Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-544/2021 10.03.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası; “ekskavator maşinistləri” peşəsinin 2 nömrəli Siyahıya uyğunluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, iddiaçının, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçının (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iş illəri sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.12.2020-ci il tarixli, 2-1(103)-1605/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı xx.xx.1957-ci il tarixində doğulmuş, xx.xx.1983-cü il tarixindən əmək fəaliyyətinə başlamış, müxtəlif vəzifələrdə çalışmışdır və xx.xx.2011-ci il tarixindən hazıradək ekskavator maşınisti peşəsində işləyir.
2. İddiaçı 19.10.2018-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şə rtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh 20.11.2018-ci il tarixli 18630506494 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinanı belə əsaslandırmışdır ki, iddiaçının 1983-cü il tarixindən 2011-ci il tarixinədək işləmiş olduğu sahələr, eləcə də işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmamışdır. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat b.
4. İddiaçı c avabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 03.02.1983-cü il tarixindən 01.12.1988-ci il tarixinədək, 03.04.1989-cu il tarixindən 23.09.1994-cü il tarixinədək traktorçu, 08.05.1996-cı il tarixindən 04.10.2011-ci il tarixinədək ekskavatorçu, 05.10.2011-ci il tarixindən ekskavator maşınisti peşəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla 02.07.2014-cü il tarixindən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixində doğulmuşdur. O, 04.11.1974-cü il tarixindən bu günədək 45 ilə yaxın iş stajı toplamışdır. 03.02.1983-cü il tarixdən 01.12.1988-ci il tarixədək X1 Soxozunda traktorçu, 03.04. 1989-cu il tarixdən 23.09.1994-cü il tarixədək 1 nömrəli Mexanizasiya müəssisəsində traktorçu, 08.05.1996-cı il tarixdən 07.10.1997-ci il tarixədək İcarə törəmə müəssisəsində ekskavatorçu, “X2” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində (Avtomobil Təmiri Müəssisəsi) 07.10.1997-ci il tarixdən 04.10.2011-ci il tarixədək ekskavatorçu peşəsində işləmiş və 05.10.2011-ci il tarixdən hazıradək ekskavator maşınisti peşəsində işləyir. Ümumilikdə 25 ilə yaxın güzəştli şərtlərlə zərərli əmək şəraitində iş stajı var. Onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqu qu vardır və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən əsassız imtina etmişdir d. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1860/2019 saylı, 26.08.2019-cu il tarixli qərarı ilə (hakim – Rüstəm Kərimli) iddia tələbi təmin edilərək, iddiaçıya onun 3 fevral 1983-cü il tarixdən 1 dekabr 1988-ci il tarixədək X1 Sovxozunda traktorçu, 3 aprel 1989-cu il tarixdən 23 sentyabr 1994-cü il tarixədək 1 nömrəli Mexanizasiya müəssisəsində traktorçu, 8 may 1996-cı il tarixdən 7 oktyabr 1997-ci il tarixədək İcarə törəmə müəssisəsində ekskavatorçu, “X2” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində (Avtomobil Təmiri Müəssisəsi) 7 oktyabr 1997-ci i l tarixdən 4 oktyabr 2011-ci il tarixədək ekskavatorçu peşəsində, 5 oktyabr 2011-ci il tarixdən ekskavator maşınisti peşəsində işlədiyi müddət sığorta stajı kimi nəzərə alınaraq 2 iyul 2014-cü il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. e.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur və mövcud qanunvericilik şəxsin müv afiq vəzifədə işləməsini təsdiq edilmiş əmək kitabçasının mövcud olduğu halda, başqa sənədin təqdim olunmasını zəruri saymır. Əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin qeydlərdəki məlumatlar mötəbər sayılır. Odur ki, cavabdeh dəlilləri əsassızdır. f.
8. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir g. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin 08.11.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunu n Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2-1(103)2808/2019 saylı, 12.12.2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi Ü.Mayılov, hakimlər M.Tağızadə və K.Abiyeva), cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1860/2019 saylı, 26.08.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01.07.2020ci il tarixli 2-1(102)- 771/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2808/2019 saylı, 12.12.2019-cu il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə iddiaçının traktorçu peşəsinin eyniləşdirdiyi 2 nömrəli Siyahının 2010100a-19203 təsnifatı, habelə eskavator maşinisti peşəsini eyniləşdirdiyi 2010100a-14388 təsnifatı, açıqda dağ-mədən işləri və yer səthində işlərdə çalışan fəhlələrə aiddir. Lakin iş materialları ilə iddiaçının traktorçu işlədiyi müəssisələrin, habelə 05.20.2011-ci il tarixindən ekskavator maşinisti işlədiyi “X2” ASC-nin dağ-mədən sahəsi ilə bağlılığı müəyyən olunmur. İş materiallarında iddiaçının dağ-mədən sahəsində i şləmiş olmasına dair heç bir sübut yoxdur. Məhkəmənin istinad etdiyi arayışlar isə “Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı” adlanan 2 nömrəli əlavənin tələblərinə cavab vermədiyindən mötəbər sübut kimi qəbul oluna bilməz. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2020-ci il tarixli, 21(103)-1605/2020 nömrəli qərardadına əsasən cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi – cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.12.2020-ci il tarixli, 21(103)-1605/2020 nömrəli qərarına əsa sən (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Cahangir Yusifov və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1860/2019 saylı, 26.08.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Məhkəmə qərarı cavabdehə 05.01.2021-ci il tarixində təqdim edilmişdir.
19. İddiaçı həmin qərardan 29.01.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.12.2020-ci il tarixli, 2-1(103)1605/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ON A QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI h. Kassasiya şikayətinin dəlilləri i.
20. Kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Qanunun həm mövcud redaksiyasında, həm də iddiaçının 57 yaşının tamam olduğu dövrdəki (01.07.2017-ci il tarixli dəyişikliyə qədərki) redaksiyasında güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajına malik olması tələb olunurdu. İddiaçı isə qeyd olunan tələbə cavab vermir. j.
21. Məhkəmə hesab etmişdir ki, iddiaçının işləmiş olduğu ekskavator maşinistləri peşəsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 2010100a-14388 (ekskavator maşinistləri) kodla “traktorçu” peşəsi isə 2010100a-19203 kodla nəzərdə tutulmuşdur. Məhkəmə nin uyğunlaşması tamamilə yanlışdır. Belə ki, məhkəmənin istinad etdiyi 2010100a-14388 (ekskavator maşinistləri) koduna uyğun olması üçün iddiaçı həmin kodun aid olduğu dağ-mədən işləri sahəsində işləmiş olmalı idi, iş materiallarında isə iddiaçının dağ-mədən sahəsində işləmiş olmasına dair heç bir sübut yoxdur, çünki iddiaçı heç vaxt dağ-mədən sahəsində işləməmişdir. İddiaçının həmin peşədə işlədiyi 1 nömrəli mexanizasiya müəssisəsi, icarə törəmə müəssisəsi və ən əsası isə Avtomobil Təmir Müəssisəsi dağ-mədən sahəsinə aid deyil. k.
22. Eyni zamanda, iddiaçının işləmiş olduğu traktorçu peşəsi də 2010100a19203 koduna uyğun gəlmir. Çünki həmin kod bütün traktorçuları deyil, yalnız kəsmələrdə, karxanalarda və laylarda məşğul olan traktorçuları nəzərdə tutur. İddiaçının isə kəsmələrdə, karxana larda və laylarda məşğul olmuş olması iş materialları ilə öz təsdiqini tapmır. l. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri m.
23. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. n. Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
25. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 27. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pe nsiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırınc ıiş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 28. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırıl ması nəzərdə tutulmuşdur.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “I. Dağ-mədən işləri bölməsində 2010100a-14388 kodla “ekskavator maşinistləri” qeyd olunmuşdur.
30. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-283/2019 nömrəli 30.04.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Apellyasiya instansiya məhkəməsi qərarında belə hesab edir ki, əgər Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı bir yerdə bir dəfə də olsa müəyyən edilmiş sə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə qısa müddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və ya zərərsiz hesab oluna bilər. Məhz ona görə də, apellyasiya instansiya məhkəməsinin istinad etdiyi 29 və 14.10cu bölmələr üğursuz misallar olmuş və iddiaçının betonçu kimi işləməsini zərərli iş şəraitində fəaliyyət göstərməsini təsdiq edə bilməz. Belə ki, Siyahının 29-cu bölməsinin b) bəndində yalnız metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeralt ı işlərdə fəhlə betonçuların işlədiyi şərait zərərli hesab olunmuşdur”.
31. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə d air özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;... Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə d ə, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, prosessual pozuntuya yol vermişdir.
35. Belə ki, hazırkı qərarın 26-28-ci bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçı nın 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
36. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına olan sənədlərə istinad edərək iddiaçının zəruri ümumi və güzəştli iş stajının olduğu qənaətinə gəlmiş, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
37. Məhkəmənin bu mövqeyi ilə razılaşmayan Ali Məhkəmə Kollegiyası qeyd edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə iddiaçının işlədiyi peşələrin müvafiq Siyahıya uyğunluğu məhkəmə tərəfindən müəyyən edilməli idi. İşə ilk dəfə kassasiya instansiyası məhkəməsində baxılarkən də Ali Məhkəmə Kollegiyası iddiaçının hansı müəssisədə traktorçu işləməsinin müəyyən edilmədiyini bildirmiş və işi təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
38. Belə ki, hazırkı qərarın 29-cu bəndində qeyd edilən normalardan da görünür ki, Nazirlər Kabinetinin 2 nömrəli Siyahısında məhz dağ-mədən işləri üzrə “ekskavator maşinistləri” peşəsi güzəşti şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. Odur ki, iddiaçının da dağ-mədən sahəsində çalışıb-çalışmadığının müəyyən edilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir.
39. İşə təkrar baxan məhkəmə isə İPM-in 96.11-ci maddəsinin tələbini pozaraq Ali Məhkəmə Kollegiyasının göstərişlərini icra etməmiş, iddiaçının çalışdığı vəzifələrin dağmədən sahəsinə aid olub-olmadığını araşdırmamış, heç bir yoxlama aparamadan və öz mövqeyini əsaslandırmadan iddiaçının çalışdığı peşələri dağ-mədən işlərinə aid etmişdir.
40. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının çalışdığı peşəl ərin dağmədən sahəsinə aid olub-olmaması barədə araşdırma aparmayaraq həm İPM-in 12, 58.7ci, həm də 96.11-ci maddələrinin tələblərini pozmuş, eyni zamanda maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
41. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir.
42. Cavabdeh qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti bu hissədə təmin oluna bilməz. Belə ki, mübahisənin ədalətli həlli üçün əlavə sübutların araşdırılması tələb olunduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
43. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının çalışdığı peşələrin Nazirlər Kabinetinin 3 20 nömrəli 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıya uyğunluğunu müəyyən etməli, bu məqsədlə iddiaçının çalışdığı peşələrin dağ-mədən sahəsinə aid olub-olmadığını aydınlaşdırmalı, nəticədən asılı olaraq iş üzrə qanuni və ədalətli qərar qəbul etməlidir.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDI Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.12.2020-ci il tarixli, 21(103)-1605/2020 nömrəli qərar ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.