Məhkəmə qərarları › İş №2-1(102)-544/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-544/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-544/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: müharibə veteranı üçün nəzərdə tutulmuş ödənilməmiş müavinətin ödənilməsi) Giriş: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı xx.xx.2016-cı il tarixdən - xx.xx.2019-cu il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2672/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X3 xx.xx.1975-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Cavabdeh, dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı X3 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət So sial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhərində anadan olmuşdur. Hazırda Bakı şəhəri, Nəsimi küçəsi ev 28 mənzil 118-də qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli M/V seriyalı 085536 nömrəli vəsiqəyə əsasən müharibə veteranı adını almışdır. xx.xx.2019-cu ildə müharibə veteranları üçün nəzərdə tutulmuş xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi ödənilməmiş müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək veteran vəsiqəsi aldığı gün müharibə veteranı adını qazandığını, müharibə veteranlarına nəzərdə tutulmuş sosial müavinət almaq hüququnun isə xx.xx.2019-cu il tarixdən yarandığını, həmin vaxtdan da ona sosial müavinət təyin edilərək hal-hazırda ödənildiyini bildirmişdir. Cavabdehin məktubunu əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 2019-cu ildə yox, 1994-1997-ci illərdə iştirak etmişdir. İddiaçı əvvəlki 3 il üçün ödəniləcək müavinətlə bağlı ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəf müavinətin verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-c u il tarixli 2-1(82)-2780/2019 saylı (sədrlik edən hakim Rauf Daşdəmirov) qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı X2 xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi müharibə veteranlarıı üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-2672/2019 saylı (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və İlham Əhmədov) qərarı ilə birinci insta nsiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayətini onunla əsaslandırılmışdır ki,iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 085536 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və qeyd olunan tarixdən bununla əlaqədar ona müavinət təyin edilmişdir. İddiaçı yuxarıda qeyd olunan tələblə cavabdehə müraciət etmiş, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 saylı məktubla onun tələbinə imtina cavabı verilmişdir. Göründüyü kim i qanunverici müavinət almaq hüququnun yarandığı gün dedikdə, müharibə veteranı vəsiqəsi verildiyi günü, başqa cür desək, veteran statusunun hüquqi baxımdan tanındığı günü nəzərdə tutur. Müraciət edilməzdən əvvəlki üç il üçün ödənilmə isə o halda tətbiq edilir ki, şəxsə veteran vəsiqəsi verilsin, lakin o, hər hansı səbəbdən müavinət almaq üçün müvafiq orqana müraciət etməsin. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2672/2019 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirm işdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2672/2019 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmə nin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 085536 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və qeyd olunan tarixdən bununla əlaqədar ona müavinət təyin edilmişdir. İddiaçı yuxarıda qeyd olunan t ələblə cavabdehə müraciət etmiş, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 saylı məktubla onun tələbinə imtina cavabı verilmişdir. Göründüyü kimi qanunverici müavinət almaq hüququnun yarandığı gün dedikdə, müharibə veteranı vəsiqəsi verildiyi günü, başqa cür desək, veteran statusunun hüquqi baxımdan tanındığı günü nəzərdə tutur. Müraciət edilməzdən əvvəlki üç il üçün ödənilmə isə o halda tətbiq edilir ki, şəxsə veteran vəsiqəsi verilsin, lakin o, hər hansı səbəbdən müavinət almaq üçün müvafiq orqana müraciət etməsin. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, iş materiallarından görünür ki, MüdafiəNazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya xx xxx 2019-cu il tarixli M /V seriyalı085536 saylı müharibə veteranı vəsiqəsi verilmiş və ona həmin tarixdən “Müharibəveteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanına əsasən Prezident təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə, aşağıdakılar bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələrinə aidddir: 3.1.15-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən müavinətlərin, təqaüdlərin, kompensasiyaların, ünvanl ı sosial yardımların, digər sosial ödəmələrin və sosial xidmət xərclərinin maliyyələşdirilməsi üçün Nazirlik tərəfindən təmin edilən vəsaitlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək; 3.1.20-ci maddəsinə görə əmək pensiyalarını, sosial müavinətləri, təqaüdləri, kompensasiyaları, ünvanlı sosial yardımları və digər sosial ödənişləri bu sahədə normativ hüquqi aktlara uyğun olaraq təyin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına sosial-məişət xidməti üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək. «Sosial müavinətlər haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir; 3.1-ci maddəsinə görə Azərbaycan Respu blikasının vətəndaşları bu qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər; 4.0.1-ci maddəsinə əsasən qanunla aşağıdakı aylıq müavinətlər təyin edilir: dövlət qulluqçularına ömürlük müavinət; yaşa görə müavinət; əlilliyə görə müavinət; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; ailə başçısını itirməyə görə müavinət; müvafiq icra hakimiyyəti orqan tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavində üç yaşınadək uşağa qulluğa görə müavinət; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət; valideynlərini itirmiş və valideyn himayəsindən məh rum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 5-ci maddəsinə görə bu Qanunun 4.0.1.1-4.0.1.6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər; 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir; 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən mü avinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. Göründüyü kimi, iddiaçıya kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ yaranan gündən təyin edilə bilsə də, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilə bilər. Belə olan halda müavinəti almaq hüququ daha əvvəlki tarixdə yaransa da, ödənilmə yalnız bu barədə müraciət tarixindən əvvəlki son üç illə bağlı həyata keçirilə bilər ki, cavab dehin iddiaçının tələbinin təmin edilməsindən imtinası sonuncunun qanunvercilikdə müəyyən edilmiş hüquqularının həyata keçirilməsinin qarşısını almışdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2672/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar