Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-543/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qeyri-yaşayış sahələrinə hüququn qeydə alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbayc an Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “qeyri-yaşayış sahələrinə iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1902/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: “xxxx” MTK-nın üzvlərinin ümumi iclasının 01 saylı protokolundan 26 oktyabr 2018-ci il tarixli Çıxarışa əsasən iddiaçı kooperativə üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Xətai prospekti 40a ünvanında, İ, İİ, İİİ giriş, İ mərtəbə, İ səviyyə, ümumi sahəsi 1371,56 kv.metr qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir. “xxxx” MTK-nın üzvlərinin ümumi iclasının 01 saylı protokolundan 9 fevral 2018-ci il tarixli Çıxarışa əsasən iddiaçı kooperativə üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Xətai prospekti 40a ünvanında, İ, İİ, İİİ giriş, İ mərtəbə, 2-ci səviyyə, ümumi sahəsi 1488,36 kv.metr qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir. “xxxx” MTK tərəfindən verilmiş 134 saylı, 26 oktyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai prospekti 40a ünvanında yerləşən kooperativ yaşayış binasının İ, İİ, İİİ giriş, İ mərtəbəsinin 1-ci səviyyəsində ümumi sahəsi 1371,5 6 kv.metr olan qeyri-yaşayış sahəsi olan ofisin dəyəri payçı iddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. “xxxx” MTK tərəfindən verilmiş 124a saylı, 09 fevral 2018-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai prospekti 40a ünvanında yerləşən kooperativ yaşayış binasının İ, İİ, İİİ giriş, İ mərtəbəsinin 2-ci səviyyəsində ümumi sahəsi 1488,36 kv.metr olan qeyriyaşayış sahəsi olan ofisin dəyəri payçı iddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinin 11.02.2015-ci il tarixli 41 saylı sərəncamına əsasən ünvan 2 ünvandakı 16 mərtəbəli (+mansard) 3 girişli yaşayış binasının (1-ci mərtəbəsi 2 səviyyəli qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı qaraj) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara qəbul edilməsi üzrə dövlət qəb ul komissiyasının aktı təsdiq olunmuşdur. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının 11.02.2015-ci il tarixli aktına əsasən akt Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11.02.2015-ci il tarixli 41 saylı sərəncamı ilə təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı Bakı şəhəri, Xətai prospekti 40a ünvanında yerləşən kooperativ yaşayış binasının İ, İİ, İİİ giriş, İ mərtəbəsinin 1-ci səviyyəsində ümumi sahəsi 1371,56 kv.metr olan qeyri-yaşayış sahəsini və həmin ünvanda İ, İİ, İİİ giriş, İ mərtəbə, 2ci səviyyə, ümumi sahəsi 1488,36 kv.metr olan qeyri-yaşayış sahəsini “xxxx” MTK-dan əvəzini ödəməklə almış, onun həmin qeyri-yaşayış sahələrinə görə MTK-ya borcu yoxdur. İş materiallarından görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin planı MTK t ərəfindən təsdiq edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 12.02.2019-cu il tarixli məktubda qeyd olunur ki, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a ünvanında yerləşən qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi ilə bağlı ərizəsinə baxılmış, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq göstərilmişdir ki, qeyri-yaşayış sahəsinə texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır. Bundan başqa ərizəyə əlavə edilmiş sənədlərə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11.02.2015-ci il tarixli 41 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” istismara qəbul aktında sifarişçi kimi qeyd edilmiş “xxxx” ASC ilə “xxxx” MTK arasında əlaqələndirici sənədlərə əlavə edilməmişdir. Belə ki, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sifarişçi “xxxx” ASC, podratçı isə “xxxx” MTK qeyd edilmişdir. Lakin çoxmənzilli yaşayış binasının sakinləri tərəfindən istifadələrində olan mənzillərin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı İdarəyə “xxxx” MTK tərəfindən təsdiq edilən hüquqmüəyyənedici sənədlər təqdim edilir. Əlavə araşdırma zamanı məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 107 saylı, 27.04.2005- ci il tarixli sərəncamı ilə “xxxx” ASC-yə Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə qeyri-yaşayış sahəsini tutduğu 0,3 ha torpaq sahəsində ya şayış binasının layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrində hüquqi şəxsin yenidən təşkili və hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi məsələsi öz əksini tapmışdır. “xxxx” ASC ilə “xxxx” MTK arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş, tikintisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq “xxxx” MTK-nın balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İddiaçı 12 mart 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yer ləşən “xxxx” MTK-nın inşa etdiyi yaşayış binasının 1-ci mərtəbəsinin 1-ci səviyyəsinin qeyriyaşayış sahəsindən 1371,6 kv.metr, həmin mərtəbənin 2-ci səviyyəsinin qeyri-yaşayış sahəsindən 1488,36 kv.metr olan qeyri-yaşayış sahələrinə iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 21.01.2019-cu il tarixlərdə iki ərizə ilə müraciət edilərək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40 A ünvanında yerləşən “xxxx” MTK-nın inşa etdiyi yaşayış binasının İ mərtəbəsinin İ səviyyəsinin qeyri-yaşayış sahəsindən 1371,6 kv.metr, həmin mərtəbənin İİ səviyyəsini n qeyri-yaşayış sahəsindən 1488,36 kv.metr olan sahələrini almasını və həmin qeyri-yaşayış sahələri üçün tam ödəniş etməsini, yuxarıda adı gedən ünvanda aldığı sözügedən sahələrin qeydiyyata alınaraq hər bir sahə üçün çıxarış verilməsini xahiş etmişdir. Ərizələr cavabdeh tərəfindən ********** və ********** sayla qeydiyyata alınmış və hər iki ərizəyə 12.02.2019-cu il tarixdə eyni məzmunlu cavab verilmiş və cavab məktubları onunla əsaslandırılmışdır ki, qeyd olunan qeyri-yaşayış sahələrinə texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır. Bundan başqa məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş sənədlərə Bakı Şəhər icra Hakimiyyəti Başçısının 11.02.2015-ci il tarixli 41 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara q əbul edilməsi haqda dövlət qəbul komissiyasının” istismara qəbul aktında sifarişçi kimi qeyd edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında əlaqələndirici sənədlər əlavə edilməmişdir. Belə ki, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sifarişçi “xxxx” ASC, podratçı isə “xxxx” MTK qeyd edilmişdir. Lakin çoxmənzilli yaşayış binasının sakinləri tərəfindən istifadələrində olan mənzillərin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı idarəyə “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən təsdiq edilən hüquqmüəyyənedici sənədlər təqdim edilir. Əlavə araşdırma zamanı məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 107 saylı, 27.04.2005-cı il tarixli sərəncamı ilə “xxxx” ASC-yə Nəsimi r ayonu, Xətai prospekti, 787-ci məhəllədə qeyri-yaşayış sahəsini tutduğu 0,3 ha torpaq sahəsində yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. “xxxx” ASC ilə “xxxx” MTK arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş, tikintisi başa çatmış çox mərtəbəli yaşayış binasının “xxxx” MTK-nın balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Cavabdehin bu cavab məktubları ilə faktiki olaraq iddiaçıya məxsus olan qeyri-yaşayış sahələrinin özəlləşdirməkdən imtinası qanunsuzdur. Belə ki, cavabdehin hər iki cavab məktubunda ərizələrdə telefon nömrəsi qeyd edilməməsinə istinad etməsi tam əsassız olmaqla bir bəhanədir. Çünki qanunvericilikdə ərizə ilə müraciət edilərkən orada telefon nömrəsinin qeyd edilməsi nəzərdə tutulmamışdır. Həmçin in ərizələrə əlavə edilmiş maliyyə arayışlarında “xxxx” MTK-nın blanklarında telefon nömrəsi qeyd edilmişdir və əgər qeyd olunan qeyri-yaşayış sahələrinə texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisi gəlmək istəsə idi həmin telefonla birbaşa əlaqə saxlaya bilərdi. Bundan başqa cavabdeh hər iki hüquqi şəxs olan “xxxx” ASC ilə “xxxx” MTK arasında əlaqələndirici sənədlər əlavə edilməməsi dedikdə nəyi nəzərdə tutulması aydın deyildir. Halbuki hər bir qeyri-yaşayış sahəsi barədə edilən müraciətə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11.02.2015-ci il tarixli 41 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət komissiyasının” istismara qəbul aktı əlavə edilmiş, həmin aktda sifarişçi “xxxx” Açıq Səhmdar Cəmiyyətinin olması, “xxxx” MTK isə podratçı kimi qeyd edilmişlər. Həmçinin ərizələrə “xxxx” ASC ilə “xxxx” MTK-nın arasında bağlanmış 20.04.2007-ci il tarixli podrat müqavilələrinin surətləri də əlavə edilmişdir. Göründüyü kimi cavabdehin bu imtinaları formal və şablon xarakterlidir. Belə ki, cavabdeh təqdim edilmiş akt və podrat müqaviləsinin əlaqələndirici sənədlər olmasına diqqət yetirməmişdir. Həmçinin, cavabdehə də yaxşı məlumdur ki, özəlləşdirilməsi xahiş edilən qeyri-yaşayış sahələrinin yerləşdiyi binada artıq bir neçə mənzil xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçərək sahiblərinə müvafiq “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”lar verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-1726/2019 saylı iş) 8 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən “xxxx” MTK-nın inşa etdiyi yaşayış binasının 1-ci mərtəbəsinin 1-ci səviyyəsinin qeyri-yaşayış sahəsindən 1371,6 kv.metr, həmin mərtəbənin 2-ci səviyyəsinin qeyri-yaşayış sahəsindən 1488,36 kv.metr olan qeyri-yaşayış sahələrinə iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının aldığı qeyri-yaşayış sahələrinin yerləşdiyi bina istismara qəbul edildiyi, həmin qeyri-yaşayış sahələrinə görə iddiaçının borcunun olmaması, habelə müraciətin təmin edilməsindən imtina edilməsi üçün əsas olmadığı halda tələbin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı maddəsinin tələbinə uyğun olduğu müəyyən edilir ki, bu da öz növbəsində, cavabdehin imtinasının əsassız olması qənaətinə gəlmək üçün məhkəməyə əsas verir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 may 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4-məruzəçi, X7 və X5, 2-1(103)-1902/2019 saylı iş) 31 oktyabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 17 dekabr 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 107 saylı, 27.04.2005-ci il tarixli sərəncamı ilə “xxxx” ASC-yə Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə qeyri-yaşayış sahəsini tutduğu 0,3 ha torpaq sahəsində yaşayış binasının lahiyələşdirilməsi və tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrində hüquqi şəxsin yenidən təşkili və hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi məsələsi öz əksini tapmışdır. “xxxx” ASC ilə “xxxx” MTK arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş (Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür), tikintisi başa çatmış çox mərtəbəli yaşayış binasının M ülki Məcəlləyə uyğun olaraq “xxxx” MTK-nın balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəblərdən ərizələrin icra mümkün olmamış, iddiaçıya qanunamüvafiq **********18, **********19 saylı, 12.02.2019-cu il tarixli cavab məktubları ünvanlanmışdır. Qeyd olunanlardan da göründüyü kimi, yuxarıda sadalanan hallar əsassız olaraq nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materialları və şikayətdə qeyd olunan faktlar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış, ekspertiza təyin edilməsi ilə bağlı İdarənin vəsatəti təmin edil məmiş və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 57.2, 109.1, Mənzil Məcəlləsinin 113.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 7, 8, 9, 11, 15, 23-ci maddələrinə istinad olunmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən “xxxx” MTK-nın inşa etdiyi yaşayış binasının 1-ci mərtəbəsinin 1-ci səviyyəsinin qeyri- yaşayış sahəsindən 1371,6 kv.metr, həmin mərtəbənin 2-ci səviyyəsinin qeyri-yaşayış sahəsindən 1488,36 kv.metr olan qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının dövlət reyestrind ə qeydə alınmasını xahiş etmişdir. Cavabdeh hesab edir ki, hüquqmüəyyənedici sənədlərə Bakı şəhər İcra Hakimiyyəti başçısının 11.02.2015-ci il tarixli 41 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının” istismara qəbul aktında sifarişçi kimi qeyd edilmiş “xxxx” ASC ilə “xxxx” MTK arasında əlaqələndirici sənədləri əlavə edilmədiyindən ərizənin icrası mümkün deyildir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı veril miş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 9 fevral 2018-ci il tarixdə “xxxx” MTK-ya üzv qəbul edilmişdir. Onun Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 1, 11, 111-cü giriş, 1-ci mərtəbə 2-ci səviyyə, ümumi sahəsi 1488,36 kv.m olan qeyri-yaşayış sahəsinin payçı olmasının təsdiq edilməsi qərara alınmışdır. “xxxx” MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40 A ünvanında yerləşən yaşayış binasının MTK-ya məxsus olması, mübahisəli qeyri-yaşayış sahələrinin pay dəyərinin payçı olan iddiaçı tərəfindən tam ödənilməsi barədə 26.10.2018-ci il tarixli 134, və 09.02.2018-ci il tarixli 124 a №-li maliyyə arayışları vermişdir. Yəni adı çəkilən sənədlərə görə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40 A ünvanında yerləşən yaş ayış binası “xxxx” MTK-ya məxsusdur və iddiaçı həmin binada 2018-ci ilin fevral ayında “xxxx” MTK-ya üzv qəbul edilməklə qeyri-yaşayış sahəsinin payçısıdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının 11.02.2015-ci il tarixli 41 saylı sərəncamı ilə təsdiq edilmiş tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiyasının Aktına əsasən “xxxx” ASC nin sifarişi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında inşası edilmiş bina istismara qəbul edilmişdir. O da qeyd edilməlidir ki, tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiyasının Aktında da “xxxx” ASC sifarişçi, “xxxx” MTK isə podratçı kimi qeyd edilmişdir. Yuxarıda adı çəkilən sənədlər təhlil edilərsə mübahisə olunan tikilinin sifarişçisi “xxxx” ASC-dir, lakin “xxxx” MTK-nın tərtib etdiyi sənədlərə görə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40 A ünvanında yerləşən yaşayış binası “xxxx” ASC-yə deyil, “xxxx” MTKya məxsusdur. Binanın ASC-yə, yoxsa MTK-ya məxsus olmasına dair ziddiyyətlər məhkəmə tərəfindən araşdırılmamışdır. “xxxx” ASC ilə “xxxx” MTK arasında bağlanmış 20.04.2007-ci il tarixli podrat müqaviləsindən görünür ki, müqavilənin tərəfləri Bakı şəhər İcra Hakimiyyəti başçısının 27.04.2005-ci il tarixli, 107 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 - (787-ci məhəllə) 3000 kv.m torpaq sahəsində yaşayış binasının tikintisi ilə əlaqədar fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdələrinə götürmüş, yaşayış binasının tikintisini “xxxx” ASC-nin sifarişi əsasında “xxxx” MTK həyata keçirmişdir (1.1 və 1.2-ci bəndlər). “xxxx” MTK “xxxx” ASC ilə qiymətləri razılaşdırmaq şərti ilə, tikilən binadakı mənzillərin satışının “xxxx” MTK tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur (2.1-ci bənd). Müqavilə şərtinə görə “xxxx” MTK “xxxx” ASC-nin sifarişi əsasında binanın tikintisini və “xxxx” ASC ilə qiymətləri razılaşdırmaq şərtilə mənzillərin satışını həyata keçirir. Müqavilənin bu şərtinə də əməl edilməsi vəziyyəti məhkəmə tərəfindən müəyyən edilməmiş, iddiaçının adına ayrılan payların qiymətlərinin “xxxx” ASC ilə razılaşdırılması, həmçinin 20.04.2007-ci il tarixli müqavilədə binanın tikintisinin və “xxxx” ASC ilə qiymətləri razılaşdırmaq şərtilə mənzillərin satışının həyata keçirilməsi nəzərdə tutulsa da, payların “xxxx” MTK-ya aid olması ilə bağlı araşdırma aparılmamış dır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Apelyasiya məhkəməsi mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin “xxxx” ASC, yaxud “xxxx” MTK-ya aid olmasını, pay haqqının “xxxx” MTK-nın hesabına ödənilməsi səbəbini araşdırmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə: - torpaq sahəsi üzərində mülkiyy ət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, -müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, -istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşdə tikilinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikiliyə dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə olmamış, məhkəmə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan sənədlərin olmamasına münasibət bildirməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, m übahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlillə ri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1902/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxıl ması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-543/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-543/2020
24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver