Məhkəmə qərarları › İş №2-1(102)-544/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-544/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-544/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; əmtəəsiz əməliyyat) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023 -cü il tarixli, 2-1(103)-2307/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı (alıcı) ilə X6 (satıcı) arasında müqavilə münasibətləri yaranmış, həmin münasibətlər zənnində satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə öz istehsalı olan müxtəlif markalı elektrik malları və kabelləri alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 2. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı (alıcı) ilə X10 (satıcı) arasında müqavilə münasibətləri yaranmış, həmin münasibətlər zənnində satıcı bu müqavilədə müəyyən olu nmuş şərtlərlə öz istehsalı olan müxtəlif markalı elektrik malları və kabelləri alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.

3. Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********820100 saylı qərarı ilə X6 riskli vergi ödəyicisi hesab edilmiş, riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

4. Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********593300 saylı qərarı ilə X10 riskli vergi ödəyicisi hesab edilmiş, riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

5. İddiaçı MMC-yə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********545800 nömrəli və xx.xx.2022-ci il tarixli ** ********389600 nömrəli qərarla kameral vergi hesablanmışdır.

6. İddiaçı xx.xx.2022-ci il tarixli **********389600 nömrəli qərarı inzibati orqanın yuxarı qurumu vasitəsi ilə mübahisələndirmiş, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin inzibati şikayətinin təmin edilməməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsini; X10 və X1 alınmış ümumi dəyəri 86.459,16 manat məbləğin xərc kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə ver ərək məhkəmədən xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hesablamanın mahiyyəti və açıqlaması qərarda tam aydın şəkildə qeyd edilməsə də sonrakı şikayətlər və tələblər nəticəsində bəlli olmuşdur ki, qərarın səbəbi riskli vergi ödəyicilərindən alınan mallardır və cavabdeh qeyd edilən malların dəyərini tam məbləğdə iddiaçının xərclərindən çıxarmışdır.

10. İddiaçı cəmiyyətin iki tədarükçüsü 2021-ci və 2022-ci illərdə riskli vergi ödəyicisi qrupuna aid edilmişdir və qeyd edilən andan etibarən həmin tədarükçülərlə əməkdaşlıq birmənalı sürətdə dayandırılmışdır. Buna baxmayaraq, həmin şəxslərin riskli vergi ödəyicisi olduqları tarixədək alınan və digər şəxslərə təqdim edilən malların dəyəri iddiaç ının gəlirlərində saxlanılmaqla tam həcmdə xərclərindən çıxarılmış və nəticə etibarı ilə həmin əməliyyatlara 100% marja tətbiq edilmişdir.

11. Dövlət Vergi Xidməti X3 Baş idarəsi (xx.xx.2022-ci il tarixli, **********134100 nömrəli) Cəmiyyətin inzibati şikayətini araşdıraraq müəyyən etmişdir ki, tədarükçü X10 tərəfindən 2021-ci il ərzində 51.123,81 manat dəyərində elektron qaimə-faktura iddiaçıya təqdim etmişdir və X10 riskli vergi ödəyicisi olması barədə xx.xx.2022-ci il tarixli **********593300 nömrəli qərarla riskli vergi ödəyicisi siyahısına salınmışdır, digər tədarükçü X6 tərəfindən 2021-ci il ərzində 35.335,35 manat dəyərində elektron qaiməfaktura təqdim edilmişdir və X6 riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********820100 nömrəli qərarla riskli vergi ödəyi cisi siyahısına salınmışdır. Ümumilikdə hər iki tədarükçüdən 86.459,16 manat dəyərində elektron qaimə-faktura təqdim edilmişdir. Hər iki tədarükçü tərəfindən təqdim edilmiş elektron qaimə-faktura Vergi orqanlarına təqdim olunan 2021-ci il üçün gəlir Bəyannaməsində xərc kimi nəzərə alınması üçün bəyan edilmişdir. Bundan əlavə, hər iki fiziki şəxs 2020-ci və 2021-ci illər ərzində "xxxx" MMC-nin işçiləri olmuşdur.

12. Dövlət Vergi Xidməti X3 Baş idarəsi (xx.xx.2022-ci il tarixli, **********134100 nömrəli) iddiaçının inzibati şikayətini araşdıraraq Qərar qəbul etmişdir ki, İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə bağlı hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməsin və cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli *** *******545800 nömrəli və xx.xx.2022-ci il tarixli **********389600 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

13. Araşdırmanı birbaşa həyata keçirən müfəttiş qərəzli mövqe tutmuş, araşdırmaya təqdim edilən bütün sənəd və məlumatları görməzdən gəlmişdir. Eyni zamanda, nə cavabdeh, nə də X3 baş idarəsi riskli vergi ödəyicisindən alınmış malların tam dəyərinin xərclərdən tam həcmdə çıxarılmasına dair Vergi Məcəlləsindən istinad gətirə bilməmişdir. Hər iki tədarükçü ilə iddiaçı əməkdaşlıq etdiyi dövrdə riskli vergi ödəyicisi olmamışdır. Belə olan halda sonradan riskli vergi ödəyicisi olan şəxslərlə aparılan əməliyyatların geriyə şamil edilməsi ilk növbədə iddiaçının konstitusiyon hüququnun məhdudlaşdırılmasıdır. Riskli vergi ödəyicisi siyahısına daxil edilmiş şəxsin əvvəllər (riskli vergi ödə yicisi olmadığı dövrlərdə) satdığı mallara görə mal alanın cəzalandırılması hüquq və ədalət baxımdan düzgün deyil və qanunsuzdur.

14. Həmçinin riskli vergi ödəyicisindən alınmış məhsulları belə tam həcmdə xərclərdən çıxarılması qanunsuzdur. İddiaçıya mal tədarük edən fiziki şəxslər mal tədarük etdiyi dövrlərdən əvvəlki dövrlərdə və ya ondan sonrakı dövrlərdə iddiaçı şirkətin əməkdaşı olmaqları heç bir qanun pozuntusu deyil. Hər bir şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ vardır, belə ki, şirkətlə əməkdaşlıq etmək qanunla sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan etmir.

15. Malların təqdim edilməsinə dair bütün müqavilələr, təhvil-təslim aktları və həmin malların sonrakı mərhələdə satışına dair hesabatlar vergi orqanına təqdim edildiyi təqdirdə həmin əməliyyatların əmtəəs iz əməliyyat kimi nəzərə alınması yolverilməzdir.

16. Qeyd edilən şəxslər alğı-satqı əməliyyatının aparıldığı dövrdə riskli olsalar da, eyni zamanda həmin əməliyyat əmtəəsiz əməliyyat kimi qiymətləndirilsə belə, ərazi vergi orqanının həmin əməliyyat çərçivəsində əldə olunan malların tam dəyərinin xərclərdən çıxarılması qüvvədə olan vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni cavabdeh tərəfindən aparılan bu əməliyyatın Vergi Məcəlləsinin hər hansı bir maddəsi ilə qəti şəkildə əlaqəsi və istinadı yoxdur.

17. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-l-ci və 67-ci maddələri nəzər ə alınmaqla gəlirdən çıxılır. Görünən odur ki, cavabdeh Vergi Məcəlləsinin bu maddəsinin yarısını tətbiq etməklə dəyişdirilmiş hesablama metodu ilə qərar çıxardıb. Bu da Vergi Məcəlləsinin 24.0.2 və 3.7-ci; 3.10-cu; 3.11-ci maddələrinə tamamilə ziddir. cavabdehin etirazı:

18. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2019-cu tarixdən etibarən ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış”ından ibarət olduğu və ünvan 1 ünvanında yerləşən əsas sahəsi 10,6 kv.metr olan "Ofis" adlı təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2020-ci il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir.

19. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 445.438,60 manat, 201-ci (Amortizasya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0,0 manat, 202-ci (Amortizasya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətrində 0,0 manat, 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0,0 manat, 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) 0,0 manat, 217-ci (digər gəlirlər - o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0,0 manat olan cəmi 445.438,60 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 449.260,69 manat, bəyannamələrin 3 №-li əlavələrinin 301.1,4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətrində 0,0 manat, təqvim ili üzrə təqdim edilən aksiz bəyannamələrinin 406-cı sətrində (Cəmi hesablanmış aksiz) 0,0 manat məbləğin fərqli olması, həmin bəyannamənin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 228.3-cü (Nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri) sətrindəki 4.435,14 manat məbləğ ilə əvvəlki ilin mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsinin 1.1.3-cü sətrinin (Əsas vəsaitlərin nəqliyyat vasitəl əri üzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 27.733,69 manat məbləğin Vergi Məcəlləsinin 115.1 -ci maddəsində nəzərdə tutulmuş 5 faiz təmir xərci normasına hasilindən yaranan 1.386,68 manat məbləğdən böyük olması və 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 86.459,16 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəricilər ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

20. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “2021-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” xx.xx.2022-ci il tarixli ** ********775000 nömrəli və xx.xx.2022-ci il tarixli **********073600 nömrəli məktublar göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən, 2021-ci il üçün mənfəət vergisi üzrə ümumilikdə 18.665,94 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********545800 nömrəli və xx.xx.2022-ci il tarixli **********389600 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir.

