim onların ailəsinin istifadəsində olmuşdur. Atası vəfat etdikdən sonra həmin torpaq sahəsindən iddiaçı bugünə qədər istifadə edir. Bu yaxınlarda həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması məqsədilə müvafiq sənədləri toplayaraq cavabdehə müraciət etmiş, lakin cavabdeh qanunsuz olaraq onun müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinanın əsası kimi, bağ sahəsində mərzçəkmə və hasarlama işlərinin aparılmadığını və bağ sa həsinin guya 728 və 729a nömrəli torpaq sahələrinin ərazisinə düşdüyünü qeyd etmişdir. Cavabdehin qeyd etdiyi 728 nömrəli torpaq sahəsi ümumiyyətlə iddiaçının torpaq sahəsi ilə qarışmayıb. 729a nömrəli torpaq sahəsi isə ümumiyyətlə uzun müddətdir ki, istifadə olunmayıb və əgər onun torpağının sərhədləri həmin torpaq sahəsi ilə toqquşursa, onda ziddiyyət aradan qaldırılmadan hansı əsasla bu torpaq sahəsinə dair cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, ******* nömrəli çıxarış verilərək ümumilikdə 0,11914 ha ölçüdən ibarət olan sahəyə X5 xüsusi mülkiyyəti qeydə alınmışdır. Nəzərə alsaq ki, həmin şəxsin də torpaq sahəsi nə hasarlanıb, nə də ki, orada mərzçəkmə işləri aparılmayıb. İddiaçının torpaq sahəsi artıq 40 ilə yaxındır ki, mövcuddur və bu torpaq sahəsinin plan-ölçüsü də var. Cava bdeh onun üzərinə qanunla düşən vəzifəni yerinə yetirməlidir və sahibliyində olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır.

7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, sözügedən bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmadığından, həmçinin bağ sahəsi 728 və 729a nömrəli bağ sahələrinin ərazisinə düşdüyündən iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamışdır. Mülki Məcəllənin 176.1-176.3-cü maddələrinə əsasən, iddiaçı tərəfindən bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə m üvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Qeyd olunan nöqsanlara görə sözügedən Qanunun 15-ci maddəsinə əsasən hüququn qeydiyyatından imtina edilmişdir.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

9. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2018ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüş dür. Ölçülmüş ərazinin faktiki sahəsi 0,2391 hektardır. Elektron kadastr baza məlumatlarında iddiaçıya torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 0,0318 hektarı daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli (reyestr nömrəsi **********03) çıxarışa əsasən X5 mülkiyyətində olan 729a nömrəli bağ sahəsi ilə üst-üstə düşür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi sahənin naturada yerləşməsi sxematik xəritədə uyğunsuzluq təşkil edir, göstərilən sahə 728 nömrəli bağın ərazisidir, 729 nömrəli bağın ərazisinin 0,1200 hektar hissəsi digər şəxsin adına 729a nömrəsi ilə qeydiyyatdan keçmişdir.

10. Birinci instansiya məhkəməsinin tələbi ilə təkr ar mütəxəssis rəyi (xx.xx.2019-cu il tarixli müşayiət məktubu ilə məhkəməyə göndərilmiş) və onun əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli ekspert rəyi tərtib edilmiş, həmin rəylərdə isə qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X7nin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X7 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən, iddiaçının iddia etdiyi torpaq sahəsinin yerində müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və cavabdeh inzibati orqan tərəfindən sorğuya aşağıda qeyd edildiyi kimi cavab verilmişdir: sözügedən sahə **********03 reyestr nömrəsi ilə 729a nömrəli bağ sahəsi kimi digər şəxsin adına qeydiyyatdan keçmişdir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən, 729 nömrəli bağın ərazisi 729a nömrəli bağ sahəsinin şərq hissəsində yerləşir. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: Etibar Mustafayev) 04 noyabr 2019-cu il tarixli, 2-1(82)-87/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 0,25 hektar ölçüdən ibarət olan 729 nömrəli bağ sahəsinin mərhum atası X2 məxsus olması haqqında arayışın (çıxarışın) iddiaçıya verilməsi vəzifəsi cavabdehə həv alə edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 0,25 hektar ölçüdən ibarət olan 729 nömrəli bağ sahəsinin iddiaçının mərhum atası X2 məxsus olması haqqında arayışın verilməsi tələbinin hüquqi əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsi təşkil edir və bu tələbin həyata keçirilməsi qanunla cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası əsassızdır və sonuncunun hüquqlarının pozulması ilə nəticələnmişdir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Afaq Nuriyeva /sədrlik edən və məruzəçi/, Valeh Ağayev və Aida Hüseyn) 09 sentyabr 2020-ci il tarixli, 21(103)-403/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə 729 nömrəli bağ sahəsinin 728 nömrəli bağ sahəsinin ərazisinə düşməsi təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası 729 nömrəli bağ sahəsinin 729a nömrəli bağ sahəsi ilə üst-üstə düşməsi ilə bağlı isə qeyd edir ki, iş materiallarında olan və cavabdeh inzibati orqan ın arxivində saxlanılan 729 nömrəli bağ sahəsinə dair plan-ölçü sxemindən görünür ki, 729 nömrəli bağın şimal hissəsində qonşusu 728 nömrəli bağdır; şərq hissəsində qonşusu 819 nömrəli bağdır; cənub hissəsində isə 730 nömrəli bağdır; qərb hissəsində yolun yerləşdiyi müəyyən edilir. Həmin sxemdə 729a nömrəli bağ sahəsinin olduğu müəyyən edilmir.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kəmaləddin Bədəlov /məruzəçi/, Nigar Rəsulbəyova və İlqar Hüseynov) 27 aprel 2021-ci il tarixli, 2-1(102)-490/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instan siya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan hər iki mütəxəssis rəyində iddiaçının onun atasına məxsus olduğunu iddia etdiyi torpağın koordinatları iddiaçının faktiki olaraq naturada göstərdiyi ərazi ilə bağlı olaraq müəyyən edilmiş, daha sonra həmin məlumatlar elektron kadastr məlumatlarına əsasən yoxlanılmışdır. Mütəxəssis rəylərinin tərtib edilməsində istifadə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemlərini təhlil etdikdə isə görünür ki, ilkin mütəxəssis rə yində istifadə olunan koordinatlarla ikinci mütəxəssis rəyində istifadə olunan koordinatlar fərqlənir. İş materiallarında olan mütəxəssis rəylərinin tərtibi zamanı istifadə olunan faktiki yerləşmə sxemlərindəki koordinatlar bir-birindən fərqli olduğundan ehtimal olunur ki, elə bu səbəbdən mütəxəssis rəylərinin nəticələri fərqli olmuş, işə baxan birinci instansiya məhkəməsi də ikinci ekspert rəyini mötəbər hesab edərək iddia tələbini təmin etmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Lakin, məhkəmələr mütəxəssis rəyləri arasındakı uyğunsuzluğu qiymətləndirməmiş, məhkəmə tədqiqatını ətraflı aparmamış, nəticədə əsaslandırılmamış qərar qəbul edilmişdir.

19. Nəzərə alınmalıdır ki, iddiaçının mərhum atasına bağ sahəsinin verilməsi ilə bağ lı müxtəlif sənədlər vardır və həmin sənədlər cavabdehin arxivində də mövcuddur. Başqa sözlə, cavabdeh sənədlərin mötəbərliliyini mübahisələndirmir və iddiaçının mərhum atasına bağ sahəsinin verilməsini inkar etmir. Cavabdehin imtinasının əsasını hasarlanma işlərinin aparılmaması və iddiaçının naturada göstərdiyi torpaq sahəsinin digər bağ sahələrinin ərazisi olması təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasları müəyyən etmişdir.

20. Cavabdehin inzibati orqan kimi hazırkı halda vəzifəsi daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün müraciət etmiş iddiaçının sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (hazırkı halda iddiaçının mərhum atasının hüquqların) qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş əsasların mövcudluğunu yoxlamaqdan, əgər bu əsaslardan hər hansı biri mövcuddursa, bu halda sözügedən torpaq sahəsinin harada yerləşməsini müəyyən etməkdən, o cümlədən qanuni əsaslarla torpaq üzərində hüquqları qeydiyyata almaqdan ibarətdir. Hazırkı işdə isə iddiaçının naturada göstərdiyi torpağın koordinatları əsasında araşdırma aparılmış və bunun əsasında iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Digər tərəfdən, aşağı instansiya məhkəmələri tərəfindən də məhkəmə araşdırması səthi aparılmış, iddiaçının mərhum atasına məxsu s torpaq üzərində hüquqların qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş əsasların mövcudluğu istiqamətində araşdırma aparılmamış, yenə iddiaçının naturada göstərdiyi ərazinin koordinatları əsasında tərtib edilmiş mütəxəssis və ekspert rəyləri əsasında qərar qəbul edilmişdir.

21. Halbuki, mərz və hasarlanma işləri aparılmadığından torpağın dəqiq yerinin göstərilməsi hazırkı halda mümkün görünmür. İddiaçı tərəfindən təxmini göstərilən sahə əsasında koordinatların müəyyən edilməsi isə işin ədalətli və qanuni həlli baxımından düzgün deyildir. İş materiallarında iddiaçının mərhum atasına ayrılmış torpaq sahəsinin plan-ölçüsü olduğundan həmin torpağın konkret olaraq harada yerləşməsini müəyyən etmək mümkündür. Digər tərəfdən, təəccüblü haldır ki, cavabdeh iddiaçının göstərdiyi ərazinin 728 nömrəli və 729a nömrəli bağ sahələri ilə üst-üstə düşdüyünü bilir və belə bir məlumata sahibdir, lakin 729 nömrəli bağ sahəsinin harada yerləşdiyini bilmir və iddiaçıdan tələb edir ki, ona məxsus torpaq sahəsini naturada dəqiq və düzgün göstərsin. O zaman belə bir sual yaranır ki, 729 nömrəli bağ sahəsinin harada yerləşməsi cavabdehə məlum deyilsə, iddiaçının naturada göstərəcəyi ərazinin həmin bağ sahəsi olubolmamasını necə yoxlayacaqdır.

22. Qeyd edilənlərə əsasən, təkrar apellyasiya baxışında iddiaçının mərhum atasına məxsus sənədlər əsasında həmin şəxsin 729 nömrəli bağ sahəsi üzərində gözlənilən mülkiyyət hüququnun olması məsələsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbləri baxımından qiymət ver ilməli, bundan əlavə, həmin torpaq sahəsinin harada yerləşməsi barədə cavabdeh tərəfindən dəqiq məlumat tələb etməli, həmin sahə üzərində olan hüquqların qeydə alınması zamanı digər şəxslərin qeydə alınmış mülkiyyət hüquqlarına müdaxilə olub-olmayacağını müəyyən etməli, belə bir hal vardırsa, bunun aradan qaldırılmasının hüquqi yolları müəyyən edilməli və tərəflərə izah edilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/6425 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, bağların bölgüsünə dair sxematik xəritəyə, arxiv cizgisinə əsasən 729 nöm rəli bağ sahəsi 728 nömrəli sahədən sonra, 730 nömrəli bağ sahəsindən isə əvvəl (728 və 730 nömrəli bağların arasında) yerləşməlidir. Həmin ərazinin isə 1191 kv.m sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən 729a nömrəli bağ sahəsi kimi qeydiyyatdan keçib. Arxiv cizgisində göstərilən ümumi ölçülərə uyğun (100 x 25) və həmin ərazidə qeydiyyatdan keçmiş 729a nömrəli bağın 1191 kv.m sahəsi, keçid yoluna düşən 162 kv.m hissə çıxıldıqdan sonra 729 nömrəli bağ sahəsinə 1147 kv.m sahə qalır. Göstərilən faktiki bağ sahəsi 2573 kv.m təşkil edir. Bağ sahəsinin üzərində tikili mövcud deyil. Bağların bölgüsünə dair sxematik xəritəyə, arxiv cizgisinə əsasən 728 nömrəli bağ sahəsi 729 nömrəli sahədən əvvəl şimal-qərb hissədə yerləşməlidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən gö stərilən sahə qeydiyyata alınmış 730a nömrəli bağ sahəsi ilə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 728 nömrəli bağ sahəsi ilə həmsərhəddir. 729 nömrəli bağ sahəsi kimi iddiaçı tərəfindən əvvəllər müxtəlif konfiqurasiyalı ərazilər göstərilib. Əvvəl göstərilən sahənin bir hissəsi qeydiyyatdan keçmiş 729a nömrəli bağ sahəsinin ərazisinə, bir hissəsi isə 728 nömrəli bağ sahəsinin ərazisinə düşürdü. İddiaçı tərəfindən sonradan 729 nömrəli bağ sahəsi kimi göstərilən 2573 kv.m sahənin bir hissəsi qeydiyyatdan keçmiş 729a nömrəli bağ sahəsinin ərazisi ilə üst-üstə düşür, 728 nömrəli bağın ərazisi ilə üst-üstə düşmür. Torpaq sahəsi ayrılarkən koordinatlarla ayrılmadığından faktiki göstərilən torpaq sahəsinin koordinatları ilə uyğun gəlib-gəlməməsini dəqiq müəyyən etmək mümkün olmamışd ır.

24. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən, “X4” MMC-nin xx.xx.2024-cü il tarixli, 186 nömrəli mütəxəssis rəyi əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/9555 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.1984-cü il tarixli, 15894 nömrəli müqavilə ilə X3 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 729 nömrəli bağ sahəsinin naturada Ləhiş bağlarının sxematik xəritəsinə əsasən coğrafi mövqeyi müəyyən edilmişdir. Həmin bağ sahəsinin faktiki koordinatları GPS aləti vasitəsilə müəyyən edilmişdir. Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 728 nömrəli sahəsinin sxematik xəritəyə əsasən naturada yeri müəyyənləşdirilmişdir. Sxematik xəritədə 729a nömrə li bağ sahəsi qeyd olunmadığından coğrafi yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq 729a nömrəli bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********63 reyestr nömrəli çıxarışla X5 mülkiyyətindədir. Həmin 729a nömrəli bağ sahəsi şimaldan 729 nömrəli bağ sahəsi ilə həmsərhəd, yol tərəfdən isə 646 nömrəli bağ sahəsi ilə faktiki olaraq üzbəüz qonşudur. 729 nömrəli bağ sahəsinin naturada yeri bağların sxematik xəritəsinə uyğun olaraq 728 və 729a nömrəli bağ sahələri ilə üst-üstə düşmür. 729 nömrəli bağ sahəsi X3 ayrılan zaman müqaviləyə əlavə edilən cizgidə göstərilən koordinatlara uyğun gəlir. Belə ki, cizgidə göstərildiyi kimi şimal qonşusu 728 nömrəli bağ sahəsidir və 25m x 100m ölçüdədir.

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Günel Abbasova və Cahangir Yusifov) 11 sentyabr 2024-cü il tarixli, 2-1(103)-7/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 1147 kv.m ölçüdən ibarət olan 729 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində elektron kadastr baza məlumatlarına əsasən i ddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 0,0318 hektarının daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli (reyestr nömrəsi **********03) çıxarışa əsasən X5 mülkiyyətində olan 729a nömrəli bağ sahəsi ilə üst-üstə düşməsi qeyd edilsə də, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 1191 kv.m sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən 729a nömrəli bağ sahəsi kimi qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Buna səbəb məhz iddiaçının əvvəllər fərqli əraziləri göstərməsi ilə bağlı olmuşdur. Nəticədə qeyd edilən mütəxəssis rəylərinin əsasında verilmiş ekspert rəyləri arasında yenidən ziddiyyət yaranmışdır. Bununla bağlı qeyd edilən ziddiyyətli məqamın aradan qaldırılması məqsədilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə bu dəfə mütəxəssis rəyinin verilməsi “X4” MMC-nin GPS elektron ölçü aparatına malik mütəxəssislərinə həvalə edilmişdir. Müstəqil mütəxəssis rəyinə əsaslanan sonuncu ekspert rəyi əvvəlki mütəxəssis və ekspert rəylərindən tamam fərqlənir. Yəni ki, sonuncu iki ekspert rəyləri arasında da ziddiyyət müəyyən edilmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6425 nömrəli ekspert rəyində mübahisəli bağ sahəsinin arxiv cizgisinə əsasən yerləşmə yeri müəyyən edilərək 1191 kv.m hissədə 729a nömrəli bağ sahəsi ilə üst-üst düşdüyü qeyd edilsə də, sonuncu ekspert rəyində mübahisəli bağ sahəsinin 728 və 729a nömrəli bağ sahələri ilə üst-üstə düşməməsi barədə məlumat verilmişdir.

27. Belə olan h alda ekspert rəylərindəki ziddiyyətin aradan qaldırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən iddiaçının və cavabdeh inzibati orqanın mütəxəssislərinin (GPS aparatı vasitəsilə) iştirakı ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən torpaq sahələrinə yerli baxış keçirilmiş, baxış zamanı Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6425 nömrəli ekspert rəyində müəyyən edilmiş hallar öz təsdiqini tapmışdır. Belə ki, baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən naturada göstərilən sahə müqavilənin arxiv cizgisi ilə həmçinin mütəxəssislər tərəfindən sonuncu rəylərdə də göstərilən sahə ilə üst-üstə düşür. Üçüncü şəxs X6 məxsus torpaq sahəsi iddiaçının naturada göstərdiyi, iddia etdiyi torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Qonşuluqda 728, 730 və 730a nömrəli bağ sahələri yerləşir, bağın qarşı hissəsi də yola baxır. O da, müəyyən edildi ki, 729 nömrəli və 728 nömrəli bağ sahələri arasında üst-üstə düşmə məqamları yoxdur, qonşu sahələrdir, eyni zamanda 730 və 730a nömrəli bağ sahələri ilə də üst-üstə düşmə məqamları yoxdur. 730 və 730a nömrəli bağ sahələrinə məxsus, hər biri 12 sot olmaqla çıxarışlar vardır. Bu hal sxematik xəritədə də öz əksini tapır, lakin sxematik xəritədə 729a və 730a nömrəli bağ sahələri olmamışdır. 729a nömrəli bağ sahəsi 1994-cü ildə verilmiş order əsasında bağ sahəsi kimi qeydiyyatdan keçmişdir. Faktiki olaraq 729 nömrəli bağ sahəsi kimi boş 1309 kv.m sahəsi vardır. Onun da yan tərəfindəki 162 kv.m hissə yol tərəfə düşür, boş qalan sahə 1147 kv.m-dir.

28. Beləliklə məh kəmə kollegiyası iş üzrə əldə edilmiş xx.xx.2023-cü il tarixli, 10/6425 nömrəli ekspert rəyini iş üzrə alınmış digər ekspert rəyləri ilə müqayisədə daha mötəbər hesab edir. Sözügedən ekspert rəyinin mötəbərliyini şübhəyə alan məqamlar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddia olunan torpaq sahəsinin bir hissəsi, yəni 729a nömrəli bağ sahəsi 1191 kv.m olmaqla X5 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur və həmin çıxarış ləğv edilməmişdir, iddiaçının iddia tələbi həmin hissəyə münasibətdə təmin edilə bilməz. Qanunvericiliyə əsasən, iddia olunan torpaq sahəsinin bir hissəsinin, 729a nömrəli bağ sahəsinin 1191 kv.m olmaqla X5 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun qeyri-də qiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

29. Göründüyü kimi, iddiaçının mərhum atasının hüquqmüəyyənedici sənədlərinə əsasən ayrılmış bağ sahəsinin ölçüsü 0,25 hektar qeyd edilsə də, işin araşdırılması zamanı müəyyən olundu ki, bağ sahəsinin faktiki qalan sahəsi daha azdır – 1147 kv.m-dir və həmin bağ sahəsinin ətrafında boş sahə mövcud deyildir, dörd bir tərəfində yerləşən bağ sahələrinə dair digər fiziki şəxslərin mülkiyyət hüquqları müvafiq hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, həmin hissəyə, yəni 1147 kv.m-ə münasibətdə məxsusluq arayışının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

30. İddiaçı kassasiya şikayəti verərək, hə min qərarın iddianın təmin olunmayan və iş üzrə ekspertiza tədqiqatının ümumi xərcinin 150 manatının ondan tutulması hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

31. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınma z əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X7 tərəfindən vətəndaşlara ayrılmış bağ sahəl ərinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşı nmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təq dim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət ə sassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri g östərilmişdir.

37. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Hazırkı mübahisəyə dair işin təkrar apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarına görə, xx.xx.1984-cü il tarixli, 15894 nömrəli müqavilə ilə iddiaçının mərhum atası X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,25 hektar ölçüdən ibarət olan 729 nömrəli bağ sahəsi ayrılmış və məhkəmə araşdırması nəticəsində həmin bağ sahəsinin 1191 kv.m hissəsinə üçüncü şəxs X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı, 162 kv.m hissəsinin isə yolun ərazisinə düşdüyü müəyyən edilmişdir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin qərarı ilə ümumilikdə 1147 kv.m ölçüdən ibarət olan hissədə 729 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və həmin hissədə kassasiya şikayəti verilmədiyindən qərar qanuni qüvvəy ə minmişdir.

42. Hazırkı kassasiya şikayətinin predmeti baxımından iddiaçının hüquqi marağı və məqsədi xx.xx.1984-cü il tarixli, 15894 nömrəli müqavilə ilə mərhum atası X2 ayrılmış, sahəsi 0,25 hektar olan 729 nömrəli bağ sahəsinin qalan 1309 kv.m hissəsinə münasibətdə də mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsinə nail olmaqdan ibarətdir.

43. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından sözügedən 729 nömrəli bağ sahəsinin qalan 1309 kv.m hissəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərli k tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

44. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, iş üzrə materiallardan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 862 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 250 nömrəli BTK nəzdində sahəsi 0,12 hektar olan 729a nömrəli bağ sahəsinin X6 ayrıldığı və bu barədə ona 12 nömrəli order veril diyi, həmin bağ sahəsinə X5 mülkiyyət hüququnun xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı (RX seriyalı ******* nömrəli çıxarış) müəyyən edilir. Eyni zamanda, məhkəmə araşdırması nəticəsində iddiaçının mərhum atası X2 ayrılmış 0,25 hektar sahədən ibarət 729 nömrəli bağ sahəsi ilə üzərində üçüncü şəxs X5 mülkiyyət hüququnun qeydə alındığı 0,12 hektar sahədən ibarət olan 729a nömrəli bağ sahəsinin 1191 kv.m hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir.

46. Belə olan halda, iddiaçı ilkin olaraq bağ sahəsinin üçüncü şəxs X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatını üst-üstə düşən hissədə, həmin qeydiyyatın hüquqmüəyyənedici sənədlər əsasında aparıldığının müəyyən edildiyi təqdirdə isə həmin hüquqmüəyyənedici sənədləri mübahisələndirməlid ir. Lakin bu zaman hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş iddia müddətin ötürülüb-ötürülmədiyi, bu baxımdan iddianın mümkünlük şərtlərinin mövcudluğu yoxlanılmalı və nəzərə alınmalıdır.

47. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(103)-7/2024 nömrəli qərarı dəyişdi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar