Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-543/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: hakim kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlə rlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3047/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx xxxx 1958-ci ildə doğulmuşdur.
2. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, o, 27 oktyabr 1975-ci ildən “Bakıbaştikinti” idarəsində fəhlə kimi əmək fəaliyyətinə başlamış, 1977-1979-cü illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmiş, tərxis olunduqdan sonra xx.xx.1979-cu ildən 13 noyabr 1987-ci ilədək “Bakıbaştikinti” idarəsində əmək fəaliyyətini davam etdirmiş, 16 n oyabr 1987-ci ildən 05 iyul 1996-cı ilədək Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspert, 05 iyul 1996-cı ildən 29 avqust 2000-ci ilədək Ədliyyə Nazirliyində aparıcı mütəxəssis vəzifələrində işləmişdir. 3. 2000-ci ilin avqust ayının 28-dən 2007-ci il iyul ayına kimi Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi, 2007-ci il iyul ayından 2008-ci il avqust ayına kimi Bakı Apellyasiya Məhkəməsinin hakimi, 2008-ci il avqust ayından 2023-cü il iyul ayının 17-nə kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi işləmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Qeyd etmişdir ki, ona təyin edilmiş əmək pensiyasının məbləği müəyyən edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsinin tələbləri pozulmaqla əmək pensiyasının sığorta hissəsi nəzərə alınmamış, ona təyin edilən pensiyanın məbləği yalnız “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsində göstərilən əlavələrlə müəyyən edilmişdir.
5. Cavabdeh 26 sentyabr 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.7, 20.7.1 və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Mərkəzi Filiala təqdim edilən son 24 a y ərzində ödənilmiş əmək haqqına dair arayışa əsasən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşının 2840,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavənin 1278,00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavənin 710,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavənin 426,00 manat, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin 2840,00 manat, digər növ əlavələrinin 2461,33 manat olmaqla orta aylıq əmək haqqının 10555,33 manat təşkil etmişdir. Bununla əlaqədar ona 18 iyul 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında" Qanunun 20.7.2-ci maddəsinə əsasən 22 il 10 ay 18 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyini vəzifə üzrə orta aylıq əmək haqqının (10555,33 manat) 73,50 faizi-7758,17 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Eyni zamanda pensiyanın orta aylıq əmək haqqının 80 faizi miqdarında yenidən hesablanması məsələsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən hakim işlədiyini dövr ərzində istənilən ardıcıl gələn 60 ay üzrə ödənilmiş əmək haqqına dair arayış Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DSMF-nin üzərinə iddia ərizəsində qeyd olunanları nəzərə alaraq əmək pensiyasının sığorta hissəsi 1862,83 manat hakim vəzifəsində işlədiyi son 24 ayın orta aylıq əmək haqqı 10555,17 manat olmaqla əmək pensiyasına əlavələrin 80 faizlə yenidən hesablanması vəzifəsinin qoyulmasını, pensiyanın təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin ödənilməsini və DSMF-dən onun xeyrinə 30000 manat məbləğində mənəvi zərərin tutulmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci ilin oktyabr ayından “Bakıbaştikinti” idarəsində fəhlə kimi əmək fəaliyyətinə başlamış, 1977-1979-cü illərdə k eçmiş Sovet Ordusu sıralarında xidmət etmiş, tərxis olunduqdan sonra 1987-ci ilin noyabr ayına kimi həmin idarədə əmək fəaliyyətini davam etdirmiş, 1980-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olub 1986cı ildə həmin fakültəni bitirmişdir. 1987-ci ilin noyabr ayından 1996-cı ilin iyun ayına qədər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspert, 1996-cı ilin iyun ayından 2000-ci ilin avqust ayının 28-dək Ədliyyə Nazirliyində aparıcı mütəxəssis vəzifələrində işləmişdir. 