21. İddiaçı tərəfindən verilmiş inzibati şikayət aidiyyəti üzrə aşağıdakı şəkildə baxılmışdır: 22. xx.xx.2022-ci il tarixdə Cəmiyyət tərəfindən hesablama metodu tətbiq etməklə 2021-ci il üçün təqd im edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin göstəricilərinin 2021-ci il üçün təqdim edilmiş ƏDV bəyannamələrinin göstəricilərinin fərqli olması, nəqliyyat vasitələri üzrə Vergi Məcəlləsinin 115.1-ci maddəsinin tələblərinə əsasən təmirlə bağlı xərclərin gəlirdən çıxılması hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna bu Məcəllənin 114.3.3cü maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi həcmində olduğu, lakin Cəmiyyət tərəfindən təqdim edilmiş bəyannamə göstəricilərinə əsasən nəqliyyat vasitələri üzrə təmir xərci normasından artıq bəyan etdiyi müəyyən edilmişdir.

23. Daxil olmuş şikayət üzrə Cəmiyyətə xx.xx.2022-ci il tarixli **********284100 nömrəli “Ara şdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə" məktub göndərilərək Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) xx.xx.2022-ci il tarixdə saat 15:00-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə baxmayaraq, Cəmiyyətin rəhbəri və ya səlahiyyətli nümayəndəsi araşdırmada iştirak etməmişdir.

24. Daha sonra Cəmiyyət xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********373000 nömrəli) məktubla Dövlət Vergi Xidmətinə müraciət edərək, Cəmiyyətin rəhbərinin səhhətində olan problem ilə bağlı görüş vaxtının başqa bir tarixə keçirilməsini xahiş etmişdir.

25. Cəmiyyətin xx.xx.2022-ci il tarixli müraciəti əsasında xx.xx.2022-ci il tarixli **********308800 nömrəli “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə" məktub göndərilərək Cəmiyyə tin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) xx.xx.2022-ci il tarixdə saat 11:00-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, Cəmiyyətin səlahiyyətli nümayəndəsi X8 xx.xx.2022-ci il tarixdə araşdırmada iştirak etmişdir.

26. S.Abdullayev inzibati araşdırmaya təqdim etdiyi izahatında mal aldıqları dövrlərdə X7 (VÖEN: **********) və X2 (VÖEN: **********) riskli vergi ödəyiciləri qrupuna daxil edilmədiyini, alqı-satqı işləri ilə əlaqədar olaraq malların alındığını, nəqliyyat vasitələrinin təmir xərcinin normadan artıq salınması ilə bağlı səhvə yol verdiklərini, xx.xx.2022-ci il tarixli **********775000 nömrəli uyğunsuzluq məktubunun Cəmiyyətin rəhbəri tərəfindən oxunduğunu, müvafiq təsdiqedici sənədlərin təqdim edilmədiyini, 2021-ci il üzrə təqdim etmənin Vergi Məcəlləsinin 109. 9-cu maddəsi ilə həmin satış əməliyyatlarının bazar dəyərinə uyğun olaraq nəzərə alınmalı olduğunu bildirmişdir.

27. Araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə 86.459,16 manat məbləğində aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə X9 və X4 araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə 21.11 2022-ci il tarixli məktublar göndərilməsinə və xx.xx.2022-ci il tarixdə vergi ödəyiciləri (səlahiyyətli nümayəndələri) Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmələrinə baxmayaraq, fərdi sahibkarlar və ya səlahiyyətli nümayəndələri araşdırmada iştirak etməmiş, araşdırma üçün heç bir müvafiq təsdiqedici sənədlər təqdim edilməmiş və qeyd edilənlər xx.xx.2022-ci il tarixli Aktla rəsmilə şdirilmişdir.

28. X10 tərəfindən 2021-ci il ərzində 51.123,81 manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə satışda petlə, vilka, benzin, tərəzi və sair qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə X7 alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda, X10 təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarının 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən X7 riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022ci il tarixli **********593300 nömrəli qərar qəbul edilmişdir.

29. X6 tərəfindən 2021-ci i l ərzində 35.335,35 manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə satışda əlcək, kabel, anker bolt, dəmir xətkeş, asılqan və sair qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə X2 alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda X6 təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən X2 riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********820100 nömrəli qərar qəbul edilmişdir.

30. Bundan əlavə, hər iki fiziki şəxsin 2020-ci v ə 2021-ci illər ərzində "xxxx" MMC-nin işçiləri olduğu (Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxslər olduğu), X7 eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********) rəhbəri olduğu və həmin Cəmiyyət tərəfindən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, əmtəəsiz əməliyyat apardıqları və riskli vergi ödəyicisi olduğu müəyyən edilmişdir.

31. Cəmiyyət tərəfindən 2021-ci il ərzində 436.750,78 manat məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, 332.244,25 manat məbləğində elektron qaiməfakturaların əldə edildiyi, invoys dəyəri 82.791,99 manat dəyərində (Taxta, populus spp növlü qovaqdan və ağcaqovaqdan ibarət meşə materialları) malların idxal edildiyi müə yyən edilmişdir. Elektron qaimə-fakturaların araşdırılması zamanı, "xxxx" MMC-yə (VÖEN: **********), "xxxx" MMC-yə (VÖEN: **********), "xxxx" MMC-yə (VÖEN: **********) müxtəlif mallar və xidmətlər (Kömür, kabel, əlcək, moyka şlankı və s.) təqdim edildiyi, X7 (VÖEN:**********), "xxxx" MMC-dən (VÖEN: **********), "xxxx" MMC-dən (VÖEN: **********) müxtəlif mallar, iş və xidmətlər (bıçaq itilənməsi, ramka, kömür, haçı şakir sabunu və s.) alındığı müəyyən edilmişdir.

32. Həmçinin, araşdırma zamanı Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin gəlirləri hissəsində 358.979,44 manat, xərcləri hissəsində 318.663,01 manat, vergi tutma məqsədləri üçün mənfəət 40.316,43 manat, mənfəət vergisi 8.063,29 manat olaraq bəyan edildiyini, lakin 2021-ci il ərzində 436.750,78 manat məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, riskli vergi ödəyiciləri ilə aparılmış əməliyyatların məbləğləri (86.459,16 manat) həm gəlirdən, həm də xərclərdən çıxarıldığı müəyyən edilmişdir.

33. Beləliklə, uçot-baza məlumatlarına və Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə hesablama metodu tətbiq edilməklə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin göstəricilərinə Cəmiyyətin riskli vergi ödəyicilərindən əldə etdiyi 86.459,16 manat məbləğində olan xərclərin uçot-baza məlumatlarına əsasən öz təsdiqini tapmadığını, Cəmiyyət tərəfindən X5 51.123,81 manat məbləğində və X1 35.335,35 manat məbləğində elektron qaimə-fakturalar əsasında əldə etdiyini iddia etdiyi əlcək, kabel, anker bolt, dəmir xətkeş, asılqan, petlə, vilka, benz in, tərəzi və sair uçot-baza məlumatlarına əsasən X7 və X2 əldə etdiyi elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyini, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəflərin araşdırmaya dəvət olunmalarına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrinin araşdırmada iştirak etmədiklərini, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyiciləri tərəfindən təqdim edilmiş həmin elektron qaimə-fakturaların riskli əməliyyat olduğunu, hər iki fiziki şəxsin Cəmiyyətin 2020-cİ və 2021-ci illəri ərzində işçiləri olduqlarını və Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”n a uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin fiziki şəxslərin riskli vergi ödəyiciləri olması barədə qərarlar qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi vergidənyayınma sxemi olmasını şərtləndirdiyini, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini, Cəmiyyət tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin göstəricilərinə əsasən nəqliyyat vasitələri üzrə təmir xərci normasının artıq bəyan edildiyini, təqdim edilmiş ƏDV bəyannamələrinin göstəricilərinin mənfəət vergisi bəyannaməsinin göstəricilərindən fərqli olduğunu nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməmi şdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

34. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5117/2023 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli, **********389600 nömrəli qərarı ləğv edilmişdir.

35. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarına əsasən X11 və X10 hal-hazırda riskli vergi ödəyiciləri hesab olunsalar da, iddiaçı ilə onların arasında müqavilə münasibətləri yarandığı dövrdə həmin şəxslər riskli vergi ödəyiciləri hesab olunmamış, ümumiyyətlə iddiaçı tərəfindən həmin şəxslərin riskli əməliyyatlar apardığı və gələcəkdə riskli vergi ödəyiciləri olmasının ehtimal edilməsi mümkün olmamışdır.

36. Digər tərəfdən, nəzərə alınmalıdır ki, hətta alqı-satqı müqavilələri qüvvədə olduğu zaman həmin şəxslər riskli vergi ödəyiciləri olsaydılar belə, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməzdi. Belə ki, iddiaçı həmin şəxslər ilə müqavilə bağlayarkən müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımış, bu müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən digər tərəfə vurduğu zərərə görə qanunvericiliyə əsasən tam məsuliyyət daşımışdır.

37. İddiaçı ilə həmin şəxslər arasında müqavilə münasibətləri yarandığından, iddiaçı həm müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər, həmçinin də Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə cavabdehlik daşımışdır ki, bu da onun müqavilə üzrə öhdəliklərin icra etməməsi, əməli yyatların aparılmaması zamanı əlavə məsuliyyətə cəlb edə bilərdi.

38. Beləliklə, cavabdeh X6 və X7 riskli vergi ödəyiciləri olmasını əsas götürərək, iddiaçı ilə onlar arasında həyata keçirilən əməliyyatın dəyərini iddiaçının xərci kimi nəzərə almamaqda, bu səbəbdən mübahisələndirilən inzibati aktı qəbul etməkdə haqlı olmamışdır.

39. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

40. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2307/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-5117/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

41. Apellyasiya i nstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 42.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

43. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, məhkəmə işin faktiki hallarına qiymət vermədən, sadəcə iddiaçının göstərdiklərini nəzərə almaqla qərar qəbul etmiş və ədalətli məhkəmə baxışı prinsipini pozmuşdur.

44. Apellyasiya instansiyası məhkəməsi qərarında iddia tələbinin təmin olunma əsası kimi birinci instansiya məhkəməsinin formal dəlili ilə razılaşaraq v ə məsələnin mahiyyətini araşdırmadan qeyd etmişdir ki: - İddiaçı MMC-nin qarşılıqlı əməliyyat apardığı “X10 və X6 müvafiq əməliyyatlar aparılan dövrdə riskli vergi ödəyicisi olmamışdır.

45. İlk növbədə, bu dəlil formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanır. Belə ki, X10 və X6 tərəfindən aparılan əməliyyatlar qeyd olunan meyarlara tam uyğun olduğundan riskli əməliyyatlar hesab edilmişdir. Məntiqi ardıcıllığa uyğun olaraq bu riskli əməliyyatları aparan vergi ödəyiciləri həmin Meyarların 2-ci və 3-cü bəndində qeyd edilən əsaslara görə riskli vergi ödəyiciləri hesab olunmuşdur.

46. Apellyasiya məhkəməsi tərəfindən iddianın təmin edilmə əsasları olduğu kimi qəbul edilmişdir. Əslində, həm birinci instansiya, həm də apelyasiya məhkəməsi məntiqi olaraq müəyyən etməli idi ki, həmin qərarların qə bul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir.

47. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisə arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərarlar qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

49. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;... Maddə

36. Vergi yox lamaları və maliyyə institutlarında vergi monitorinqi... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə

109. Gəlirdən çıxılmayan xərclər... 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. 50. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fakti ki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.... Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

51. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə q ərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiya sı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

52. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilir.

53. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

54. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

55. Vergi Məcəlləsinin yuxarıda qeyd edilən normalarının məzmunundan göründüyü ki mi, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olması barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin (mübahisələndirilən inzibati aktın qəbul edildiyi xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz v ə (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

56. Məhkəmə kollegiyası cavabdehin belə bir dəlili ilə razılaşır ki, “...vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olması barədə” qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir”.

57. Bununla yanaşı, xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri aras ında əməliyyatın həqiqətən də əmtəəsiz baş verdiyi (bunun, vergi ödəyiciləri üçün əhəmiyyətli hüquqi nəticələr yaratması nəzərə alınmaqla) mötəbər sübutlarla təsdiqini tapmalıdır. Həm də nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir.

58. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman, məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

59. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qa ydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz.

60. Ali Məhkəmənin oxşar mübahisə üzrə əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “malın satıcısını n idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.” (2-1(102)-2208/2023 №-li Qərar).

61. Cavabdehin etiraz və şikayətlərinin dəlillərindən belə qənaət hasil olur ki, o, iddiaçıya mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərdən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığına əsaslanmış, lakin iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdi m edilməsinin baş tutub-tutmaması, tərəflərin müqavilə öhdəliklərini icra edib-etməməsi ilə bağlı araşdırma aparmamış, bununla da iddiaçının (vergi ödəyicisinin) xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etmişdir (VM-nin 36.2-ci maddəsi, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsi).

62. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi və bu əsasla ona əlavə vergi hesablaması istinad edilən normaların tələblərinə uyğun olmamışdır.

63. Beləliklə, istinad edilən normaların tələbləri inzibati orqan tərəfindən təmin olunmadığından, iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsu zdur və İPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur.

64. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

65. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2307/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar