Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-543/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi ilə bağlı kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “isti smara qəbul aktının verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3124/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin (hakim: P.A.Hüseynov) 31 may 2022-ci il tarixli, 21(112)-1164/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, məhəllə 2517/2518, 1 nömrəli binanın yaxınlığında yerləşən qeyri-yaşayış obyektinin istismara qəbul aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulma sı tələbinə dair iddiası təmin edilmişdir.
2. Qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3124/2022 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-1164/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Cavabdeh kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
4. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab ol unmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə
90. Kassasiya şikayəti vermək hüququ... Maddə 90.3. bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu M əcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
5. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən cavabdehin şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
6. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
7. İş materiallarından müəyyən edilmişdir ki, qanunvericilikdə məhkəmə qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət otürülmüşdür. Bununla əlaqədar tərəflərə 26 yanvar 2023-cü il tarixli bildiriş göndərilmiş, bildirişdə məhkəmə iclasının təyin olunduğu vaxtadək qeyd olunan nöqsanın aradan qaldırılması, yəni prosessual müddətin ca vabdeh tərəfindən ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim edilməsi cavabdehə təklif edilmiş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə məlumat verilmişdir.
8. Cavabdeh tərəfindən təqdim olunmuş 3-35-1/2-734/2023 nömrəli, 17 mart 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Bakı Apelliyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-3124/2022 nömrəli qərarı olan zərf xx.xx.2022-ci il tarixində möhürlənmiş, lakin növbəti 2 gün 12 - xx.xx.2022-ci il tarixləri istirahət günlərinə təsadüf etdiyindən məktub Baş idarəyə xx.xx.2022-ci il tarixdə daxil olmuş və Ümumi məsələlər və maliyyə şöbəsi tərəfindən qeydiyyata almışdır. Bakı Apelliyasiya Məhkəməsinin qərarından xx.xx.2 022-ci il tarixində Baş İdarə tərəfindən şikayət verilmişdir”.
9. Lakin məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılaraq müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3124/2022 nömrəli qərarı cavabdehə 11 noyabr 2022-ci il tarixdə təqdim olunmuş (cild 2, səh. 30), lakin həmin qərardan kassasiya şikayəti 14 dekabr 2022-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra təqdim olunmuşdur.
10. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
11. Gös tərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3124/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.