2000-ci ilin avqust ayının 28-dən 2007-ci il iyul ayına kimi Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi; 2007-ci il iyul ayından 2008-ci il avqust ayına kimi Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi; 2008-ci il avqust ayından 2023-cü il iyu l ayının 17-nə kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifələrində işləmişdir. 2023-cü il iyul ayının 16-da 65 yaşı tamam olduğu üçün Ali Məhkəmənin sədrinin müvafiq əmri ilə əmək fəaliyyətinə xitam verilmiş və bununla bağlı DSMF tərəfindən ona 18 iyul 2023-cü ildən sabiq hakim kimi yaşa görə 7758,17 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Lakin ona təyin olunmuş əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə tam uyğun təyin edilməmişdir. Belə ki, iddiaçı yaşa görə əmək pensiyasına çıxmışdır. Yaşa görə əmək pensiyasının məbləğinin hesablanmasının ilkin mərhələsi “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin göstərişlərinə görə yaşa görə əmək pensiyasının məbləği yaşa görə əmək pensiyasının sığorta hissə sinin və yaşa görə əmək pensiyasının yığım hissəsinin cəmindən ibarətdir. 8. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci, o cümlədən 20.7.2-ci maddələri isə müxtəlif əsaslarla, həmçinin yaşa görə pensiyaya çıxmış şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr müəyyən edir. Ona təyin edilmiş əmək pensiyasının məbləği müəyyən edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsinin tələbləri pozulmaqla əmək pensiyamın sığorta hissəsi nəzərə alınmamış, ona təyin edilən pensiyanın məbləği yalnız “Əmək pensiyaları haqqında” qanunun 20.7.2-ci maddəsində göstərilən əlavələrlə müəyyən edilmişdir. Bu hal hakim vəzifəsində işlədiyi son 24 ay ərzində ona ödənilmiş əmək haqqına dair Ali Məhkəmə tərəfindən verilmiş arayışla və DSMF-nin müraciətlərinə əsasən ona ünvanladığı 26 sentyabr 2023- cü il tarixli və 23 noyabr 2023-cü il tarixli məktublarla təsbit edilir, (məktubların surəti qoşma kimi əlavə edilir). Belə ki, həmin arayışın və məktubların məzmunundan görünür ki, onun orta aylıq əmək haqqı 10 555,33 manat, hakimlik stajı isə 22 il 10 ay 18 gün təşkil etmişdir. Bu iki amili nəzərə alan DSMF “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsini əsas tutaraq ona 73.50 %-lə 7758,17 manat məbləğində əmək pensiyası təyin etmişdir. DSMF orta aylıq əmək haqqı olan 10.555,33 manatın 73,50 %-ə nisbətini - 7758,17 manatı düzgün müəyyən etsə də, bu məbləğin onun yaşa görə əmək pensiyasına hesablanmalı olan əlavə olduğunu nəzərdən qaçırmışdır. DSMF ona göndərdiyi ikinci məktubun (xx.xx.2023) son abzasında bu halı gizlətmək üçün onun əmək pensiyasına təyin edilən əlavənin 5895,34 m anat təşkil etdiyini göstərsə də, bu rəqəmi necə hesabladığını göstərmir və nəzərə almır ki, onun orta aylıq əmək haqqı olan 10555,33 manat pulun 73,50 %-i 5895,34 manat deyil, 7758,17 manat təşkil edir. Beləliklə, DSMF xx.xx.2023-cü il tarixli məktubunda ona təyin edilən pensiyanın sığorta hissəsinin 1862,83 manat olduğunu etiraf etdiyi və 73,50 %-lə əmək pensiyasına təyin edilən əlavələrin məbləği 7758,17 manat təşkil etdiyi üçün DSMF ona ən azı 9621 manat (7758,17 + 1862,83= 9 621) əmək pensiyası təyin etməli idi. 9.Daha sonra iddiaçı iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, əmək pensiyasının sığorta hissəsi 1862,83 manat hakim vəzifəsində işlədiyi son 24 ayın orta aylıq əmək haqqı 10555 17 manat olmaqla əmək pensiyasına əlavələrin - 15 il hakiml ik stajına görə 50 faiz, 15 ildən yuxarı hakimlik stajının hər ilinə görə 3 faiz olmaqla lakin orta aylıq əmək haqqının müvafiq faizi ilə qanunla təyin olunan əmək pensiyasının fərqi qədər əlavələrlə yenidən hesablanması vəzifəsinin qoyulmasını, pensiyasının təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6261/2024 saylı 18 aprel 2024-cü il tarixli qərardadı ərizə icraata qəbul edilmişdir.
11. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun pensiyası qanunla təyin edilən məbləğdən (1862.83 manat sığorta hissə) və orta aylıq əmək haqqının 73.5 faizindən ibarət olmalıdır. İddiaçının bu tələbi ilə bağlı bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Qanunverici bu normada hakimlərə təyin edilən pensiyanın hesablanma mexanizmini konkret olaraq göstərmişdir. Sözügedən normaya əsasən hakimlərin pensiyası hesablanarkən qulluq illərinə görə əlavə aşağıdakı qaydada müəyyən edilməlidir: Orta aylıq əməkhaqqının müvafiq faizi (73.5) ilə qanunla təyin edilən əmək pensiyasının məbləği (sığorta hissə (1862.83)) arasındakı fərq qədər (7758.171862.83=5895.34) təyin edilir. Ona görə də cavabdeh iddiaçının pensiyasının sığorta hissəsinin üzərinə 5895.24 manat əlavə etmiş və iddiaçıya yekun ödəniləcək pensiya məbləğini haqlı olaraq 7758.17 (1862.83+5895.34) manat müəyyən etmişdir. Burada 1862.83 manat iddiaçının özünün topladığı məbləğ, 5895.34 manat isə dövlətin iddiaçıya güzəşt etdiyi məbləğdir. Deməli inzibati orqan iddiaçıya təyin edilmiş pensiyanın məbləğini düzgün və dəqiq müəyyən etmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun pensiyası hakim işlədiyi dövrdə istənilən ardıcıl gələn 5 ili n orta aylıq əməkhaqqının 80 faizi olmaqla hesablanmalıdır. İddiaçının bu tələbi ilə bağlı bildirilir ki, inzibati orqan ona ünvanladığı 23 noyabr 2023-cü il tarixli məktubda pensiyanın orta aylıq əməkhaqqının 80 faizi miqdarında yenidən hesablanması məsələsinə hakim işlədiyi dövrdə istənilən ardıcıl gələn 60 ay üzrə ödənilmiş əməkhaqqına dair arayışın mərkəzi filiala təqdim edildikdən sonra baxılacağını qeyd etmiş, lakin iddiaçı sözügedən arayışı cavabdehə təqdim etmək əvəzinə həmin tələbi də məhkəmədə mübahisələndirmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 4 il Ədliyyə Nazirliyində aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Həmin stajı da hakim stajı ki nəzərə alınmalıdır. İstinad olaraq da “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 18.5-maddəsini göstərmi şdir. İddiaçının bu tələbi ilə bağlı bildirilir ki, iddiaçı Ədliyyə Nazirliyində aparıcı mütəxəssis vəzifəsində işləyərkən (1996-2000) həmçinin, hakim təyin edilərkən (xx.xx.2000) hələ “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanun qəbul olunmamış, ümumiyyətlə mövcud deyildi. Həmin Qanun 2006-cı ildə qəbul edilmişdir. Aparıcı mütəxəssis vəzifəsində işləyərkən, həmçinin hakim təyin edilərkən mövcud olsaydı belə, iddiaçının həmin stajı hakim stajı kimi nəzərə alına bilməzdi. Həmin normada ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə orqanlara işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır” qeydi hakim vəzifəsini deyil, məhkəmə aparatı işçilərini nəzərdə tutmuşdur. Çünki hakiml ər işə qəbul edilmir, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hakim vəzifəsinə təyin edilirlər. Bundan əlavə, məhkəmə orqanları işçisi qeydi olan bütün qanunvericilik aktlarında hakimlər deyil, məhkəmə aparatı işçiləri nəzərdə tutulmuşdur. Hakimlərdən bəhs edən qanunvericilik aktlarında isə hakim ifadəsi konkret olaraq “hakim” adı ilə göstərilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6261/2024 saylı 30 aprel 2024-cü il tarixli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, İddiaçı əmək pensiyasının sığorta hissəsi 1862,83 manat, hakim vəzifəsində işlədiyi son 24 ayın orta aylıq əmək haqqı 10555,17 manat olmaqla əmək pensiyasına əlavələrin - 15 il hakimlik stajına görə 50 faiz, 15 ildən yuxarı hakimlik stajının hər ilinə görə 3 faiz olmaql a lakin orta aylıq əmək haqqının müvafiq faizi ilə qanunla təyin olunan əmək pensiyasının fərqi qədər əlavələrlə yenidən hesablanması, pensiyasının təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən aparılan hesablamalar “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci və 20.7-ci maddələrinin tələblərinə uyğun olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində sosial sığorta stajından, 20-ci maddəsində eyni zamanda “sonrakı artımlar”dan bəhs olunur. Vətəndaşın sosial təminat hü ququnun təmin edilməsi, daha dəqiq desək pensiya almaq hüququ yarandığı zaman müəyyən olunan pensiya məbləği sığorta hissəsindən, yığım hissəsindən (istisna ailə başçısının itirilməsinə görə əmək pensiyası) və əlavələrdən (olduğu təqdirdə) ibarətdir. Hazırkı işin faktiki hallarından isə göründüyü kimi cavabdeh tərəfindən aparılan hesablama zamanı iddiaçıya təyin olunmuş pensiya məbləğinin tərkibində yalnız qulluq stajına görə əlavələr nəzərə alınmışdır. Belə ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, onun 22 il 10 ay 18 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (10555,33 manat) 73,50 faizi7758,17 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir k i, bu məbləğin 1862,83 manatı sığorta hissəsini, 5.895,34 manat isə qulluq stajına görə əmək pensiyasına əlavə olduğu bildirilmişdir. Təkzib olunmaz haldır ki, həqiqətən də 1862,83 manat pensiya məbləğinə daxil olmalı olan sığorta hissədir. Lakin cavabdeh tərəfindən həmin məbləğin əmək pensiyasına daxil olduğu bildirilsə də, bu məbləğ sığorta hissə kimi pensiya məbləğinin tərkibinə daxil edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı 15 ildən yuxarı işləmiş sabiq hakim olduğundan, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsini tətbiq olunur. Riyazi hesablamalar nəticəsində görünür ki, cavabdehin müəyyən etdiyi 22 il 10 ay 18 gün ümumi iş stajı (hakimlik) qarşılığında “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən qulluq stajına görə əlavə 73,50 % təşkil edir ki (15 il – 50%, 7x3=21%; 10 ay 18 gün =2,5%; 50+21+2,5=73,5%), bu zaman orta aylıq əmək haqqının (10.555,33 manat) 73,50 % faizi 7758,17 manat təşkil edir. Göründüyü kimi iddiaçıya sabiq hakim kimi təyin olunmuş 7758,17 manat məbləğində yaşa görə əmək pensiyasının tərkibi yalnız qulluq stajına görə əlavələrdən ibarətdir. Məhkəmə hesab edir ki, İddiaçı sabiq hakim kimi təyin olunmuş pensiya məbləğinin tərkibi müəyyən edilən zaman yalnız qulluq stajına görə əlavələr nəzərə alınmışdır ki, bu hal “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinin normalarına zidd olmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, qulluq stajına görə əlavə ilə yanaşı, həmçinin əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla iddiaçının ə mək pensiyası yenidən hesablanmalıdır.
14. İddiaçının irəli sürdüyü digər əsas ilə bağlı, yəni qulluq stajına görə əlavənin 80% kimi müəyyən olunmasına münasibətdə məhkəmə iddiaçının irəli sürdüyü dəlillər ilə razılaşır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hakim işləmiş, hakim stajı 22 il 10 ay 18 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi (17 ilə yaxın) stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi. “Əmək pensiyaları haqqında” Qanunun Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyası onun işlədiy i dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən yenidən hesablanmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla onun 65 yaşı xx.xx.2023-cü il tarixdə tamamlansa da, iddiaçı xx.xx.2017-ci il tarixədək 17 il hakim stajına malik olduğundan, ona münasibətdə qulluq stajına görə əlavələrin hesablanması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri əsasında həyata keçirilməlidir ki, bu zaman onun son 24 ayın orta aylıq əmək haqqı 10555,17 manat olmaqla əmək pensiyasına əlavələrin - 15 il hakimlik stajına görə 50 faiz, 15 ildən yuxarı hakimlik stajının hər ilinə görə 3 faiz olmaqla lakin orta aylıq əmək haqqının müvafiq faizi ilə qanunla təyin olunan əmək pensiyasının fərqi qədər əlavələrlə yenidən hesablanması əsaslıdır.
15. Cavabdeh apelyasiya şikayəti v erərək qərarın ləğv edilməsini, birinci tələblə bağlı işin icraatına xitam verilməsini, ikinci tələblə bağlı iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3047/2024 nömrəli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X1) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)6261/2024 saylı 30 aprel 2024-cü il tarixli qərarı, nəticə hissədə “müvafiq” sözü, “80 faizi” ifadəsi ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək apelyas iya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, birinci tələblə bağlı işin icraatına xitam verilməsini, ikinci tələblə bağlı iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
19. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olması qənaətinə gəlinmişdir.
20. Qeyd edilmişdir ki, iddiaçının Mərkəzi filiala təqdim etdiyi son 24 ayın əməkhaqqı arayışına əsasən ona vəzifə maaşı 2840 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə olaraq 1278 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqda rında əlavə olaraq 710 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə olaraq 426 manat, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə olaraq 2840 manat, digər əlavələr 2461.33 manat olmaqla orta aylıq əməkhaqqı 10555.33 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçıya 22 il 10 ay 18 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqının (10555.33) 73.5 faizi (7758.17) məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə iddiaçıya orta aylıq əməkhaqqının müvafiq faizi (73.5) ilə qanunla təyin edilən əmək pensiyasının məbləği (sığorta hissə (1862.83)) arasındakı fərq qədər (77xx.xx-1862.83=5895.34) əlavə təyin edilmişdir. Ona görə də cavabdeh iddiaçının pensiyasının sığorta hissəsinin üzəri nə 5895.24 manat əlavə etmiş və iddiaçıya yekun ödəniləcək pensiya məbləğini haqlı olaraq 7758.17 (1862.83+5895.34) manat müəyyən etmişdir. İddiaçı tələbini dəyişdirdikdən sonra əmək pensiyasının sığorta hissəsinin 1862,83 manat, hakim vəzifəsində işlədiyi son 24 ayın orta aylıq əmək haqqının 10555,17 manat olmaqla, əmək pensiyasına əlavələrin - 15 il hakimlik stajına görə 50 faiz, 15 ildən yuxarı hakimlik stajının hər ilinə görə 3 faiz olmaqla, lakin orta aylıq əmək haqqının müvafiq faizi ilə qanunla təyin olunan əmək pensiyasının fərqi qədər əlavələrlə yenidən hesablanması istəmişdir. Halbuki cavabdeh iddiaçının pensiyasını dəyişdirilmiş iddia ərizəsində göstərilmiş qaydada hesablamışdır. Bu hal da iddiaçı ilə cavabdeh arasında əslində hər hansı bir mübahisənin olmadığı anlamına gəlir. Bu baxımdan işə məhkəmədə baxılarkən iş üzrə icraata xitam verilməli idi.
21. İddiaçı 25 il hakim vəzifəsində işləmədiyindən əmək haqqının 80% qulluq illərinə əlavə olunması hissəsində iddia rədd edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (ilkin redaksiya) Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Qanun (son redaksiya) Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natam am ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmu ş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. Kasasiya şikayəti vaxtında, yəni m əhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qismən prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qismən düzgün tətbiq olunmamışdır.
28. İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məhkəmə hakimi vəzifəsində, o cümlədən 2008-ci ilin avqust ayından 2023-cü ilin iyul ayının 17-dək Ali Məhkəmənin hakimi işləmiş, daha sonra hakim kimi təqaüdə çıxmış və cavabdeh ona pensiya təyin etmişdir.
29. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdən hakim kimi pensiya təyin olunmuş iddiaçının aşağıda qeyd olunan qaydada dövlət məvacibi əsas götürülməklə pensiyası yenidən hesablanmışdır: vəzifə maaşı 2.840 manat; ixtisas dərəcəsinə görə əlavə 15% hesablanmaqla - 426 manat; qulluq stajına görə əlavə 45 % hesablanmaqla – 1.278 manat; mükafatlar 2.461.33 manat; hakimiyyət səlahiyyətinə görə əlavə 25 % miqdarında – 710 manat olmaqla, dövlət məvacibinin cəmi 10.555,33 manat. Pensiya faizi 73.50 %. Yenidən he sablanmış pensiya məbləği 7.758,17 manat təşkil etmişdir.
30. İddiaçının hazırkı tələblə bağlı müraciətinə cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.7, 20.7.1 və 20.7.2ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Mərkəzi Filiala təqdim edilmiş son 24 ay ərzində ödənilmiş əmək haqqına dair arayışa əsasən orta aylıq əmək haqqı 10.555,33 manat təşkil etmişdir. Bununla əlaqədar ona 18 iyul 2023-cü il ta rixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən 22 il 10 ay 18 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (10.555,33 manat) 73,50 faizi-7.758,17 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Pensiyanın orta aylıq əmək haqqının 80 faizi miqdarında yenidən hesablanması məsələsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən hakim işlədiyi dövr ərzində istənilən ardıcıl gələn 60 ay üzrə ödənilmiş əmək haqqına dair arayış Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. 3
1. Cavabdeh iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli məktubunda da eyni mövqe sərgiləmişdir.
32. İddiaçı hazırkı iddiasında əmək pensiyasının sığorta hissəsi 1.862,83 manat, hakim vəzifəsində işlədiyi son 24 ayın orta aylıq əmək haqqı 10.555,17 manat olmaqla əmək pensiyasına əlavələrin - 15 il hakimlik stajına görə 50 faiz, 15 ildən yuxarı hakimlik stajının hər ilinə görə 3 faiz olmaqla lakin orta aylıq əmək haqqının müvafiq (80) faizi ilə qanunla təyin olunan əmək pensiyasının fərqi qədər əlavələrlə yenidən hesablanması vəzifəsinin qoyulması, pensiyasının təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin ödənilməsini xahiş etmişdir.
33. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçının tələb etdiyi kimi əmək pensiyasının sığorta hissəsi 1.862,83 ma nat, hakim vəzifəsində işlədiyi son 24 ayın orta aylıq əmək haqqı 10.555,17 manat olmaqla əmək pensiyasına əlavələrin - 15 il hakimlik stajına görə 50 faiz, 15 ildən yuxarı hakimlik stajının hər ilinə görə 3 faiz olmaqla faktiki hakim işlədiyi staj üzrə müəyyən edilən məbləğlə qanunla təyin olunan əmək pensiyasının fərqi qədər əlavələrlə pensiyası hesablandığından və bu barədə mübahisə olmadığından iş üzrə icraata xitam verilməlidir.
34. Məhkəmə kollegiyası iddia tələbinin bu hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. 35. “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsində qeyd edilir ki, 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildə ki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
36. Bu normanın mənasına görə əgər şəxs 15 ildən yuxarı hakim işləmişsə, 15 il hakim vəzifəsinə görə orta aylıq əməkhaqqının 50 faizi miqdarında, 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə təyin edilir.
37. İddiaçıya münasibətdə o, 15 ildən yuxarı, yəni 22 il 10 ay 18 gün hakim işlədiyindən 15 il hakim vəzifəsində ald ığı orta aylıq əməkhaqqının 50 faizi miqdarında, 15 ildən yuxarı (22 il 10 ay 18 gün-15 il) 7 il 10 ay 18 gün hakim vəzifəsində işlədiyindən 7 il hakim stajına görə 7x3%=21%, 10 ay 18 gün hakim vəzifəsində işlədiyinə görə 2,5%, cəmi (50%+21%+2,5) 73,5% əlavə hesablanmışdır.
38. Məhkəmə kollegiyası burda xüsusi olaraq vurğulayır ki, iddiaçıya hakim vəzifəsində qulluq illərinə görə əlavənin 73,5%, yaxud 80% ilə hesablanmalı olması ilə bağlı aşağıda ayrıca qiymətləndirmə aparılacaq.
39. İddiaçının dəlilinə görə 22 il 10 ay 18 gün hakim vəzifəsində çalışdığından qulluq illərinə görə əlavə “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən aşağıdakı qaydada hesablanmalıdır: 1) 15 il hakim stajına görə orta aylıq əmək haqqının 50% miqdarında əlavə; 2) 15 ildən yuxarı hakim vəzifəsind ə işlədiyinə görə hakimlik stajı 15 ildən çox, yəni 22 il 10 ay 18 gün olduğundan, bu dövrün hər ilinə görə 3% əlavə hesablanmalı; 3) 22 il 10 ay 18 gün hakimlik stajının hər ilinə görə hesablanmış 3% əlavənin məbləğindən yaşa görə təyin edilmiş 1.862,83 manat çıxılmalı; 5) 22 il 10 ay 18 gün hakimlik stajının hər ilinə görə hesablanmış 3% əlavənin məbləğindən yaşa görə təyin edilmiş 1.862,83 manat çıxıldıqdan sonra alınan məbləğin üzərinə 15 il hakim stajına görə orta aylıq əmək haqqının 50% miqdarında əlavə hesablanmaqla pensiya təyin edilməlidir.
40. Yəni iddiaçıya görə 22 il 10 ay 18 gün hakim stajı ilə əlaqədar pensiya təyini aşağıdakı qaydada hesablanmalıdır. 15 il hakim stajına görə olan qulluq illərinə görə əlavə (10.555x50%)=5.278 manat, 22 il 10 ay 18 gün hakim stajına görə 73, 5 faiz 7758,17 manat, 7.758,17 manat-1.862,83 (yaşa görə pensiyanın məbləği) manat=5.895,34 manat, 5.278 manat+5.895,34 manat=11.173,34 manat (təxmini) yekun məbləğ təyin edilməlidir.
41. Göründüyü kimi, iddiaçının hesablamasına görə 15 il hakim stajına görə qulluq illərinə əlavə kimi müəyyən edilən məbləğ iki dəfə nəzərə alınmışdır. Halbuki “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə görə 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə -15 il hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında, 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla hesablama aparılır. Qanunverici əlavə hesablama aparılarkən 15 ildən çox hakim vəzifəsində işləmiş şəxsin 15 il işlədiyi dövrdə aldığı məbləğin iki dəfə hesablanmalı olmasını təsbit etməmişdir. 42. “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə görə hakimlik stajı 15 ildən çoxdursa, 15 ilə görə hakim vəzifəsində aldığı orta aylıq əməkhaqqının 50 faizi miqdarında, daha sonra 15 ildən yuxarı olan dövr üzrə hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə əlavə təyin edilir. 43. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilm əsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
44. Həmin Qanunun 10-cu maddəsində yaşa görə əmək pensiyasının məbləğinin hansı qaydada müəyyən edilməsi təsbit edilmişdir.
45. Eyni zamanda həmin Qanunun 20.7.2-ci maddəsinə görə qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanarkən orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
46. Bəhs edilən normaların məcmusuna görə iddiaçıya pensiya təyin olunarkən ilk növbədə yaşa görə əmək pensiyasının məbləği müəyyən edilməlidir, cavabdeh bu məbləği 1.862,83 manat müəyyən edib və iddiaçı bu məbləğlə bağlı mübahisə açmayıb. Daha sonra orta aylıq əmək haqqının müəyyən faizi (cavabdeh 73,5% faiz müəyyən edib, iddiaçı 80% olmasını bildirir) müəyyən edilir. Bundan sonra yaşa görə əmək pensiyasının məbləğinin üzərinə qulluq illərinə görə müəyyən olunan məbləğlə yaşa görə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
47. Cavabdeh də bəhs edilən normaların tələblərinə (faiz hissəsi istisna olmaqla) uyğun iddiaçıya düzgün pensiya təyin etmişdir.
48. İddiaçının dəlillərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1-ci maddəsinin mənasına əsasən, 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əlavə təyin olunur və bu zaman yaşa görə təyin edilmiş əmək pensiyasının məbləği həmin əlavədən çıxılmır, 50 faiz miqdarına əlavə yaşa görə təyin edilmiş pensiya məbləği ilə toplanaraq yekun pensiya məbləği təyin olunur.
49. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1 və 20.7.2-ci maddələrini ayrılmaz olaraq təhlil etdikdə ilk öncə vurğulanmalıdır ki, 20.7.1-ci maddə aşağıdakı qaydada qəbul edilməlidir: 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Yəni 20.7.1-ci maddənin sonunda durğu işarəsi olaraq nöqtə deyil, nöqtəli vergül qoyulduğundan, nöqtəli vergülə qədər cümlə bitməmişdir. 20.7.1-ci maddədəki cümlə 20.7.2-ci maddədə olan “müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir” sözlərlə bitir.
50. Digər tərəfdən, istər “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsində, istərsə də, 20-ci maddədə qeyd edilən digər bəzi oxşar statuslu şəxslərə münasibətdə eyni normanın (vəziyyətin) tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qanunverici yaşa görə əmək pensiyasının məbləğinin nəzərə alınması (yaxud nəzərə alınmaması) ilə bağlı müxtəlif stajı ( 15 il stajı və 15 ildən çox stajı) olan şəxslərə münasibətdə fərqli mövqe sərgiləməmişdir. Bu həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş hamının qanun və məhkəmə qarşısında bərabər olması hüququndan irəli gəlir.
51. Konstitusiya Məhkəməsinin Plenumu O.Gərəkməzlinin şikayət i üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 25 fevral 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bər abərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl p rinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüqu qi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı)”.
52. Odur ki, bu hissədə məhkəmə kollegiyası iddiaçının dəlillərini əsaslı hesab etmir.
53. Apellyasiya məhkəməsinin dəyişdirmədən qüvvədə saxladığı birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, məhkəmə hesab edir ki, iddiaçıya sabiq hakim kimi təyin olunmuş pensiya məbləğinin tərkibi müəyyən edilən zaman yalnız qulluq stajına görə əlavələr nəzərə alınmışdır ki, bu hal “Əmək pensiyaları ha qqında” Qanunun 1.0.2-ci maddəsinin normalarına zidd olmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, qulluq stajına görə əlavə ilə yanaşı, həmçinin əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla iddiaçının əmək pensiyası yenidən hesablanmalıdır.
54. Məhkəmə belə nəticəyə gələrkən “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda bəhs edilən normalarının tələblərini nəzərə almamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilərək apelyasiya məhkəməsinin qərarı pensiyanın hesablanmasının məhkəmənin müəyyən etdiyi qaydada cavabdehə həvalə edilməsi hissəsində, yəni əmək pensiyasının sığorta hissəsi 1862,83 manat, hakim vəzifəsində işlədiyi son 24 ayın orta aylıq əmək haqqı 10555,17 manat olmaqla əmək pensiyasına əl avələrin - 15 il hakimlik stajına görə 50 faiz, 15 ildən yuxarı hakimlik stajının hər ilinə görə 3 faiz olmaqla yenidən hesablanması hissəsində ləğv edilməli, həmin hissədə iddia əsaslı olmadığından təmin edilməməlidir.
55. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh orqan “Əmək pensiyaları haqqında” Qanunun 10 və 20.7.2-ci maddələrinin tələblərinə uyğun (73,5% ilə müəyyən edilən hissə istisna olmaqla) iddiaçıya düzgün pensiya təyin etmişdir və bu hissədə cavabdehin hərəkətlərində qeyri-qanuni hal müəyyən edilməmişdir. 56. “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin 73,5%, yoxsa 80% məbləğində hesablanmalı olması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 57. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin beşinci hiss əsinin 1997-ci ildə olan ilkin redaksiyasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə ilk əvvəl hakimlik stajı ilə məhdudlaşdırılmayan və axırıncı iş yerində aldıqları əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində pensiya verilməsi nəzərdə tutulmuşdu. Həmin normaya 20 iyun 2003-cü il və 14 iyun 2005-ci il tarixli dəyişikliklə əlaqədar 1997-ci ildən sonra hakim vəzifəsində çalışmış şəxslərin, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərin pensiyası əmək haqqının 80 faizi olmaqla yalnız axırıncı iş yerlərində hakim kimi aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarından hesablanması təsbit edilmişdir.
58. Daha sonra, həmin Qanuna 30 dekabr 2005-ci il və 19 oktyabr 2007- ci il tarixli əlavə və dəyişikliklərlə qanunvericiliyin müddəaları dəyişdirilmiş və nəticə etibarilə qanunverici hakim kimi pensiya hüququnun əmələ gəlməsini ən azı 5 illik hakimlik stajına bağlamış və hakimlərin stajından asılı olaraq pensiyanın miqdarı differensasiya olunmuş, bu zaman təyin ediləcək pensiya məbləğinin hakim vəzifəsində işlədiyi qulluq illərindən asılı olaraq istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizindən 80 faizədək məbləğində müəyyən edilmişdir. 59. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə xx.xx.2017-ci il tarixdən qüvvəyə minən dəyişiklikdən sonra isə sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ 5 ildən 15 ilə qaldırılmışdır. Eyni zamanda həmin Qanunun 20.7-ci maddəsi ilə əmək pensiyasına əlavələrin 5 ilin orta aylıq əmə k haqqından deyil, hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla hesablanması təsbit edilmiş, 16 dekabr 2022-ci il tarixli dəyişiklikdən sonra isə əmək haqqındakı sonrakı artımların pensiya təyinatı tarixinədək tətbiq edilməsi müəyyən edilmişdir.
60. Beləliklə, qiymət verilməli hal aşağıdakılardan ibarətdir: iddiaçının qulluq illərinə görə əlavəsi əmək haqqının neçə faizi həddində olmalı; iddiaçının pensiya məbləği (qulluq illərinə görə əlavəsi) son 24 ayın, yoxsa istənilən ardıcıl gələn 60 ayın əməkhaqqı əsasında hesablanmalıdır. 61. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir.
62. BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş “Məhkəmə hakimiyyətinin müstəqilliyinin əsas Prinsipləri”nin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət qədər vəsait ayırmağa borcludur. 63. “Hakimlərin Statusuna dair Avropa Xartiyasının» 6.1-ci maddəsində göstərilir: “Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər”.
64. Həmin Xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir.
65. Hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya-hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin – ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir.
66. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyi nə əmin olmalıdır.
67. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar bax ımından təfsir olunmalıdır. Yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanun vericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.
69. Qeyd olunmalıdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir.
70. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, hakimlərin barəsində hakim vəzifələrin də işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin və hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən müddəaları tətbiq edilməlidir. Yəni şəxs hakim vəzifəsində işlədiyi dövrdə sosial müdafiə vasitələrini əks etdirən üstün hansı qanunvericilik mövcud olmuşsa, həmin qanunvericilik norması daha üstün sosial müdafiə təminatlarını müəyyənləşdirdiyindən pensiya təminatı həyata keçirilərkən həmin normalar tətbiq olunmalıdır.
71. İddiaçı tələbində pensiyanın əmək haqqının (vəzifə maaşı nın) 80 faizi məbləğində hesablanmasını xahiş etmiş, cavabdeh isə faktiki qulluq illərinə görə orta aylıq əmək haqqının 73,5 faizini əsas götürməklə pensiya məbləğini müəyyən etmişdir. Bundan başqa, iddiaçı seçim hüququndan istifadə edərək istənilən ardıcıl gələn 60 ay ərzindəki əməkhaqqının orta aylıq məbləğindən deyil, son 24 ay ərzindəki əməkhaqqının orta aylıq məbləğindən pensiya hesablanmasını xahiş etmişdir.
72. İddiaçı hakim işlədiyi dövrdə qulluq illərindən asılı olmayaraq həm axırıncı iş yerində aldığı əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində pensiya ödənilməsini nəzərdə tutulan norma, həm də əmək pensiyasına əlavələrin hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən müəyyən edilən norma mövcu d olmuşdur.
73. İddiaçının pensiya məbləğinin əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində və son 24 ay ərzindəki orta aylıq məbləğindən hesablanması ilə bağlı müraciəti 18 iyul 2008-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı hüquqi mövqeyə uyğun olmuşdur. Odur ki, iddiaçı hakim vəzifəsində işlədiyi dövrdə sosial müdafiə vasitələrini əks etdirən üstün qanunvericilik mövcud olduğundan, həmin qanunvericilik normaları daha üstün sosial müdafiə təminatlarını müəyyənləşdirdiyindən pensiya təminatı həyata keçirilərkən həmin normaları tətbiq etməkdə məhkəmə haqlı olmuşdur.
74. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələyə münasibətdə (iddiaçının pensiyasının-qulluq illərinə görə əlavənin əmək haqqının 80 faizi həddində olması; iddiaçının pensiya məbləğinin-həmin əlavən in son 24 ayın əmək haqqı əsasında hesablanması) hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlanmışdır.
75. Odur ki, həmin hissədə şikayət əsaslı olmadığından təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
76. Məhkəmə kollegiyası şərh edilənləri nəzərə alaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3047/2024 saylı qərarı İddiaçı əmək pensiyasının sığorta hissəsi 1.862,83 manat, hakim vəzifəsində işlədiyi son 24 ayın orta aylıq əmək haqqı 10.555,17 manat olmaqla əmək pensiyasına əlavələrin - 15 il hakimlik stajına görə 50 faiz, 15 ildən yuxarı hakimlik stajının hər ilinə görə 3 faiz olmaqla yenidən hesablanması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar iddiaçının orta aylıq əmək haqqının (10.555,17 manat) 80 faizi miqdarında müəyyən olunan məbləğlə bu Qanunla təyin olunan əmək pensiyasının məbləği (1.862,83 manat) arasındakı fərqi qədər əlavə təyin edilməklə pensiyanın yenidən hesablanması, təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.