Məhkəmə qərarları › İş №2-1(102)-543/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-543/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-543/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraat iştirakçısının dinlənilmə hüququnun təmin edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, üçüncü şəxs Rəhimov Suriddin Cəlil oğlunun, üçüncü şəxs Rəhimov Alim Suriddin oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyes tri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs: Rəhimov Suriddin Cəlil oğlu, Rəhimov Alim Suriddin oğlu) “2017-ci il 19 yanvar tarixdə rəsmiləşdirilmiş bağışlanma müqaviləsinin və RX seriyalı, Xsaylı çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 noyabr tarixli, 2-1(103)-1941/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək 2017-ci il 19 yanvar tarixdə rəsmiləşdirilmiş bağışla nma müqaviləsinin və RX seriyalı X saylı çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2017-ci il 19 yanvar tarixdə rəsmiləşdirilmiş bağışlanma müqaviləsinin və RX seriyalı, X saylı çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 0,3823 ha torpaq sahəsində yerləşən 13 nömrəli 1 mərtəbəli binanın 59,0 kv metr ümumi, 40,5 kv metr yaşayış sahəsindən ibarət olan 3 otaqlı mənzil paylı mülkiyyət hüququ ilə iddiaçının adına 1 otaq y/s – 10.0 kv metr, X oğlunun adına 2 otaq y/s – 30,5 kv metr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X Cəlil oğlu və oğlu X o ğlu arasında Bakı şəhəri 13 saylı notariat ofisində 2017-ci il 19 yanvar tarixdə rəsmiləşdirilmiş bağışlama müqaviləsinə əsasən iddiaçının razılığı olmadan birinci payını ikinciyə bağışlamışdır. Habelə, iddiaçının razılığı olmadan ümumi istifadədə olan yardımçı sahə də onun oğluna keçmişdir. Bununla bağlı RX seriyalı, X nömrəli yeni çıxarış verilmişdir. Sonradan həmin müqavilə, müqavilə tərəflərinin bağladıqları saziş əsasında ləğv edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 04 iyun tarixli, 2-1(112)-989/2020 nömrəli qərardadı ilə X1 və X oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Bakı İnzibati Məhkəməsinin 2020-cu il 22 sen tyabr tarixli, 2-1(112)-989/2020 nömrəli qərardadı ilə iddiaçının cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı 2017-ci il 19 yanvar tarixdə rəsmiləşdirilmiş bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri 13 saylı Notariat ofisinin məhkəmənin sorğusuna verdiyi cavaba və “2019-cu il 01 iyun tarixli “Müqavilənin ləğvi barədə saziş”ə əsasən X Cəlil oğlu və Rəhimov Alim Suriddin oğlu arasında Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən 2017-ci il 19 yanvar tarixdə 4-Ə-14 reyestr nömrəsi ilə təsdiq edilmiş mənzili bağışlama müqaviləsi üzrə vəzifə və öhdəliklərə xitam verilmiş, bağışlama müqaviləsi ləğv edilmişdir. Belə olan halda, hazırda iddiaçı ilə cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisi arasında 2017-ci il 19 yanvar tarixdə rəsmiləşdirilmiş bağışlama müqaviləsinin ləğvi ilə bağlı mübahisə qalmamışdır. Bundan əlavə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 nömrəli qərarının 8-ci bəndinə əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli, 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Mə cəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 noyabr tarixli, 2-1(103)-1941/2020 nömrəli qərardadı il ə Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

11. Şikayətdə qeyd edilmişdir ki, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmədiyi üçün o, məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasına gəlməməsinin səbəbini araşdırmadan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 62.3 -cü maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini əsaslı saymışdır. Tərəf məhkəmə iclasına gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Lakin məhkəmə bildirişi iddiaçıya vaxtında təqdim edilmədiyi üçün məhkəmə tərəfindən İPM-nin 62.3-cü maddəsindən irəli gələn hallar tətbiq edilməmişdən öncə məhkəmə bildirişin tərəflərə çatıb-çatmaması hallarının araşdırmalı idi. İddiaçının lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, işə onun iştirakı olmadan baxılmışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi.

13. Cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisi işə onun iştirakı olma dan baxılmasını xahiş etmişdir.

14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). 15.Üçüncü şəxslər məhkəmə iclasında vəkil ilə təmsil olunmadıqlarından, çıxışlarda iştirak etmədilər. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İPM: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 62.1. Məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Maddə 62.2. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tut ulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır: 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; 92.0.4. proses iştirakçısının aşkar və ya susmaqda ifadə olunan razılığı ilə məhkəmə icraatının aparıldığı hallar istisna olmaqla, proses iştirakçısı icraatda qanunun müddəalarına uyğun şəkildə təmsil olunmadıqda; Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mü bahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət qərardadın ləğv edilməsi tələbinə aid hissədə əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. İşdən göründüyü kimi, iddiaçının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 noyabr tarixli icl asında baxılmış və həmin tarixdə şikayət üzrə qərardad qəbul edilmişdir. Lakin iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Belə ki, məhkəmə bildirişi iddiaçıya məhkəmə iclasının keçirildiyi gün təqdim olunduğundan, iddiaçı onun şikayəti üzrə işə baxılmasında iştirak edə bilməmiş, öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək imkanlarından məhrum olmuşdur.

21. Beləliklə, İPM-in 11.2, 62.1, 62.2 və 64.1-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Belə olan halda, İPM-in 92.0, 92.0.3, 92.0.4-cü maddələrinin tələbinə görə, məhkəmə qərardadı kassasiya qaydasında mütləq ləğv olunmalıdır.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı istinad edilən prosessual normala rın tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət işin mahiyyəti üzrə baxılması hissəsində təmin oluna bilməz.

23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 noyabr tarixli, 2-1(103)-1941/2020 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: İ.K.Hüseynov R.S.Nəbizadə K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar